Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(009)-1976/2025 27.08.2025 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ X3 Rüstəmlinin sədrliyi Mərdanov Məhəmməd Ələkbər oğlunun katibliyi İddiaçı və cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı - Cavabdeh qarşı «maneələrin aradan qaldırılması» tələbinə dair iddia ərizəsi üzrə mülki iş materialını nəzərdən keçirib MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı «maneələrin aradan qaldırılması» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin iddiaçıya məxsus mənzilin giriş qapısının qarşısında inşa etdiyi taxta anbarın onun hesabına sökülərək aradan qaldırılması və dövlət rüsumunun cavabdehdən tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında tərəflərin hər ikisi vəsatətlə müraciət edərək, mülki işin baxılması üçün məhkəmənin icraatında olan 2(009)-1630/2025 saylı mülki işə birləşdirilməsini xahiş etmişdirlər. İş materiallarında olan Bakı şəhəri Səbail rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli qərardadının surətindən görünür ki, iddiaçı Cavabdehlər İddiaçı və X2 qarşı “maneənin aradan qaldırılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş və iddia ərizəsi məhkəmə tərəfindən icraata götürülmüşdür. Belə olan halda məhkəmə hesab edir ki, hazırki tələb də Bakı şəhəri Səbail rayon Məhkəməsinin icraatında olan həmin tələblə eyni mahiyyət daşıdığından və iş üzrə tərəflər eyni olduğundan İddiaçı - Cavabdeh qarşı «maneələrin aradan qaldırılması» tələbinə dair 2(009)-1976/2025 saylı mülki iş iddiaçı Cavabdehlər İddiaçı və X2 qarşı “maneənin aradan qaldırılması” tələbinə dair 2(009)-1630/2025 saylı mülki işlə bir icraatda birləşdirilməlidir. Bir neçə iddia tələbinin birləşdirilməsi və ayrılmasını müəyyən edən Azərbaycan Respublikası MPM-nın 169.3-cü maddəsinə əsasən hakim həmin məhkəmənin icraatında eyni tərəflərin iştirak etdiyi eyni növlü bir neçə işin, yaxud bir iddiaçının müxtəlif cavabdehlərə, yaxud müxtəlif iddiaçıların eyni cavabdehə iddiaları üzrə bir neçə işin olduğunu müəyyən etdikdə, bu işlərin birləşdirilməsini məqsədəmüvafiq hesab edərsə, onları birlikdə baxılmaq üçün bir icraatda birləşdirməyə haqlıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 169, 263 və 264-cü maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: İddiaçı - Cavabdeh qarşı «maneələrin aradan qaldırılması» tələbinə tələbinə dair 2(009)-1976/2025 saylı mülki iş iddiaçı Cavabdehlər İddiaçı və X2 qarşı “maneənin aradan qaldırılması” tələbinə dair 2(009)-1630/2025 saylı mülki işlə birlikdə baxılması üçün bir icraatda birləşdirilsin. Mülki işə 2(009)-1630/2025 №-si verilsin. Qərardaddan şikayət verilə bilməz. Hakim: İlkin Rüstəmli
Məhkəmə qərarları › İş №2(009)-1976/2025
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərardad — İş №2(009)-1976/2025
27.08.2025 · Sair mülki iş - Maneənin aradan qaldırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver