Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(009)-195/2022 27.01.2022 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Abdullayev Şahin Zülfüqar oğlunun sədrliyi, Məmmədova Narqələm Bayram qızının katibliyi ilə İddiaçı1 nümayəndəsi və vəkili Vəkil, Cavabdeh1 nümayəndəsi və vəkili V.B.Nuhbalayevin iştirakları ilə İddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 Cavabdeh1 qarşı istifadə hüququnun tanınması tələbinə dair mülki işə Səbail rayon Məhkəməsi binasında açıq məhkəmə iclasında baxaraq… MÜƏYYƏN ETDİ: İddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 Cavabdeh1 qarşı istifadə hüququnun tanınması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək göstərmişlər ki, 28.02.2018-ci ildə ataları X20 tərəfindən Bakı şəhəri, Nəsimi rayonu, C.Məmmədquluzadə küçəsi, ev 118, mənzil 77-də yaşayan Cavabdeh1 tərəfindən 211.500 manat məbləğində pul vəsaiti borc götürmüşdür. Verilən pulun təminatı kimi ataları ilə borc verən arasında iki gün öncə, yəni 26.02.2018-ci ildə bağlanan borc müqaviləsi olduğu halda, ortada etibarın olması məqsədilə anaları X2 adına Bakı şəhəri, Səbail rayonu, 2-ci massiv, ev 245a yerləşən fərdi evləri mülki qanunvericilikdə sadalandığı kimi yalancı əqd yolu ilə alqı-satqı edildikdən sonra yuxarıda göstərilən pul vəsaiti verilmişdir. Göründüyü kimi, pul vəsaiti müqavilə əsasında notariat kontorunun depozitində öz əksini tapmamışdır. Qabaqcadan qarşılıqlı razılaşmaya əsasən pul qayıtdıqda evin sənədləri yenidən onların adlarına keçirilməklə məsələ öz həllini tapmalı idi. Lakin borc verən tərəf evin qiymətinin yaşayış yerinə uyğun olaraq baha olmasından istifadə edərək heç bir danışıqlara gəlməmiş və əksinə ataların bir il müddətinə həbsdə saxlanmasından istifadə edərək, evdən çıxmaq haqqında məhkəmə iddiası qaldırmış, məhkəmə orqanlarına yalan ifadələr verməklə anaların evdən çıxması və əlavə olaraq müqaviləni verdiyi pul kimi göstərməklə məhkəmə orqanlarını yalan ifadələrlə aldadaraq onların əleyhinə qərarlar çıxarılmasına nail olmuşdur. Onlar cavabdehin alqı-satqı üçün deyil, faizə verdiyi pulu qaytarmağa hazırlar. İddiaçıların uzun müddət həmin ünvanda yaşamaqları dair qonşuların və müvafiq icra orqanlarının ifadələri alına bilər. Göstərilənləri və onların düşdüyü vəziyyəti nəzərə alaraq 30 ilə yaxın bir ünvanda yaşamaqlarını, yerli icra hakimiyyəti orqanının verdiyi arayış və verdiyi borcu geri götürməkdən imtina edən Cavabdeh1 məhkəmə orqanlarını aldatmaqla öz çirkin niyyətinə nail olmasını nəzərə alıb iddiaçıların yuxarıda qeyd edilən ünvanda yaşayışdan istifadə hüququnun tanınması barədə qətnamə qəbul edilməsini xahiş etmişlər. Məhkəmə iclasında izahatı alınmış İddiaçı1 nümayəndəsi və vəkili Vəkil iddia tələbini tam müdafiə edərək onun təmin edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçının nümayəndəsi və vəkili həmçinin izahatında göstərmişdir ki, həm Mülki Məcəllənin 228.5-ci maddəsinin, həm də Mənzil Məcəlləsinin 30.1-ci maddəsinin tələbləri baxımından iddiaçının mübahisəli evə istifadə hüququ mövcuddur. Şəxsin bir neçə yaşayış yeri ola bilər. Şəxs qeydiyyatda olduğu ünvan üzrə yaşamaya bilər. Nümayəndəsi olduğu İddiaçı1 30 ildir ki, mübahisəli evdə ailə üzvləri ilə birlikdə yaşayır və həmin evə istifadə hüququ əldə etmişdir. Məhkəmə qaydasında bu hüququn tanınmasını xahiş edir. Məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş iddiaçılar İddiaçı2 və İddiaçı3 məhkəmə iclasına gəlməmiş, və gəlməmələrin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Cavabdehin nümayəndəsi və vəkili V.B.Nuhbalayev gəlməyən iddiaçıların tələbinə də mahiyyəti üzrə baxılmasını tələb etdiyindən məhkəmə işə iddiaçılar İddiaçı2 və İddiaçı3 iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında izahatı alınmış Cavabdeh1 etibarnamə əsasında nümayəndəsi və vəkili X4 iddia tələbini qəbul etməyərək öz izahatında göstərmişdir ki, Bakı Apellyasiya Məhkəməsinin 16.03.2020-ci il tarixli, 2(103)-2408/2020 saylı qətnaməsinə əsasən X2 ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evindən istifadə hüququna xitam verilməsi, onun həmin yaşayış evindən çıxarılması, həmin evin boşaldılması və mülkiyyətçi Cavabdeh1 təhvil verilməsi qət edilmişdir. Sözügedən qətnamədən X6 tərəfindən kassasiya şikayəti verilmiş və AR Ali Məhkəməsinin Mülki Kollegiyasının 03.11.2020-ci il tarixli 2(102)-5093/2020 saylı qərarı ilə kassasiya şikayəti təmin edilməmiş və Bakı Apellyasiya Məhkəməsinin 16.03.2020-ci il tarixli 2(103)-2408/2020 saylı qətnaməsi dəyişdirilmədən qüvvədə saxlanılmışdır. Bakı Apellyasiya Məhkəməsinin 16.03.2020-ci il tarixli 2(103)-2408/2020 saylı qətnaməsi qanuni qüvvəsini aldıqdan sonra icra sənədi icraya yönəldilmiş və hal-hazırda Bakı şəhəri Səbail rayon icra və probasiya şöbəsinin icraatındadır. Sözügedən icra sənədi üzrə borclu X6 və digər şəxslər qanuni qüvvəsini almış məhkəmə qərarının icrasına müxtəlif yollarla maneələr yaratmaqla məşğuldurlar və bu dəfə də övladları tərəfindən təkrarən belə bir əsassız iddia qaldırmaqla həm məhkəmənin vaxtını alırlar, həm də icra sənədinin icrasına maneə yaradırlar. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-2408/2020-008 nömrəli, 16.03.2020-ci il tarixli icra sənədinin icraatını dayandırmaq məqsədilə Səbail rayon Məhkəməsində iddia qaldıraraq istifadə hüquqların tanınmasını xahiş edən İddiaçı1, İddiaçı3, İddiaçı2 daha əvvəl də eyni iddianı Nəsimi rayon Məhkəməsində qaldırmışlar və Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin 20.05.2021-ci il tarixli, 2(006)-2323/2021 saylı qətnaməsi ilə onların iddiası rədd olunmuş və sözügedən qətnamə qanuni qüvvəsini almışdır. Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin 20.05.2021-ci il tarixli, 2(006)-2323/2021 saylı qətnaməsi ilə iddiaçıların həmin evdən istifadə hüquqlarının olmaması sübut olduğundan hesab edir ki, həmin halların yenidən araşdırılmasına lüzum yoxdur. Həmin qətnamədə müəyyən edilən hallar hazırki işə baxarkən preyudisial əhəmiyyət daşıyır. Cavabdehin nümayəndəsi və vəkili məhkəmədən qaldırılan iddianın əsassız olduğu üçün rədd edilməsini xahiş etmişdir. Məhkəmə iş üzrə tərəflərin izahatlarını, şahid ifadəsini dinləyib, iş materiallarını araşdırıb, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia aşağıdakı əsaslara görə təmin edilməməlidir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X3 öz ifadəsində göstərmişdir ki, o, iddiaçıların ataları Əli ilə 1985-86-cı illərdən tanışdır, ailəvi dostulq edilrlər, onların evinə gedib gəlir. O, təsdiq edir ki, Əli övladları ilə birlikdə 1993-cü ildən ünvan 3-da bu günədək yaşayırlar. İş üzrə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən 05.01.2018-ci il tarixli çıxarışın kserosurətinə əsasən Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 2-ci yaşayış massivində yerləşən 245A saylı fərdi yaşayı evi tam mülkiyyət hüququ üzrə Ağaevli Arifə Qaçaxan qızının mülkiyyətində olmuşdur. İş üzrə borc verən qismində Cavabdeh1 ilə borc alan qismində X17 arasında bağlanılmış və Bakı şəhəri 19 saylı notariat kontorunda təsdiq edilmiş 02/2018 saylı, 26.02.2018-ci il tarixli kredit müqaviləsinin kserosurətindən görünür ki, “Borc verən” Cavabdeh1 155.000 ABŞ dolları məbləğində pul vəsaitini “Borc alan” X14 6 ay müddətinə, 26.08.2018-ci il tarixədək qaytarmaq şərti ilə maliyyə yardımı kimi borc vermiş, “Borc alan” X15 isə borcu müqavilənin şərtləri əsasında geri qaytarmağı öhdəsinə götürmüşdür. Borc verən müqavilənin 1.1-ci bəndində nəzərdə tutulmuş məbləği faizsiz borc kimi borc alana vermişdir. İş üzrə Bakı Apellyasiya Məhkəməsininin 2(103)-2408/2020 saylı, 16.03.2020-ci il tarixli qətnaməsindən görünür ki, iddiaçı Cavabdeh1 cavabdeh X5 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evindən X6 və onunla birlikdə yaşayan digər şəxslərin istifadə hüquqlarına xitam verilməklə çıxarılması, həmin evin boşaldılması və mülkiyyətçi Cavabdeh1 təhvil verilməsi, cavabdeh X1 01.03.2018-ci il tarixdən qətnamə icra edilənə qədər hər aya görə 1300 manat kirayə haqqının tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Eyni zamanda X6 ilk iddia ilə birlikdə baxılmaq üçün Cavabdeh1 (mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən 3-cü şəxs Bakı şəhəri 19 saylı notariat kontoru) qarşı qarşılıqlı iddia qaldıraraq, onunla Cavabdeh1 arasında bağlanmış 28.02.2018-ci il tarixli AN-İ No ******* saylı daşınmaz əmlakın alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Səbail rayon Məhkəməsinin 15.05.2019-cu il tarixli, 2(009)-1231/2019 saylı qətnaməsi ilə ilk iddia qismən təmin edilərək, X2 ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evindən çıxarılması, həmin evin boşaldılması və mülkiyyətçi Cavabdeh1 təhvil verilməsi və ilk iddianın qalan hissədə, eləcə də qarşılıqlı iddia tələbinin rədd edilməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin 16.03.2020-ci il tarixli qətnaməsi ilə Bakı şəhəri Səbail rayon Məhkəməsinin 2(009)-1231/2019 saylı mülki iş üzrə qəbul etdiyi 15.05.2019-cu il tarixli qətnaməsi qismən, yəni ilk iddiada irəli sürülmüş cavabdeh X2 ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evindən istifadə hüququna xitam verilməsi barədə tələblərin rədd edilməsi hissəsində ləğv edilmiş və həmin hissədə iddia təmin edilmiş, qalan hissədə qətnamə dəyişdirilmədən saxlanılmışdır. İş üzrə Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin 2(006)-2323/2021 saylı, 20.05.2021-ci il tarixli qətnaməsindən görünür ki, iddiaçılar X7, İddiaçı3 X12, İddiaçı1 cavabdehlər Cavabdeh1 və Bakı şəhəri Səbail rayon İcra və Probasiya Şöbəsinə qarşı “pozulmuş hüquqların bərpası” tələbinə dair iddiası rədd edilmişdir. Həmin qətnamə ilə müəyyən olunmuşdur ki, iddiaçılar ünvan 4 ünvanda yerləşən fərdi yaşayış evindən istifadə hüquqlarının olmasına dair sübutları məhkəməyə təqdim etməmişlər. Əksinə, iddiaçıların şəxsiyyət vəsiqələrindən göründüyü kimi, iddiaçılar Bakı şəhəri, Badamdar yolu özbaşına tikili 13 ünvanda qeydiyyatda olmaqla orada yaşayırlar. Bundan başqa, qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə ilk iddianın digər cavabdehlərə dair hissəsi məhz ona görə təmin edilməmişdir ki, həmin iş üzrə digər cavabdehlərin Bakı şəhəri, Səbail rayon Badamdar qəsəbəsi, 2-ci yaşayış massivində yerləşən 245A nömrəli fərdi yaşayış evindən istifadə hüquqları mövcud deyildir. Bunu alqı-satqı müqaviləsi bağlanarkən notariusa təqdim olunmuş müvafiq arayış da təsdiq edir. İş üzrə Səbail rayonu İcra Hakimiyyəti Başçısının Badamdar qəsəbəsində nümayəndəsi tərəfindən verilmiş 08.02.2021-ci il tarixli arayışın surətindən görünür ki, İddiaçı1 5 nəfər ailə üzvləri ilə (özü, atası, 2 bacısı) birlikdə Badamdar qəsəbəsi, 2-ci yaşayış massivi, ev 245A ünvanında qeydiyyatsız yaşayırlar. Məhkəmə verilmiş iddia tələbi ilə bağlı aşağıdakıları qeyd edir. Məhkəmə iclasında müəyyən edilmişdir ki, ünvan 3 ünvanda yerləşən fərdi yaşayış evi 05.01.2018-ci il tarixdən iddiaçıların anası X2 mülkiyyətində olmuşdur. 19 saylı notariat kontorunda təsdiq olunmuş 28.02.2018-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən Arifə Ağaevli həmin fərdi yaşayış evini 211500 manata (125000 ABŞ dollarına) Cavabdeh1 satmışdır. Hazırda ev cavabdehin mülkiyyətindədir. Məhkəmə iclasında həmçinin müəyyən edilmişdir ki, iddiaçıların ataları X17 ilə Cavabdeh1 arasında bağlanılmış 26.02.2018-ci il tarixli borc müqaviləsinə əsasən Cavabdeh1 X14 6 ay müddətinə - 26.08.2018-ci il tarixədək qaytarmaq şərti ilə 155.000 ABŞ dolları məbləğində borc pul vermişdir. Səbail rayon Məhkəməsinin 18.10.2019-cu il tarixli qətnaməsi ilə X8 150000 ABŞ dolları məbləğində borc və 300 ABŞ dolları məbləğində dəbbə olmaqla, cəmi 150300 ABŞ dolları məbləğində vəsaitin Cavabdeh1 xeyrinə tutulmuşdur. Bakı Apellyasiya Məhkəməsinin 04.02.2020ci il tarixli qətnaməsi ilə Səbail rayon Məhkəməsinin 18.10.2019-cu il tarixli qətnaməsi qismən, yəni faiz borcunun tutulması barədə tələblərin rədd edilməsi hissəsində ləğv edilməsi və dəbbə puluna aid hissədə dəyişdirilməsi, faiz borcuna aid hissədə iddianın təmin edilməsi, X10 4375 ABŞ dolları məbləğində faiz pulu və 5000 ABŞ dolları məbləğində dəbbə pulu tutularaq Cavabdeh1 ödənilməsi və qalan hissədə qətnamənin dəyişdirilmədən saxlanılmışdır. Məhkəmə iclasında eyni zamanda müəyyən edilmişdir ki, Səbail rayon Məhkəməsinin 15.05.2019-cu il tarixli qətnaməsi ilə Cavabdeh1 ilkin iddia tələbləri qismən təmin edilərək, X2 ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evindən çıxarılması, həmin evin boşaldılması və mülkiyyətçi Cavabdeh1 təhvil verilməsi, ilkin iddianın Arifə Ağaevli və onunla birlikdə yaşayan digər şəxslərin istifadə hüquqlarına xitam verilməsi və kirayə pulun tutulması hissəsi, eləcə də X6 ilə Cavabdeh1 arasında bağlanmış 28.02.2018-ci il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi qarşılıqlı iddia tələbinin rədd edilməsi qət edilmişdir. Qanuni qüvvəyə minmiş Bakı Apellyasiya Məhkəməsinin 16.03.2020-ci il tarixli qətnaməsi ilə Səbail rayon Məhkəməsinin 15.05.2019-cu il tarixli qətnaməsi qismən, yəni ilkin iddiada irəli sürülmüş cavabdeh X2 ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evindən istifadə hüququna xitam verilməsi barədə tələblərin rədd edilməsi hissəsində ləğv edilmiş və həmin hissədə iddia təmin edilmiş, qalan hissədə qətnamə dəyişdirilmədən saxlanılmışdır. İddiaçılar tərəfindən irəli sürülmüş iddia tələbindən görünür ki, onların uzun müddət mübahisəli evdə yaşadıqlarını nəzərə alaraq ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evinə istifadə hüquqlarının tanınmasını xahiş etmişlər. Məhkəmə qeyd edir ki, Cavabdeh1 mübahisəli ev üzərində mülkiyyət hüquqları 2018-ci ildə yarandığından, iddiaçıların həmin tarixdən sonra mübahisəli mənzilə istifadə hüququnun yaranması ilə bağlı tələbə qüvvədə olan Mənzil Məcəlləsinin müddəaları baxımından hüquqi qiymət verilməlidir. AR Mənzil Məcəlləsinin: 30.1-ci maddəsinə əsasən yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər. 30.2-ci maddəsinə əsasən əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə üzvləri arasında başqa razılaşma yoxdursa, mülkiyyətçinin ailə üzvləri həmin yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış sahəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri həmin yaşayış sahəsindən təyinatı üzrə istifadə etməyə və onun saxlanmasını təmin etməyə borcludurlar. 30.3-cü maddəsinə əsasən əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə üzvləri arasında başqa razılaşma yoxdursa, mülkiyyətçinin mülki hüquqi fəaliyyət qabiliyyətli ailə üzvləri həmin yaşayış sahəsinin istifadəsindən irəli gələn öhdəliklər üzrə mülkiyyətçi ilə birgə məsuliyyət daşıyırlar. Qanunvericiliyin yuxarıda göstərilən tələbləri baxımından göründüyü kimi mülkiyyətçinin digər qohumları, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinin şərh edilməsinə dair 16.12.2014-cü il tarixli qərarına əsasən: 1.Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1-ci maddəsinin ikinci cümləsinin “digər qohumlar” ifadəsi Azərbaycan Respublikası Ailə Məcəlləsinin 15-ci Fəslinin müddəalarına əsasən yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququ olan şəxsləri ehtiva edir.
2. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.2-ci maddəsində mülkiyyətçiyə məxsus yaşayış sahəsindən onun ailə üzvlərinin istifadə etməsinə əsas verən hüququn yaranması və xitamı mülki qanunvericiliyin deyil, ailə qanunvericiliyinin müvafiq normaları ilə tənzimləndiyindən, bu hüququn yaranması və həyata keçirilməsi üçün Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci maddələrinə əsasən notariat qaydasında müqavilənin bağlanması və onun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması tələb olunmur. Konstitusiya Məhkəməsinin yuxarıda göstərilən qərarında göstərilmişdir ki: «Mülki Məcəllənin 228-ci maddəsində yaşayış binasının tərkib hissəsindən istifadə imkanını təmin edən əmlak hüququ yalnız notariat qaydasında təsdiq olunan müqavilə əsasında daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmaqla yarandığına və istənilən şəxsdən bu hüququn pozulmasının aradan qaldırılmasını tələb etmək səlahiyyətini təmin etdiyinə görə, bu hüquq mahiyyətcə məhdud əşya hüququdur. Bundan fərqli olaraq, yaşayış sahəsi mülkiyyətçisinin hüquqlarının məhdudlaşdırılmasının digər əsaslarından biri kimi Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrində göstərilən ailə münasibətləri əşya hüquqlarına aid edilə bilməz. Belə ki, Mənzil Məcəlləsinin 30-cu maddəsində göstərilən şəxslərin yaşayış sahəsindən istifadə edə bilmələrinə hüquqi əsas yaşayış sahəsinin mülkiyyətçisi ilə bağlanan müqavilələr və onlara əsasən həyata keçirilən mülki hüquqi əməliyyatlar sayəsində əldə edilən hüquqlar deyil, məhz yaşayış sahəsinin mülkiyyətçisi ilə olan ailə münasibətləri sayəsində yaranan hüququn həyata keçirilməsidir. Mənzil Məcəlləsinin 30.2-ci maddəsində yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvünün “yaşayış sahəsindən istifadə etmək hüququ” ifadəsi ilə yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətləri əsasında yaranmış, yəni ailə hüququ sahəsinə aid olan hüququn (haqqın) həyata keçirilməsi şəkli (forması) nəzərdə tutulmuşdur. Bu hüquq, ailə qanunvericiliyinin ailənin möhkəmləndirilməsi və etibarlı ailə münasibətlərinin təmin edilməsi ilə bağlı ümumi məqsədindən irəli gələn hüquq olmaqla, yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinin hüquqlarının sosial təminatı kimi çıxış edir. Bu hüququn yaranması ailə münasibətlərinin mövcudluğu ilə şərtləndiyindən, xüsusi hüquq sahəsinə aid edildiyinə baxmayaraq, onun cəmiyyətin normal mövcudluğu üçün vacib olan ailə, valideyn və uşaq institutlarını qoruyan publik hüquq komponentləri də mövcuddur. Beləliklə, Mənzil Məcəlləsinin 30-cu maddəsində mülkiyyətçiyə məxsus yaşayış sahəsindən onun ailə üzvünün istifadə etməsinə əsas verən hüququn yaranması və xitamı mülki qanunvericiliyin deyil, ailə qanunvericiliyinin müvafiq normaları ilə tənzimlənir. Buna görə də həmin hüququn yaranması və həyata keçirilməsi üçün notariat qaydasında müqavilənin bağlanması və onun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması zərurəti yoxdur. Ailə qanunvericiliyində hansı hallarda valideynlərin öz övladlarını və digər ailə üzvlərini saxlamaq vəzifəsi daşıdıqları və hansı hallarda övladların öz valideynlərini və digər ailə üzvlərini saxlamaq vəzifəsi daşıdıqları müəyyən edilmişdir (Azərbaycan Respublikası Ailə Məcəlləsinin 13 və 15-ci Fəsillərinin müvafiq müddəaları). Buna uyğun olaraq, şəxsin ailə qanunvericiliyi əsasında yaşayış sahəsinin mülkiyyətçisi ilə birlikdə yaşamaq və yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququ varsa və mülkiyyətçi ilə birlikdə yaşayırsa, həmin şəxs Mənzil Məcəlləsinin 30.1-ci maddəsində nəzərdə tutulan “ailə üzvləri” anlayışının əhatə dairəsinə daxildir. Bunun davamı olaraq, şəxsin ailə qanunvericiliyi əsasında yaşayış sahəsinin mülkiyyətçisi ilə birlikdə yaşamaq və yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququ yoxdursa, onda həmin şəxsin Mənzil Məcəlləsinin 30.2-ci maddəsi əsasında yaşayış sahəsi mülkiyyətçisinin yaşayış sahəsindən istifadə etmək səlahiyyəti də olmaz». Göründüyü kimi Konstitusiya Məhkəməsi qərarında verdiyi şərhində AR Mənzil Məcəlləsinin 30.1-ci maddəsində göstərilən «digər qohumlar»ın dairəsini konkret müəyyən etmişdir. Ailə qanunvericiliyin tələblərinə əsasən iddiaçılar cavabdehin “digər qohumları” sırasına daxil deyil, onlar mənzilin əvvəlki mülkiyyətçisinə münasibətdə ailə üzvüdürlər. Cavabdehin ev üzərində mülkiyyət hüququ yarandığı vaxtdan sonra da iddiaçılar həmin evdə yaşasalar da, ev üzrə istifadə hüququ əldə etməmişlər. Bu səbəbdən məhkəmə hesab edir ki, iddiaçıların Bakı şəhəri, Səbail rayon Badamdar qəsəbəsi, 2-ci yaşayış massivində yerləşən 245A nömrəli fərdi yaşayış evinə Cavabdeh1 mülkiyyət hüququ yarandığı vaxtdan sonra istifadə hüquqlarının tanınması ilə bağlı iddia tələbi əsassızdır və təmin edilməməlidir. Məhkəmə iddiaçıların mübahisəli evə istifadə hüquqlarının cavabdehin həmin evə mülkiyyət hüquqlarının yaranmasından əvvəl, yəni 2018-ci ildən əvvəl yaranması və buna görə həmin evə istifadə hüquqlarının tanınması ilə bağlı tələblə əlaqədar qeyd edir ki, həmin vaxt əmlak üzərində iddiaçıların anasının mülkiyyət hüquqları mövcud olduğundan, həmin müddət ərzində istifadə hüququnun yaranması ilə bağlı tələbə qarşı hazırki Cavabdehlik daşıyan şəxs kimi çıxış edə bilməz. Məhkəmə qeyd edir ki, məhkəmə müdafiəsi hüququ öz təbiəti etibarı ilə mütləq hüquq olmayıb müəyyən şərtlərin mövcudluğunda konkret məhdudiyyətlə məruz qala bilər və yalnız qanunla qorunan pozulmuş və ya barəsində mübahisə edilən hüquq və azadlıqları məhkəmə vasitəsi ilə həyata keçirilməsini nəzərdə tutur. Bu mənada hər kəs özünün subyektiv hüququnu həyata keçirilməsi və ya bərpası üçün iddia irəli sürmək yolu ilə məhkəmə müdafiəsi vasitələrindən istifadə edə bilər. Lakin bu zaman mütləq nəzərə alınmalıdır ki, iddia etmək hüququ özündə iddianı təqdim etmə və iddianın təmin olunması hüquqlarını ehtiva edir. Birinci hüquq məhkəmədən yaranmış mübahisəyə baxılmasını və müvafiq prosessual qaydada həll edilməsini tələb etmək hüququdur. İkinci hüquq iddia tələblərini məhkəmə vasitəsi ilə məcburi şəkildə həyata keçirilməsini mümkünlüyünü nəzərdə tutur. Buna görə məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığını araşdırmalıdır. Yalnız belə subyektiv hüququn mövcudluğu və onun cavabdeh tərəfindən pozulması faktı müəyyən edildikdən sonra pozulmuş hüququn məhkəmə tərəfindən bərpa edilməsinə yol verilə bilər. Odur ki, məhkəmə icraatında olan hər bir iddia tələbi üzrə qabaqcadan iddiaçının müvafiq subyektiv hüququna malik olub-olmaması, subyektiv hüququn pozulub-pozulmaması, cavabdehin bu pozuntunu edib-etməməsi məsələləri araşdırılmalıdır. M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 30 iyul 2008-ci il tarixli Qərarına qeyd edilmişdir ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Bu konteksdə qeyd olunmalıdır ki, hər hansı iddia tələbi məhz ona cavab verməli olan şəxsə qarşı irəli sürüldüyü zaman əsaslı hesab edilə bilər və təmin oluna bilər. İddiaçıların cavabdeh qismində göstərdiyi Cavabdeh1 ev üzərində onun mülkiyyət hüququ yaranmamışdan əvvəl iddiaçıların istifadə hüquqlarının tanınması barədə iddiaya məhkəmənin istinad etdiyi qanunvericilik normaları çərçivəsində cavab verməli olan subyekt olaraq qəbul edilə bilməz. Məhkəmə digər tərəfdən qeyd edir ki, Nəsimi rayon məhkəməsinin 20.05.2021-ci il tarixli qətnaməsi ilə iddiaçıların mübahisəli evdən istifadə ilə bağlı pozulmuş hüquqların bərpası tələbinə dair iddiası əsassız hesab edilmişdir. Qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmişdir ki, iddiaçılar Bakı şəhəri, Badamdar yolu, ö/t 13 nömrəli evdə qeydiyyatda olmaqla faktiki yaşayırlar və onların mübahisəli evdən istifadə hüquqları mövcud olmamışdır. Məhkəmə qeyd edir ki, həmin qətnamə ilə iddiaçıların mübahisəli evdən istifadə hüquqlarının olmaması təsdiq olunduğu üçün, bu fakt hazırki işə baxılarkən preyudisial əhəmiyyətə malikdir. AR MPM-nin 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Məhkəmə qeyd edir ki, iddiaçıların mübahisəli evdən istifadə ilə əlaqədar pozulmuş hüquqların bərpası ilə bağlı işə baxılarkən həmin tələbə hüquqi qiymət verilmişdir. Bu səbəbdən həmin iş üzrə çıxarılmış və qanuni qüvvəyə minmiş qətnamə ilə iddiaçıların həmin evdən istifadə hüquqlarının olmaması təsdiq olunduğu üçün, iddiaçıların hazırki iddia tələbi bu əsaslara görə də əsassız hesab edilməlidir. Beləliklə məhkəmə iş üzrə toplanmış sübutlara məcmu şəkildə hüquqi qiymət verərək hesab edir ki, iddiaçılar tərəfindən irəli sürülmüş iddia tələbi əsassız hesab edilməli və təmin edilməməlidir. Şərh olunanlara əsasən və AR MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə…
QƏT ETDİ:
İddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 Cavabdeh1 qarşı Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 2-ci yaşayış massivində yerləşən 245A nömrəli fərdi yaşayış evinə istifadə hüququnun tanınması barədə iddia tələbləri əsassız olduğu üçün təmin edilməsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətinə Bakı Şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qeyd: apellyasiya şikayəti elektron sistem vasitəsi ilə verilmədikdə AR MPM-nin 363.1.5ci maddəsinə əsasən geri qaytarılacaqdır.
Hakim: Şahin Abdullayev