Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(009)-1999/2020 21.10.2020 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Bağırova Mədinə Ağacavad qızının sədrliyi, Əliyeva Aygün Həsən qızının katibliyi, İddiaçı etibarnamə üzrə nümayəndəsi və vəkili X1 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “pul tələbi”nə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 4868 manat kredit borcunun, vəkilə ödədiyi 210 manat pul vəsaitinin və 30 manat dövlət rüsumunun alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsini onunla əsaslandırmışdır ki, «xxxxxxxx» ASC-nin Mərkəz filialı ilə Cavabdeh arasında xx xxxxxx 2020-ci il tarixli kredit müqaviləsi bağlanmış və onun həmin bankda olan 67800 manat depozitinin altında cavabdehə 12 ay müddətinə 4500 manat kredit verilmişdir. Eyni zamanda həmin kredit müqaviləsinə əlavə olaraq onunla xx xxxxxx 2020-ci il tarixli zaminlik müqaviləsi bağlanmışdır. «xxxxxxxx» ASC ləğv prosesində olduğundan, bankda olan əmanətlərin vətəndaşlara qaytarılmasına başlanılmış, lakin onun əmanətinin (depozit) altında cavabdehə kredit verildiyindən və həmin kredit ödənilmədiyinə görə, onun əmanətinin geri qaytarılmasından imtina edilmişdir. Ona görə də, məcburiyyət qarşısında qalıb, cavabdehin banka olan 4868 manat borcunu ödəməmişdir. xx xxxxxx 2020-ci il tarixli zaminlik müqaviləsinin 3.6-cı bəndinə əsasən bu müqavilənin 1.1-ci bəndində nəzərdə tutulan öhdəliyi icra etmiş «Zamin»ə «Bank»ın həmin öhdəlik üzrə hüquqları və «Bank»a girovsaxlayan kimi mənsub hüquqları «Zamin»in «Bank»ın tələbini ödədiyi həcmdə keçir. Bundan başqa, «Zamin» həmçinin borcludan banka ödənilmiş məbləğdən faiz ödəməyi və borclunun əvəzinə məsuliyyətlə bağlı çəkdiyi digər zərərin əvəzinin ödənilməsini tələb edə bilər. Məhkəmə iclasında İddiaçı nümayəndəsi və vəkili X2 iddia tələbini müdafiə edərək, onun təmin olunmasını xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi məlumat verilməsinə baxmayaraq o, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə işə baxıb, iddiaçının nümayəndəsinin izahatını dinləyib, təqdim olunmuş sübutları tədqiq edib, irəli sürülən tələbin dəlillərini müzakirə edərək hesab edir ki, aşağıdakılara əsasən iddia tələbi əsaslı olduğundan təmin edilməlidir. İş materiallarından görünür ki, «xxxxxxxx» ASC-nin Mərkəz filialı ilə Cavabdeh arasında xx xxxxxx 2020-ci il tarixli, 00/14773/DİK nömrəli kredit müqaviləsi bağlanmış və cavabdehə 12 ay müddətinə 4500 manat kredit verilmişdir. Kredit müqaviləsindən irəli gələn öhdəliyin vaxtında və lazımi qaydada icrasını təmin etmək məqsədilə «xxxxxxxx» ASC-nin Mərkəz filialı ilə İddiaçı arasında xx xxxxxx 2020-ci il tarixli zaminlik müqaviləsi bağlanmış və bu müqaviləyə əsasən o, yuxarıda qeyd olunankredit müqaviləsindən irəli gələn öhdəliklərin tam həcmdə icra olunması üçün zamin durmuşdur. İş materiallarında olan xxxxxxxx ASC-nin Mərkəz filialı ilə İddiaçı arasında bağlanılmış xx.xx.2020-ci il tarixli, 00/SDM2020/0308 nömrəli «xxxxxxxxx» Bank Əmanəti müqaviləsindən görünür ki, xxxxxxxx ASC-nin Mərkəz filialı İddiaçı 67800 manat məbləğində pul vəsaitini qəbul edərək, müqavilədə nəzərdə tutulmuş şərtlərlə və qaydada əmanət məbləğini əmanətçiyə qaytarmağı və onun üçün faizlər ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan xx.xx.2020-ci il tarixli mədaxil qəbzindən görünür ki, İddiaçı tərəfindən 4868.00 manat məbləğində pul xxxxxxxx ASC-yə Cavabdeh kredit borcunun tam bağlanılması üçün ödənilmişdir. Məhkəmə, mübahisənin hüquqi həlli ilə bildirir ki, iddiaçı Mülki Məcəllənin 475.1-ci maddəsinə əsasən 4868manat məbləğində borcun cavabdehdən alınaraq ona qaytarılmasını tələb etməkdə haqlıdır. Məhkəmə iclasında sübutların tədqiqi ilə müəyyən olundu ki, «xxxxxxxx» ASC-nin Mərkəz filialı ilə Cavabdeh arasında xx xxxxxx 2020-ci il tarixli kredit müqaviləsi bağlanmış və cavabdehə 12 ay müddətinə 4500 manat kredit verilmişdir. Kredit müqaviləsindən irəli gələn öhdəliyin vaxtında və lazımi qaydada icrasını təmin etmək məqsədilə «xxxxxxxx» ASC ilə İddiaçı arasında xx.xx.2020-ci il tarixdə zaminlik müqaviləsi bağlanmış və bu müqaviləyə əsasən o, yuxarıda qeyd olunankredit müqaviləsindən irəli gələn öhdəliklərin tam həcmdə icra olunması üçün zamin durmuşdur. Cavabdeh kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəliyə uyğun olaraq dövri ödənişlər etməli olduğu halda müəyyən miqdar ödəniş etsə də, öhdəliyinə uyğun olaraq müəyyən edilmiş miqdarda və vaxtda tam ödəniş etməmiş və bununla da, öhdəliyin lazımınca icra etməmiş və müqavilə şərtlərini əhəmiyyətli dərəcədə pozmuşdur. Zamin kimi İddiaçı müqavilə üzrə cavabdehin 4868 manat məbləğində kredit borcunu ödəmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 475.1-ci maddəsinə əsasən öhdəliyi icra etmiş zaminə kreditorun həmin öhdəlik üzrə hüquqları və kreditora girov saxlayan kimi mənsub olmuş hüquqlar zaminin kreditorun tələbini ödədiyi həcmdə keçir. Zamin həmçinin borcludan kreditora ödənilmiş məbləğdən faizlər ödəməyi və borclunun əvəzinə məsuliyyətlə bağlı çəkdiyi digər zərərin əvəzini ödəməyi tələb edə bilər. Həmin Məcəllənin 475.2-ci maddəsinə əsasən zamin öhdəliyi icra etdikdən sonra kreditor borcluya qarşı tələbi təsdiqləyən sənədləri zaminə təqdim etməyə və həmin tələbi təmin edən hüquqları verməyə borcludur. Yuxarıda göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməli, Cavabdeh 4868 manat məbləğində pul İddiaçı xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. İş materiallarında olan 17311 saylı, xx.xx.2020-ci il tarixli ödəniş qəbzindən görünür ki, Bakı şəhəri 20 saylı Vəkil Bürosuna 210 manat ödəniş olmuşdur. İşdə olan ödəniş qəbzindən görünür ki, iddiaçı məhkəməyə müraciət etmək üçün 30 manat dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə görə isə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddiaçının tələbi haqlı sayıldığından, çəkilmiş həmin xərc cavabdehdən alınaraq iddiaçıya verilməlidir. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə, iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə MPM-nin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq, yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh İddiaçı xeyrinə 4868 (dörd min səkkiz yüz altmış səkkiz) manat, hüquqi xidmət göstərilməsi ilə bağlı 210 (iki yüz on) manat və və iddia ərizəsinin verilməsi üçün dövlət büdcəsinə ödənilmiş 30 (otuz) manat dövlət rüsumu tutulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Mədinə Bağırova
Məhkəmə qərarları › İş №2(009)-1999/2020
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №2(009)-1999/2020
21.10.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver