Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(009)-1888/2020 07.09.2020 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Abdullayev Şahin Zülfüqar oğlunun sədrliyi ilə İddiaçıar İddiaçı1 və X1 Cavabdeh qarşı maddi ziyanın ödənilməsi tələbinə dair iddia ərizəsinə baxaraq… MÜƏYYƏN ETDİ: İddiaçılar İddiaçı1 və X2 Cavabdeh qarşı maddi ziyanın ödənilməsi tələbinə dair iddia ərizə ilə məhkəməyə müraciət etmişlər. Hakim iş materiallarını araşdırıb hesab edir ki, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçıya geri qaytarılmalıdır. AR MPM-nin 150.0.1-ci maddəsinə əsasən iddia ərizəsinə cavabdehlərin və üçüncü şəxslərin sayına görə iddia ərizəsinin surətləri əlavə edilir. Hakim ilk növbədə qeyd edir ki, iddiaçılar tərəfindən iddia ərizəsinin surəti cavabdehin sayına görə əlavə edilməmişdir(iddia ərizəsi bir nüsxədə əlavə edilmişdir). Digər tərəfdən iddia ərizəsinə dövlət rüsumunun ödənilməsi barədə qəbzin və digər sənədlərin əlavə edilməsi göstərilsə də, müvafiq qəbzin əsli və siyahıda göstərilən bütün sənədlər iddia ərizəsinə əlavə edilməmişdir (Bu barədə Səbail Rayon Məhkəməsinin dəftərxana işçiləri tərəfindən xx.xx.2020-ci il tarixli akt tərtib edilmişdir). Hakim izah edir ki, iddia ərizəsinə dövlət rüsumunun ödənilməsini təsdiq edən müvafiq qəbzin əsli əlavə edilməlidir. AR MPM-nin 152.1.5-ci maddəsinə əsasən müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd təqdim edilmədikdə, iddia ərizəsi geri qaytarılır. Bu səbəbdən hakim hesab edir ki, iddia ərizəsinə dövlət rüsumunun ödənilməsi barədə qəbzin əsli əlavə edilmədiyindən, iddia ərizəsi geri qaytarılmalıdır. Hakim digər tərəfdən qeyd edir ki, iddia ərizəsi iddiaçılar tərəfindən imzalanmamışdır. Bu hal da iddia ərizəsinin geri qaytarılması əsaslarından biridir. AR MPM-nin 152.1.2-ci maddəsinə əsasən iddia ərizəsi imzalanmadıqda və ya onu imzalamağa hüququ olmayan şəxs tərəfindən, yaxud xidməti vəziyyəti göstərilməyən şəxs tərəfindən imzalandıqda hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. AR MPM-nin 151.1 maddəsinə əsasən iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə onun məhkəmə icraatı mümkündür. Beləliklə hakim hesab edir ki, iddia ərizəsi imzalanmadığından, iddia ərizəsinə əlavə olunan sənədlərin siyahısında göstərilən bütün sənədlər, həmçinin ödənilmiş dövlət rüsumunun əsli iddia ərizəsinə əlavə edilmədiyindən, iddia ərizəsi sənədlərlə birlikdə geri qaytarılmalıdır. Şərh olunanlara əsasən və AR MPM-nin 152.1.1, 152.2-152.4-cü maddələrini rəhbər tutaraq hakim… QƏRARA ALDİ: İddiaçıar İddiaçı1 və X1 Cavabdeh qarşı maddi ziyanın ödənilməsi tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlərlə birlikdə geri qaytarılsın. Qərardaddan 10 gün müddətində Səbail rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Şahin Abdullayev
Məhkəmə qərarları › İş №2(009)-1888/2020
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərardad — İş №2(009)-1888/2020
07.09.2020 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver