Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(009)-1964/2021 02.08.2021 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Süleymanova Şəhla Ənvər qızının sədrliyi, Əkbərli Leyla Mirfazil qızının katibliyi, İlkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı, Qarşılıqlı iddia üzrə iddiaçı, ilkin iddia üzrə Cavabdeh iştirakları ilə, İlkin iddia üzrə İddiaçı Cavabdeh qarşı «alimentin artırılması», qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh İddiaçı qarşı “alimentin ödənilməsindən azad edilməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İlkin iddia üzrə İddiaçı cavabdeh X2 qarşı «alimentin artırılması» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdeh X1 hər ay tutulan alimentin həcmi artırılaraq 150 manat sabit pul məbləğində müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İlkin iddia tələbi onunla əsaslandırılmışdır ki, Səbail Rayon Məhkəməsinin 2(009)- 2672/2018 saylı, 17.08.2018-ci il tarixli qətnaməsi əsasında, cavabeh Cavabdeh hər ay 50 (əlli) manat məbləğində aliment tutularaq ona verilməsi qət edilmişdir. Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 05 noyabr 2018-ci il tarixli, 2(103 )-11897/2018 qətnaməsi ilə Bakı şəhəri, Səbail rayon məhkəməsinin 17 avqust 2018-ci il tarixli qətnaməsi ləğv edilib və iddia ərizəsi rədd edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 04 aprel 2019-cu il tarixli, 2(102)- 2548l 2019 saylı qərarı ilə kassasiya şikayəti qismən təmin edilərək, iş üzrə Bakı .Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 05 :y abr 2018-ci il tarixli qətnaməsi ləğv edilib və mülki iş yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə qaytarılıb. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 25 iyul 2019-cu il tarixli, 2(103)- 8653/2019 saylı qətnaməsi ilə apelyasiya şikayətı qismən təmm edilərək, iş üzrə Bakı şəhəri, Səbail rayon məhkəməsinin 17 avqust 2018-ci il tarixli qətnaməsi alimentin 50 manat məbləğində tutulması hissəsində dəyişdirilib və cavabdehdən hər ay 30 manat alihıentin tutulub ona verilməsi qət edilib. Cavabdeh qətnamədən kassasiya şikayəti verib. Bildirir ki, oğlu 07.05 1984-cü il təvəllüdlü Cavabdeh onunla birlikdə yuxanda qeyd etdiyi mənzildə qeydiyyatdadır. O 15 (on beş) il əlil olan ərinə və digər oğluna tək baxmışdır. Ərinin və oğlunun vəfatından sonra isə tənha olaraq yaşamışdır. Ərinin və oğlunun bütün dəfn xərclərini özü borc olaraq pul götürərək çəkmişdir. Yas mərasimində isə yığılan pulları Ramiz aparıb spirtli içkilərə verərək xərcləyib. Dəflərlə xəbər yollamışam ki, gəl gedək atanın məzarını ziyarət edək. Lakin hər dəfəsində vaxtının olmadığını bildirərək gəlməkdən imtina etmişdir. Sonuncu dəfə isə onu dəlixanaya yerləşdirməyə cəhd etdi. Bunu etməkdə məqsədi isə mənzilini ələ keçirmək olmuşdur. Bundan qorxaraq, polis bölməsini məlumatlandırdı. Ərinin ölmündən sonra oğlu Cavabdeh ailə qaydalarına yaraşmayan şəkildə bir sıra qanunsuz və qeyri-əxlaqi hərəkətlərə yol vermişdir. O, əvvəlcə ailəli ola-ola başqa bir şəxslə - Larisa Vladimirovna ilə qeyri-rəsmi nikaha girmişdir. Bundan bir müddət sonra isə, Larisanın təkidi ilə qanuni ailəsini dağıtdı. Hazırda qanuni ailəsindən 2 (iki) övladı var. Lakin onlara baxmır, onların maddi təlabatlarını təmin etmir. Aliment ödəməkdən isə birmənalı olaraq, imtina edir. Buna görə də, Səbail Rayon İcra Şöbəsindən onu sıxışdırırlar. Bu isə nənə kimi onu dərindən kədərləndirir. Ona görə də, nəvələrimin qayğısına o qalır. Böyüdükcə uşaqlarda atalarına qarşı ehtiyac və tələbat artsa da, cavabdeh onlara qarşı heç bir diqqət və qayğı göstərmir. Həmçinin, bildirmək istəyir ki, o hal hazırda heç bir yerdə işləmir, evdar xanımdır. Buna görə də, “aliment məbləğinin artırılması tələbinə dair ” iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh İddiaçı qarşı “alimentin ödənilməsindən azad edilməsi” barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Qarşılıqlı iddia ərizəsini onunla əsaslandırmışdır ki, o fəhlə işləyərək az miqdarda məvaciblə ailəni dolandırmağa çalışır. Kommunal xərcləri ödəyərək, ailəsinə, hazırki ailəsindən olan 1 (bir) azyaşlı övladına baxır. Fəhlə işlədiyi üçün və təsadüfi gəlirlərlə dolandığı üçün anasına aliment ödəməsi mümkünsüz hala gəlmişdir. Həmçinin hazırki ailəsinin xərclərindən əlavə olaraq, əvvəlki nikahından olan azyaşlı övladının saxlanması üçün hər ay 170 (yüz, yetmiş) manat məbləğində aliment pulu ödəyir (qəbzlərin surəti). Məhkəmə araşdırılması zamanı Cavabdeh maddi vəziyyəti, heç bir yerdə işləmədiyini, fəhlə kimi təsadüfi gəlirlərlə dolanmasını, həm öz ailəsini, həmçinin 1-ci ailəsindən olan azyaslı övladına görə aliment ödədiyini nəzərə almalıdır. Anası ona heç bir köməklik etməyib. O təhsil ala bilmədiyi üçün fəhlə kimi çalışmaq məcburiyyətində qalmışdır. Ailəni təsadüfi qazancla dolandırmağa çalışır. 2-ci dəfə ailə qurduqdan sonra, anası evdən çıxartdıqdan sonra evə buraxmadığına görə onu çox çətin vəziyyətə salmışdır. Orta məktəbdə təhsil ala bilmədiyi üçün, o hər hansı bir rəsmi yerdə is taparaq işləyə bilmir. Anası valideyinlik borcunu yerinə yetirməmişdir. Rusiya Federasiyasında uzun müddət yaşayaraq onun təlim-tərbiyəsi ilə məşğul olmamışdır (təhsilinin olmaması barədə məktəbdən verilmiş arayış). Qətnamə qəbul edərkən məhkəmə bir halı nəzərə almalıdır ki, ilkin iddia iizrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı 263,00 (iki yiiz altnıış üç) manat hər ay pensiya alır və əmək qabiliyyətlidir (bilidiyinə görə hazırda xadiməçi və dayə kimi işləyir). Ona məlum olmayan səbəblərdən cavabdeh İddiaçı Vasilvevna iddia ərizəsini qərəzli olaraq təkcə ona qarsı qaldırıb. Belə ki, ondan əlavə əmək qabiliyyətli 1 (bir) qardaşım və 1 (bir) bacısı vardır. Qardaşı 25.07.1972-ci il təvəllüdlü X3 və 07.07.1987-ci il təvəllüdlü bacım Ovçinnikova (Hacıyeva) Tamilla Məhəmməd qızıdır. Onların gəlirləri kifayət qədər böyükdür. Nədənsə qərəzli olaraq cavabdeh İddiaçı təkcə ondan alimerıt istəyir. Cavabdeh İddiaçı özünə məxsus mülkiyyəti, iki otaqlı mənzili vardır. Həmin mənzildə tək yaşayır. O isə səkər xəstəsidir, həyat yoldaşı isə müailəcəsi olmayan xaşimoto xəstəliyi vardır (ambulator kitabçadan çıxarış). Özünün heç bir mülkiyyəti yoxdıır. Daşınar və daşınmaz əmlaka sahib deyil (DOST mərkəzindən arayış). Cavabdeh İddiaçı iddia ərizəsində göstərilən alimentə ehtiyacı yoxdur. Belə ki, əvvəlki məhkəmə çəkişmələrində o, məhkəmə instansiyalarında onlardan fərqli olaraq daim vəkil xidmətindən istifadə etmişdir. Bir neçə vəkil dəyişdirmişdir. Bütün vəkil xidmətlərinin ödənişli olduğunu nəzərə alsaq, qeyd olunan iddia ərizəsinin necə qərəzli olduğunu anlayarıq. Fəhlə işləyərək həm ailəni və hazırki ailəsindən olan azyaşlı övladını dolandırmağı, həmçinin birinci ailədən olan övladına aliment ödəməyi və bundan əlavə anasına aliment pulu ödəməyi mümkünsüz hala gəlmişdir. Karantin zamanı işlərin bağlı olduğunu, bu günə kimi borc götürərək ailəni dolandırdığını və çətinliklə qazanc əldə etdiyini nəzərə alaraq, cavabdeh İddiaçı təyin edilmiş aliment ləğv edilməlidir. Göstərilən hüquq normalarının mahiyyətindən də aydın olduğu kimi, onun hüquqları pozulmuşdur. Məhkəmə iclasında iştirak edən ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı ilkin iddia ərizəsində qeyd edilənləri müdafiə edərək izahatında bildirmişdir ki, 48 yaşında təqaüdə çıxmış, hal-hazırda da işləmir. Əvvəllər oğlu ilə münasibətləri yaxşı olsa da ailə qurduqdan sonra münasibətləri korlanmışdır. İlkin iddia üzrə cavabdeh 8 ay ərzində ödəməli olduğu alimenti yalnızca 4 dəfə ödəyib. 30 manat aliment isə dərman almaq üçün kifayət etmir. Bu səbəbdən alimentin artırılması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən qarşılıqlı iddia üzrə iddiaçı, ilkin iddia üzrə Cavabdeh qarşılıqlı iddia ərizəsində göstərilənləri müdafiə edərək izahatında bildirmişdir ki, ilkin iddia üzrə iddiaçı 15 il Moskva şəhərində yaşamış, bir ana kimi öz vəzifələrini yerinə yetirməmişdir. Əvvəllər anası ilə münasibəti yaxşı olsa da Moskvada yaşayan oğlu və qızının təsirləri nəticəsində münasibətləri bu həddə gəlib çıxmışdır. Halbuki, anası qızı ilə 5 il küsülü olmuşdur. Həmin zaman isə onların münasibətləri yaxşı olmuşdur. Qızı ilə barışdıqdan sonra ona qarşı olan münasibəti dəyişmişdir. Ümumiyyətlə ailədə heç kəs birbiri ilə danışmır. 2 azyaşlı uşaqları vardır. Özü və yoldaşının sağlamlığında problemlər vardır. Alimentin artırılması onun maddi vəziyyəti üçün çətinliklər yaradacağından ilkin iddianın təmin olunmaması, qarşılıqlı iddianın isə təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını nəzərdən keçirib hesab edir ki, iddia qismən təmin edilməlidir. İş materiallarında olan Azərbaycan Respublikası Ali Məhkəməsinin 03.12.2019-cu il tarixli qərarından görünür ki, Bakı şəhəri, Səbail rayon məhkəməsinin 17 avqust 2018-ci il tarixli, 2(009)2672/2018 saylı qətnaməsi ilə İddiaçı Cavabdeh qarşı “hər ay 174 manat aliment tələbinə dair” iddiası qismən təmin edilərək, 19 iyul 2018-ci il tarixdən başlayaraq cavabdehdən hər ay 50 manat alimentin tutulub iddiaçıya ödənilməsi qət edilib. Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 05 noyabr 2018-ci il tarixli, 2(103)-11897/2018 saylı qətnaməsi ilə apelyasiya şikayəti təmin edilərək, iş üzrə Bakı şəhəri, Səbail rayon məhkəməsinin 17 avqust 2018-ci il tarixli qətnaməsi ləğv edilib və iddia ərizəsi rədd edilib. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 04 aprel 2019-cu il tarixli, 2(102)-2548/2019 saylı qərarı ilə kassasiya şikayəti qismən təmin edilərək, iş üzrə Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 05 noyabr 2018-ci il tarixli qətnaməsi ləğv edilib və mülki iş yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə qaytarılıb. Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 25 iyul 2019-cu il tarixli, 2(103)8653/2019 saylı qətnaməsi ilə apelyasiya şikayəti qismən təmin edilərək, iş üzrə Bakı şəhəri, Səbail rayon məhkəməsinin 17 avqust 2018-ci il tarixli qətnaməsi alimentin 50 manat məbləğində tutulması hissəsində dəyişdirilib və cavabdehdən hər ay 30 manat alimentin tutulub iddiaçıya ödənilməsi və qalan hissədə qətnamənin dəyişdirilmədən saxlanılması qət edilib. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 03.12.2019-cu il tarixli qərarı ilə 25 iyul 2019-cu il tarixli, 2(103)8653/2019 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İlkin iddia ərizəsindən görünür ki, iddiaçı xəstə olduğu üçün 30 manatın müalicəsinə kifayət etmədiyini, başqa qazancı olmadığını və tək yaşadığını göstərib cavabdehdən hər ay 150 manat aliment tələb edir. Qarşılıqlı iddia ərizəsindən isə görünür ki, cavabdeh heç bir yerdə işləmədiyini, hazırda təsadüfü gəlirlərlə dolandığını, həm öz ailəsini və azyaşlı övladını saxladığını, həmçinin birinci nikahdan olan azyaşlı övladına aliment ödədiyini və əmlakının olmadığını göstərib alimentin ödənilməsindən azad edilməsini tələb edir. İşə əlavə edilmiş sənədlərdən görünür ki, Cavabdeh işləmir, 01 iyun 2016-cı ildə Larisa Nikolayevna ilə rəsmi nikaha daxil olmaqla ailə qurub. Cavabdehin 29 noyabr 2006cı il tarixdə doğulmuş Elmar, 14 iyun 2017ci il tarixdə doğulmuş Martin adlı iki övladı var. Birinci nikahdan doğulmuş övladının saxlanılması üçün hər ay 170 manat aliment ödəyir. İlkin iddiaçının tələbinin qanuni əsasını Məcəlləsinin 82.1-ci maddəsi təşkil edir. Həmin normaya görə, əmək qabiliyyəti olan yetkinlik yaşına çatmış övladlar maddi yardıma ehtiyacı olan əmək qabiliyyəti olmayan valideynlərini saxlamağa və onlara qayğı göstərməyə borcludurlar. Hazırda açıq-aşkar görünür ki, iddiaçının maddi imkanları cavabdehə müqayisədə daha üstündür. Belə ki, iddiaçı pensiya alır, iki otaqlı mənzildə tək yaşayır və digər övladlarından da maddi yardım ala bilər. Əvvəllər mənzillə bağlı tərəflər arasında mübahisə olmuş və cavabdehin tələbləri təmin olunmamışdır. Hazırki mübahisənin də həmin zəmində yaranması istisna deyil. Həmçinin işdən görünür ki, cavabdehin aylıq gəlirinin az olması, əmlakının olmaması, anası İddiaçı ilə şəxsi münasibətlərinin lazımı səviyyədə olmaması, onu anası İddiaçı saxlanılmasına lazım olan maddi dəstək vermək və qayğı göstərmək vəzifəsindən azad etmir. Belə ki, Ailə Məcəlləsinin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Həmin Məcəlləni 112.2-ci maddəsinə əsasən yetkinlik yaşına çatan və fəaliyyət qabiliyyəti olmayan şəxsin aliment ödəməli olan şəxsə qarşı qəsdən cinayət törətdiyi və ya ailədə nalayiq davrandığı müəyyən edilərsə, məhkəmə həmin şəxs üçün aliment tutulması barədə tələbi rədd edə bilər. Həmin Məcəllənin 82.3-ci maddəsinə əsasən, övladların hər birindən tutulan alimentin həcmi məhkəmə tərəfindən valideynlərin və övladların maddi vəziyyəti, ailə vəziyyəti və tərəflərindən diqqətəlayiq digər maraqları nəzərə alınmaqla hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən edilir. Həmin Məcəllənin 82.4-cü maddəsinə əsasən alimentin miqdarı müəyyən olunarkən məhkəmə, tələbin valideynlərin əmək qabiliyyəti olan və yetkinlik yaşına çatmış övladlarından hamısına, birinə və ya bir neçəsinə verildiyindən asılı olmayaraq, onların hamısını nəzərə almağa haqlıdır. Həmin Məcəllənin 93.3-cü maddəsinə əsasən, aliment tələb edən ailə üzvünü eyni zamanda bir neçə şəxs saxlamağa borclu olduqda, məhkəmə onların maddi və ailə vəziyyətindən asılı olaraq aliment vəzifəsinin yerinə yetirilməsində onlardan hər birinin iştirakının miqdarını müəyyən edir, həm də məhkəmə bütün bu şəxslərə və ya onlardan yalnız birinə, yaxud da bir neçəsinə iddia verildiyindən asılı olmayaraq aliment verməyə borclu olan bütün şəxsləri nəzərə alır. Məhkəmə sadalanan maddələrin tələblərini hazırki ailə münasibətlərinə tətbiq edib qeyd edir ki, qeyd olunan normaların güddüyü məqsəd, ağır maddi durumda olan valideynin öz uşaqlarından yardım almasını təmin etməkdir. Lakin bu məqsədə yardım almağa haqqı çatan digər şəxslərin mənafeyini pozmaqla nail olmaq olmaz. Hazırkı işdə alimentin artırılması ilə cavabdehin himayəsində olan və onları saxlamağa borclu olduğu azyaşlı uşaqların mənafeyi pozulur. Qorunan mənafe ilə (iddiaçının mənafeyi) zərər çəkən mənafe (uşaqların mənafeyi) müqayisə olunarsa uşaqların mənafeyi daha üstün yer tutur. Çünki onlar azyaşlı olmaqla yeganə dolanışıq mənbəyi valideynin qazancıdır. Məhkəmə hesab edir ki, hər iki tələb üzrə tərəflərin maddi, ailə vəziyyətləri, eləcə də digər maraqları nəzərə alınmaqla ilkin iddia qismən təmin edilməli, qarşılıqlı iddia isə təmin edilməməli və sabit pul məbləğində tutulan alimentin məbləği qismən artırılaraq 50 manat məbləğində müəyyən edilməlidir. Həmin Məcəllənin 112.1-ci maddəsinə əsasən, aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra, tərəflərdən birinin ailə və maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair 27.07.2016-cı il tarixli qərarına əsasən: Məhkəmə həmçinin hesab edir ki, alimentin artırılması ilə bağlı cavabdehdən tutulmalı olan 50 manat məbləğində pul iddiaçının məhkəməyə müraciət etdiyi vaxtdan deyil, hazırki məhkəmə qətnaməsi qanuni qüvvəyə mindiyi gündən sonra başlamalı və həmin vaxtdan hesablanmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016-cı il tarixli qararının 82/2016 saylı qərarının 8.14-cü bəndinə əsasən məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası MPM-nin 234.2.1-ci maddəsinə əsasən şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında qətnamələrin dərhal icra olunması nəzərdə tutulsa da, hazırki tələb alimentin artırılması ilə bağlıdır. Bu səbəbdən göstərilən qanunun tələbləri alimentin artırılması ilə bağlı tələbə aid edilə bilməz. Məhkəmə eyni zamanda hesab edir ki, ilkin iddia üzrə iddiaçı dövlət rüsumundan azad edildiyindən, cavabdehdən dövlət nəfinə dövlət rüsumunun əvəzi kimi 20 manat məbləğində pul tutulmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İlkin iddia qismən təmin edilsin. Cavabdeh tutulan alimentin məbləği artırılsın, ondan hər ay 50 (əlli) manat məbləğində aliment tutularaq İddiaçı verilsin. Alimentin artırılması ilə bağlı Cavabdeh 50 manat məbləğində pul məhkəmə qətnaməsi qanuni qüvvəyə mindiyi gündən tutulmağa başlanılsın və tutma həmin vaxtdan hesablansın. Cavabdeh dövlət nəfinə dövlət rüsumunun əvəzi kimi 20 (iyirmi) manat məbləğində pul tutulsun. İlkin iddia qalan hissədə təmin edilməsin. Qarşılıqlı iddia təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Səbail Rayon Məhkəməsi (AZ-1003, Bakı şəhəri, M.Useynov küçəsi 5) vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Şəhla Süleymanova
Məhkəmə qərarları › İş №2(009)-1964/2021
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №2(009)-1964/2021
02.08.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver