Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(009)-186/2021 30.03.2021 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Süleymanova Şəhla Ənvər qızının sədrliyi, Əliyev İlkin Mehman oğlunun katibliyi, İddiaçı nümayəndəsi X2 və vəkili X5, Cavabdeh “xxxx” MMC-nin nümayəndəsi və vəkili X1 iştirakı ilə, İddiaçı cavabdehlər “xxxx” MMC, “xxxx” MMC-yə qarşı «maddi ziyan» tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN E T D İ: İddiaçı cavabdehlər “xxxx” MMC, “xxxx” MMC-yə qarşı cavabdelərdən müştərək qaydada aylıq 7000 manat olmaqla cəmi 35000 manat məbləğində pulun, dəymiş maddi ziyanın əldən çıxmış dəyər kimi əlavə olaraq 20000 manat pulun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini belə əsaslandırmışdır ki, onunla “xxxx”xxxx” QSC arasında bağlanmış TTD 1601/7xx-xx/2011 saylı xx xxxxxxxx 2011-ci 1 tarixli X10 Müqaviləsinə əsasən ümumi dəyəri 65000 manat olan tikinti texnikası olan "SL50W-2” markalı AZ 10-P- 589 dövlət Frontal Yükləyicini lizinqə götürmüşdür. Aralarında bağlanmış müqaviləyə əsasən xx xxxxxx 2011-ci il tarixdən xx xxxxxx 2013-cü il tarixə kimi müxtəlif məbləğlərdə ödənişlər etmişdir. Bundan sonra cavabdeh təşkilat “xxxx”MMC ilə mənə məxsus texnikanın onların icarəsinə verilməsinə dair müqavilə bağlandı və bunun əsasında ona məxsus “SL50W-2” markalı AZ 10-P-589 dövlət Frontal Yükləyicini texniki cəhətdən saz vəziyyətdə "xxxx”MMC-yə təqdim etmişdi. Müqavilə tərtib edildikdən sonra o və qarşı tərəf həmin müqaviləni imzaladılar, lakin cavabdeh tərəf həmin gün tərtib edilmiş müqaviləni ona təqdim etmədilər. Onların izahlarına görə tərtib edilmiş müqavilə ona təxminən bir həftədən sonra təqdim edilməli idi. Cavabdeh tərəfin ona məxsus yükləyici texnikanı icarəyə götürüb ondan istifadə etməsinə görə hər ay 7000 manat pul almışdır. Beş ay ərzində ona məxsus yükləyici texnika cavabdehin istifadəsində olmuşdur və 5 ay ərzində müqavilədə nəzərdə mtulmuş 7000 manatdan hər hansı bir məbləğ ona ödənilməmişdir. Sonradan ona məlum oldu ki, xx xxx 2013-cü il tarixdə cavabdeh təşkilatlar onu aldadaraq öz aralarında texnikanın icarəsi barədə xx xxx 2013-cü il tarixdə “xxxx 'MMC ilə “xxxx” MMC arasında müqavilə bağlamış, həmin müqavilənin şərtlərinə görə ona məxsus olan“SL50W-2” markalı AZ 10-P-589 dövlət Frontal Yükləyicini "xxxx”MMC onun razılığı olmadan “xxxx” MMC-nin istifadəsinə təqdim etmişdir. 5 ay ərzində hər iki cavabdeh ona məxsus texnikadan tam gücü ilə istifadə etsələr də aylıq ödəniləcək 7000 manat pulu ona ödəməmişlər. Texnikanı verəndən sonra dəfələrlə “xxxx'’MMC-уə müraciət etsə də ona texnikanın harda olmasına dair məlıımat vermədilər. 5 aydan sonra həmin təşkilatda işləyən Azər adlı şəxs texnikanın "xxxx” MMC-yə verilməsini bildirdi və onun deməsi əsasında texnikanın yerini tapdılar. xx xxxxxxxx 2013-cü ildə texnikanı gedib götürdülər. Həmin vaxtı "Kaspiyan" şirkəti adı ilə texnikanın Şamaxı rayonu Pirsaatcayına apardılar. Bir ay 13 gün orada işləsədə onlara məlum oldu ki, həmin təşkilatda “xxxx” MMC-dir, onları aldadaraq başqa adla texnikanı alıb istifadə edirlər. Yenidən texnikanı geri götürdülər, onlara bildirdilər ki, Yasamal rayonunda “xxxx" MMC-nin şirkəti yerləşir, oradan pulu ala bilərlər. Lakin dəfələrlə gedib gəlmələrinə baxmayaraq onlara pul verməmişlər. Həmin vaxtı texnikanın bir ay 13 gün işlədilməsinə dair müqavilə olduğuna görə bu barədə məhkəməyə müraciət etdilər və Səbail rayon məhkəməsinin qətnaməsi ilə həmin pulun cavabdeh təşkilatdan tutularaq onlara ödənilməsi qət edilmişdir. Lakin 5 ay işlədilməsinə dair sənədlər onlarda olmadığına görə bu barədə müxtəlif təşkilatlara müraciət etmişlər, indiyə kimi həmin pulun alınması mümkün olmamışdır. Göründüyü kimi cavabdeh təşkilatlar ona məxsus texnikadan istifadə edərək fayda götürmüş, o isə həmin aylarda lizinq üzrə texnikaya pul ödəsə də heç bir fayda götürməmişdir. Cavabdeh təşkilatlat onun hesabına faydalanmış və varlanmış, “xxxx"MMC ona məxsus texnikadan istifadə etməklə gəlir əldə etmişdir. Bununla da ona maddi ziyan vurulmuşdur. Cavabdeh təşkilatların təqsiri üzündən onun ailə büdcəsinə xeyli məbləğdə ziyan dəymişdir. Hətta ziyan götürməklə texnikanın lizinqə dair müqavilədə nəzərdə tutulan məbləği ödəyə bilmədiklərinə görə texnikanı 2019-cu ildə banka geri qaytarmaqla xeyli miqdarda ziyan çəkmişlər. Cavabdeh təşkilat ona məxsus əmlakın hesabına gəlir əldə etməklə varlanmış, əvəzində ona heç bir pul məbləği ödəməmişdir. Cavavbdeh təşkilat ona məxsus texnikadan istifadə edərək hər ay 7000 manat gəlir əldə etmişdir. Odur ki, cavabdehlərin işlətdikləri beş ay nəzərə alınmaqla hər ay üçün 7000 manat məbləğində pul ona ödənilməlidir. İddiaçı nümayəndəsi X6 izahat verərək bildirmişdir ki, may ayının 7-si aralarında danışıq olmuş və 2 gün sonra, yəni may ayının 9-u texnikanı göndərmişlər. Daha sonra 28 sentyabr tarixində onlar həmin texnikanı gedib Şamaxı yolundan götürmüşlər. 03 oktyabr tarixində isə Caspian şirkəti adı ilə yenidən texnikanı aparmışlar. Orada işləyənlərin hamısı onlara bildirib ki, bu şirkət elə ETA Qrup şirkətidir. Caspian deyilən bir şirkət mövcud deyil. Bunu bildikdən sonra onun yoldaşı maşını oradan götürüb həyətə gətirmişdir. Birinci müqaviləyə əsasən onun yoldaşı orada işləmişdir, orada qalmışdır, bunu hamı təsdiq edir. Lakin iddia ərizəsində qeyd olunan müqavilə isə icarə müqaviləsidir. Yəni, texnika icarəyə verilmişdir. Onlar müqaviləni əldə etmək üçün bir neçə dəfə müraciət etmişlər. Lakin heç bir nəticə əldə olunmamışdır. Daha sonra orada işləyən başqa bir işçi onların müqaviləni əldə etmələrinə köməklik göstərmişdir. ETA Qrup şirkəti onlara bildirmişdir ki, sizə müqavilə lazım deyil, sizə pul lazımdır, pulu isə xxxx köçürən kimi ödəyəcəklər. Məhkəmə iclasında iştirak edən iddiaçının vəkili X9 izahat verərək bildirmişdir ki, iddia tələbini müdafiə edirlər. Əvvəlcə 3 tərəfli yəni, X7, xxxx MMC və ETA Qrup MMC arasında müqavilə bağlanıb. Sonradan ETA Qrup MMC müqaviləyə dəyişiklik etmək adı ilə iddiaçıdan həmin müqaviləni alıb və geri qaytarmayıb. İddiaçı lizinq ilə aldığı texnikanı ETA Qrupa icarəyə verib, ETA Qrup isə özlüyündə həmin texnikanı xxxxə icarəyə verib, lakin əldə etdiyi gəlirləri iddiaçıya ödəməyib. Onların xxxx MMC-yə qarşı iddia tələbləri yoxdur, lakin xxxx MMC onunla ETA Qrup MMC arasında olan müqaviləni, əgər istifadə edibsə bununla bağlı etdiyi ödənişlər barədə onlara rəsmi məlumat verə bilər. Məhkəmə iclasında iştirak edən cavabdeh “xxxx” MMC-nin nümayəndəsi və vəkili X3 izahat verərək bildirmişdir ki, hazırki iş üzrə iddiaçı ilə “xxxx” MMC arasında hər hansı bir razılaşma, hər hansı bir icarə müqaviləsi olmayıb. Bu hal iş materiallarına əlavə olunmuş 2014-cü il tarixli qətnamədə də öz əksini tapmışdır. İddiaçı iddia ərizəsində “xxxx” MMC ilə “xxxx” MMC arasında bağlanmış müqaviləyə istinad edir, lakin iş materiallarından görünür ki, həmin müqavilə onlara xx xxxxx 2014-cü ildə təqdim edilib, məhkəmədə isə iddia 2020ci ildə qaldırılıb. Bu səbəbdən də iddia müddətinin ötürüldüyünü hesab edir. Ümumiyyətlə iddia ərizəsində göstərilən bütün hallar 2014-cü ildə qəbul edilmiş qətnamədə öz əksini tapmışdır. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş iş üzrə cavabdeh “xxxx” MMC-nin etibarnamə əsasında nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmənin əvvəlki iclaslarında cavabdeh “xxxx” MMC-nin nümayəndəsi izahat verərək bildirmişdir ki, iddia tələbini qəbul etmirlər. İddiaçının xxxx MMC-yə qarşı belə iddia irəli sürməsi tamamilə əsassızdır. Çünki iddiaçı ilə onların arasında hər hansı müqavilə belə imzalanmayıb. İddiaçı ETA Qrup MMC-yə qarşı iddia qaldıra bilər. Bu səbəbdən iddianın onlara aid olan hissədə rədd olunmasını xahiş etmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, iddia əsassız olduğundan təmin edilməməlidir. İş materiallarında olan xx xxx 2013-cü il tarixli 10-AİS-309 saylı “texnika icarəsi”müqaviləsindən görünür ki, icarə verən “xxxx” MMC ilə icarəçi nizamnamə əsasında fəaliyyət göstərən baş direktor X14 şəxsində “xxxx” MMC arasında müqavilə bağlandığı tarixdən bir il müddətinə SL50W markalı, AZ-10-P-589 dövlət nömrə nişanlı frontal yükləyici barəsində bir aylıq icarə haqqı 7000 (yeddi min) manat olmaqla icarə müqaviləsi bağlanmışdır. İş materiallarında olan xx.xx.2014-cü il tarixli məktubdan görünür ki, 4 saylı Hüquq Məsləhətxanasının 56 saylı, xx xxxx 2014-cü il tarixli sorğuya cavab olaraq xx xxx 2013-cü il tarixli müqavilənin təsdiq olunmuş surəti göndərilmişdir. İş materiallarında olan Səbail Rayon Məhkəməsinin xx xxxxxxxx 2014-cü il tarixli, 2(009)1880/2014 saylı qətnaməsindən görünür ki, 2 saylı region üzrə Əmək Müfəttişliyi tərəfindən X4 ünvanlanmış 56 nömrəli xx xxxxxx 2014-cü il tarixli cavab məktubundan görünür ki, İddiaçı əvvəllər işlədiyi şirkətdən əmək haqqının ala bilməməsi barədə şikayət ərizəsi əsasında araşdırma aparılmış və araşdırma zamanı “xxxx” MMC-nin rəhbərliyi xx.xx.2013- cü il tarixli 12\5 saylı məktubunda Qurban Bəkirovla heç bir əmək müqaviləsi bağlamadığını, bu adlı işçisi olmadığını bildirmiş, sonradan “xxxx” MMC-nin baş mühasibi Azər Abbasov adlı şəxslə İddiaçı və həyat yoldaşının iştirakı ilə 2 saylı region üzrə Əmək Müfəttişliyində danışıqlar aparılmış, Azər Abbasov şirkətin rəhbərliyi və digər məsul şəxslərlə telefon əlaqəsi saxlayaraq onlarla görüşəcəyinə və xidmət haqqı borcunun tam ödənilməsinə söz vermiş, lakin xx.xx.2014-cü il tarixdən bu günə heç bir köməklik göstərməmiş və 2 saylı region üzrə DƏM-yi tərəfindən işçiləri əmək müqaviləsi bağlamadan işə cəlb etdiyinə görə “xxxx” MMC-nin rəhbərliyini İXM-nin 53.1-ci maddəsinə əsasən cərimə tətbiq edilməsi barədə protokol və qərar tərtib etmişdir. Həmçinin qətnamədən görünür ki, xx.xx.2013-cü ildən xx.xx.2013-cü il tarixi arasında 29 gün ərzində, xx.xx.2013-dən xx.xx.2013-cü il tarixə kimi 13 gün ərzində AZ-10-P-589 dövlət nömrə nişanlı yükləyicinin 15-45 km layihəsinin “Pirsaatçay İS”də işləməsi ilə bağlı kompyuter operatoru tərəfindən imzalanmış akt iş materiallarında göstərilmişdir. xx xxxxxx 2014-cü il tarixli 003141 nömrəli qərarına əsasən “xxxx” MMC-nin direktoru Aqil Qədirov İXM-nin 53.1-ci maddəsinə əsasən 20000 manat cərimə olunmuşdur. Mülki Prosessual Qanunverciliyinin 82.3-cü maddəsinə görə bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin şərh edilməsinə dair” XXXX-cı il tarixli Qərarında göstərilir ki, “Preyudisiallıq məhkəmə aktının qanuni qüvvəsinin təkzibedilməzliyi, müstəsnalığı və məcburiliyi kimi keyfiyyət göstəricilərinin nəticəsidir. Preyudisiya institutu məhkəmə aktlarına yenidən baxılmasının qarşısının alınmasına, məhkəmə təcrübəsində eyniliyin, sabitliyin və hüquqi müəyyənliyin təmin edilməsinə yönəlmişdir. Preyudisiallığı tənzim edən normalar sübut etmə prosesini sadələşdirməyə, işlərə baxılma müddətinin qısaldılmasına, məhkəmələrin, eləcə də məhkəmə prosesi iştirakçılarının vəsaitinə qənaət edilməsinə yönəlmişdir. Konstitusiya Məhkəməsi Plenumunun hüquqi mövqeyinə əsasən preyudisiya institutunun əsas funksiyası eyni faktiki hallar arasındakı qarşılıqlı əlaqəni və məhkəmə qərarları arasındakı stabilliyi təmin etməkdir. Preyudisiya institutunun mülki prosesdə eyni faktiki hallar arasındakı qarşılıqlı əlaqəni təmin etmək funksiyasının mahiyyəti eyni faktiki halların təkrarən, lüzumsuz olaraq araşdırılması və onlar barəsində yenidən nəticəyə gəlinməsinin qarşısını almaqdan ibarətdir. Beləliklə, məhkəmə qərarının preyudisiallığı qanuni qüvvəyə minmiş məhkəmə qərarının əsaslandırıcı hissəsində müəyyənləşdirilmiş faktların və hüquq münasibətlərinin işdə iştirak edən şəxslər tərəfindən yenidən mübahisələndirilməsinin, məhkəmə üçün isə onların başqa prosesdə araşdırılmasının və təkzib edilməsinin mümkünsüzlüyü deməkdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” XXXX-cı il tarixli Qərarında göstərmişdir ki, məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir. Odur ki, məhkəmə üçün qeyd edilən qətnamə preyudisial əhəmiyyət kəsb edir. Hazırda iddiaçı üçtərəfli tərəfli icarə müqaviləsi üzrə cavabdehlərdən icarə haqqının tələbi ilə məhkəməyə müraciət etsə də, məhkəmə araşdırması zamanı üçtərəfli müqavilənin mövcud olmadığı, mövcud olan müqavilə üzrə qanuni qüvvəsini almış qətnamə ilə qanuniliyi və hüquqi nəticələri tanınan müqavilənin mübahisələndirilməyini məqbul saymır. Yuxarıda qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, hazırki mülki iş üzrə verilmiş iddia tələbi əsassız və qanunsuz olduğundan rədd edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin əsasən 119-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia təmin edilmədiyindən iş üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Şərh olununlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT E T D İ: İddia təmin edilməsin. İddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Səbail Rayon Məhkəməsi (AZ-1003, Bakı şəhəri, M.Useynov küçəsi 5) vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Şəhla Süleymanova
Məhkəmə qərarları › İş №2(009)-186/2021
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №2(009)-186/2021
30.03.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver