Məhkəmə qərarları › İş №2(009)-1963/2024

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №2(009)-1963/2024

02.10.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(009)-1963/2024 02.10.2024 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Rüstəmli İlkin Şahin oğlunun sədrliyi, Hüseynova Mələk Bəxtiyar qızının katibliyi, İddiaçı – Cavabdehnə qarşı «pul» tələbi barədə ərizəsi üzrə mülki işə 02 oktyabr 2024-cü il tarixdə Bakı şəhəri Səbail Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı - Cavabdehnə qarşı «pul» barədə ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehdən maddi zərərə görə 12.468,64 ABŞ dolları və 98 manat dövlət rüsumu, hazırki iddianın verilməsinə görə ödənilmiş 155 manat dövlət rüsumu və 1000 manat hüquqi yardıma görə ödənilmiş pulun əvəzinin tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, “Bank VTB (Azərbaycan)” ASC ilə İddiaçı arasında bağlanmış xx.xx.2014-cü il tarixli baş kredit razılaşmasına əsasən bank tərəfindən borcalana 10 il müddətinə 1.000.000 ABŞ dolları məbləğində kredit xətti açılmış, həmin müqavilə əsasında bankla borcalan arasında bağlanmış xx.xx.2014-cü il tarixli kommersiya krediti müqaviləsinə əsasən isə “Bank VTB (Azərbaycan)” ASC tərəfind'ən iddiaçıya 48 ay müddətinə qaytarılmaq şərti ilə 19 faiz dərəcəsi ilə 127.000 ABŞ dolları kredit verilmişdir. Həmin kredit üzrə öhdəliyin icrasının təmin edilməsi məqsədi ilə iddiaçının atası X3 məxsus olan Bakı şəhəri, Suraxanı rayonu, Qara Çuxur qəsəbəsi, Nazim İsmayılov küçəsində yerləşən 0.07 ha torpaq sahəsi və onun üzərindəki 1 mərtəbəli, 4 otaqlı, 83.5 kv.m yaşayış, 58.6 kv.m köməkçi sahədən ibarət 4a nömrəli fərdi yaşayış evi bank qarşısında ipoteka ilə yüklü edilmiş və bu barədə tərəflər arasında xx.xx.2014-cü il tarixdə ipoteka müqaviləsi bağlanmışdır. “Bank VTB (Azərbaycan)” ASC İddiaçı və X3 qarşı Cavabdehndə iddia ərizəsi ilə müraciət edərək kredit borcunun tutulması, tutmanın ipoteka predmetinə yönəldilməsi, ipoteka predmetinin ilkin satış qiymətinin 183.000 manat müəyyən edilməklə açıq hərracdan satılması və satışdan əldə olunmuş vəsait hesabına borcun ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bundan sonra Cavabdeh 05 07.2017-ci il tarixli, 2(004)-471/2017 saylı qərardadı ilə mülki iş üzrə məhkəmə-əmtəəş.ünaslıq ekspertizası təyin edilmiş və ekspert qarşısında aşağıdakı sual qoyulmuşdur: Bakı şəhəri, Suraxanı rayonu, Qara Çuxur qəsəbəsi, Nazim İsmayılov küçəsində X2 mülkiyyətində olan 0.07 ha torpaq sahəsinin və həmin torpaq sahəsində yerləşən 1 mərtəbəli, 4 otaqlı, 83.5 kv.m yaşayış, 58.6 kv.m köməkçi sahədən ibarət olan 4a saylı fərdi yaşayış evinin bazar qiyməti hal-hazırda (manatla) nə qədər təşkil edir? Həmin qərardad əsasında "xxxx" MMC tərəfindən ipoteka predmeti üzrə qiymətləndirmə aparılmış və xx.xx.2017-ci il tarixli qiymətləndirmə rəyi tərtib olunaraq məhkəməyə təqdim olunmuşdur. Qiymətləndirmə rəyində Bakı şəhəri, Suraxanı rayonu, Qara Çuxur qəsəbəsi, Nazim İsmayılov küçəsində 0.07 ha torpaq sahəsinin bazar dəyərinin 70.000 manat, həmin torpaq sahəsinin üzərində yerləşən 1 mərtəbəli, 4 otaqlı, 83.5 kv.m yaşayış, 58.6 kv.m köməkçi sahədən ibarət olan 4a saylı fərdi yaşayış evinin bazar dəyərinin isə 305.000 manat olduğu müəyyən edilmişdir. Cavabdeh xx.xx.2017-ci il tarixli, 2(004)-471/2017 saylı məhkəmə qətnaməsi ilə iddia tələbi qismən təmin edilərək 114.555,78 ABŞ dolları məbləğində borcun və digər məhkəmə xərclərinin İddiaçı və X1 tutulması, tutmanın ipoteka predmeti İddiaçı'Akif oğluna məxsus olan Bakı şəhəri, Suraxanı rayonu, Qara Çuxur qəsəbəsi, Nazim İsmayılov küçəsində yerləşən 1 mərtəbəli, 4 otaqlı, 83.5 kv.m yaşayış, 58.6 kv.m köməkçi sahədən ibarət olan 4a saylı fərdi yaşayış evinə yönəldilməsi və ilkin satış qiyməti 305.000 manat müəyyən edilməklə açıq hərraçan satış yolu ilə realizə edilməsi, satışdan əldə olunan vəsaitin kredit borcunun ödənilməsinə yönəldilməsi qət edilmişdir. Həmin qətnamədə yanlışlığa yol verilərək ipoteka ilə yüklü edilmiş fərdi yaşayış evinin İddiaçı məxsus olduğu və fərdi yaşayış evi 0.Q7 ha torpaq sahəsində yerləşdiyi halda torpaq sahəsi qətnamədə göstərilmədiyi üçün Cavabdeh 27.Q3.2018-çi il tarixli, 2(004)-471 /20217 saylı qərardadı ilə həmin yanlışlıqlar aradan qaldırılaraq qətnamənin nəticə hissəsinin 3-cü abzasının aşağıdakı kimi oxunması qərara alınmışdır: “Tutma ipoteka qoyulmuş, X3 məxsus olan Bakı şəhəri, Suraxanı rayonu, Qara Çuxur qəsəbəsi, Nizami İsmayılov küçəsində mülkiyyətində olan 0.07 torpaq sahəsində yerləşən 1 mərtəbəli, 4 otaqlı, 83.5 kv.m yaşayış, 58.6 kv.m köməkçi sahədən ibarət 4a nömrəli fərdi yaşayış evinə yönəldilsin və ilkin satış qiyməti 305000 (üç yüz beş min) manat müəyyən edilməklə açıq hərracdan satış yolu ilə realizə edilsin. Satışdan əldə edilmiş məbləğ iddia tələbi həcmində borcun ödənilməsinə yönəldilsin”. Bundan sonra ipoteka predmeti ilə bağlı ilkin və təkrar hərraclar keçirilmiş, hərraclar baş tutmamış, ipoteka predmeti banka təklif olunmuş, bank təklifi qəbul etmiş və xx.xx.2018-ci il tarixli "hərracın yekunları üzrə əmlakın alqı-satqısı barədə” müqavilə bağlanılmaqla ipoteka predmeti 228.750 manat qiyməti ilə bankın mülkiyyətinə verilmişdir. Daha sonra İddiaçı Cavabdeh xx.xx.2017-ci il tarixli qətnaməsindən apellyasiya şikayəti vermişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli, 2(103)-11976/2019 saylı qətnaməsi ilə apellyasiya şikayəti təmin edilmiş, Cavabdeh xx.xx.2017-ci il tarixli qətnaməsinin dəyişdirilməsi və ipoteka predmetinin ilkin satış qiymətinin 375.000 manat müəyyən edilməsi qərara alınmışdır. Həmin qətnamədən “Bank VTB (Azərbaycan)” ASC tərəfindən kassasiya şikayəti verilmiş, Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2020-ci il tarixli, 2(102)-169/2020 saylı qərarı ilə kassasiya şikayəti təmin edilməmişdir. Həmçinin “icrada geri dönüş edilməsi” barədə İddiaçı ərizəsi əsasında Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2020-ci il tarixli, 2(103)- 11976/2019 saylı qərardadı ilə Cavabdeh 31,08.2017-ci il tarixli qətnaməsinin icrasında geri dönüş edilmiş, Bakı şəhəri, Suraxanı rayonu, Qara Çuxur qəsəbəsi, Nazim İsmayılov küçəsi 0-07 haa torpaq sahəsində yerləşən 1 mərtəbəli 4 otaqlı, 83.5 kv.m yaşayış, 58.6 kv.m köməkçi sahədən ibarət 4a nömrəli fərdi yaşayış evinin hüquqi vəziyyəti bərpa edilərək X2 mülkiyyətinə qaytarılmış, bundan sonra Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli, 2(103)-11976/2019 saylı qətnaməsi icra olunması üçün Bakı şəhəri Yasamal rayon icra və Probasiya şöbəsinə göndərilmiş, icra şöbəsi isə ipoteka predmetinin açıq hərracdan satılması üçün "xxxx" MMC-yə sifariş məktubu göndərmişdir. "xxxx" MMC tərəfindən ipoteka predmeti barədə ilkin və təkrar hərraclar keçirilmiş, hərraclar baş tutmamış, əmlak 281.250 manat qiymətlə banka təklif olunmuş və təklif bank tərəfindən qəbul edilmişdir. Bununla da icra sənədi tam icra olunmuş, ipoteka predmetinin hərracdan realizə edilməsi nəticəsində banka olan bütün borc bağlanmış, qalan məbləğ, yəni 72.815,63 manat isə ipoteka qoyan Akif Şiriyevin bankda açılmış hesabına köçürülməklə ona qaytarılmışdır. Bundan sonra “Bank VTB (Azərbaycan)” ASC İddiaçı qarşı məhkəmədə iddia qaldıraraq vurulmuş zərərin əvəzi olaraq müqavilə müddəti bitdiyi tarixdən, yəni xx.xx.2018-ci il tarixdən qanuni qüvvəyə minmiş məhkəmə qərarının icra edilməsi tarixinədək, yəni xx.xx.2020-ci il tarixədək illik 5 (beş) faiz hesabı ilə hesablanmış 12.468,64 (on iki min dörd yüz altmış səkkiz dollar 64 sent) ABŞ dolları məbləğində faizin tutulmasını tələb etmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-327/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə iddia tələbi təmin edilməmişdir. Həmin qətnamədən “Bank \/TB (Azərbaycan)” ABC tərəfindən apellyasiya şikayəti verilmiş, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-6788/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə iddia tələbi təmin edilərək İddiaçı müqavilə müddəti bitdiyi xx.xx.2018-ci il tarixdən qanuni qüvvəyə minmiş məhkəmə qərarının içra edilməsi tarixinədək, yəni xx.xx.2020-ci il-tarixədək illik 5 faiz hesabı ilə hesablanmış 12.468,64 (on iki min dörd yüz altmış səkkiz ABŞ dolları, altmış dörd sent) ABŞ dollarının ödəniş anında Azərbaycan manatına olan məzənnəsi ilə və 98 (doxsan səkkiz) manat dövlət rüsumunun “Bank VTB (Azərbaycan)” ASC-nin xeyrinə tutulması qət olunmuşdur. Həmin qətnamədən İddiaçı tərəfindən verilən kassasiya şikayəti Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2(102)-1676/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarı ilə təmin edilməmişdir. Bundan sonra Bakı Apellyasiya Məhkəməsinin 2(103)-6788/2023 saylı, xx.xx.2023- cü il tarixli qətnaməsindən Bakı şəhəri Nərimanov rayon icra şöbəsinə icra vərəqəsi verilmiş və həmin qətnamə ilə tutulan məbləğlər - 12.468,64 (on iki min dörd yüz altmış səkkiz ABŞ dolları, altmış dörd sent) ABŞ dolları və 98 manat xx.xx.2024-cü il tarixdə “Bank VTB (Azərbaycan)” ASC-yə ödənilərək icra vərəqəsi tam icra olunmuşdur. Göründüyü kimi, məhkəmə qərarı əsasında İddiaçı tutulan 5 faiz zərər məbləğ müqavilə müddəti bitdikdən məhkəmə qərarının icra edilməsi tarixinədək gecikmə müddəti üçün hesablanmış məbləğdir. Halbuki, müqavilə müddəti bitdikdən sonra məhkəmə qərarı icra olunan tarixədək bankın borcunun ödənilməsinin gecikməsi məhkəmə səhvi nəticəsində baş vermişdir. Belə ki, işdən də göründüyü kimi, Cavabdeh icraatında olmuş 2(004)- 471/2017 saylı işdə “Bank VTB (Azərbaycan)” ASC kredit borcunun tutulmasını, tutmanın ipoteka predmetinə yönəldilməsini və ipoteka predmetinin 183.000 manat ilkin satış qiyməti ilə hərracdan satılmasını və satışdan əldə olunan vəsaitin kredit borcunun ödənilməsinə yönəldilməsini məhkəmədən xahiş etmiş, işə baxılarkən ipoteka predmetinin qiymətləndirilməsi ilə bağlı ekspertiza təyin edilmiş, ekspertizanın təyin edilməsi haqqında qərardadda ekspert qarşısında ipoteka predmeti olan fərdi yaşayış evinin və onun altındakı 0,07 ha torpaq sahəsinin ayrı-ayrılıqda qiymətlənidirilməsi barədə sual qoyulmuş, həmin qərardaddakı sual mütəxəssis rəyində cavablandırılaraq torpaq sahəsinin dəyərinin 70.000 manat, fərdi yaşayış evinin dəyərinin isə 305.000 manat olduğu müəyyən edilmişdir. Daha sonra Yasamal Rayon Məhkəməsinin 31,08.2017-ci il tarixli qətnaməsi ilə ipoteka predmetinin ilkin satış qiyməti 305.000 manat müəyyən edilmiş, həmin qətnamə icra edilərək ipoteka predmeti ilkin satış qiyməti 305.000 manat olmaqla ilkin və təkrar hərraclar keçirilmiş, hərraclar baş tutmamış, ipoteka predmeti 228.750 manat qiyməti ilə xx.xx.2018-ci il tarixli hərrac protokolu əsasında bankın mülkiyyətinə verilmiş və ipoteka predmetinin satışından əldə edilmiş vəsaitdən artıq qalan 8.859,63 məbləğ ipoteka qoyan Akif Şiriyevə ödənilməsi üçün Yasamal rayon İcra Şöbəsinin depozit hesabına köçürülmüşdür. Sonradan İddiaçı birinci instansiya məhkəməsinin qətnaməsini ilkin satış qiyməti hissəsində mübahisələndirmiş və Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2019-cu il tarixli qətnaməsi ilə Cavabdeh qətnaməsi ləğv edilmiş və ipoteka predmetinin ilkin satış qiyməti 375.000 manat müəyyən edilmiş, daha sonra Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərardadı ilə icrada dönüş edilməsi nəticəsində xx.xx.2018-ci il tarixli hərrac protokolu və müqavilə ləğv edilmiş, ipoteka predmeti Akif Şiriyevin mülkiyyətinə qaytarılmış, bundan sonra ipoteka predmeti 375.000 manat ilkin satış qiyməti ilə yenidən hərraca çıxarılmış, hərraclar baş tutmamış və ipoteka predmeti 281.250 manat qiyməti ilə bankın mülkiyyətinə verilmişdir. Bununla da icra sənədi tam icra olunmuş, ipoteka predmetinin hərracdan realizə edilməsi nəticəsində banka olan bütün borc bağlanmış, qalan məbləğ, yəni 72.815,63 manat isə ipoteka qoyan - Akif Şiriyevin bankda açılmış hesabına köçürülməklə ona qaytarılmışdır. Göründüyü kimi, kredit borcu İddiaçı tərəfindən ipoteka ilə təminat altına alınmış, nə o, nə də ki, ipoteka qoyan X4 tələbin ipoteka predmetinə yönəldilməsinə etiraz etməmiş, könüllü surətdə ipoteka predmeti banka təqdim edilmişdir. İşdən də göründüyü kimi, Cavabdeh 31,08.2017-ci il tarixli qətnaməsi əsasında ipoteka predmeti xx.xx.2018-ci il tarixli hərrac protokolu əsasında bankın mülkiyyətinə verilərək məhkəmə qərarı tam şəkildə icra olunmuşdur. Yəni ki, kredit müqaviləsinin müddəti xx.xx.2018-ci il tarixdə bitməsinə baxmayaraq artıq 3 ay əvvəldən xx.xx.2018-ci il tarixdə məhkəmə qərarı icra edilmişdi. Lakin, Cavabdeh tutmanı ipoteka predmeti olan fərdi yaşayış evinə (altındakı 0,07 ha torpaq sahəsi ilə birlikdə) yönəltdiyi halda, səhvə yol verərək ipoteka predmetinin ilkin satış qiymətini müəyyənləşdirərkən torpaq sahəsinin qiymətini nəzərə almadığından İddiaçı apellyasiya şikayəti vermək məcburiyyətində qalmış və apellyasiya şikayəti əsaslı hesab edilərək təmin edilmiş və Cavabdeh buraxdığı məhkəmə səhvi aradan qaldırılmışdır. Cavabdeh səhvi apellyasiya instansiya məhkəməsi tərəfindən aradan qaldırılsa da, bu səhv məhkəmə qərarının yenidən icra edilməsinə, dolayısıyla ipoteka predmetinin bankın mülkiyyətinə verilməsinin, yəni kredit məbləğinin ödənilməsinin gecikməsinə səbəb olmuşdur. İşin hallarından da göründüyü kimi, əgər Cavabdeh səhvə yol verməsəydi, müqavilə müddəti bitmədən xx.xx.2018-ci il tarixdə məhkəmə qərarı icra olunaraq bankın borcu tam şəkildə bağlanmış olacaqdı. Nəticə etibarilə, bu o deməkdir ki, kredit münasibətinin tərəfi olduğundan məhkəmə qərarı ilə illik 5 faiz gecikmə faizi olaraq 12.468,64 ABŞ dolları məbləğində pul İddiaçı tutulsa da, kredit borcunun ödənilməsi məhkəmə səhvinə görə gecikdiyindən İddiaçı banka ödədiyi 12.468,64 (on iki min dörd yüz altmış səkkiz ABŞ dolları, altmış dörd sent) ABŞ dolları və 98 manat məbləğlər dövlət orqanı olan Cavabdeh yuxarıda qeyd olunan səhvi (qanunzazidd hərəkəti) nəticəsində iddiaçıya vurulmuş ziyan kimi qəbul edilməlidir. İddiaçının nümayəndəsi-vəkili ərizə göndərərək, məhkəmə iclasının iddiaçının iştirakı olmadan keçirilməsini və iddia ərizəsinin təmin edilməsini xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barəsində lazımı qaydada məlumatlandırılmaqla məhkəmə iclasına dəvət edilmiş, lakin o məhkəmə iclasında iştirak (nümayəndəsinin iştirakını təmin etməmiş) etməmiş və bunun səbəbləri barəsində məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nın 185.5-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş üzrə təqdim olunmuş sübutları yoxlayıb, iddia ərizəsinin dəlillərini nəzərə alaraq hesab edir ki, iddia ərizəsi təmin olunmamalıdır. İş materiallarında olan: Cavabdeh 2(004)-471/2017 saylı, 31 avqust 2017-ci il tarixli qətnaməsinin surətindən görünür ki, İddiaçı və X1 müştərək qaydada ümumilikdə 114555,78 ABŞ dolları məbləğində borcun və 58,80 manat məhkəmə xərclərinin "xxxx" ASC-nin xeyrinə tutulması, tutmanın Bakı şəhəri, Suraxanı rayonu, Qara Çuxur qəsəbəsi, Nizami İsmayılov küçəsində yerləşən 4a nömrəli fərdi yaşayış evinə yönəldilməsi, ilkin satış qiymətinin 305,000 manat müəyyən edilməsi, mənzil satıldıqda ən geci 1 ay müddətinə boşaldılması və xx.xx.2014-cü il tarixli Baş Kredit Razılaşması və xx.xx.2014-cü il tarixli Kredit Müqaviləsinin ləğv edilməsi qət edilmişdir. Cavabdeh 2(004)-471/2017 saylı, xx.xx.2018-ci il tarixli qərardadının surətindən görünür ki, xx.xx.2017-ci il tarixli qətnaməsinə düzəliş edilmiş və qətnamənin nəticə hissəsinin 3-ca abzasının Bakı şəhəri, Suraxanı rayonu, Qara Çuxur qəsəbəsi, Nizami İsmayılov küçəsində mülkiyyətində olan 0,07 ha torpaq sahəsində yerləşən 4a nömrəli fərdi yaşayış evinə yönəldilsin və ilkin satış qiyməti 305,000 manat müəyyən edilsin kimi oxunması qərara alınmışdır. 02 mart 2018-ci il tarixli hərracın yekunları barədə protokolun surətindən görünür ki, Bakı şəhəri, Suraxanı rayonu, Qara Çuxur qəsəbəsi, Nizami İsmayılov küçəsində mülkiyyətində olan 0,07 ha torpaq sahəsində yerləşən 4a nömrəli fərdi yaşayış evi 228,750 manat qiymətə "xxxx" ASC tərəfindən alınmışdır. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-11976/2019 saylı 01 oktyabr 2019-cu il tarixli qətnaməsinin surətindən görünür ki, Yasamal rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli qətnaməsi dəyişdirilmiş və Bakı şəhəri, Suraxanı rayonu, Qara Çuxur qəsəbəsi, Nizami İsmayılov küçəsində mülkiyyətində olan 0,07 ha torpaq sahəsində yerləşən 4a nömrəli fərdi yaşayış evinin ilkin satış qiyməti 375,000 manat məbləğində müəyyən edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-11976/2019 saylı 22 sentyabr 2020-ci il tarixli qərardadının surətindən görünür ki, Yasamal rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli qətnaməsinin icrasına dönüş edilmiş və Bakı şəhəri, Suraxanı rayonu, Qara Çuxur qəsəbəsi, Nizami İsmayılov küçəsində mülkiyyətində olan 0,07 ha torpaq sahəsində yerləşən 4a nömrəli fərdi yaşayış evinin hüquqi vəziyyəti bərpa edilərək X2 mülkiyyətinə qaytarılmışdır. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-6788/2023 saylı 20 dekabr 2023-cü il tarixli qətnaməsinin surətindən görünür ki, xx.xx.2020-ci il tarixədək illik 5 faiz hesabı ilə hesablanmış 12468,64 ABŞ dolları məbləğində faizin və 98 manat dövlət rüsumunun İddiaçı "xxxx" ASC-nin xeyrinə tutulması qət edilmişdir. Məhkəmə iclasında müəyyən edilmişdir ki, İddiaçı ilə "xxxx" arasında Kredit müqaviləsi və X4 ilə "xxxx" arasında isə həmin kredit müqaviləsinin təminatı olaraq İpoteka müqaviləsi bağlanmışdır. "xxxx" kredit borcunun tutulması və ipoteka predmetinə tutmanın yönəldilməsi barədə iddia ərizəsi ilə Yasamal rayon Məhkəməsinə müraciət etmiş və qətnamə ilə İddiaçı və X1 müştərək qaydada ümumilikdə 114555,78 ABŞ dolları məbləğində borcun və 58,80 manat məhkəmə xərclərinin "xxxx" ASC-nin xeyrinə tutulması, tutmanın Bakı şəhəri, Suraxanı rayonu, Qara Çuxur qəsəbəsi, Nizami İsmayılov küçəsində yerləşən 4a nömrəli fərdi yaşayış evinə yönəldilməsi, ilkin satış qiymətinin 305,000 manat müəyyən edilməsi qət edilmişdir. Bundan sonra Yasamal rayon Məhkəməsi sözügedən qətnamədə yalnışlığın düzəldilməsi barədə qərardad qəbul edərək, qətnamənin nəticə hissəsinin 3-ca abzasının Bakı şəhəri, Suraxanı rayonu, Qara Çuxur qəsəbəsi, Nizami İsmayılov küçəsində mülkiyyətində olan 0,07 ha torpaq sahəsində yerləşən 4a nömrəli fərdi yaşayış evinə yönəldilsin və ilkin satış qiyməti 305,000 manat müəyyən edilsin kimi oxunması qərara alınmışdır. İcra sənədi icraya yönəldilmiş və əmlak hərracda "xxxx" ASC tərəfindən 228,750 manat qiymətə əldə edilmişdir. Daha sonra iddiaçının apellyasiya şikayəti üzrə Bakı Apellyasiya Məhkəməsinin qətnaməsi ilə Yasamal rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli qətnaməsi dəyişdirilərək, Bakı şəhəri, Suraxanı rayonu, Qara Çuxur qəsəbəsi, Nizami İsmayılov küçəsində mülkiyyətində olan 0,07 ha torpaq sahəsində yerləşən 4a nömrəli fərdi yaşayış evinin ilkin satış qiyməti 375,000 manat müəyyən edilmiş və icrada dönüş edilərək yenidən həmin qiymətlə satılması üçün icraya yönəldilmişdir. Sonradan "xxxx" ASC gecikdirilmiş müddət üçün illik 5 % məbləğində pulun tutulması tələbi ilə məhkəməyə müraciət etmiş və Bakı Apellyasiya Məhkəməsinin 20 dekabr 2023-cü il tarixli qətnaməsi ilə xx.xx.2020-ci il tarixədək illik 5 faiz hesabı ilə hesablanmış 12468,64 ABŞ dolları məbləğində faizin və 98 manat dövlət rüsumunun İddiaçı "xxxx" ASC-nin xeyrinə tutulması qət edilmişdir. İddiaçının hazırki tələbinin əsası ondan ibarətdir ki, Yasamal rayon Məhkəməsi 31 avqust 2017-ci il tarixli qətnaməni qəbul edərkən, ekspert rəyi ilə müəyyən edilmiş əmlakın ilkin satış qiymətini 375,000 manat müəyyən etsə idi, işin məhkəmələrdə baxılması uzanmayacaq, məhkəmə qətnaməsinin icrası yubanmayacaq və gecikdirilmiş müddət üçün iddiaçıya hesablanmış faiz məbləği yaranmayacaqdı. AR Konstitusiyasının: 60-cı maddəsinin İ bəndinə əsasən hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. 125-ci maddəsinin İİ bəndinə əsasən məhkəmə hakimiyyətini Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi, Azərbaycan Respublikasının Ali Məhkəməsi, Azərbaycan Respublikasının apellyasiya məhkəmələri, Azərbaycan Respublikasının ümumi məhkəmələri və digər ixtisaslaşdırılmış məhkəmələri həyata keçirirlər. AR Mülki Məcəlləsinin: 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər,əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 1096-cı maddəsinə əsasən mülki hüquq pozuntusu hüquqla və ya qanunla müdafiə edilən başqa şəxslə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərər vuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərər vurmayan şəxsin öhdəsinə qoyula bilər. Qanunun bu normasının tətbiqi üçün 3 zəruri şərt mövcud olmalıdır. Birincisi mülki hüquq pozuntusu olmalıdır, ikincisi şəxsiyyətə və ya əmlaka zərər vurulmalıdır, üçüncüsü mülki hüquq pozuntusu arasında səbəbli əlaqə mövcud olmalıdır. 1101.3-cü maddəsinə əsasən ədalət məhkəməsinin həyata keçirilməsi zamanı vurulmuş zərərin əvəzi o halda ödənilir ki, hakimin təqsiri məhkəmənin qanuni qüvvəyə minmiş hökmü ilə müəyyənləşdirilsin. AR Mülki-Prosessual Məcəlləsinin: 6-cı maddəsinə əsasən mülki işlər və kommersiya mübahisələri üzrə ədalət mühakiməsi yalnız məhkəməyə aiddir və məhkəmələr tərəfindən qanunla müəyyən olunmuş qaydada həyata keçirilir. 101.7-ci maddəsinə əsasən ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir 103.1-ci maddəsinə əsasən ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. 228.2- maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərə xəbər verməklə, öz təşəbbüsü ilə və ya işdə iştirak edən şəxslərin ərizəsi üzrə, qətnamədə və ya qərardadda buraxılmış yanlışlıqları və açıq hesab səhvlərini düzəldə bilər. 357.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının birinci instansiya məhkəmələri tərəfindən qəbul olunmuş qanuni qüvvəyə minməmiş qətnamə və qərardadlardan, həmin Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işlərində ərizəçilər və maraqlı şəxslər apellyasiya şikayəti verə bilər. 384.0.3-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişdirə bilər. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikasında üçpilləli məhkəmə hakimiyyəti fəaliyyət göstərir. Məhkəmənin mülki işlər üzrə qəbul etdiyi qərardad və qətnamələr tərəflərin şikayəti əsasında yuxarı instansiya məhkəməsi tərəfindən yenidən yoxlanılır. Qanunvericiliyin iş üzrə tərəflərə tanıdığı bu imkanın mahiyyəti ondan ibarətdir ki, tərəf məhkəmənin aktından narazı qalarsa, onu mübahisələndirə bilsin. Apellyasiya instansiya məhkəməsi isə birinci instansiya məhkəməsinin qətnaməsini yoxlayarkən onun səlahiyyətlərindən biri də qətnaməni dəyişdirməkdir. İddiaçı ərizəsində birinci instansiya məhkəməsində işə baxılarkən Yasamal rayon Məhkəməsi tərəfindən ekspert rəyi ilə ona məxsus torpaq sahəsinə qoyulmuş 70,000 manat qiymətin nəzərə alınmamasına istinad edir. Qanunun tələbindən də görünür ki, ekspert rəyi məhkəmə üçün məcburi xarakter daşımır və iş materiallarında olan sübutlarla yanaşı qiymətləndirilir. Ekspert rəyi ilə torpaq sahəsi və üzərindən yerləşən fərdi yaşayış evinin ilkin satış qiyməti 375,000 manat müəyyən edilməsinə baxmayaraq, Yasamal rayon Məhkəməsi işə baxılması nəticəsində əmlakın ilkin satış qiymətini 305,000 manat məbləğində müəyyən etmişdir. İş materiallarından da görünür ki, Yasamal rayon Məhkəməsi qətnamə qəbul etdikdən sonra qətnamədə yalnışlığın düzəldilməsi barədə qərardad qəbul etmiş və həmin qərardadda qiyməti dəyişməmiş, sadəcə fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsinin iddiaçının mülkiyyətində olduğunu qeyd etmişdir. Bu isə o deməkdir ki, məhkəmə ilkin satış qiymətini müəyyən edərkən yalnışlığa yol verməmiş, sadəcə gəldiyi nəticəni qeyd etmişdir. İddiaçının ərizəsində məhkəmənin əmlakın ilkin satış qiymətini düzgün müəyyən etməməyi ilə bağlı yekun olaraq məhkəmə qeyd edir ki, məhkəmə daxili inamına və işdə olan digər sübutlara əsaslanaraq əmlakın ilkin satış qiymətini ekspert rəyində qeyd olunan məbləğdən fərqli müəyyən etmişdir və bu barədə məhkəmə müstəqildir. İddiaçı ərizəsində həmçinin məhkəmə aktının icrasının gecikdirilməsinin Yasamal rayon Məhkəməsinin təqsiri nəticəsində baş verdiyini və bu səbəbdən gecikdirilmiş müddət üçün hesablanmış illik 5 % borcun yaranmasını qeyd edir. Lakin iş materiallarından görünür ki, iddiaçı özü birinci instansiya məhkəməsinin qətnaməsindən narazı qalaraq apellyasiya şikayəti vermişdir. Apellyasiya instansiyası məhkəməsində işə baxılan zaman isə haqlı olaraq işə baxılması müddəti davam etmiş və sonda "xxxx"-nin kassasiya şikayəti üzrə AR Ali Məhkəməsi tərəfindən yekun qərar qəbul edilərək iş icraya yönəldilmişdir. Göründüyü kimi, işə baxılmasının birinci instansiya məhkəməsindən sonra yuxarı instansiya məhkəmələrində davam etdirilməsi ilkin olaraq iddiaçının vermiş olduğu apellyasiya şikayətinin davamında olmuşdur. Yekun olaraq məhkəmə qeyd edir ki, birinci instansiya məhkəməsinin qəbul etmiş olduğu qətnamənin yuxarı instansiya məhkəməsi tərəfindən dəyişdirilməsi yaxud ləğv edilməsi qanunvericiliklə məhkəmə hakimiyyətinə verilmiş səlahiyyətdir və hazırki işdə bu hal məhkəmənin hərəkətləri nəticəsində iddiaçıya zərər vurulması anlamına gələ bilməz. Bundan başqa eyni zamanda qanunun tələbindən göründüyü kimi, ədalət məhkəməsinin həyata keçirilməsi zamanı vurulmuş zərərin əvəzi o halda ödənilir ki, hakimin təqsiri məhkəmənin qanuni qüvvəyə minmiş hökmü ilə müəyyənləşdirilsin. Hazırki işdə isə bu halı təsdiqləyən heç bir dəlilə rast gəlinməmişdir. Həmçinin Mülki Prosessual Məcəllənin 119-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edildiyindən və hazırki iddia tələbi təmin olunmadığından hazırkı iş üzrə çəkilmiş xərclər iddiaçıya aid edilməlidir. Azərbaycan Respublikası MPM-nın 14.2, 77.1 və 88-ci maddələrinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216-220, 222.2-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddiaçı – Cavabdehnə qarşı «pul» barədə iddiası təmin edilməsin. Ödənilən dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən təqdim edildiyi (alındığı) gündən 1 (bir) ay müddətində Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: İlkin Rüstəmli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar