Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(009)-186/2022 09.03.2022 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Bağırova Mədinə Ağacavad qızının sədrliyi, Əlizadə Hüseyn Oktay oğlunun katibliyi, İddiaçı, Cavabdeh, onun vəkili Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh qarşı borcun qaytarılması tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh oğlundan 5000 manat əsas borc, 100 manat hüquqi xidmətlərə görə haqq, 70 manat məhkəməyə və 3 manat notariat hrəkətlərinə görə dövlət rüsumu, cəmi 5.173 manat pul tutulub onu verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini belə əsaslandırmışdır ki, Cavabdeh əvvəllər tanımış və münasibətləri yaxşı olmuşdur. Cavabdeh hərbiçidir və «Maxe» kimi xidmət edir. Elman keçən ilin iyul ayında ona müraciət edib ailə vəziyyəti ilə əlaqədar pula böyük ehtiyacı olduğunu bildirmiş və ondan qısa müddətə borc pul istəmişdir. O, bildirmişdir ki, bankdan böyük məbləğdə kredit götürür və kredit alan kimi borcunu qaytaracaq. Münasibətləri yaxşı olduğu üçün 16 iyul 2020-ci il tarixdə Elmana 5.000 manat borc pul vermişdir. Aralarında olan razılaşmaya görə Elman borcu 2020-ci ilin avqust ayının sonunadək qaytarmalı idi. Elman bu barədə hərbiçi vəsiqəsinin surəti çıxarılmış kağıza öz xətti ilə qəbz yazıb imza etmiş və qəbzi ona vermişdir. Lakin vaxtın bitməsinə baxmayaraq Elman borcu qaytarmır. Cavabdeh ondan gizlənir, telefon zənglərinə cavab vermir və borcu qaytarmaqdan boyun qaçırır. Buna görə də, ondan borcu məhkəmə qaydasında almaq zərurəti yaranmışdır. O, məhkəmədə iddia qaldırmaq, hüquqi məsləhət almaq və sənədləri tərtib etmək üçün ünvan 1 ünvanda yerləşən X1nə müraciət etmiş və cəmi 100 manat hüquqi xidmət haqqı ödəmişdir. Bundan başqa məhkəmədə iddia qaldırmaq üçün 70 manat, notariusda şəxsiyyət vəsitqəsinin surətini təsdiq etmək üçün 3 manat dövlət rüsumu ödəmişdir. Həmin məbləğlər də cavabdehdən tutulub ona ödənilməlidir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək iddia ərizəsində qeyd olunanlara uyğun izahat verdi və iddianın təmin edilməsinə dair qətnamə çıxarılmasını xahiş etdi və eləcə də, bildirdi ki, cavabdeh borc aldığı məbləğdən ona hər hansı ödəniş etməmişdir. Məhkəmə iclasında Cavabdeh iddia tələbini qismən qəbul etdi və izah etdi ki, o, iddiaçıdan cəmi 500 manat məbləğində borc pul alımşdır. Qəbzi isə yazanda o, beş min manat aldığını göstərmişdir. Belə ki, o, bunu ona görə etmişdir ki, iddiaçı ona istədiyi 500 manat pulu vermək istəmirdi. Ona da həmin vaxtı təcili olaraq pul lazım olduğundan, məcburiyyət qarşısında qalaraq borc alarkən yazdığı qəbzdə iddiaçıdan 500 manatın əvəzinə 5000 manat borc aldığını göstərmişdir. Bundan sonra o, bank kartını iddiaçıya vermiş və iddiaçı bir neçə dəfə həmin kartla bankdan pul çıxartmışdır. O, iddiaçıdan 500 manat borc alarkən yanında öz tanışları da olmuş və onlar da iddiaçının ona 500 manat borc verdiyini görmüşlər. Məhkəmə iclasında şahid qismində dindirilən Şahid ifadəsində göstərmişdir ki, Cavabdeh ilə 10 ildən artıqdır ki, dostluq münasibətindədirlər. Cavabdeh 500 manat təcili pul lazım olduğundan və onlar həmin pulu düzəldə bilmədiklərindən, Elman məcburiyyət qarşısında qalaraq onun və daha iki nəfər dostlarının yanında öz avtomobilində tanışı Zamiq Cabbarovdan 500 manat məbləğində borc pul almışdır. Elman Zamiqdən borc alarkən qəbz yazıb vermiş və orada pulun məbləği ilə bağlı Elmanın heç bir etirazı olmamışdır. Məhkəmə tərəflərin izahatlarını, şahidin ifadəsini dinləyib, məhkəmə iclasında araşdırılmış sübutları və iş materiallarını tədqiq edərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. İş materiallarında olan AD ******* nömrəli, 10.10.2019-cu il tarixli Cavabdeh şəxsi vəsiqəsinin surətinin arxasında yazılmış qəbzdən görünür ki, o, tanışı İddiaçı 16.07.2020-ci ildə borc olaraq 5000 (beş min) manat pul aldı. Aldığı borcu 2020-ci ilin avqust ayının sonunda qaytarmağı öhdəlik götürür. Yuxarıda yazılanları özü yazdı və doğruluğunu öz imzası ilə təsdiq edir. İş materillarında olan «X1» MMC-nin 219768 ƏİA/4 №-li 11.11.2021-ci il tarixli mədaxil qəbzindən görünür ki, İddiaçı 100 manat məbləğində hüquqi xidmət haqqı ödəmişdir. İş materiallarında olan Kapital Bankın 10.11.2021-ci il tarixli ödəniş qəbzindən görünür ki, məhkəmədə iddia qaldırmaq üçün 70 manat məbləğində dövlət rüsumu ödəmişdir. İş materiallarında olan İddiaçı şəxsiyyət vəsiqəsinin təsdiq olunması üçün Bakı şəhəri 30 saylı notariat ofisində 3 manat məbləğində dövlət rüsumu ödəmişdir. İş materiallarından göründüyü kimi, iİddia ərizəsinə əsasən hazırki iş üzrə mübahisənin predmeti cavabdehin iddiaçı qarşısında borc öhdəlikləridir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafıq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 740-cı maddəsinə əsasən borc müqaviləsi şifahi bağlanılır. Tərəflərin razılaşması ilə yazılı formadan da istifadə edilə bilər. Həmin Məcəllənin 385.1-ci maddəsinə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürüiən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Məhkəmə iclasında sübutların tədqiqi ilə müəyyən olundu ki, tərəflər arasında tanışlıq münasibəti olduğundan 16 iyul 2020-ci il tarixdə İddiaçı Cavabdeh 5000 manat məbləğində borc pul vermişdir. Cavabdeh tərəfindən yazılmış qəbzdən görünür ki, o, tanışı İddiaçı 16.07.2020-ci ildə borc olaraq aldığı 5000 manat pul almış və öz üzərinə aldığı borcu 2020-ci ilin avqust ayının sonunda qaytarmağı öhdəlik götürmüşdür. Məhkəmə iclasında Cavabdeh iddiaçıdan iddia ərizəsində göstərildiyi və qəbzdə yazdığı kimi 5000 manat deyil, 500 manat borc aldığını bildirsə də, həmin halı təsdiq edən hər hansı mötəbər sübutu məhkəməyə təqdim etməmişdir. Avropa Məhkəməsinin Mahmudov Rusiya Federasiyasına qarşı iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında göstərilmişdir ki, Konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq affirmanti, non neganti, incumbit probation (sübutetmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm-mövcudluğundan və ya təkzibedilməz oxşar fakt ehtimallarından irəli gələ bilər. “Qavazov Bolqarıstana qarşı” iş üzrə 06 mart 2008-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, sübutları qiymətləndirərkən, bir qayda olaraq, «əsaslı şübhədən kənar» sübut standartları tətbiq edilir (§ 93). Məhkəmə hesab edir ki, iddiaçının cavabdehə qarşı irəli sürdüyü 5.173 manat məbləğində pul tələbi əsaslıdır və təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh 5000 (beş min) manat əsas borc, 100 (yüz) manat hüquqi xidmətlərə görə haqq, ödənilmiş 70 (yetmiş) manat dövlət rüsumu, 3 (üç) manat notariat hərəkətlərinə görə dövlət rüsumu olmaqla, cəmi 5173 (beş min yüz yetmiş üç) manat tutulub İddiaçı ödənilsin. Qətnamədən təqdim olunan (alınan) gündən 1 (bir) ay müddətində Bakı şəhəri, Səbail rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Mədinə Bağırova
Məhkəmə qərarları › İş №2(009)-186/2022
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №2(009)-186/2022
09.03.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver