Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(009)-1857/2020 30.11.2020 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Səbail Rayon Məhkəməsinin hakimi Rəna Nazim qızı Qafarovanın sədrliyi, Məhkəmə iclas katibi Pərvin Kamandar oğlu Paşazadənin katibliyi, İddiaçının nümayəndəsi X3 iştirakı ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “kredit borcunun tutulması tələbinə dair” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Açıq Səhmdar Cəmiyyəti Cavabdeh qarşı “kredit borcunun tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx xxxxxxxx 2015-ci il tarixli 08 saylı kredit müqaviləsi üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli 2(103)-3771/2019 saylı qətnaməsi ilə X1 İddiaçı ASC-nin xeyrinə tutulmuş 454,255 ABŞ dolları əsas, 68 364.02 ABŞ dolları faiz borcu, 26 435 ABŞ dolları əldən çıxmış fayda kredit borcu və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 manatın müştərək qaydada zamin Cavabdeh İddiaçı ASC-nin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ASC-nin 1 saylı Yasamal rayon filialı ilə X4 arasında bağlanmış xx xxxxxxxx 2015-ci il tarixli 08 saylı kredit müqaviləsinə əsasən X2 12 ay müddətinə illik 16% olmaqla 454 255 (dörd yüz əlli dörd min iki yüz əlli beş) ABŞ doları kredit verilmişdir. İddiaçı ASC-nin 1 saylı Yasamal rayon filialı ilə Cavabdeh arasında xx xxxxxxxx 2015-ci il tarixli 04 saylı zaminlik müqaviləsi bağlanmışdır. Zaminlik müqaviləsində bank qarşısında öhdəliklərin vaxtında yerinə yetirilməsində Cavabdeh borcalanla eyni dərəcədə məsuliyyətinin olması əks olunmuşdur. Kredit öhdəliyinin icrasını təmin etmək məqsədilə İddiaçı ASC-nin 1 saylı Yasamal rayon filialı ilə Cavabdeh ilə xx xxxxxxxx 2015-ci il tarixli 01 saylı ipoteka müqaviləsi bağlanmş və onun mülkiyyətində olan Bakı şəhəri, Abşeron rayonu, Bilgəh Zəfəran savxozu ərazisində yerləşən 0.70 ha torpaq sahəsi Bankın xeyrinə ipoteka ilə yüklü edilmişdir. Kredit müqaviləsinin tərkib hissəsi olan ödəniş qrafikinə əsasən kredit borcu üzrə hər ay ödəniş edilməli olduğu halda, öhdəliklər normal yerinə yetirməmişdir. Kredit müqaviləsi üzrə öhdəlik yerinə yetirilmədiyindən İddiaçı ASC 476 795,02 ABŞ dolları əsas, 71 542,66 ABŞ dolları faiz borcu, 28 144,15 ABŞ dolları əldən çıxmış fayda və iş üzrə ödənilmiş 30 manat dövlət rüsumunun cavabdehlər X4 və Cavabdeh müştərək qaydada tutulması, tutmanın ipoteka ilə yüklü edilmiş mülkiyyət hüququ üzrə Cavabdeh məxsus olan Bakı şəhəri, Abşeron rayonu, Bilgəh Zəfəran savxozu ərazisində yerləşən 0.70 ha torpaq sahəsinə yönəldilməsi, əmlakın ilkin satış qiymətinin müəyyən edilməsi, əmlakın açıq hərracdan satılması və satıldıqdan sonra boşaldılması barədə iddia tələbi ilə Səbail Rayon Məhkəməsinə müraciət etmişdir. Səbail Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli 2(009)-259/2017 saylı qətnaməsi ilə X1 İddiaçı ASC-nin xeyrinə 454,255 ABŞ dolları əsas, 71 542,66 ABŞ dolları faiz borcu, 26 435 ABŞ dolları əldən çıxmış fayda və iş üzrə ödənilmiş 30 manat dövlət rüsumu tutulması, Cavabdeh məxsus Abşeron rayonu, Bilgəh Zəfəran savxozu ərazisində yerləşən 0,70 ha torpaq sahəsinin ilkin satış qiymətinin 700.000 manat müəyyən edilməklə, tutmanın həmin torpaq sahəsinə yönəldilməsi, qeyd edilən torpaq sahəsinin açıq hərracdan satılması, satışdan əldə edilən vəsait hesabına İddiaçı ASC-nin təmin edilmiş tələblərinin ödənilməsi və Abşeron rayonu, Bilgəh Zəfəran sovxozu ərazisində yerləşən 0,70 ha torpaq sahəsinin 1 ay ərzində boşaldılması qət edilmişdir. Səbail Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli 2(009)-259/2017 saylı qətnaməsindən İddiaçı ASC və Cavabdeh tərəfindən ayrı-ayrılıqda apellyasiya şikayətləri verilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli 2(103)-3771/2019 saylı qətnaməsi ilə X1 İddiaçı ASC-nin xeyrinə kredit müqaviləsi üzrə tutulmalı olan faiz borcunun məbləği 68 364,02 ABŞ dolları miqdarında tutulması, iddianın əsas borcun tutulması hissəsində dəyişirilmədən saxlanılması qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli 2(103)-3771/2019 saylı qətnaməsindən İddiaçı ASC və Cavabdeh tərəfindən ayrı-ayrılıqda kassasiya şikayətləri verilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2020-ci il tarixli 2(102)- 1765/2020 saylı qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli 2(103)-3771/2019 saylı qətnaməsi dəyişdirilmədən qüvvədə saxlanılmışdır. Cavabdehə kreditin qaytarılması haqqında tərəfindən dəfələrlə xəbərdarlıq olunmuş, lakin buna baxmayaraq bu günə kimi kredit borcunun və kreditə hesablanmış faizlərin ödənilməsi üçün tədbirlər görülməmişdir. Buna görə də bank olaraq hüquqlarını müdafiə etmək üçün məhkəməyə müraciət etmək məcburiyyətində qalmışlar. Azərbaycan Respublikasının “Banklar haqqında” Azərbaycan Respublikası Qanununun 36.7-ci, Mülki Məcəlləsinin 385.1, 442, 448.1, 739, 472.1, 472.2-ci maddələrinə əsasən iddianın təmin edilməsi xahiş edilir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi X3 iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbini müdafiə etmiş və təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş Cavabdeh məhkəmə iclasına gəlməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə MPM-in 185.5-ci maddəsinə əsasən mülki işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, iddia tələbi rədd edilməlidir. Belə ki, işə əlavə edilmiş, qanuni qüvvəsini almış Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli 2(103)-3771/2019 saylı qətnaməsindən görünür ki, İddiaçı ASC-nin cavabdehlər X4 və Cavabdeh qarşı “kredit borcunun ödənilməsi, tutmanın ipoteka predmetinə yönəldilməsi və ipoteka predmetinin açıq hərracdan satılması” tələbinə dair iddia ərizəsi ilə, Bakı şəhəri Səbail Rayon Məhkəməsinə müraciət edərək, İddiaçı ASC, 476.795,02 ABŞ dolları əsas və 31.809,16 ABŞ dolları faiz borcu olmaqla, cəmi 508.604,18 ABŞ dolları borc məbləğinin və iş üzrə ödənilmiş 30 manat dövlət rüsumunun cavabdeh X1 bankın xeyrinə tutulması, tutmanın ipoteka ilə yüklü edilmiş mülkiyyət hüququ üzrə Cavabdeh məxsus olan Abşeron rayonu, Bilgəh Zəfəran savxozu massivində yerləşən 0.70 ha torpaq sahəsinə yönəldilməsi, ipoteka predmetinin satışından götürülmüş məbləğ iddiaçının tələblərinin ödənilməsi üçün kifayət etmədikdə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 319.6-cı maddəsinin tələbinə uyğun olaraq çatışmayan məbləğin cavabdeh X1 tutulması, əldə edilən məbləğ artıq olduqda isə artıq məbləğin ipoteka qoyana qaytarılması, əmlakın ilkin satış qiymətinin müəyyən edilməsi, yuxarıda göstərilən əmlakın açıq hərracda satılması və satılqıdan bir ay sonra əmlakın boşaldılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Həmin iş üzrə iddiaçı məhkəməyə iddia tələbinin həcminin artırılmasına dair ərizə ilə müraciət edərək, 476.795,02 ABŞ dolları əsas və 31.809,16 ABŞ dolları faiz borcu olmaqla, cəmi 508.604,18 ABŞ dolları borc məbləğinin və 30 manat dövlət rüsumunun cavabdehlər X4, Cavabdeh və “xxxx” MMC-dən müştərək qaydada bankın xeyrinə tutulması, tutmanın ipoteka ilə yüklü edilmiş mülkiyyət hüququ üzrə Cavabdeh məxsus olan Abşeron rayonu, Bilgəh Zəfəran savxozu ərazisində yerləşən 0.70 ha torpaq sahəsinə yönəldilməsi, ipoteka predmetinin satışından götürülmüş məbləğin iddiaçının tələblərinin ödənilməsi üçün kifayət etmədikdə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 319.6-cı maddəsinin tələbinə uyğun olaraq çatışmayan məbləğin cavabdehlər X4, Cavabdeh və “xxxx” MMC-dən müştərək qaydada tutulması, əldə edilən məbləğ artıq olduqda isə artıq məbləğin ipoteka qoyana qaytarılması, əmlakın ilkin satış qiymətinin müəyyən olunması, yuxarıda göstərilən əmlakın açıq hərracdan satılması və satıldıqdan 1 ay sonra əmlakın boşaldılması barədə qətnamə çıxarılmasını xahiş etmişlər. Daha sonra iddiaçı iddia ərizəsinin dəqiqləşdirilməsi ilə məhkəməyə müraciət edərək, 476.795,02 ABŞ dolları əsas, kredit müqaviləsinin müddətinin başa çatdığı xx.xx.2016-cı il tarixə 71542,66 ABŞ dolları faiz borcu, bu tarixdən sonra illik 5%-ilə hesablanmış 28144,15 ABŞ dolları əldən çıxmış fayda və 30 manat dövlət rüsumunun X1 bankın xeyrinə tutulması, borc tələbinin qeyd olunan kreditin təminatı kimi banka ipotekaya qoyulmuş Cavabdeh məxsus olan Abşeron rayonu, Bilgəh Zəfəran savxozu ərazisində yerləşən 0.70 ha torpaq sahəsinə yönəldilməsi, qeyd olunan torpaq sahəsinin ilkin satış qiymətinin müəyyən olunması, açıq hərracdan satılması və satıldıqdan 1 say sonra boşaldılması, ipoteka predmetinin satışından götürülmüş məbləğ iddiaçının tələblərinin ödənilməsi üçün kifayət etmədikdə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 319.6-cı maddəsinin tələbinə uyğun olaraq çatışmayan məbləğin cavabdeh X1 tutulmasını xahiş etmişdir. Bakı şəhəri Səbail rayon Məhkəməsinin 2(009)-259/2017 saylı xx xxxxxx 2017-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin edilərək, X1 İddiaçı ASC-nin xeyrinə 454.255 ABŞ dolları əsas və 97.977,66 ABŞ dolları faiz (71.542.66 ABŞ dolları kapital və 26.435 ABŞ dolları gecikmə faizi) olmaqla, cəmi 552.232,66 ABŞ dolları (ödəniş günü üçün Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi rəsmi valyuta məzənnəsinə uyğun olaraq Azərbaycan manatı ilə) məbləğində borc və 30 (otuz) manat məbləğində dövlət rüsumunun tutulması, ipoteka predmeti - Cavabdeh məxsus Abşeron rayonu, Bilgəh Zəfəran savxozu ərazisində yerləşən 0.70 ha torpaq sahəsinin ilkin satış qiymətinin 700.000 manat müəyyən edilməklə, tutmanın həmin torpaq sahəsinə yönəldilməsi, qeyd edilən torpaq sahəsinin açıq hərracdan satılması və satışdan əldə edilən vəsait hesabına İddiaçı ASC-nin təmin edilmiş tələblərinin ödənilməsi, Abşeron rayonu - Bilgəh Zəfəran savxozu ərazisində yerləşən 0.70 ha torpaq sahəsinin satıldıqdan 1 ay sonra boşaldılması, “xxxx” ASC-nin xeyrinə tutulan borc ödənildikdən sonra ipoteka predmetinin hərracda satışından əldə olunmuş pul vəsaitinin qalan hissəsinin Cavabdeh qaytarılması, iş üzrə keçirilmiş məhkəmə ekspertiza tədqiqatlarının dəyəri olan 150 manatın X1 tutularaq “X6” MMC-nin hesabına, 50 manat məbləğində pulun isə dövlət nəfinə ödənilməsi və iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli 2(103)- 3771/2019 saylı qətnaməsi ilə X1 İddiaçı ASC-nin xeyrinə kredit müqaviləsi üzrə tutulmalı olan faiz borcunun məbləğinin 68364,02 ABŞ dolları miqdarında tutulması, iddianın əsas borcun tutulması hissəsində dəyişirilmədən saxlanılması qət edilmişdir. İşin materiallarından görünür ki, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli 2(103)-3771/2019 saylı qətnaməsindən İddiaçı ASC və Cavabdeh tərəfindən ayrı-ayrılıqda verdikləri kassasiya şikayətləri əsasında Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2020-ci il tarixli 2(102)- 1765/2020 saylı qərarı ilə apellyasiya instansiyası məhkəməsinin qeyd edilən qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Hazırki iddia tələbinin mahiyyəti ondan ibarətdir ki, X4 ilə bağlanmış xx xxxxxxxx 2015-ci il tarixli 08 saylı kredit müqaviləsinə əsasən X2 12 ay müddətinə illik 16% olmaqla 454 255 (dörd yüz əlli dörd min iki yüz əlli beş) ABŞ doları kredit verilməsi ilə əlaqədar həmçinin Cavabdeh ilə xx xxxxxxxx 2015-ci il tarixli 04 saylı zaminlik müqaviləsi bağlanmış və bu müqavilədə bank qarşısında öhdəliklərin vaxtında yerinə yetirilməsində Cavabdeh borcalanla eyni dərəcədə məsuliyyətinin olması əks olunmuşdur. Cavabdehə kreditin qaytarılması haqqında tərəflərindən dəfələrlə xəbərdarlıq olunmuş, lakin buna baxmayaraq bu günə kimi kredit borcunun və kreditə hesablanmış faizlərin ödənilməsi üçün tədbirlər görülməmişdir. Buna görə də bank olaraq hüquqlarını müdafiə etmək üçün məhkəməyə müraciət etmək məcburiyyətində qalmışlar. İşin materiallarından görünür ki, iddiaçı xx xxxxxxxx 2015-ci il tarixli 08 saylı kredit müqaviləsinə əsasən X2 verdiyi kreditin qaytarılması barədə, eləcə də tutmanın ipoteka ilə yüklü edilmiş mülkiyyət hüququ üzrə Cavabdeh məxsus olan Abşeron rayonu, Bilgəh Zəfəran savxozu massivində yerləşən 0.70 ha torpaq sahəsinə yönəldilməsi barədə iddia ilə məhkəməyə müraciət etmiş və həmin tələbində sonuncunun zaminlik müqaviləsi əsasında məsuliyyəti ilə bağlı heç bir tələb irəli sürməmişdir. Qanuni qüvvəsini almış məhkəmə aktları müəyyən edilmişdir ki, X1 İddiaçı ASC-nin xeyrinə, hazırda iddiaçının cavabdehdən tələb etdiyi kredit müqaviləsi üzrə tutulmalı olan məbləğlərin tutulması qət edilmiş, həmçinin ipoteka predmeti - Cavabdeh məxsus Abşeron rayonu, Bilgəh Zəfəran savxozu ərazisində yerləşən 0.70 ha torpaq sahəsinin ilkin satış qiymətinin 700.000 manat müəyyən edilməklə, tutmanın həmin torpaq sahəsinə yönəldilməsi, qeyd edilən torpaq sahəsinin açıq hərracdan satılması və satışdan əldə edilən vəsait hesabına İddiaçı ASC-nin təmin edilmiş tələblərinin ödənilməsi qət edilmişdir. Hazırda iddiaçı tələbində tutulması qət edilən məbləğin X4 ilə müştərək qaydada zamin Cavabdeh tutulmasını tələb edir və tələbin əsasını Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 472.1 və 472.2-ci maddələri təşkil edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Həmin Məcəllənin 472.2-ci maddəsinə əsasən əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Məhkəmə iddia tələbi ilə bağlı qeyd edir ki, hər hansı iddia tələbi üzrə ilk öncə iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsası tapılmalı və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olması yoxlanılmalıdır. Məhkəmə hesab edir ki, Cavabdeh xx xxxxxxxx 2015-ci il tarixli 08 saylı kredit müqaviləsi üzrə həmin tarixli zaminlik müqaviləsinə əsasən zamin olsa da, ona qarşı müstəqil qaydada iddia qaldırmaqda iddiaçı haqlı olmamışdır. Belə ki, yuxarıda qeyd edildiyi kimi xx xxxxxxxx 2015-ci il tarixli 08 saylı kredit müqaviləsi üzrə X1 tutulmalı olan borcun qaytarılması üçün İddiaçı ASC-nin təmin edilmiş tələblərinin ödənilməsi (qanuni qüvvəyə minmiş məhkəmə qərarına əsasən) ipoteka predmeti olan, Cavabdeh məxsus Abşeron rayonu, Bilgəh Zəfəran savxozu ərazisində yerləşən 0.70 ha torpaq sahəsinin ilkin satış qiymətinin 700.000 manat müəyyən edilməklə, tutmanın həmin torpaq sahəsinə yönəldilməsi, qeyd edilən torpaq sahəsinin açıq hərracdan satılması və satışdan əldə edilən vəsait hesabına olmalıdır. Məhkəmə qeyd edilən məhkəmə aktlarının icrası ilə bağlı tədbirlər həyata keçirilməli olmasını nəzərə alaraq, iddiaçı tərəfin “cavabdehin kreditin qaytarılması haqqında tərəflərindən dəfələrlə xəbərdar olunması, lakin buna baxmayaraq bu günə kimi cavabdehin kredit borcunun və kreditə hesablanmış faizlərin ödənilməsi üçün tədbirlər görməməsinə” dair dəlillərini əsaslı hesab etmir. Məhkəmə həmçinin qeyd dir ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 477.0 və 477.0.4-ci maddələrinə əsasən zaminlik müqaviləsində göstərilmiş onun verilmə müddəti qurtarması zaminliyə xitam verilməsi hallarından biridir. İşin materiallarından görünür ki, cavabdehlə iddiaçı arasında bağlanmış xx.xx.2015ci il tarixli zaminlik müqaviləsində zaminliyin müddəti göstərilməmiş, müqavilənin 3.1 və 3.2-ci bəndlərində qeyd olunmuşdur ki: “zaminlik zaminliklə təmin edilmiş öhdəlik tam icra edilənədək qüvvədə qalır və zaminliyə zaminliyin təmin etdiyi öhdəlik tam icra olunduqda xitam verilir”. Məhkəmə hesab edir ki, müqavilədə belə şərtin özünün göstərilməsi yolverilməzdir və müddət anlayışına uyğun olmadığından zaminliyin müddəti kimi də qəbul edilə bilməz. Belə ki, Mülki Məcəllənin 367-ci maddəsinə görə müddət mülki hüquq və vəzifələrin əmələ gəlməsinin, dəyişdirilməsinin və xitamının bağlı olduğu vaxtdır. Həmin maddədə müddətin müəyyənləşdirilməsinin 3 qaydası təsbit edilmişdir. - dəqiq təqvim tarixi; - illər, aylar, həftələr, günlər və ya saatlar ilə hesablanan vaxtın bitməsi; - hökmən baş verməli olan hadisənin göstərilməsi; Müqavilənin müddətinin öhdəliklərin tam icra olunması vaxtı ilə təyin edilməsi şərti həmin maddənin tələblərinə uyğun deyildir. Çünki öhdəliklərin tam icra edilməsi hökmən baş verməli hadisə kimi qiymətləndirilə bilməz. Ümumiyyətlə müddətlərin bitməsi obyektiv xarakter daşıyır, yəni mülki hüquq münasibətlərinin subyektlərinin iradəsindən asılı deyil. Öhdəliyin icra olunması isə subyektiv xarakterlidir, tərəflərin iradəsindən asılıdır. Buna görə də hazırkı halda zaminlik müqaviləsində zaminliyin verilmə müddəti təyin edilmədiyindən zaminliyə onun təmin etdiyi öhdəliyin (kredit öhdəliyinin) icrası vaxtının çatdığı gündən 1 il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilməlidir. Yuxarıda qeyd olunanlardan isə göründüyü kimi hazırkı kredit öhdəliyinin icrası vaxtı (kredit müqaviləsi xx xxxxxxxx 2015-ci il tarxində 12 ay müddətinə bağlanmışdır.) xx xxxxxxxx 2016-cı il tarixində başa çatmışdır. Beləliklə, məhkəmə hesab edir ki, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “kredit borcunun tutulması” tələbinə dair iddiası rədd edilməlidir. Azərbaycan Respublikasının MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası MPM-in 14.2, 77.1, 88 və 217.4-cü maddələrinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.1-ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “kredit borcunun tutulması” tələbinə dair iddiası rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Rəna Qafarova
Məhkəmə qərarları › İş №2(009)-1857/2020
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №2(009)-1857/2020
30.11.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver