Məhkəmə qərarları › İş №2(009)-1921/2020

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №2(009)-1921/2020

06.10.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(009)-1921/2020 06.10.2020 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Abdullayev Şahin Zülfüqar oğlunun sədrliyi ilə İddiaçı «xxxxxxxxxxxxxx» MMC-nin Cavabdeh qarşı borc tələbinə dair mülki işə Səbail rayon Məhkəməsi binasında kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq… MÜƏYYƏN ETDİ: İddiaçı «xxxxxxxxxxxxxx» MMC Cavabdeh qarşı kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında borc tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək göstərmişdir ki, “xxxxxxxx” MMC ilə Cavabdeh arasında bağlanmış Nisyə Alqı-satqı müqaviləsinə əsasən cavabdeh 871 manat dəyərində nisyə aldığı malın dəyərini müqaviləyə əlavə olan Ödəniş cədvəlinə uyğun olaraq hər ay ödəmək şərtilə 12 ay müddətində ödəməyi öhdəsinə götürüb. “xxxxxxxxxxxxxx” MMC ilə “xxxxxxxx” MMC arasında imzalanan Faktorinq müqaviləsi və həmin faktorinq müqaviləsinə əlavə olunan Sazişə əsasən “xxxxxxxx” MMC-nin Cavabdeh qarşı olan 871 manat məbləğindəki tələb hüququ “xxxxxxxxxxxxxx” MMC-yə keçmişdir. Eyni zamanda tələb hüququnun “xxxxxxxxxxxxxx” MMC-yə keçməsi barədə Nisyə alqı-satqı müqaviləsi üzrə alıcıya müvafiq bildiriş təqdim edilmişdir. Tərəflər arasında bağlanmış Nisyə alqı-satqı müqaviləsinin 1.1ci maddəsinə görə satıcı alıcıya qeyd olunan müqavilənin 1 saylı əlavəsində göstərilən malı satır və alıcı isə həmin malı qəbul edib tərəflər arasında razılaşdırılmış nisyə alqı-satqı müqaviləsi üzrə malın dəyərini satıcıya ödəyir. Həmin müqavilənin 1.2-ci maddəsinə əsasən alıcı tərəflər arasında bağlanan nisyə alqı-satqı müqaviləsinin 1 saylı əlavəsinə əsasən müəyyənləşdirilmiş müddətdə və qaydada pul məbləğini ödəməyi öhdəsinə götürür. Lakin cavabdeh müqavilənin bu şərtini pozaraq ödəniş cədvəli üzrə dövri olaraq ödəməli olduğu ödənişlərinin ödənilməsinə dair öhdəliyi vaxtında və lazımi qaydada icra etmir. Belə ki, cavabdeh sonuncu dəfə xx.xx.2020-ci il tarixdə ödəniş etmişdir. Cavabdehin bu günə 798 manat əsas borcu, 86,87 manat cərimə borcu yaranıb. Eyni zamanda həmin müqavilənin 2.4.4-cü maddəsinə əsasən mal alan borcu vaxtında ödəmədikdə, satıcının xeyrinə hər gecikdirilən gün üçün ödəməli olduğu məbləğin 0,5% miqdarında dəbbə pulu ödəməlidir. Yaranmış borc məbləğinin ödənilməsi ilə bağlı cavabdeh bildiriş göndərilmiş, lakin borclu tərəfindən ödənilməli olan vəsait ödənilməmişdir. Bu səbəbdən də iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışlar. Göstərilənləri nəzərə alaraq iddiaçı Cavabdeh “xxxxxxxxxxxxxx” MMC-nin xeyrinə 798 manat borcun, 86,87 manat cərimə borcunun, 30 manat məbləğində ödənilmiş dövlət rüsumunun və 0,40 manat dövlət rüsumunun ödənilməsi ilə bağlı xidmət haqqının tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə mülki-prosessual məcəllənin tələblərinə əsasən cavabdehə rəsmi qaydada bildiriş göndərmiş, lakin cavabdeh tərəfindən 10 gün müddətində iddiaya qarşı əsaslandırılmış etiraz məhkəmə icraatına daxil olmamışdır. Məhkəmə iş materiallarını araşdırıb hesab edir ki, iddia tələbi təmin edilməlidir. İş üzrə «Müştəri» qismində “xxxxxxxx” MMC ilə «Faktor» qismində «xxxxxxxxxxxxxx» MMC arasında bağlanılmış xx.xx.2019-cu il tarixli, R-149/19 saylı tələbin güzəşti barədə faktorinq müqavilədən görünür ki, müqaviləyə əsasən Faktor, Borclu barəsində Müştərinin Borcluya malların satılmasından irəli gələn pul tələbinin hesabına Müştəriyə pul verir (Müştərini maliyyələşdirir), Müştəri isə Borcluya qarşı pul tələbini Faktora güzəşt edir. İş üzrə «xxxxxxxx» MMC ilə İddiaçı MMC arasında bağlanılmış R-149/19 saylı xx.xx.2019-cu il tarixli Faktorinq Müqaviləsinə əlavə olunan R-1xx/xx-0047 saylı, xx.xx.2020-ci il tarixli sazişinə əsasən Cavabdeh ilə «xxxxxxxx» MMC arasında bağlanmış nisyə alqı-satqı müqaviləsi üzrə borcun tələb etmək hüququ «xxxxxxxxxxxxxx» MMC-yə ötürülmüşdür. İş üzrə “Satıcı” qismində «xxxxxxxx» MMC ilə “Alıcı” qismində Cavabdeh arasında bağlanılmış xx.xx.2020-ci il tarixli, SRT001357 saylı nisyə alqı-satqı müqaviləsinə əsasən satıcı Cavabdeh ehtiyyat hissələri 12 ay müddətinə ödənilmək şərti ilə (ayda 73 manat) müvəqqəti sahibliyə vermişdir. Əşyanın alqı-satqı qiyməti 871 manat təşkil edir. İş üzrə «xxxxxxxxxxxxxx» MMC tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli maliyyə arayışına əsasən Cavabdeh xx.xx.2020-ci il tarixli alqı-satqı müqaviləsi üzrə xx.xx.2020-ci il tarixə 798 manat əsas, 86,87 manat cərimə, cəmi 884,87 manat borcu var. Məhkəmə verilmiş iddia tələbi ilə bağlı aşağıdakıları qeyd edir. Məhkəmə iclasında müəyyən edilmişdir ki, “xxxxxxxx” MMC ilə “xxxxxxxxxxxxxx” MMC arasında xx.xx.2019-cu il tarixdə faktorinq müqaviləsi bağlanılmış və həmin müqaviləyə əsasən “xxxxxxxxxxxxxx” MMC (faktor), “xxxxxxxx” MMC-nin borcluya malların satılmasından irəli gələn pul tələbinin hesabına “xxxxxxxx” MMC-yə pul vəsaiti verir, “xxxxxxxx” MMC-nin isə borcluya qarşı pul tələbini “xxxxxxxxxxxxxx” MMC-yə güzəşt edir. Məhkəmə iclasında həmçinin müəyyən edilmişdir ki, “xxxxxxxx” MMC ilə Cavabdeh arasında xx.xx.2020-ci il tarixdə nisyə alqı-satqı müqaviləsi bağlanılmış və həmin müqaviləyə əsasən alqısatqı qiyməti 871 manat olan ehtiyyat hissələri pulu hissə-hissə ödənilməklə cavabdehə nisyə satılmışdır. Məhkəmə iclasında digər tərəfdən müəyyən edilmişdir ki, cavabdeh “xxxxxxxx” MMC ilə bağlanılmış nisyə alqı-satı müqaviləsi üzrə yerinə yetirməli olan öhdəliklərini pozmuşdur. Bu səbəbdən “xxxxxxxxxxxxxx” MMC cavabdehin “xxxxxxxx” MMC qarşısında olan borcu ödəmiş və “xxxxxxxx” MMC borcluya qarşı olan tələbini iddiaçıya güzəşt etmişdir. AR Mülki Məcəlləsinin 655.1-ci maddəsinə əsasən faktorinq pul tələbinin güzəşt edilməsi müqabilində maliyyələşdirmədir. Faktorinq müqaviləsinə görə bir tərəf (faktor) üçüncü şəxs (borclu) barəsində müştərinin (kreditorun) üçüncü şəxsə mal verməsindən, işlər görməsindən və ya xidmətlər göstərməsindən irəli gələn pul tələbinin hesabına digər tərəfə (müştəriyə) pul vəsaiti verir və ya verməyi öhdəsinə götürür, müştəri isə bu pul tələbini faktora güzəşt edir və ya güzəşt etməyi öhdəsinə götürür. Pul tələblərinin güzəşti barəsində borcluya bildiriş verilməlidir(maddə 655.2). Məhkəmə qeyd edir ki, “xxxxxxxx” MMC tərəfindən cavabdehə qarşı olan tələb hüququ iddiaçıya güzəşt olunduğundan və həmin güzəşt qanunvericiliyin tələblərinə uyğun olduğundan, iddiaçı cavabdehə qarşı hazırki tələblə çıxış etməkdə subyektiv hüququ var. Məhkəmə iclasında müəyyən edilmişdir ki, cavabdeh nisyə alqı-satqı müqaviləsi üzrə üzərinə düşən öhdəlikləri yerinə yetirmədiyinə görə, onun 798 manat əsas, 86,87 manat cərimə borcu yaranmışdır. AR Mülki Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Məhkəmə hesab edir ki, cavabdeh müqavilə üzrə üzərinə düşən öhdəliyi icra etmədiyindən, iddia tələbi təmin edilməli və cavabdehdən müqavilə üzrə ödənilməmiş qalmış 798 manat əsas, 86,87 manat cərimə borcu tutulmalıdır. Məhkəmə həmçinin hesab edir ki, iddia tələbi dövlət rüsumunun tutulması hissəsində də təmin edilməlidir. Azərbaycan Respublikasının MPM-nın 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Şərh olunanları nəzərə alaraq və AR MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə… QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh «xxxxxxxxxxxxxx» MMC-nin xeyrinə xx.xx.2020-ci il tarixli STR001357 saylı müqavilə üzrə öhdəliklərin yerinə yetirilməməsi ilə əlaqədar xx.xx.2020-ci il tarixə yaranmış 798 manat əsas, 86,87 manat cərimə, ödənilmiş dövlət rüsumunun əvəzi kimi 30 manat və bank xidmət haqqı kimi 0,40 manat, cəmi 915,27 (doqquz yüz on beş manat iyirmi yeddi qəpik) manat məbləğində pul tutulsun. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətinə Bakı Şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Şahin Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar