Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(009)-1993/2024 25.09.2024 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ X3 Rüstəmlinin sədrliyi Hüseynova Mələk Bəxtiyar qızının katibliyi Cavabdeh "xxxx" ASC-nin nümayəndəsi X1 iştirakı ilə İddiaçı – cavabdehlər "xxxx" ASC-yə və Cavabdeh2 MMC-yə qarşı “zərər” tələbinə dair iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı – cavabdehlər "xxxx" ASC-yə və Cavabdeh2 MMC-yə qarşı “zərər” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh2 MMC-dən ona dəymiş ziyanın əvəzinin tutulması barədə müvafiq qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdehin nümayəndəsi iddia tələbinin sığorta şirkətinə münasibətdə təmin edilməməsini xahiş etmişdir. Məhkəmə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, iddia ərizəsi aidiyyət qaydalarına riayət edilməyərək verildiyi baxılmamış saxlanılmalıdır. Belə ki, iddia ərizəsindən görünür ki, iddiaçı cavabdehlərdən biri qismində "xxxx" ASC-ni göstərsə də, zərərin Cavabdeh2 MMC-dən tutulmasını xahiş etmişdir. Azərbaycan Respublikası MPM-nin 35.2-ci maddəsinə əsasən, hüquqi şəxsə iddia hüquqi şəxsin ünvanının olduğu yerə görə verilir. Hüquqi şəxsin törəmə müəssisəsinin fəaliyyətindən əmələ gələn iddialar müəssisənin ünvanının olduğu yerə görə verilir. “AZEMİS Elektron Məhkəmə İnformasiya Sistemi” çıxarışdan isə görünür ki, Cavabdeh2 MMC-nin hüquqi ünvanı ünvan 1ddir. Azərbaycan Respublikası MPM-nin: 151.1-ci maddəsinə əsasən, iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. 152.1.3-cü maddəsinə əsasən, əgər iş ərazi aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə, hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. 152.4.-cü maddəsinə əsasən, iddia ərizəsinin qaytarılması üzrə nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. 259.0.12-ci maddəsinə əsasən ərizə bu Məcəllənin 149-cu maddəsində nəzərdə tutulmuş tələblər göstərilmədən, eləcə də bu Məcəllənin 150.1.2-ci və ya 150.1.3cü maddələrində göstərilən sənədlər əlavə edilmədən verildikdə iddiaçı hakim tərəfindən müəyyən edilmiş müddətdə işin mahiyyəti üzrə baxılmasına və həll edilməsinə maneçilik törədən həmin nöqsanları aradan qaldırmadıqda məhkəmə ərizəni baxılmamış sayılır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 152, 259-268-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: İddiaçı – cavabdehlər "xxxx" ASC-yə və Cavabdeh2 MMC-yə qarşı “zərər” tələbinə dair iddia ərizəsi üzrə mülki iş baxılmamış sayılsın. İddiaçı tərəfindən Bakı şəhəri Səbail rayon Məhkəməsinə verilmiş iddia ərizəsinə görə ödənilmiş 100 manat dövlət rüsumu (ödəniş qəbzinin nömrəsi **********26) İddiaçı geri qaytarılsın İddiaçıya izah olunsun ki, qərardadda göstərilən nöqsanlar aradan qaldırıldıqdan sonra Yasamal Rayon Məhkəməsinə müraciət etmək hüququ vardır. Qərardaddan 10 (on) gün müddətində Səbail Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: İlkin Rüstəmli
Məhkəmə qərarları › İş №2(009)-1993/2024
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərardad — İş №2(009)-1993/2024
25.09.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver