Məhkəmə qərarları › İş №2(009)-1862/2023

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №2(009)-1862/2023

23.10.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(009)-1862/2023 23.10.2023 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Bağırova Mədinə Ağacavad qızının sədrliyi, Rüstəmova Çinarə Mübariz qızının katibliyi, iddiaçı X3, Cavabdeh iştirakı ilə, İddiaçı X3 Cavabdeh qarşı “alimentin artırılması” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı X9 Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 02 noyabr 2015-ci il tarixdə anadan olmuş X10 yetkinlik yaşına çatana qədər saxlanılması üçün hər ay alimentin 160 manatdan qanunvericilikdə nəzərəd tutulmuş qaydada 220 manat məbləğində pulun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini belə əsaslandırmışdır ki, onun cavabdehlə qeyri-rəsmi nikahdan X14 adlı oğlu anadan olmuşdur. Səbail Rayon Məhkəməsinin 29 setyabr 2016-cı il tarixində oğlu X10 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 160 manat məbləğində alimentin tutulması qət edilmişdir. Hal-hazırda uşağın tələbati artıb: məktəb formasına, ləvazimatlarına və digər əşyaların alınmasına 160 manat çatmır, özü isə işləmir. Ona görə də, 02 noyabr 2015-ci il tarixdə anadan olmuş X10 yetkinlik yaşına çatana qədər saxlanılması üçün hər ay alimentin 160 manatdan qanunvericilikdə nəzərdə tutulmuş qaydada 220 manat məbləğində pulun tutulması xahiş etmişdir. Məhkəmə iclasında iddiaçı X9 iddia tələbini müdafiə edərək, iddianın təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh iddianı qismən qəbul edərək bildirmişdir ki, o, Bakı şəhəri üzrə Təhsil İdarəsi Səbail rayonu 51 nömrəli tam orta məktəbdə xx.xx.2004-cü il tarixindən fiziki-tərbiyə müəllimi vəzifəsinə işə qəbul olunmuş və hal-hazırda həmin təhsil müəssisəsində işləyir. Onun vəzifə maaşı üzrə hesablanmış əmək haqqısı 867 manat 50 qəpik məbləğindədir. Ondan 160 manat məbləğində aliment tutulduqdan sonra aldığı maaş 560 manat məbləğində təşkil edir. Əlavə olaraq bildirir ki, o, ailə qurub və himayəsində üç yetkinlik yaşına çatmayan uşaqları vardır. Ona görə də, ondan əmək haqqının 1/4 hissəsində aliment tutulmasını xahiş etmişdir. Məhəmə tərəflərin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. İş materiallarına əlavə edilmiş Bakı şəhəri Səbail rayon Məhkəməsinin 2(009)- 2723/2019 saylı, xx.xx.2019-cu il tarixli qətnaməsindən görünür ki, xx.xx.2015-ci il təvəllüdlü X10 yetkinlik yaşına çatanadək saxlanılması üçün Səbail Rayon Məhkəməsinin 29 sentyabr 2016-cı il tarixli qətnaməsi əsasında Cavabdeh tutulan alimentin həcmi artırılaraq hər ay 160 manat sabit pul məbləğində müəyyən edilmiş və həmin 160 manat pul vəsaiti bu qətnamə qanuni qüvvəyə mindiyi gündən tutulub (uşaq yetkinlik yaşına çatanadək) iddiaçı X4 ödənilməsi qət edilmişdir. İş materiallarında olan AZ-İİİ 703265 nömrəli, 11 fevral 2016-cı il tarixli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X14 xx.xx.2015-ci ildə doğulmuşdur. Atası Cavabdeh, anası X5r. İş materiallarında olan AZ-İ 298369 nömrəli, 11 fevral 2016-cı il tarixli atalığın müəyyən edilməsi haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh 02 noyabr2015-ci ildə vətəndaş X1 doğulmuş X8 atası hesab edilmişdir. Bu barədə atalığın müəyyən edilməsi haqqında akt qeydləri kitabında 2016 ilin 02 ayının 11 günündə 53 No ilə qeyd edilmişdir. İş materiallarında olan AA3326412 80QXL73 nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X2 xx.xx.2006-cı ildə doğulmuşdur. Təqdim olunmuş 2 saylı Xidmət və əməliyyat arayışından görünür ki, Cavabdeh Bakı şəhəri üzrə Təhsil İdarəsi Səbail rayonu 51 nömrəli tam orta məktəbdə xx.xx.2004-cü il tarixindən fiziki-tərbiyə müəllimi vəzifəsinə işə qəbul olunmuş və hal-hazırda həmin təhsil müəssisəsində işləyir. Onun vəzifə maaşı üzrə hesablanmış əmək haqqısı 867 manat 50 qəpik məbləğindədir. Təqdim olunmuş doğum haqqında şəhadətnamələrin surətlərindən görünür ki, X12 02 may 2007-ci ildə doğulmuş, X13 21 sentyabr 2008-ci ildə doğulmuş və X15 07 yanvar 2019-cu ildə doğulmuşdur. Ataları Cavabdeh, anası ilə X6r. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinin 2-ci hissəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.4-cü maddəsinə əsasən valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanılması üçün vəsait (ailment) məhkəmə qaydasında tutulmalıdır. Həmin Məcəlləsinin 76.1.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə razılıq olmadıqda, uşaqlar üçün onların valideynlərindən məhkəmə tərəfindən hər ay bir uşağa görə qazancın və başqa gəlirlərin dörddə bir hissəsi miqdarda aliment tutulur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra, tərəflərdən birinin ailə və maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər. Məhkəmə iclasında müəyyən edildi ki, tərəflərin yetkinlik yaşına çatmayan uşagları iddiaçının himayəsindədir və uşaqların saxlanması üçün artan tələbat Səbail Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli qətnaməsi ilə müəyyənləşdirilən aliment məbləği ilə ödənilə bilmir. Qeyd olunanlara əsasən, uşağın saxlanılması üçün zəruri olan maddi təminatın yarısının da iddiaçının vəzifəsi olduğunu, tərəflərin maddi vəziyyəti, diqqətəlayiq olan digər maraqları, habelə uşağın təminat səviyyəsinin mümkün qədər maksimal saxlanması və yuxarıda göstərilən digər halları nəzərə alaraq, məhkəmə xx.xx.2015-ci il təvəllüdlü X10 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay Cavabdeh qazancının və başqa gəlirlərinin 1/4 hissəsinin iddiaçının xeyrinə müəyyən olunmasını ədalətli hesab edir. Bu qənaətə gələrkən məhkəmə, habelə uşaq hüquqlarının həyata keçirilməsi, uşaqların yüksək mənəviyyatlı, hərtərəfli şəxsiyyət kimi formalaşmasına şərait yaradılmasının Azərbaycan Respublikasının dövlət siyasətinin üstün istiqamətlərindən biri olmasını nəzərə almışdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismiən təmin edilsin. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-2723/2019 saylı, xx.xx.2019-cu il tarixli qətnaməsi ilə müəyyən edilmiş alimentin məbləği artırılaraq, Cavabdeh xx.xx.2015-ci il təvəllüdlü X10 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay qazancının və başqa gəlirlərinin 1/4 hissəsi miqdarında aliment tutularaq iddiaçı X7 ödənilsin. Qalan hissədə iddia təmin edilməsin. Alimentin yeni qaydada tutulması hazırki qətnamənin qanuni qüvvəyə mindiyi tarixdən hesablansın. Qətnamədən onun tərəflərərəs miqaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Səbail Rayon Məhkəmə sivasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Mədinə Bağırova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar