Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(009)-1855/2020 05.10.2020 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Bağırova Mədinə Ağacavad qızının sədrliyi, Əliyeva Aygün Həsən qızının katibliyi, İddiaçının nümayəndəsi X4 iştirakı ilə, İddiaçı “xxxxxxxx” Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, X11, Cavabdeh5 və Cavabdeh6 qarşı kredit müqaviləsinin ləğvi və sair tələblərinədair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı “xxxxxxxx” xxx ASC-nin Həzi Aslanov”filialı ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2018-ci il tarixli DEN-00074-16/18A saylı kredit müqaviləsinin, xx.xx.2019-cu il tarixli DEN-00091- 16/19A əsas kredit müqaviləsinin və DEN-A00091- 16/19A saylı əlavə kredit müqaviləsi ləğv edilməsi, DEN-00074-16/18A saylı kredit müqaviləsindən irəli gələn xx.xx.2020-ci il tarixinə olan 80280.1 manat əsas borc, 14875.24 manat faiz məbləği, 5511.39 manat dəbbə borcu, ümumilikdə 100666.73 manat məbləğində borcun və DEN-A00091-16/19A Əlavə kredit müqaviləsindən irəli gələn 19.08.20-ci il tarixinə olan 87231.65 manat əsas borc, 16115.09 manat faiz məbləği, 4903.14 manat dəbbə borcu, ümumilikdə 108249.88 manat məbləğində borcun, iddia qaldırılması üçün ödənilmiş 30 manat dövlət rüsumu və 0.40 manat bank xidməti haqqının cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada iddiaçının xeyrinə tutulması, iddiaçı xxxxxxxx”ASC-nin Həzi Aslanov”filialı ilə cavabdehlər 1) Cavabdeh1 və Cavabdeh2 arasında bağlanmış xx.xx.2018-ci il tarixli DENG-00074-16/18A saylı ipoteka müqaviləsi və xx.xx.2019-cu il tarixli DENG- B00091-16/19A saylı Sonrakı ipoteka müqaviləsi əsasında tam mülkiyyət hüququ üzrə Cavabdeh2 məxsus olan Bakı şəhəri, Yasamal rayonu, Həsənbəy Zərdabi prospekti, ev 78V, 270-ci mənzilə; 2) Cavabdeh1 və Cavabdeh2 arasında bağlanmış xx.xx.2018-ci il tarixli DENG-A00074-16/18A saylı ipoteka müqaviləsi və xx.xx.2019-cu il tarixli DENG-A00091-16/19A saylı Sonrakı ipoteka müqaviləsinə əsasında tam mülkiyyət hüququ üzrə Cavabdeh2 məxsus olan Bakı şəhəri, Yasamal rayonu, Həsənbəy Zərdabi prospekti, ev 78V, 269-cu mənzilə; 3) Cavabdeh1 və Cavabdeh6 xx.xx.2019-cu il tarixli DENG-00091-16/19A saylı ipoteka müqaviləsi əsasında tam mülkiyyət hüququ üzrə Cavabdeh6 qızma məxsus olan Bakı şəhəri, Yasamal rayonu, Həsənbəy Zərdabi prospekti, ev 78V, 174-cü mənzillərə tutmanın yönəldilməsi, həmin əmlakların açıq hərracda satılması və ipoteka və sonrakı ipoteka ilə təmin edilmiş kredit borcunun həmin ipoteka və sonrakı ipoteka predmetlərinin açıq hərracda satışından əldə edilmiş pul vəsaiti hesabına ödənilməsi, ipoteka və sonrakı ipoteka predmetləri olan əmlaklar satıldıqdan sonra əldə edilən vəsait kredit borcunu ödəməzsə qalan məbləğin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutulması, Bakı şəhəri, Yasamal rayonu, Həsənbəy Zərdabi prospekti, ev 78V, 270-ci mənzildə qeydiyyatda olan Cavabdeh2, Cavabdeh5, X8 və Bakı şəhəri, Yasamal rayonu, Həsənbəy Zərdabi prospekti, ev 78V, 269-cu mənzildə qeydiyyatda olan Cavabdeh3 mənzildən istifadə hüququna xitam verilməsinə və ipoteka predmetləri olan mənzillərin boşaldılmasına barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələblərini belə əsaslandırmışdır ki, iddiaçı Bank “xxx” ASC-nin “Həzi Aslanov” filialı ilə Cavabdeh1 arasında xx.xx.2018-ci il tarixli DEN-00074-16/18A saylı kredit müqaviləsinə əsasən, bank tərəfindən cavabdehə şəxsi istifadə məqsədi ilə 36 ay müddətinə, illik 20 faiz ödəmək şərti ilə 100000 manat məbləğində, aylıq əsasla qaytarılmaq şərti ilə kredit verilmişdir. Kreditin təminatı qismində cavabdehlər Cavabdeh1 və Cavabdeh2 xx.xx.2018-ci il tarixdə iddiaçıyla DENG-00074-16/18A saylı ipoteka müqaviləsi bağlayaraq tam mülkiyyət hüququ üzrə X9ma məxsus olan Bakı şəhəri, Yasamal rayonu, Həsənbəy Zərdabi prospekti, ev 78V, 270-ci mənzili və xx.xx.2018-ci il tarixdə iddiaçıyla DENG-A00074-16/18A saylı ipoteka müqaviləsi bağlayaraq tam mülkiyyət hüququ üzrə Cavabdeh2 məxsus olan Bakı şəhəri, Yasamal rayonu, Həsənbəy Zərdabi prospekti, ev 78V, 269-cu mənzili ipotekaya qoymuşdur. Cavabdeh2 xx.xx.2018-ci il tarixdə iddiaçıyla DENZ-00074-16/18A saylı zaminlik müqaviləsi bağlayaraq Cavabdeh1 DEN-00074-16/18A saylı kredit müqaviləsinə zamin durmuşdur. Həmçinin iddiaçı Bank “xxx” ASC-nin “Həzi Aslanov” filialı ilə Cavabdeh1 arasında xx.xx.2019-cu il tarixli DEN- 00091-16/19A saylı kredit müqaviləsinə əsasən, borcalana 60 ay müddətinə, xx.xx.2024cü il tarixinədək Əlavə müqavilələr bağlamaqla 200000 manat məbləğinədək kreditlər verilməsi razılaşdırılmışdır. İddiaçı Bank “xxx” ASC-nin “Həzi Aslanov” filialı ilə Cavabdeh1 arasında xx.xx.2019-cu il tarixli DEN-A00091-16/19A saylı Əlavə kredit müqaviləsinə əsasən bank tərəfindən cavabdehə şəxsi istifadə məqsədi ilə 36 ay müddətinə, illik 20 faiz ödəmək şərti ilə 100000 manat məbləğində, aylıq əsasla qaytarılmaq şərti ilə kredit verilmişdir. Kreditin təminatı qismində cavabdehlər 1) Cavabdeh1 və Cavabdeh6 xx.xx.2019-cu il tarixdə iddiaçıyla DENG-00091-16/19A saylı ipoteka müqaviləsi bağlayaraq tam mülkiyyət hüququ üzrə X2 məxsus olan Bakı şəhəri, Yasamal rayonu, Həsənbəy Zərdabi prospekti, ev 78V, 174-cü mənzili; 2) Cavabdeh1 və Cavabdeh2 xx.xx.2019-cu il tarixdə iddiaçıyla DENG-A00091-16/19A saylı Sonrakı ipoteka müqaviləsi bağlayaraq tam mülkiyyət hüququ üzrə Cavabdeh2 məxsus olan Bakı şəhəri, Yasamal rayonu, Həsənbəy Zərdabi prospekti, ev 78V, 269-cu mənzili; 3) Cavabdeh1 və Cavabdeh2 xx.xx.2019-cu il tarixdə iddiaçıyla DENG-B00091-16/19A saylı Sonrakı ipoteka müqaviləsi bağlayaraq tam mülkiyyət hüququ üzrə Cavabdeh2 məxsus olan Bakı şəhəri, Yasamal rayonu, Həsənbəy Zərdabi prospekti, ev 78V, 270-ci mənzilləri ipotekaya qoymuşdur. Cavabdeh2 xx.xx.2019-cu il tarixdə iddiaçıyla DENZ-00091-16/19A saylı zaminlik müqaviləsi bağlayaraq Cavabdeh1nun DEN-A00091-16/19A saylı Əlavə kredit müqaviləsinə zamin durmuşdur. Cavabdeh1 kredit müqavilələrinin müddəti ərzində öz öhdəliklərini pozaraq ödəniş müddətlərini dəfələrlə ötürmüşdür və kredit müqavilələri üzrə borc öhdəliklərini yerinə yetirməmişdir. Dəfələrlə şifahi, telefon bağlantısı və rəsmi bildirişlər ilə edilən xəbərdarlıqlara baxmayaraq, cavabdeh DEN-00074-16/18A saylı kredit müqaviləsi üzrə öhdəliklərini icra etməyərək 213 gün gecikməyə və DEN-A00091-16/19A saylı əlavə kredit müqaviləsi üzrə öhdəliklərini icra etməyərək 209 gün gecikməyə səbəb olmuşdur. Nəticədə iddiaçı cavabdehlə arasında olan DEN-00074-16/18A kredit müqaviləsinin və DEN-A00091-16/19A saylı əlavə kredit müqaviləsinin 2.10-cu və ipoteka müqavilələrinin 7.2-ci maddəsinə əsasən məhkəməyə müraciət etməyə məcbur olmuşdur. Cavabdehin DEN-00074-16/18A saylı kredit müqaviləsi üzrə xx.xx.2020-ci il tarixinə hesablanmış və ödənilməmiş əsas borcunun məbləği 80280,10 manat qəpik, faiz borcu 14875,24 manat, dəbbə pulu 5511,39 manat, cəmi 10066,73 manat və DEN-A0091- 16/19A saylı kredit müqaviləsi üzrə xx.xx.2020-ci il tarixinə hesablanmış və ödənilməmiş əsas borcunun məbləği 87231,65 manat, faiz borcu 16115,09 manat, dəbbə pulu 4903,14 manat, cəmi 108249,88 manat təşkil edir. Beləliklə, cavabdehin xx.xx.2020-ci il tarixinə DEN-00074-16/18A saylı kredit müqaviləsi üzrə ümumi borcu 100666,73 manat və DEN- A0091-16/19A saylı kredit müqaviləsi üzrə ümumi borcu 108249,88 manat təşkil edir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi tələblərini müdafiə edərək, onların təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdehlərə məhkəmə baxışı iclasının vaxtı və yeri barədə rəsmi məlumat verilməsinə baxmayaraq, onlar məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Odur ki, məhkəmə, MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, məhkəmə iclasında araşdırılmış sübutları və iş materiallarını tədqiq edərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan Bank “xxx” ASC-nin “Həzi Aslanov” filialı ilə Cavabdeh1 arasında xx.xx.2018-ci il tarixli DEN-00074-16/18A saylı kredit müqaviləsinə əsasən, bank tərəfindən cavabdehə şəxsi istifadə məqsədi ilə 36 (otuz altı) ay müddətinə, illik 20 (iyirmi) faiz ödəmək şərti ilə 100000 (bir yüz min) manat məbləğində, aylıq əsasla qaytarılmaq şərti ilə kredit verilmişdir. İş materiallarında olan xx.xx.2018-ci il tarixli DENG-00074-16/18A saylı ipoteka müqaviləsinə əsasən cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tam mülkiyyət hüququ üzrə X5 məxsus olan Bakı şəhəri, Yasamal rayonu, Həsənbəy Zərdabi prospekti, ev 78V, 270-ci mənzili bank qarşısında ipoteka qoymuşdur. İş materiallarında olan xx.xx.2018-ci il tarixdə DENZ-00074-16/18A saylı zaminlik müqaviləsinə əsasən Cavabdeh2 Cavabdeh1 DEN-00074-16/18A saylı kredit müqaviləsinə zamin durmuşdur. İş materiallarında olan Bank “xxx” ASC-nin “Həzi Aslanov” filialı ilə Cavabdeh1 arasında xx.xx.2019-cu il tarixli DEN-00091-16/19A saylı kredit müqaviləsinə əsasən, borcalana 60 (altmış) ay müddətinə, xx.xx.2024- cü il tarixinədək Əlavə müqavilələr bağlamaqla 200000 (iki yüz min) manat məbləğinədək kreditlər verilməsi razılaşdırılmışdır. İş materiallarında olan Bank “xxx” ASC-nin “Həzi Aslanov” filialı ilə Cavabdeh1 arasında xx.xx.2019-cu il tarixli DEN-A00091-16/19A saylı Əlavə kredit müqaviləsinə əsasən, bank tərəfindən cavabdehə şəxsi istifadə məqsədi ilə 36 (otuz altı) ay müddətinə, illik 20 (iyirmi) faiz ödəmək şərti ilə 100000 (bir yüz min) manat məbləğində, aylıq əsasla qaytarılmaq şərti ilə kredit verilmişdir. İş materiallarında olan xx.xx.2019-cu il tarixdə DENG-00091- 16/19A saylı ipoteka müqaviləsinə əsasən Cavabdeh1 və Cavabdeh6 tam mülkiyyət hüququ üzrə X2 məxsus olan Bakı şəhəri, Yasamal rayonu, Həsənbəy Zərdabi prospekti, ev 78V, 174-cü mənzili bank qarşısında ipoteka qoymuşdur. İş materiallarında olan xx.xx.2019-cu ENG-A00091-16/19A saylı Sonrakı ipoteka müqaviləsinə əsasən Cavabdeh1 və Cavabdeh2 tam mülkiyyət hüququ üzrə Cavabdeh2 qızma məxsus olan Bakı şəhəri, Yasamal rayonu, Həsənbəy Zərdabi prospekti, ev 78V, 269-cu mənzili bank qarşısında ipoteka qoymuşdur. İş materiallarında olan xx.xx.2019-cu il tarixdə DENG- B00091-16/19A saylı Sonrakı ipoteka müqaviləsinə əsasən Cavabdeh1 və Cavabdeh2 tam mülkiyyət hüququ üzrə Cavabdeh2 məxsus olan Bakı şəhəri, Yasamal rayonu, Həsənbəy Zərdabi prospekti, ev 78V, 270-ci mənzili bank qarşısında ipotekaya qoymuşdur. İş materiallarında xx.xx.2019-cu il tarixdə DENZ-00091-16/19A saylı zaminlik müqaviləsinə əsasən Cavabdeh2 Cavabdeh1nun DEN-A00091-16/19A saylı Əlavə kredit müqaviləsinə zamin durmuşdur. İş materiallarında olan kredit müqaviləsinə 1 saylı əlavədən görünür ki, kredit borcu 11.01.19-cu il tarixdən başlayaraq aylıq 3717 manat olmaqla 10.12.21-ci il tarixədək ödənilməli idi. İş materiallarında olan əlavə kredit müqaviləsinə 1 saylı əlavədən görünür ki, kredit borcu 15.04.19-cu il tarixdən başlayaraq aylıq 3717 manat olmaqla 15.03.22-ci il tarixədək ödənilməli idi. İş materiallarında olan məxaric orderlərindən görünür ki, Cavabdeh1 kredit müqavilələri üzrə 100000 manat məbləğdə pulu təhvil almışdır. İş materiallarında olan maliyyə arayışlarından görünür ki, Cavabdeh1 11.12.18-ci il tarixli kredit müqaviləsi üzrə 80280.1 manat əsas borc, 14875.24 manat faiz məbləği, 5511.39 manat dəbbə borcu, ümumilikdə 100666.73 manat məbləğində borcu, 15.03.19-cu il tarixli kredit müqaviləsi üzrə 87231.65 manat əsas borc, 16115.09 manat faiz məbləği, 4903.14 manat dəbbə borcu, ümumilikdə 108249.88 manat məbləğində borcu mövcuddur. İş materialında olan Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 12.08.13-cü il tarixli, RX ******* seriya nömrəli çıxarışdan görünür ki, Bakı şəhəri, Yasamal rayonu, Həsənbəy Zərdabi prospekti, ev 78V, 174-cü mənzil X1 xüsusi mülkiyyətindədir. İş materialında olan Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 16.03.13-cü il tarixli, RX ******* seriya nömrəli çıxarışdan görünür ki, Bakı şəhəri, Yasamal rayonu, Həsənbəy Zərdabi prospekti, ev 78V, 269-cu mənzil Cavabdeh2 xüsusi mülkiyyətindədir. İş materialında olan Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 16.03.13-cü il tarixli, RX ******* seriya nömrəli çıxarışdan görünür ki, Bakı şəhəri, Yasamal rayonu, Həsənbəy Zərdabi prospekti, ev 78V, 270-ci mənzil Cavabdeh2 xüsusi mülkiyyətindədir. İş materiallarında olan ərizələrdən görünür ki, cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, X11, Cavabdeh5 və Cavabdeh6 Bakı şəhəri, Yasamal rayonu, Həsənbəy Zərdabi prospekti, ev 78V, 174-cü mənzil, Bakı şəhəri, Yasamal rayonu, Həsənbəy Zərdabi prospekti, ev 78V, 269-cu mənzil, Bakı şəhəri, Yasamal rayonu, Həsənbəy Zərdabi prospekti, ev 78V, 270-ci mənzil üzrə əmlakın bank qarşısında ipotekaya qoyulmasına etiraz etmirlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 421.2-ci maddəsinə əsasən tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Həmin Məcəllənin 423.2-ci maddəsinə əsasən müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi tələbini tərəf məhkəməyə yalnız müqaviləni dəyişdirmək və ya ləğv etmək təklifindən digər tərəfin imtinasını aldıqda və ya təklifdə göstərilmiş müddətdə, müddət göstərilmədikdə isə otuz gün müddətində ondan cavab almadıqda irəli sürə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır. Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Əgər borclu icra müddəti çatdıqdan sonra kreditorun xatırlatmasına baxmayaraq öhdəliyi icra etməzsə, o icranı xatırlatma üzrə gecikdirmiş sayılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 447.1-ci maddəsinə əsasən əgər ikitərəfli müqavilənin bir tərəfi müqavilədən irəli gələn öhdəlikləri icra etmirsə, müqavilənin digər tərəfi öhdəliklərin icrası üçün təyin etdiyi əlavə müddət nəticəsiz qurtardıqdan sonra müqavilədən imtina edə bilər. Əgər öhdəliyin pozulması xarakteri əsas götürülməklə əlavə müddət tətbiq edilmirsə, xəbərdarlıq edilməsi əlavə müddət təyin olunmasına bərabər tutulur. Əgər öhdəliyin yalnız bir hissəsi icra edilməmişsə, kreditor müqavilədən yalnız öhdəliyin qalan hissəsinin icrasına marağını itirdiyi halda imtina edə bilər. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 472.1-ci və 472.2-ci maddələrinə görə, borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda büər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Məhkəmə iclasında sübutların tədqiqi ilə müəyyən olundu ki, iddiaçı Bank “xxx” ASC-nin “Həzi Aslanov” filialı ilə Cavabdeh1 arasında xx.xx.2018-ci il tarixli DEN-00074- 16/18A saylı kredit müqaviləsi bağlanmış və bank tərəfindən cavabdehə şəxsi istifadə məqsədi ilə 36 ay müddətinə, illik 20 faiz ödəmək şərti ilə 100000 manat məbləğində kredit verilmişdir. Kreditin təminatı qismində cavabdehlər Cavabdeh1 və Cavabdeh2 xx.xx.2018ci il tarixdə iddiaçıyla DENG-00074-16/18A saylı ipoteka müqaviləsi bağlayaraq tam mülkiyyət hüququ üzrə X5 məxsus olan Bakı şəhəri, Yasamal rayonu, Həsənbəy Zərdabi prospekti, ev 78V, 270-ci mənzili və xx.xx.2018-ci il tarixdə iddiaçıyla DENG-A00074- 16/18A saylı ipoteka müqaviləsi bağlayaraq tam mülkiyyət hüququ üzrə Cavabdeh2 məxsus olan Bakı şəhəri, Yasamal rayonu, Həsənbəy Zərdabi prospekti, ev 78V, 269-cu mənzili ipotekaya qoymuşdur. Cavabdeh2 xx.xx.2018-ci il tarixdə iddiaçıyla DENZ-00074- 16/18A saylı zaminlik müqaviləsi bağlayaraq Cavabdeh1 DEN-00074-16/18A saylı kredit müqaviləsinə zamin durmuşdur. Həmçinin iddiaçı Bank “xxx” ASC-nin “Həzi Aslanov” filialı ilə Cavabdeh1 arasında xx.xx.2019-cu il tarixli DEN-00091-16/19A saylı kredit müqaviləsi bağlanmış və borcalana 60 ay müddətinə, xx.xx.2024-cü il tarixinədək Əlavə müqavilələr bağlamaqla 200000 manat məbləğinədək kreditlər verilməsi razılaşdırılmışdır. İddiaçı Bank “xxx” ASC-nin “Həzi Aslanov” filialı ilə Cavabdeh1 arasında xx.xx.2019-cu il tarixli DEN- A00091-16/19A saylı Əlavə kredit müqaviləsinə əsasən bank tərəfindən cavabdehə şəxsi istifadə məqsədi ilə 36 ay müddətinə, illik 20 faiz ödəmək şərti ilə 100000 manat məbləğində kredit verilmişdir. Kreditin təminatı qismində cavabdehlər 1) Cavabdeh1 və Cavabdeh6 xx.xx.2019-cu il tarixdə iddiaçıyla DENG-00091-16/19A saylı ipoteka müqaviləsi bağlayaraq tam mülkiyyət hüququ üzrə X2 məxsus olan Bakı şəhəri, Yasamal rayonu, Həsənbəy Zərdabi prospekti, ev 78V, 174-cü mənzili; 2) Cavabdeh1 və Cavabdeh2 xx.xx.2019-cu il tarixdə iddiaçıyla DENG-A00091-16/19A saylı Sonrakı ipoteka müqaviləsi bağlayaraq tam mülkiyyət hüququ üzrə Cavabdeh2 məxsus olan Bakı şəhəri, Yasamal rayonu, Həsənbəy Zərdabi prospekti, ev 78V, 269-cu mənzili; 3) Cavabdeh1 və Cavabdeh2 xx.xx.2019-cu il tarixdə iddiaçıyla DENG-B00091-16/19A saylı Sonrakı ipoteka müqaviləsi bağlayaraq tam mülkiyyət hüququ üzrə Cavabdeh2 məxsus olan Bakı şəhəri, Yasamal rayonu, Həsənbəy Zərdabi prospekti, ev 78V, 270-ci mənzilləri ipotekaya qoymuşdur. Cavabdeh2 xx.xx.2019-cu il tarixdə iddiaçıyla DENZ-00091-16/19A saylı zaminlik müqaviləsi bağlayaraq Cavabdeh1nun DEN-A00091-16/19A saylı Əlavə kredit müqaviləsinə zamin durmuşdur. Cavabdeh1 kredit müqavilələrinin müddəti ərzində öz öhdəliklərini pozaraq ödəniş müddətlərini dəfələrlə ötürmüşdür və kredit müqavilələri üzrə borc öhdəliklərini yerinə yetirməmişdir. Dəfələrlə şifahi, telefon bağlantısı və rəsmi bildirişlər ilə edilən xəbərdarlıqlara baxmayaraq, cavabdeh DEN-00074-16/18A saylı kredit müqaviləsi üzrə öhdəliklərini icra etməyərək 213 gün gecikməyə və DEN-A00091-16/19A saylı əlavə kredit müqaviləsi üzrə öhdəliklərini icra etməyərək 209 gün gecikməyə səbəb olmuşdur. Nəticədə cavabdehin DEN-00074-16/18A saylı kredit müqaviləsi üzrə xx.xx.2020-ci il tarixinə ödənilməmiş əsas borcu 80280,10 manat, faiz borcu 14875,24 manat, dəbbə pulu 5511,39 manat, cəmi 10066,73 manat və DEN-A0091-16/19A saylı kredit müqaviləsi üzrə xx.xx.2020-ci il tarixinə ödənilməmiş əsas borcu 87231,65 manat, faiz borcu 16115,09 manat, dəbbə pulu 4903,14 manat, cəmi 108249,88 manat borcu yaranmışdır ki, həmin borc cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 269.1-ci maddəsinə əsasən girov və ipoteka hüququ girov qoyanın əşyası barəsində girov saxlayanın əşya hüququdur və eyni zamanda borclunun girov saxlayan qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üsuludur. Həmin Məcəllənin 317.1-ci maddəsinə əsasən borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınça icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 319.1-ci maddəsinə əsasən əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərinin yerinə yetirilməsini geçikdirirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti acıq hərraçdan satmaq hüququna malikdir. “İpoteka haqqında» Azərbaycan Respublikası Qanununun 34.1.1-ci maddəsinə görə əsas öhdəliyin, yaxud onun bir hissəsinin vaxtında icra olunmaması ipoteka predmetinə tutmanın yönəldilməsi üçün əsasdır. “İpoteka haqqında” Qanunun 59.3.1-ci və 59.3.2-ci maddələrinə əsasən, yaşayış evi və mənzil ipoteka müqaviləsi üzrə kreditin qaytarılması üçün ipotekayaya qoyulmuş olduqda və ya ipoteka qoyanla birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvləri və digər şəxslər ipoteka müqaviləsi bağlanarkən həmin evə (mənzilə) tutma yönəldildikdə və o satıldıqda onu tərk etmək barədə notariat qaydasında təsdiq edilmiş öhdəlik götürmüş olduqda ipoteka qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldildikdə və o satıldıqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməlidirlər. Göründüyü kimi, qanunverici ipoteka müqaviləsi əsasında kreditin qaytarılması üçün ipoteka ilə yüklü edilmiş qeyri-yaşayış sahəsinə tutma yönəldildikdə və o satıldıqda ipoteka qoyanın, onunla birlikdə yaşayan ailə üzvlərinin və digər şəxslərin tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməsi qaydasını müəyyən etmişdir. Cavabdehlər tərəfindən kredit müqaviləsi üzrə öhdəliklər icra olunmadığından, məhkəmə, tutmanın cavabdehlərə məxsus ipoteka ilə yüklü edilmiş mənzillərə yönəldilməsi, həmin əmlakların açıq hərracdan satılması, əmlaklar satıldıqdan sonra yaşayan şəxslər tərəfindən mənzilin boşaldılması barədə tələbləri əsaslı hesab edir. Bununla yanaşı, məhkəmə hesab edir ki, iddia tələbi cavabdehlər Cavabdeh2, Cavabdeh3, X11 və Cavabdeh5 Bakı şəhəri, Yasamal rayonu, Həsənbəy Zərdabi prospekti, ev 78V, 270-ci mənzilə, Cavabdeh3 Bakı şəhəri, Yasamal rayonu, Həsənbəy Zərdabi prospekti, ev 78V, 269-cu mənzildən istifadə hüququna xitam verilməsi hissəsində əsassızıdır və təmin edilməməlidir. Məhkəmə hesab edir ki, bank iddiaçı kimi mənzillərə olan istifadə hüququnun itirilmiş hesab edilməsi predmeti üzrə iddia qaldırmaq hüququnun subyekti deyildir. Tərəflər arasında yaranmış müqavilə münasibətləri (kredit və ipoteka) çərçivəsində bankın tələb hüququna yalnız kreditin qaytarılması və bununla bağlı zərərin ödənilməsini tələb etmək, ipoteka predmetinə tutma yönəltmək, eləcə də, ipoteka predmetinin satıldıqdan sonra 1 ay müddətində boşaldılması aid ola bilər. Nə Mülki Məcəllədə, nə də «İpoteka haqqında» Qanunda bankın cavabdehə və mənzildə qeydiyyatda olan digər şəxslərə qarşı yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi predmeti ilə iddia qaldırmaq hüququ nəzərdə tutulmamışdır. Həmin hüquq ipoteka predmetinə tutma yönəldilərək mənzilin özgəninkiləşdiriləcəyi halda yeni mülkiyyətçiyə məxsusdur. Göstərilənlərə əsasən, məhkəmə hesab edir ki, Bank «xxx» ASC-nin «Həzi Aslanov» filialı ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2018-ci il tarixli DEN-00074-16/18A saylı kredit müqaviləsi, xx.xx.2019-cu il tarixli DEN-00091-16/19A saylı əsas kredit müqaviləsi və DEN-A00091-16/19A saylı əlavə kredit müqaviləsi ləğv edilməli, Cavabdeh2 və X3 müştərək qaydada “xxxxxxxx” Açıq Səhmdar Cəmiyyətinin xeyrinə xx.xx.2018-ci il tarixli DEN-00074-16/18A saylı kredit müqaviləsi üzrə xx.xx.2020-ci il tarixinə yaranmış 80280.1 manat əsas borc, 14875.24 manat faiz məbləği, 5511.39 manat dəbbə borcu, ümumilikdə 100666.73 manat məbləğində borc, xx.xx.2019-cu il tarixli DEN-00091-16/19A əsas kredit müqaviləsi və DEN-A00091-16/19A saylı əlavə kredit müqaviləsi üzrə xx.xx.2020-ci il tarixinə yaranmış 87231.65 manat əsas borc, 16115.09 manat faiz məbləği, 4903.14 manat dəbbə borcu, ümumilikdə 108249.88 manat məbləğində borc tutulmalı, tutma ipoteka predmeti olan Cavabdeh2 məxsus Bakı şəhəri, Yasamal rayonu, Həsənbəy Zərdabi prospekti, ev 78V, 270-ci mənzilə, Cavabdeh2 məxsus Bakı şəhəri, Yasamal rayonu, Həsənbəy Zərdabi prospekti, ev 78V, 269-cu mənzilə, X2 məxsus Bakı şəhəri, Yasamal rayonu, Həsənbəy Zərdabi prospekti, ev 78V, 174-cü mənzilə yönəldilməli, həmin mənzillər açıq hərracdan satılmalı, satışdan əldə edilən vəsait hesabına “xxxxxxxx” Açıq Səhmdar Cəmiyyətinə olan borc ödənilməli, mənzillər satıldıqdan 1 ay sonra boşaldılmalı,“xxxxxxxx” Açıq Səhmdar Cəmiyyətininxeyrinə tutulan borc ödənildikdən sonra ipoteka predmetinin hərracda satışından əldə olunmuş pul vəsaitinin qalan hissəsi cavabdehlər Cavabdeh2 və X6 qaytarılmalıdır. İşdə olan mədaxil qəbzindən görünür ki, iddiaçı məhkəməyə müraciət etmək 30 manat dövlət rüsumu ödəmişdir. Eyni zamanda, bank xidmət haqqı üçün 0.40 manat xidmət haqqı ödənilmişdir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, həmin xərclər cavabdehə aid edilməlidir. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə, iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq, yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, QƏT ETDİ: İddia qismən təmin edilsin. Bank «xxx» ASC-nin «Həzi Aslanov» filialı ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2018-ci il tarixli DEN-00074-16/18A saylı kredit müqaviləsi, xx.xx.2019-cu il tarixli DEN-00091-16/19A saylı əsas kredit müqaviləsi və DEN-A00091-16/19A saylı əlavə kredit müqaviləsi ləğv edilsin. Cavabdeh1 və Cavabdeh2 Bank «xxx» ASC-nin xeyrinə müştərək qaydada DEN- 00074-16/18A saylı kredit müqaviləsindən irəli gələn xx.xx.2020-ci il tarixinə olan 80280.1 (səksən min iki yüz səksən manat 10 qəpik) manat əsas borc, 14875.24 (on dörd min səkkiz yüz yetmiş beş manat iyirmi dörd qəpik) manat faiz borcu, 5511.39 (beş min beş yüz on bir manat otuz doqquz qəpik) manat dəbbə borcu, ümumilikdə 100666.73 (bir yüz min altı yüz altmış altı manat yetmiş üç qəpik) manat məbləğində borc və DEN- A00091-16/19A əlavə kredit müqaviləsindən irəli gələn xx.xx.2020-ci il tarixinə olan 87231.65 (səksən yeddi min iki yüz otuz bir manat altmış beş qəpik) manat əsas borc, 16115.09 (on altı min bir yüz on beş manat doqquz qəpik) manat faiz məbləği, 4903.14 (dörd min doqquz yüz üç manat on dörd qəpik) manat dəbbə borcu, ümumilikdə 108249.88 (bir yüz səkkiz min iki yüz qırx doqquz manat səksən səkkiz qəpik) manat məbləğində borc, iddia qaldırılması üçün ödənilmiş 30 manat dövlət rüsumu və 0.40 manat bank xidməti haqqı tutulsın. Tutma Cavabdeh2 məxsus Bakı şəhəri, Yasamal rayonu, Həsənbəy Zərdabi prospekti, ev 78V, 270-ci mənzilə, Bakı şəhəri, Yasamal rayonu, Həsənbəy Zərdabi prospekti, ev 78V, 269-cu mənzilə, X2 məxsus olan Bakı şəhəri, Yasamal rayonu, Həsənbəy Zərdabi prospekti, ev 78V, 174-cü mənzillərə yönəldilsin, mənzillər açıq hərracdan satılsın və satışdan əldə edilən vəsait hesabına Bank «xxx» ASC-nin xeyrinə tutulan borc və məhkəmə xərcləri ödənildikdən sonra ipoteka predmetinin hərracda satışından əldə olunmuş pul vəsaitinin qalan hissəsi Cavabdeh2 və X2 qaytarılsın. Bakı şəhəri, Yasamal rayonu, Həs ənbəy Zərdabi prospekti, ev 78V, 270-ci mənzili, Bakı şəhəri, Yasamal rayonu, Həsənbəy Zərdabi prospekti, ev 78V, 269-cu mənzili və Bakı şəhəri, Yasamal rayonu, Həsənbəy Zərdabi prospekti, ev 78V, 174-cü mənzili hərracdan satıldıqdan sonra ən geci 1 (bir) ay ərzində boşaldılsın. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Mədinə Bağırova
Məhkəmə qərarları › İş №2(009)-1855/2020
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №2(009)-1855/2020
05.10.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver