Məhkəmə qərarları › İş №2(009)-1868/2022

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №2(009)-1868/2022

20.12.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Girov müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(009)-1868/2022 20.12.2022 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Səbail Rayon Məhkəməsinin hakimi Rəna Nazim qızı Qafarovanın sədrliyi, Məhkəmə iclas katibi Əlirza Azəroğlunun, İddiaçı və cavabdehin nümayəndəsi Nümayəndə iştirakları ilə, İddiaçı - cavabdeh "xxxx" MMC-yə qarşı “qızıl-ziynət əşyalarının geri gaytarılması” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı - cavabdeh "xxxx" MMC-yə qarşı “qızıl-ziynət əşyalarının geri gaytarılması” tələbinə dair ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh "xxxx", Bank olmayan kredit təşkilatı “Məhdud Məsuliyyətli Cəmiyyəti” tərəfindən mənimsənilən ona məxsus ümumilikdə 81 (səksən bir) qram olan qızıl-ziynət əşyalarının ona qaytarılması barədə qətnamə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyət ilə onun arasında xx.xx.2021-ci il tarixində H00001615-2021 saylı kredit müqaviləsi bağlanmışdır. Kredit müqaviləsinə əsasən "xxxx" MMC-i ona 36 (otuz altı) ay müddətinə, illik 36% olmaqla 4372 (dörd min üç yüz yetmiş iki) manat məbləğində kredit vermişdir. Kredit girov müqaviləsi əsasında verilmişdir. Yəni, o həyat yoldaşı X1 məxsus olan İtaliya istehsalı 750 əyarlı bir ədəd sinəlik- 18.8 qr; İtaliya istehsalı 750 əyarlı bir ədəd birliyyat qaşlı üzük-6.4 qr; İtaliya istehsalı 750 əyarlı bir ədəd üzük-4.4 qr; İtaliya istehsalı 750 əyarlı birliyyat qaşlı bir dəst-19.7 qr (üzük və bir cüt sırqa); Türkiyə istehsalı 585 əyarlı birliyyat qaşlı bir ədəd qadın nişan üzüyü-7.7 qr; Türkiyə istehsalı 585 əyarlı bir dəst-18.5 qr; (bir ədəd boyunbağı,bir ədəd qolbağ,bir ədəd üzük,bir cüt sırqa) olmaqla ümumilikdə 81 (səksən bir) qram qızıl ziynət əşyalarını "xxxx" MMC-nə girov qoyaraq yuxarıda qeyd olunan həmin 4372 (dörd min üç yüz yetmiş iki) manat kredit əldə edib. Hərbi xidmətiylə əlaqədar ezamiyyətlərdə olduğu üçün aylıq ödənişlərində müxtəlif gecikmələr yarandı. Nəticədə 40 (qırx) gün gecikmə səbəbindən ona bildirilmədən, bildiriş məktubuna onun əvəzindən başqası tərəfindən imza atılmış, (sonuncu bildiriş kağızı isə "xxxx" MMC tərəfindən ona təqdim edilmir və gizlədilir) saxta sənədlər əsasında qızıllar satılmışdır. Onunla "xxxx" MMC arasında imzalanmış H00001615-2021 saylı kredit müqaviləsinin şərtlərinə əsasən satış müddəti 2 (iki) aydır, həmçinin satış həyata keçdikdən sonra əldə edilən vəsait düzgün bölüşdürülməlidir, amma "xxxx" MMC müqavilənin şərtlərini də kobudcasına pozmuşdur. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə edərək, təmin edilməsini xahiş etmişdir. Cavabdeh tərəfin məhkəməyə ünvanladığı etiraz məktubundan görünür ki, iddiaçının iddia ərizəsində yazdıqları həqiqəti əks etdirmir. Belə ki, iddia ərizəsində qızıl-ziynət əşyalarının onun həyat yoldaşına məxsus olması qeyd edilib, halbuki, iddiaçı ilə "xxxx" MMC arasında xx.xx.2021-ci il tarixində kredit və girov müqavilələri imzalanan zaman şəxsən onun tərəfindən əl yazması ilə yazılan qızıl-ziynət əşyalarının onun mülkiyyətində olması və (nikahdan öncə əldə edilməsi, eləcə də borc öhdəliyi yerinə yetirilmədiyi təqdirdə onun iştirakı olmadan qızıl-zinət əşyalarının "xxxx" MMC tərəfindən satılması barədə Razılıq ərizəsi imzalanmışdır. İddia ərizəsində qızıl-zinət əşyalarının ümumi çəkisi 81 qram deyil, tərəflər arasında imzalanmış xx.xx.2021-ci il tarixli qiymətləndirmə Aktında göstərildiyi kimi 75.5 qram müəyyən edilmişdir. İddia ərizəsində göstərilmişdir ki, iddiaçının xəbəri olmadan qızıl-ziynət əşyaları satılıb və ona göndərilən bildirişlərin çatıdılmasını təsdiq edən xəbərnamələr başqa şəxs tərəfindən imzalanıb. Halbuki, iddiaçı tərəfindən təqdim edilən məlumatlar əsasında müqavilələrdə göstərilən ünvana "xxxx" MMC tərəfindən kredit ödənişinin gecikdirilməsi barədə xəbərdarlıq məktubu göndərilmişdir, lakin Azərpoçtun qəbzində “ünvan düzgün deyil” qeydi ilə xəbərdarlıq məktubu geri qaytarılmışdır. Bundan əlavə iddiaçı ilə bir neçə dəfə telefonla danışlıb və ödəniş edilmədiyi təqdirdə girov predmetinin satılaraq borcun əvəzinə ödənilməsi bildirilmişdir. Məlumatı əks etdirən Bildiriş göndərilmişdir və bildiriş iddiaçı tərəfindən şəxsən qəbul edilmişdir. Poçt xidmətinin təqdim etdiyi xəbərnaməni iddiaçı xx.xx.2022-ci il tarixində şəxsən özü imzalamış və bildirişin ona çatıdırlması yeri və vaxtı barədə poçt xidməti tərəfindən Akt da təqdim edilmişdir. Bununla da iddiaçının girov predmetinin satılacağı və borcun əvəzinə ödəniləcəyi barədə kifayət qədər məlumatlandırılmasına istinad edərək qanunvericiliyin tələblərinə tam riayət edilməklə "xxxx" MMC tərəfindən sözü gedən qızılzinət əşyalarının satılaraq əldə edilən vəsait hesabına iddiaçının kredit borcunun əvəzinə tam ödənilməsi təmin edilmişdir və bu barədə də iddiaçıya bildiriş göndərilmişdir. Halhazırda iddiaçının "xxxx" MMC-yə olan kredit borcu tam ödənilmişdir. Yuxarıda göstərilənləri nəzərə alaraq Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 154cü maddəsinə əsasən İddiaçı tərəfindən verilən iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi Nümayəndə iddiaya etirazın məzmununa oxşar izahat verərək İddiaçı tərəfindən verilən iddia tələbinin əsassız olduğu üçün rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iddiaçının və cavabdehin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia rədd edilməlidir. Belə ki, işə əlavə edilmiş və məhkəmə baxışı zamanı tədqiq edilmiş: - "xxxx" MMC ilə İddiaçı arasında xx.xx.2021-ci il tarixli, SG-HO0001615-2021 saylı kredit müqaviləsindən görünür ki, Kredit müqaviləsinə əsasən ona 36 (otuz altı) ay müddətinə, kreditdən istifadəyə görə illik 36 faiz olmaqla istehlak və xidmətlərin alışı məqsədi ilə 4372 (dörd min üç yüz yetmiş iki manat məbləğində kredit verilmişdir. - 15 dekabr 2021-ci il tarixində tərtib edilmiş aktdan görünür ki "xxxx" BOKT MMC Girovunun ilkin qiymətləndirilməsinə görə qaşlı 80,4 qram, qaşsız 75,5 qram təşkil edən ziynət əşyalarının ümumi qiyməti 3974,8 manat təşkil edir. - 15 dekabr 2021-ci il tarixli İddiaçı razılıq ərizəsindən görünür ki, İddiaçı razılıq ərizəsini "xxxx" MMC- yə o məqsədlə verir ki, həqiqətən də xx.xx.2021 tarixli kredit müqaviləsinə əsasən 36 ay müddətinə, illik 36% faiz ödənilməsi şərtilə götürdüyü 4 372 AZN (Dörd min üç yüz yetmiş iki manat 00 qəpik) məbləğində kreditin təminatı olaraq xx.xx.2021 tarixli Təhvil-təslim Aktına və girov müqaviləsinə əsasən qızıl-zinyət əşyalarını saxlanc girova verir. Eləcə də bildirir ki, kredit müqaviləsində, habelə onların ayrılmaz hissəsi olan əlavələrdə müəyyən olunmuş öhdəlikləri lazımınca yerinə yetirməsə "xxxx" MMC (girovsaxlayan) tərəfindən göndərilmiş çağırış üzrə müəyyən olunmuş vaxtda gəlmədiyi halda, Girovsaxlayan borcunu ödəmək məqsədi ilə məhkəmədən kənar qaydada girovu satmaq səlahiyyəti vardır. Həmçinin bildirmək istəyir ki, qızıl-ziynət əşyaları onun şəxsi mülkiyyətindədir, nikaha daxil olmamışdan əvvəl əldə edilmişdir və üçüncü şəxslərin həmin əşyalara iddiası yoxdur. - "xxxx" MMC ilə İddiaçı arasında bağlanmış xx.xx.2021-ci il tarixli, SG-HO0001615- 2021 saylı çərçivə kredit və girov müqaviləsinə əlavə nömrə 1-dən görünür ki, ödəniş məbləği 7282 manat 31 qəpik, əsas borc 4372 manat və faiz borc 2910 manat 31 qəpik təşkil edir. - İddiaçı adına olan kredit üzrə ödənişlər barədə məlumatdan görünür ki, xx.xx.2022ci ildə 70 manat, xx.xx.2022-ci ildə 100 manat və xx.xx.2022-ci ildə 50 manat, xx.xx.2022ci ildə 4753 manat ödəniş etmişdir. - 31 mart 2022-ci il tarixli, 789 nömrəli xəbərdarlıq məktubundan görünür ki İddiaçı "xxxx" MMC-dən xx.xx.2022 tarixdə SG-HO0001615-2021 saylı kedit müqaviləsi ilə 4372.00 AZN manat məbləğində kredit götürmüşdür, onun qeyd edilən kredit müqaviləsi üzrə götürdüyü kreditin geri ödənişində xx.xx.2022 tarixdən etibarən problem yaranmış və artıq 34 günlük gecikməsi ilə onun kredit üzrə 420.67AZN manat məbləğində keçmiş borcu mövcuddur. Onunla bağlanmış kredit müqaviləsinin 5.1.3 cü bəndinə əsasən kreditin vaxtından əvvəl tələb edilməsi halı yaranmışdır. Bu xəbərdarlıq məktubu ilə ondan 4645.29 AZN məbləğində cəmi kredit borcunu xx.xx.2022-ci il tarixinə qədər ödəməyi tələb edirlər. Əks halda, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 302.7-ci maddəsinə əsasən Girov bileti üzrə girov qoyulmuş əşyalar satılaraq kredit borcunun bağlanmasına yönəldiləcək. Gecikdirilən hər gün üçün gecikdirilmiş məbləğin 1 %-i qədər cərimə hesablanacaqdır. - "xxxx" MMC tərəfindən İddiaçı ünvanlanmış 818 nömrəli 08 aprel 2022-ci il tarixli «yüklülük predmetinə tutmanın yönəldilməsi və onun satılmasına dair bildiriş»dən görünür ki, İddiaçı ilə “Azərbaycan Mikro-Kredit BOKT“ MMC arasında xx.xx.2021-ci il tarixli, H00001615-2021 saylı Kredit müqaviləsi imzalanmışdır. Kredit müqaviləsinə əsasən ona 36 (otuz altı) ay müddətinə, kreditdən istifadəyə görə illik 36 faiz olmaqla istehlak və xidmətlərin alışı məqsədi ilə 4372 (dörd min üç yüz yetmiş iki manat məbləğində kredit verilmişdir. Qeyd olunan Kredit müqaviləsi üzrə öhdəliklərinin təminatı olaraq Girov saxlayan xx.xx.2021-ci il tarixli, H00001615-2021 saylı Saxlanc girov müqaviləsi imzalanmışdır. Girov müqaviləsinə əsasən ona məxsus olan - 1 ədəd kolye-qolbaq (18,5 qr, 585 əyarlı), 1 ədəd komplekt (19,7 qr, 583 əyarlı), - 1 ədəd üzük (7,7 qr, 585 əyarlı), 1 ədəd üzük (6,4 qr, 750 əyarlı), 1 ədəd üzük (4,4 qr, 750 əyarlı), 1 ədəd kolye (18.8 qr, 750 əyarlı) - zinət əşyaları kredit müqaviləsi üzrə öhdəliklər tam şəkildə icra olunanadək Girov saxlayanın xeyrinə girov qoyulmuş və Girov saxlayanın sahibliyinə verilmişdir. Tərəflərindən dəfələrlə şifahi və yazılı xəbərdarlıq edilməsinə baxmayaraq kredit müqaviləsi üzrə öhdəliklər kredit müqaviləsində nəzərdə tutulduğu qaydada onun tərəfindən icra edilməmiş və bu səbəbdən, Girov saxlayanın Girov müqaviləsi üzrə girov predmetinə tutma hüququ yaranmışdır. Bildirirlər ki, cari tarixə onun kredit müqaviləsi üzrə Borc verən qarşısında icra edilməmiş 4344,60 AZN (dörd min üç yüz qırx dörd manat 60 qəp) məbləğində əsas borc, 307,23 AZN yeddi manat 23 qəp) məbləğində faiz borcu, 29,80 AZN (iyirmi doqquz manat 80 qəp) məbləğ cərimə borcu, ümumilikdə 4681,63 AZN (dörd min altı yüz səksən bir manat 63 qəp) manat borcu mövcuddur. “Daşınar əmlakın yüklülüyü haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə əsasən girov predmeti olan zinyət əşyaları Girov saxlayanın sahibliyinə verildikdə Girov saxlayan məhkəməyə müraciət etmədən həmin zinyət əşyalarının satışını istənilən üsulla icra edə bilər. Odur ki, kredit müqaviləsi üzrə öhdəliklərin təminatı qismində çıxış edən zinət əşyalarının satışı 18 aprel 2022-ci il tarixdə, "xxxx" MMC-nin Bakı şəhəri, Səbail rayonu, Nizami 68 ünvanında, saat 10:00 da həyata keçiriləcəkdir. Girov predmeti birbaşa satış üsulu məhsullarının alqı-satqısını həyata keçirən şəxs(lər)ə ağlabatan qiymətə (oxşar əşyanın oxşar şəkildə alınması zamanı qoyulan qiymət) satılacaqdır. Qanunun 17.4-cü maddəsinin tələblərini nəzərə alaraq bildirirlər ki, bu bildirişi tərəf aldıqdan sonra 7 (yeddi) iş günü ərzində girov predmeti olan zinət əşyalarını satın almaqda üstünlük hüququ vardır. Qeyd edilən müddət ərzində həmin hüquqlardan istifadə etmədiyi təqdirdə zinət əşyalarının bildirişdə göstərilən tarixdə birbaşa satışı həyata keçiriləcək və Qanunun 18.3cü maddəsinə əsasən girov predmeti olan zinət əşyalarının satışından əldə edilən vəsait Girov saxlayan qarşısında mövcud borcun ödənilməsinə yönəldiləcək və artıq vəsait qaldığı halda həmin vəsait satışın keçirildiyi tarixdən etibarən 10 (on) iş günü müddətində ona geri qaytarılacaqdır. - "xxxx" MMC tərəfindən İddiaçı ünvanlanmış 864 nömrəli 28 aprel 2022-ci il tarixli «yüklülük predmetinə satılmasında əldə edilən vəsaitin bölüşdürülməsinə dair bildiriş»dən görünür ki, İddiaçı ilə “Azərbaycan Mikro-Kredit BOKT“ MMC arasında xx.xx.2021-ci il tarixli, H00001615-2021 saylı Kredit müqaviləsi imzalanmışdır. Kredit müqaviləsinə əsasən ona 36 (otuz altı) ay müddətinə, kreditdən istifadəyə görə illik 36 faiz olmaqla istehlak və xidmətlərin alışı məqsədi ilə 4372 (dörd min üç yüz yetmiş iki manat məbləğində kredit verilmişdir. Qeyd olunan Kredit müqaviləsi üzrə öhdəliklərinin təminatı olaraq Girov saxlayan xx.xx.2021-ci il tarixli, H00001615-2021 saylı Saxlanc girov müqaviləsi imzalanmışdır. Girov müqaviləsinə əsasən ona məxsus olan - 1 ədəd kolye-qolbaq (18,5 qr, 585 əyarlı), 1 ədəd komplekt (19,7 qr, 583 əyarlı) , - 1 ədəd üzük (7,7 qr, 585 əyarlı), 1 ədəd üzük (6,4 qr, 750 əyarlı), 1 ədəd üzük (4,4 qr, 750 əyarlı), 1 ədəd kolye (18.8 qr, 750 əyarlı) - zinət əşyaları kredit müqaviləsi üzrə öhdəliklər tam şəkildə icra olunanadək Girov saxlayanın xeyrinə girov qoyulmuş və Girov saxlayanın sahibliyinə verilmişdir. Nəzərinə çatdırılmışdır ki, tərəflərindən dəfələrlə şifahi və yazılı xəbərdarlıq edilməsinə baxmayaraq kredit müqaviləsi üzrə öhdəlikləri kredit müqaviləsində nəzərdə tutulduğu qaydada onun tərəfindən icra edilməmiş və bu səbəbdən Girov saxlayanın Girov müqaviləsi üzrə girov predmetinə tutma yönəltmək hüququ yaranmışdır. "Daşınar əmlakın yüklülüyü haqqında” Azərbaycan Respublikasının Qanununun tələblərinə əsasən girov predmeti olan zinət əşyaları satışı Girov saxlayan tərəfindən 21 Aprel 2022-ci il tarixində bir başa satış üsulu ilə həyata keçirilmiş və satışdan əldə edilən (4753) manat məbləğində vəsait qeyd edilən qaydada bölüşdürülmüşdür: - kredit müqaviləsi üzrə hesablanmış cərimənin ödənilməsinə - (40.35) manat, - kredit müqaviləsi üzrə hesablanmış faizlərin ödənilməsinə - (368.05) manat, - kredit müqaviləsi üzrə əsas borcun ödənilməsinə (4344.6) manat. Girov predmeti qismində çıxış edən zinət əşyalarının satışından əldə edilən vəsaitin bölüşdürülməsi nəticəsində Girov saxlayan qarşısında mövcud borc öhdəliyi tam icra edilmiş və hər hansı artıq vəsait qalmamışdır. - "xxxx" MMC tərəfindən İddiaçı ünvanlamış 18 iyul 2022-ci il tarixli sorğuya cavabdan görünür ki, İddiaçı ilə “Azərbaycan Mikro-Kredit BOKT“ MMC arasında xx.xx.2021-ci il tarixli, H00001615-2021 saylı Kredit müqaviləsi imzalanmışdır. Kredit müqaviləsinə əsasən ona 36 (otuz altı) ay müddətinə, kreditdən istifadəyə görə illik 36 olmaqla istehlak və xidmətlərin alışı məqsədi ilə 4372 (dörd min üç yüz yetmiş iki manat məbləğində kredit verilmişdir. Kreditin aylıq ödənişlərində gecikmələr yaranmış və tərəflərindən dəfələrlə şifafi və yazılı xəbərdarlıq edilməsinə baxmayaraq ödəniş edilməmişdir. “Daşınar əmlakın yüklülüyü haqqında” Azərbaycan Respublikası Qanununun 17-ci maddəsini əsas tutaraq (Yüklülük predmetinin satılması), 08 aprel 2022-ci il tarixində, Yüklülük predmetinə tutmanın yönəldilməsi və onun satılmasına dair bildiriş ona göndərilmişdir. Bildirişə əsasən, kredit müqaviləsi üzrə öhdəliklərin təminatı qismində çıxış edən zinət əşyalarının 18 aprel 2022-ci il tarixində, "xxxx" MMC-nin Bakı şəhəri, Səbail rayonu, Nizami 68 ünvanında, saat 10:00 da birbaşa satış üsulu ilə həyata keçiriləcəyi və bildiriş rəsmi şəkildə İddiaçı tərəfindən alındıqdan sonra 7 (yeddi) iş günü ərzində girov predmeti olan zinət əşyalarını satın almaqda üstünlük hüququnun olması haqda ona bildirilmişdir. Bildirişi almağına baxmayaraq, göstərilən tarixdə təyin edilmiş ünvana gəlmədiyi üçün təminatı qismində çıxış edən zinət əşyalarının satışı həyata keçirilmişdir. 21 aprel 2022-ci il tarixində birbaşa satış üsulu ilə girov predmeti olan zinət əşyalarını həyata keçirilmiş və 28 aprel 2022-ci il tarixində yüklülük predmetinə satılmasında əldə edilən vəsaitin bölüşdürülməsinə dair bildiriş göndərilməklə ona bildirilmişdir. Nəzərinə çatdırılmışdır ki Girov predmeti qismində çıxış edən zinət əşyalarının satışından əldə edilən vəsaitin bölüşdürülməsi nəticəsində Girov saxlayan qarşısında mövcud borc öhdəliyi tam icra edilmiş və hər hansı artıq vəsait qalmamışdır. - "xxxx"-un 076102 nömrəli məktubundan görünür ki məktub İddiaçı tərəfindən xx.xx.2022 - ci il tarixində imzalanmışdır. - "xxxx"-un 074947 nömrəli məktubundan görünür ki xx.xx.2022-ci il tarixində ünvan düzgün deyil qeyd edilərək imtina edilmişdir. - xx.xx.2022-ci il tarixli 194 nömrəli aktdan görünür ki "xxxx" MMC təsdiq edir ki, həqiqətən "xxxx" MMC tərəfindən xx.xx.2022-ci il tarixində 076102 nömrəli məktub qəbul edilmişdir. Kuryer xx.xx.2022-ci il tarixində məktubu ünvan 2 ünvanında İddiaçı üçün yollanmış, lakin şəxs məktubu Badamdar qəsəbəsinə çatdırılmasını istəmişdir. Məktubu Badamdar qəsəbəsində İddiaçı tərəfindən qəbul edilmişdir. Bu aktı öz imzalarıyla təsdiq edirlər. - "xxxx" MMC-dən daxil olmuş xx.xx.2022-ci il tarixli, ƏEM/N-09-744 nömrəli Mütəxəssis rəyindən görünür ki, bir dəst (bir ədəd boyunbağı, bir ədəd qolbağ, bir ədəd üzük, bir cüt sırqa 1480 manat, qaşlı bir dəst (üzük və bir cüt sırqa) 1477 manat, qaşlı bir ədəd nişan üzüyü 616 manat, bir ədəd qaşlı üzük 576 manat, bir ədəd üzük 418 manat, bir ədəd boyunbağı 1786 manat olmaqla, ümumilikdə bazar dəyəri 6353 manat 5 qəpik göstərilmişdir. Məhkəmə iddia tələbləri ilə bağlı qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.1-ci maddəsinə əsasən, müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur. - 269.1-ci maddəsinə əsasən, girov və ipoteka hüququ girov qoyanın əşyası barəsində girov saxlayanın əşya hüququdur və eyni zamanda borclunun girov saxlayan qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üsuludur. - 295-ci maddəsinə əsasən, girov saxlayanın (kreditorun) tələblərinin ödənilməsi üçün tutma girov qoyulmuş əşyaya borclu girovla təmin edilmiş öhdəliyi onun cavabdeh olduğu səbəblərdən icra etmədikdə və ya lazımınca icra etmədikdə yönəldilə bilər. - 298.2-ci maddəsinə əsasən, bu Məcəllənin 298.1-ci maddəsində nəzərdə tutulmuş ödənişlər həyata keçirildikdən sonra girov qoyulmuş əşyanın satışından əldə olunan vəsaitin qalan hissəsi girov qoyulmuş əşyanın satılmasından 10 (on) iş günü müddətində girov qoyana qaytarılır. - 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. (MM-739.2.) - 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. - 425.1-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. İddiaçı tələbində hərbi xidməti ilə əlaqədar ezamiyyətlərdə olduğu üçün aylıq ödənişlərində müxtəlif gecikmələr yaranmasını, nəticədə 40 (qırx) gün gecikmə səbəbindən ona bildirilmədən, bildiriş məktubuna onun əvəzindən başqası tərəfindən imza atılmasını, sonuncu bildiriş kağızının isə "xxxx" MMC tərəfindən ona təqdim edilməyərək gizlədilməsini, saxta sənədlər əsasında qızılların satılmasını, bir sözlə, Azərbaycan Mikrokredit Bokt” MMC müqavilənin şərtlərini də kobudcasına pozulmasını göstərərək qızılziynət əşyalarının ona qaytarılmasını iddia etmişdir. Cavabdeh isə iddiaya etirazının əsası kimi İddiaçı aralarında bağlanmış kredit müqaviləsi üzrə olan öhdəliyini vaxtında yerinə yetirməməsinə, həmin müqavilənin şərtlərini kobud sürətdə pozmasına, kredit ödənişlərini vaxtında və düzgün icra etmədiyi təqdirdə, girovun məhkəmədən kənar satılacağını əvvəlcədən bilməsinə və bu barədə kreditora ərizə yazmaqla razılığını bildirməsinə istinad etmişdir. Məhkəmə qeyd edir ki, hər hansı iddia tələbi üzrə ilk öncə iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsası tapılmalı və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olması yoxlanılmalıdır. İşin mübahisəsiz halları ondan ibarətdir ki, tərəflər arasında bağlanmış xx.xx.2021-ci il tarixli, H00001615-2021 nömrəli kredit müqaviləsinə əsasən, iddiaçıya, illik 36% ödəmək şərti ilə, 36 ay müddətinə, 4.372 manat məbləğində kredit verilmiş və həmin kreditin təminatı olaraq, tərəflər arasında bağlanmış xx.xx.2021-ci il tarixli, SG-HO0001615-2021 nömrəli “Saxlanc girov müqaviləsi”nə əsasən, iddiaçı özünə məxsus qiymətləndirmə aktı ilə 3.974,8 manat məbləğində qiymətləndirilmiş qızıl-zinət əşyalarını təminat olaraq cavabdehin (Girov saxlayanın) sahibliyinə vermişdir. İş materiallarında olan Kredit müqaviləsinin 5.1.3-cü bəndinə əsasən, ödəniş cədvəli üzrə müddətlər kredit alan tərəfindən 2 (iki) aydan artıq müddətə gecikdirildikdə, habelə ardıcıl olaraq 2 (iki) dəfə pozulduqda, kreditor müqavilə üzrə pul öhdəliyinin vaxtından əvvəl icrasını tələb edə bilər. Tərəflər arasında bağlanmış “Saxlanc girov müqaviləsi”-nin 3.5-ci bəndinə əsasən girov predmeti 6306 manat məbləğində qiymətləndirilmişdir. -7.2-ci bəndinə əsasən, “Girov qoyan” “Girov saxlayan” tərəfindən göndərilən girov predmetinə tutmanın yönəldilməsi haqqında bildirişdə göstərilmiş müddətdə krediti bağlamadıqda, “Girov saxlayan” həm məhkəməyə müraciət etmədən, həm də müraciət etməklə girov predmetinə qanunvericiliklə müəyyənləşdirilən qaydada tutma yönəltməyə haqlıdır. Həmçinin İddiaçı xx.xx.2021-ci il tarixli razılıq ərizəsində o, kreditordan götürmüş olduğu kreditin təminatı olaraq saxlanca verdiyi qızıl-zinət əşyalarını, kredit müqaviləsində, habelə onun ayrılmaz hissəsi olan əlavədə müəyyən olunmuş öhdəliklərini lazımınca yerinə yetirmədiyi halda girov saxlayan tərəfindən göndərilmiş çağırış üzrə müəyyən edilmiş vaxtda gəlmədiyi halda, girov saxlayana olan borcunu ödəmək şərti ilə məhkəmədən kənar qaydada girovu satmaq səlahiyyətinə razılıq vermişdir. İddiaçı və cavabdeh tərəfindən imzalanmış xx.xx.2021-ci il tarixli qiymətləndirmə aktında iddiaçıya məxsus qızıl-zinət əşyaları 3.974,8 manat məbləğində qiymətləndirilmişdir. Hazırda iddiaçı bildiriş məktubuna onun əvəzindən başqası tərəfindən imza atılması ilə saxta sənədlər əsasında qızılların satılmasını iddia edir. Başqa sözlə, iddiaçı girovlarının satılması barədə bildirişin ona çatmamasını və qızılların ondan xəbərsiz satılmasını göstərərək tələbində cavabdehdən artıq satılmış qızıllarını tələb edir. Məhkəmə ilk növbədə qeyd edir ki, işin araşdırılmış halları ilə müəyyən edilmişdir ki, cavabdeh (kreditor və ya girovsaxlayan) tərəfindən iddiaçıya (borclu və girovqoyana) xx.xx.2022-ci il tarixdə “Yüklülük predmetinə tutmanın yönəldilməsi və onun satılmasına dair” bildiriş göndərmiş və həmin bildirişin kuryer şirkəti (Qarant Post MMC) tərəfindən İddiaçı xx.xx.2022-ci il tarixdə çatdırılması iş materiallarında olan kuryer şirkəti tərəfindən tərtib olunmuş xx.xx.2022-ci il tarixli akt və məktubun çatdırılması ilə bağlı digər sənədlərlə öz təsdiqini tapmışdır. Sözügedən bildirişə əsasən, kredit müqaviləsi üzrə öhdəliklərin təminatı qismində çıxış edən zinət əşyalarının 18 aprel 2022-ci il tarixində, "xxxx" MMC-nin Bakı şəhəri, Səbail rayonu, Nizami 68 ünvanında, saat 10:00 da birbaşa satış üsulu ilə həyata keçiriləcəyi və bildirişin rəsmi şəkildə İddiaçı tərəfindən alındıqdan sonra 7 (yeddi) iş günü ərzində girov predmeti olan zinət əşyalarını satın almaqda üstünlük hüququnun olması haqda ona bildirilmişdir. Bildirişi almağına baxmayaraq, göstərilən tarixdə təyin edilmiş ünvana gəlmədiyi üçün təminatı qismində çıxış edən zinət əşyalarının satışı həyata keçirilmiş, satış da bildirişdə göstərildiyi kimi Girov predmeti birbaşa satış üsulu məhsullarının alqı-satqısını həyata keçirən şəxs(lər)ə ağlabatan qiymətə (oxşar əşyanın oxşar şəkildə alınması zamanı qoyulan qiymət) həyata keçirilmişdir. Məhkəmə baxışı zamanı iddiaçı tərəf sözügedən bildirişin iddiaçıya çatdırılmaması ilə bağlı cavabdehin istinad etdiyi kuryer şirkəti tərəfindən tərtib olunmuş xx.xx.2022-ci il tarixli akt və məktubun çatdırılması ilə bağlı digər sənədlərin həqiqiliyini təkzib edən hər hansı bir sübut, dəlil irəli sürməmişdir. Belə olan halda məhkəmənin cavabdehin iddiaçıya ünvanladığı bildirişlərin çatdırılması ilə bağlı təqdim edilən sənədlərin həqiqiliynin şübhə altına alınmasına dair heç bir əsas yoxdur və onları sübut növü kimi qiymətləndirir. İşin materiallarından görünür ki, 21 aprel 2022-ci il tarixində cavabdeh tərəfindən birbaşa satış üsulu ilə girov predmeti olan zinət əşyalarının satışı həyata keçirilmiş və 28 aprel 2022-ci il tarixində yüklülük predmetinə satılmasında əldə edilən vəsaitin bölüşdürülməsinə dair bildiriş göndərilməklə iddiaçıya bu barədə bildirilmişdir. Bu vəsait kredit müqaviləsi üzrə hesablanmış cərimənin, faizlərin və əsas borcun ödənilməsinə yönəlmiş və girov predmeti qismində çıxış edən zinət əşyalarının satışından əldə edilən vəsaitin bölüşdürülməsi nəticəsində Girov saxlayan qarşısında mövcud borc öhdəliyi tam icra edilmiş və hər hansı artıq vəsait qalmamışdır. Məhkəmə hesab edir ki, kredit müqaviləsi üzrə öhdəliklər kredit müqaviləsində nəzərdə tutulduğu qaydada iddiaçı tərəfindən icra edilməməsi səbəbindən, Girov saxlayanın Girov müqaviləsi üzrə girov predmetinə haqlı olaraq tutma yönəldilməsi hüququ yarandığından cavabdehin hərəkətlərində hər hansı bir qanun pozuntusuna yol verilməsi halı öz təsdiqini tapmamışdır. Belə ki, cavabdeh "xxxx" MMC tərəfindən iddiaçının girov predmetinin satılacağı və borcun əvəzinə ödəniləcəyi barədə onu kifayət qədər məlumatlandırmaqla, qanunvericiliyin tələblərinə tam riayət edilməklə sözü gedən qızıl-zinət əşyaları satılaraq əldə edilən vəsait hesabına iddiaçının kredit borcunun əvəzinə tam ödənilməsi qanuni əsaslarla təmin edilmişdir. Məhkəmə iddiaçının dəlillərinə qiymət verməkdə davam edərək həmçinin hesab edir ki, o qızıl-ziynət əşyalarının onun həyat yoldaşına məxsus olmasını qeyd etsə də, onun ilə "xxxx" MMC arasında xx.xx.2021-ci il tarixində kredit və girov müqavilələri imzalanan zaman şəxsən onun tərəfindən əl yazması ilə yazılan qızıl-ziynət əşyalarının onun mülkiyyətində olması və (nikahdan öncə əldə edilməsi, eləcə də borc öhdəliyi yerinə yeirilmədiyi təqdirdə onun iştirakı olmadan qızıl-zinət əşyalarının "xxxx" MMC tərəfindən satılması barədə Razılıq ərizəsi imzalanmışdır. Həmçinin iddiaçı qızıl-zinət əşyalarının ümumi çəkisi 81 qram olmasını göstərsə də, iş materiallarında olan tərəflər arasında imzalanmış xx.xx.2021-ci il tarixli qiymətləndirmə Aktında göstərildiyi kimi qaşlı 80,4 qram, qaşsız isə 75.5 qram müəyyən edilmişdir. Bundan əlavə məhkəmə qeyd edir ki, tərəflər arasında bağlanmış “Saxlanc girov müqaviləsi”-nin 3.5-ci bəndinə əsasən girov predmeti 6306 manat məbləğində qiymətləndirilmiş, «Əmlak Ekspert Mərkəzi” MMC-dən daxil olmuş xx.xx.2022-ci il tarixli, ƏEM/N-09-744 nömrəli Mütəxəssis rəyi ilə isə 6353,5 manat məbləğində qiymətləndirilmişdir. İddiaçı və cavabdeh tərəfindən imzalanmış xx.xx.2021-ci il tarixli qiymətləndirmə aktında isə iddiaçıya məxsus qızıl-zinət əşyaları 3.974,8 manat məbləğində qiymətləndirilmişdir. Hazırda iddiaçı qızılların satış qiymətini mübahisələndirməyərək qızılların özünün qaytarılması tələbini irəli sürdüyünü, eləcə də iddiaçı və cavabdeh tərəfindən imzalanmış xx.xx.2021-ci il tarixli qiymətləndirmə aktında iddiaçıya məxsus qızıl-zinət əşyalarının 3.974,8 manat məbləğində qiymətləndirilməsini nəzərə alaraq hesab edir ki, «Əmlak Ekspert Mərkəzi” MMC-dən daxil olmuş xx.xx.2022-ci il tarixli, ƏEM/N-09-744 nömrəli Mütəxəssis rəyinin hazırki iş üzrə sübut əhəmiyyəti olmamışdır. Yuxarıda göstərilənlərə əsasən məhkəmə hesab edir ki, İddiaçı iddiasında göstərdiyi xüsusatlar, tərəflər arasında bağlanmış müqavilə şərtlərinə və Qanunvericiliyin tələblərinə uyğun olmamaqla, onun iddiasının təmin olunmasına əsas yaradacaq hər hansı bir möhtəbət sübut da məhkəməyə təqdim edilməmişdir. Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası MPM-in 14.2, 77.1, 88 və 217.4-cü maddələrinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə hesab edir ki, İddiaçı - cavabdeh "xxxx" MMC-yə qarşı “qızıl-ziynət əşyalarının geri gaytarılması” tələbinə dair iddiası əsassız olduğu üçün rədd edilməli, ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməli, ekspertiza xərci olan 150 (bir yüz əlli) manat iddiaçıdan tutularaq "xxxx" MMC-nin hesabına köçürülməlidir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 360-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddiaçı cavabdeh "xxxx" MMC-yə qarşı “qızıl-ziynət əşyalarının geri gaytarılması” tələbinə dair iddiası rədd edilsin. "xxxx" MMC tərəfindən aparılmış əmtəəşünaslıq ekspertizası tədqiqatının dəyəri olan 150 (bir yüz əlli) manat 100 (bir yüz) manat İddiaçı tutularaq "xxxx" MMC-nin hesabına (VÖEN: **********, Hesab N AZN: AZ30GUNA********************; Bank: GUNAY BANK ASC, VÖEN:**********, Müxbir hesab: AZ25NABZ********************; KOD: 505594; SWİFT: GUNAAZ22) köçürülsün. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə (elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Rəna Qafarova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar