Məhkəmə qərarları › İş №2(009)-190/2022

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərardad — İş №2(009)-190/2022

17.01.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(009)-190/2022 17.01.2022 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Bağırova Mədinə Ağacavad qızının sədrliyi, Rüstəmova Çinarə Mübariz qızının katibliyi, İddiaçı oğlunun və onun nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı oğlunun Cavabdeh qarşı maddi ziyanın ödənilməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı oğlu Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlə aralarından bağlanmış 14.06.2021-ci il tarixli restoranın işlətmə sözləşməsinin ləğv edilməsi və həmin işlətmə sözləşməsinə əsasən 01.09.2021-ci il tarixdən 11.01.2021ci il tarixənədək ödənilməmiş 31000 manat məbləğində olan icarə haqqının və ödənilmiş 183 manat dövlət rüsumunun cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin hazırlıq iclasında müəyyən edildi ki, Azərbaycan Respublikası ərazisində X1 icazə vəsiqəsinə əsasən Cavabdeh ünvanı ünvan 1an halda məhkəmə hesab edir ki, hazırkı iddia ərizəsi ərazi aidiyyat qaydaları pozulmaqla məhkəmənin icraatına qəbul edilmişdir və mülki-prosessual qanunvericiliyin tələblərinə uyğun olaraq aidiyyatı üzrə Nərimanov Rayon Məhkəməsinə göndərilməlidir. Məhkəmənin hazırlıq iclasında İddiaçı oğlunun nümayəndəsi və vəkili Vəkil işin müstəsna aidiyyət üzrə Səbail rayon Məhkəməsində baxılmalı olduğunu bildirdi. Məhkəmə iddiaçınının nümayəndəsi və vəkilini dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, hazırkı mülki iş aidiyyatı üzrə baxılması üçün Bakı şəhəri Nərimanov rayon Məhkəməsinə göndərilməlidir. İş materiallarında olan Azərbaycan Respublikasının Ərazisində X1 İcazə Vəsiqəsindən görünür ki, Türkiyə Respublikasının vətəndaşı Cavabdeh 18.02.2021-ci il tarixdən Bakı şəhəri, Nərimanov rayonu, Faiq Yusifov küçəsi, ev 29, mənzil 14 ünvanda qeydiyyatdadır. Azərbaycan Respublikası MPM-nin 35.1-ci maddəsinə əsasən qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. Həmin Məcəllənin 44.2.2-ci maddəsinə əsasən iş həmin məhkəmədə baxıldığı zaman onun aidiyyət qaydalarının pozulması ilə icraata qəbul edildiyi aşkar olarsa, məhkəmə işi başqa məhkəmədə baxılmağa verir. Azərbaycan Respublikası MPM-nin 45-ci maddəsinə görə mübahisənin məhkəməyə aid olmaması və ya işin başqa məhkəməyə verilməsi məsələləri barədə hakim bu Məcəllənin 21-ci fəslinin qaydalarına uyğun olaraq qərardad çıxarır. Həmin qərardaddan işdə iştirak edən şəxslər tərəfindən qərardadın alındığı (verildiyi) andan 10 gün ərzində şikayət verilə bilər. İşin bir məhkəmədən başqa məhkəməyə verilməsi həmin qərardaddan şikayət verilmə müddəti başa çatdıqdan sonra icra edilir. Bir məhkəmədən digərinə göndərilən iş, onun göndərildiyi məhkəmə tərəfindən baxılmağa qəbul edilməlidir. Məhkəmələr arasında ərazi aidiyyətinə dair mübahisələrə yol verilmir. Məhkəmələr arasında fikir ayrılığı olduğu hallarda apellyasiya instansiyası məhkəməsi tərəfindən iş bir məhkəmədən başqasına verilir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 24-26, 35, 44.2.2, 263- 264-cü maddələrini rəhbər tutaraq məhkəmə, Q Ə R A R A A L D İ: İddiaçı oğlunun Cavabdeh qarşı maddi ziyanın ödənilməsi tələbinə dair mülki iş ərazi aidiyyəti üzrə baxılması üçün Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə göndərilsin. Qərardaddan 10 (on) gün müddətində Səbail Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Mədinə Bağırova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar