Məhkəmə qərarları › İş №2(009)-1928/2020

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №2(009)-1928/2020

15.10.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(009)-1928/2020 15.10.2020 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Səbail Rayon Məhkəməsinin hakimi Rəna Nazim qızı Qafarovanın sədrliyi, Məhkəmə iclas katibi Pərvin Kamandar oğlu Paşazadənin katibliyi, İddiaçı, onun nümayəndəsi və vəkili Vəkil iştirakları ilə, İddiaçı - Cavabdeh qarşı “kredit borcunun qaytarılması” tələbinə dair mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı - Cavabdeh qarşı “kredit borcunun qaytarılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 11000 (on bir min) manat borc pul vəsaitinin, 301 (üç yüz bir) manat məbləğində vəkilə xidmət haqqına görə ödənilmiş pulun və 30 (otuz) manat məbləğində dövlət rüsumunun onun xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi belə əsaslandırılmışdır ki,o, Cavabdeh xx.xx.2018-ci il tarixdə 11000 (on bir min) manat məbləğində borc pul vermişdir. Buna dair cavabdehlə aralarında Bakı şəhəri 2 saylı Notariat Kontorunda xx.xx.2018-ci il tarixli kredit müqaviləsi də bağlanmışdır. Kredit müqaviləsinin şərtlərinə görə cavabdeh aldığı borc məbləğini xx.xx.2019-cu il tarixinədək qaytarılmalı idi. Lakin Cavabdeh ondan aldığı pul məbləğini bu günədək qaytarmamışdır. Cavabdeh dəfələrlə borcunu qaytaracağına söz versə də, onu çox çətin və əlverişsiz vəziyyətə salmış, onunla şifahi danışıqlar aparsa da, nəticəsi olmamışdır. Belə ki, məhkəmyə qədər pretenziya hüququndan istifadə edərək borclunun yaşadığı ünvana borcun qaytarılması ilə bağlı xəbərdarlıq (pretenziya) məktubu göndərilsə də, borclu qeydiyyatda olduğu ünvanda yaşamadığı üçün həmin məktub geri qayıtmışdır. Ona görə də, məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Məhkəmə iclasında iştirak etmiş İddiaçı, onun nümayəndəsi və vəkili Vəkil iddia tələbini müdafiə edib, iddia ərizəsinə uyğun məzmunda izahat verərək, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər. Məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş Cavabdeh məhkəmə iclasında iştirak etməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə MPM-in 185.5-ci maddəsinə əsasən mülki işə Cavabdeh iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının, onun nümayəndəsi və vəkilinin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş Bakı şəhəri 2 saylı Notariat Kontorunda İddiaçı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2018-ci il tarixli kredit müqaviləsindən görünür ki, Xəlilov X1 Ramin Mikayıl oğluna 11000 (on bir min) manat məbləğində borc pul vermiş, Cavabdeh isə həmin borcu xx.xx.2019-cu il tarixədək qaytarmağı öhdəsinə götürmüşdür. İş materiallarında olan xx.xx.2020-ci il tarixli “expresspay” ödəniş sistemindən çıxarışdan görünür ki, İddiaçı “Pro Bono” Vəkil Bürosunun vəkili Vəkil hesabına 301 (üç yüz bir) manat məbləğində ödəniş etmişdir. İş materiallarında olan xx.xx.2020-ci il tarixli “expresspay” ödəniş sistemindən çıxarışdan görünür ki, İddiaçı dövlət rüsumu olaraq 30 (otuz) manat məbləğində ödəniş etmişdir. İş materiallarında olan İddiaçı tərəfindən Cavabdeh ünvanlanmış xx.xx.2020-ci il tarixli xəbərdarlıq məktubundan görünür ki, Bakı şəhəri 2 saylı Notariat Kontorunda xx.xx.2018ci il tarixdə bağlanmış kredit müqaviləsinə əsasən 11000 (on bir min) manat məbləğində borc məbləğinin ona qaytarılması təklif olunmuş, habelə bu xəbərdarlığa 10 gün müddətində münasibət bildirməyi xahiş olunmuş, bu müddət ərzində ona edilmiş xəbərdarlığa münasibətinin nəticəsindən asılı olaraq Bakı şəhəri 2 saylı Notariat Kontorunda xx.xx.2018-ci il tarixdə bağlanmış kredit müqaviləsinə xitam verilməsi, 11000 (on bir min) manat məbləğində borc məbləğinin onun xeyrinə tutulması tələbi ilə aidiyyəti məhkəməyə müraciət etmək hüququndan istifadə edəcəyini bildirmişdir. Məhkəmə iclasında müəyyən olunmuşdur ki, Bakı şəhəri 2 saylı Notariat Kontorunda İddiaçı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2018-ci il tarixli kredit müqaviləsinə əsasən Xəlilov X1 Ramin Mikayıl oğluna 11000 (on bir min) manat məbləğində borc pul vermiş, Cavabdeh isə həmin borcu xx.xx.2019-cu il tarixədək qaytarmağı öhdəsinə götürsə də, ona edilmiş xəbərdarlıqlara baxmayaraq borcu hazıradək ödəməmişdir. Məhkəmə iddia tələbi ilə bağlı qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Qeyd olunan maddi hüquq normalarına və işin hallarına əsaslanaraq məhkəmə hesab edir ki, cavabdeh yerinə yetirməli olduğu öhdəliyini vaxtında və lazımı qaydada icra etmədiyi üçün, yəni onun tərəfindən imzalanmış kredit müqaviləsində qeyd olunduğu kimi, qaytarmalı olduğu pul vəsaitini tam həcmdə xx.xx.2019-cu il tarixədək qaytarmaq öhdəliyini yerinə yetirmədiyi üçün, həmin kredit müqaviləsindən ödənilməmiş 11000 (on bir min) manat pul vəsaiti Cavabdeh alınaraq İddiaçı ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə qeyd edir ki, MPM-nin 119-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edildiyi üçün və iddia təmin olunduğu halda, məhkəmə xərclərinə aid edilən ödənilmiş 30 (otuz) manat dövlət rüsumu cavabdehdən tutulub iddiaçıya ödənilməlidir. Həmin Məcəllənin 115.0.6-cı maddəsinə əsasən, vəkillərə etdikləri kömək üçün ödənilən xərclər işə baxılması ilə əlaqədar məsrəflərə daxildir. Məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. (MPM-121.1) Məhkəmə sadalanmış normaları hazırki iş üzrə tətbiq edərək belə qənaətə gəlir ki, iddiaçının məhkəmədə hüquqlarının müdafiəsi üçün iddiaçı tərəfindən ödənilmiş 301 (üç yüz bir) manat hüquqi xidmət haqqı cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Beləliklə, məhkəmə iş üzrə toplanmış və tədqiq olunmuş sübutlara obyektiv, qərəzsiz və məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməli, İddiaçı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2018-ci il tarixli kredit müqaviləsinə əsasən 11000 (on bir min) manat məbləğində borc, ödənilmiş dövlət rüsumu kimi 30 (otuz) manat və hüquqi xidmət haqqı kimi 301 (üç yüz bir) manat olmaqla, cəmi 11331 (on bir min üç yüz otuz bir) manat məbləğində pul vəsaiti Cavabdeh tutularaq İddiaçı ödənilməlidir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası MPM-in 14.2, 77.1, 88 və 217.4-cü maddələrinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216-220, 222.2 və 360-cı maddələrini rəh-bər tutaraq məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. İddiaçı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2018-ci il tarixli kredit müqaviləsinə əsasən 11000 (on bir min) manat məbləğində borc, ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 (otuz) manat və hüquqi xidmət haqqının əvəzi olaraq 301 (üç yüz bir) manat olmaqla, cəmi 11331 (on bir min üç yüz otuz bir) manat məbləğində pul vəsaiti Cavabdeh tutularaq İddiaçı ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Rəna Qafarova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar