Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(009)-20/2022 14.11.2022 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Bağırova Mədinə Ağacavad qızının sədrliyi, Rüstəmova Çinarə Mübariz qızının katibliyi, İddiaçı Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin etibarnamə üzrə nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə, İddiaçı Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Cavabdeh qarşı vurulmuş maddi ziyanın ödənilməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Cavabdeh qarşı iddia ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh Azərbaycan Respublikası DİN-nə məxsus videomüşahidə nöqtəsini yararsız hala salmaqla vurulmuş ziyana görə 6669 manat tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələblərini belə əsaslandırmışdır ki, xx.xx.2019-cu il tarixdə, saat 19:39 radələrində, Bakı-Qazax-Gürcüstan sərhədi yolunun 490-cı kilometrliyində yolun sol ehtiyyat hissəsində quraşdırılmış Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə məxsus videomüşahidə nöqtəsinə cavabdehə məxsus DAF 1000 5.9D markalı AU9689AH dövlət nömrə nişanlı avtomobil tərəfindən yol nəqliyyat hadisəsi zamanı maddi ziyan dəymişdir. Ümumilikdə videomüşahidə nöqtəsinə dəyən zərərin məbləği 6669 manatdır (ƏDV daxil deyil). Məlum edir ki, hadisə zamanı DAF 1000 5.9D markalı AU9689AH dövlət nömrə nişanlı avtomobili Cavabdeh idarə etmişdir. Dəymiş ziyan cavabdeh tərəfindən ödənilməmişdir. Sürücü Cavabdeh Azərbaycan Respublikası İXM-nin 327.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə, barəsində 60 manat məbləğində cərimə edilmə haqqında tənbeh növü tətbiq edilmişdir. Ekin Texnoloji A.S. şirkətinin Azərbaycan Respublikasındakı Filialı tərəfindən tərtib edilmiş xx.xx.2019-cu il tarixli akt dəymiş ziyanın məbləğini təsdiq edir. Cavabdeh Azərbaycan Respublikası DİN-nə məxsus videomüşahidə nöqtəsini yararsız hala salmaqla vurulmuş ziyana görə 6669 manat tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Nümayəndə iddianı müdafiə edərək, tələbinin təmin edilməsini xahiş etdi. İş üzrə Cavabdeh Türkmənistan Respublikası, Kakinski şəhəri, Artık kəndində yaşadığı üçün cavabdehin barəsində prosessual hərəkətlərin yerinə yetirilməsi ilə əlaqədar Bakı şəhəri Səbail rayon Məhkəməsinin 2(009)-1408/2020 nömrəli, xx.xx.2020-ci il tarixli qərardadla Türkmənistan Respublikasının səlahiyyətli məhkəmə orqanına məhkəmə tapşırığı göndərilmişdir. Məhkəməyə daxil olmuş Türkmənistanın Marıyski vilayətinin Bayramali şəhər məhkəməsinin 25 mart 2022-ci il tarixli məhkəmə iclas protokolundan görünür ki, Bakı şəhəri Səbail rayon Məhkəməsinin məhkəmə tapşırığı üzrə izahatı alınmış Cavabdeh bildirmişdir ki, o, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin ona qarşı vurulmuş maddi ziyanın ödənilməsi tələbinə dair iddiasını qəbul etmir. Hesab edir ki, onun tərəfindən vurulmuş maddi ziyan Azərbaycan Respublikasının dövlət sığorta şirkəti tərəfindən ödənilməlidir. Belə ki, o hər dəfə “Paşa Sığorta” sığorta şirkətinə ödəniş etmişdir, lakin buna dair sübutları təqdim edə bilmir, belə ki, hal-hazırda islah müəssisəsində cəza çəkir. O, məhkəmədə iştirak etmək imkanının olmadığı üçün işə onun iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə MPM-nin 185.5-ci maddəsinə uyğun olaraq işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işə baxıb, iddiaçının nümayəndəsi və vəkilinin izahatını dinləyib, təqdim olunmuş sübutları tədqiq edib, irəli sürülən tələbin dəlillərini müzakirə edərək hesab edir ki, iddia əsaslıdır və aşağıdakılara görə təmin edilməlidir. İş materiallarında olan Ekin Texnoloji A.S. şirkətinin Azərbaycan Respublikasındakı Filialı tərəfindən tərtib edilmiş xx.xx.2019-cu il tarixli aktdan görünür ki, Bakı-Qazax yolu 490.1 km radar nöqtəsi, yol nəqliyyat hadisəsi zamanı sıradan çıxmışdır. Hadisə zamanı radar nöqtəsinə deyən maddi zərər aşağıda göstərilmişdir: 1. 1 (bir) ədəd İP qutu - təmirə yararsız olduğundan yenisi ilə əvəz olunmalı - 990 manat; 2. 1 (bir) ədəd Switch avadanlığı - təmirə yararsız olduğundan yenisi ilə əvəz olunmalı -1635 manat; 3. 1 (bir) ədəd İR qutu və board - təmirə yararsız olduğundan yenisi ilə əvəz olunmalı - 870 manat; 4. 1 (bir) ədəd Sabit kamera - təmirə yararsız olduğundan yenisi ilə əvəz olunmalı - 1169 manat; 5. 1 (bir) ədəd fasiləsiz qida mənbəyi UPS 1KVA - təmirə yararsız olduğundan yenisi ilə əvəz olunmalı - 580 manat; 6. Yeni dirəyin alınması, dirəyin təmir edilməsi üçün sökülməsi, təkrar quraşdırılması və nəqliyyat xərcləri - 1075 manat; 7. Beton özülün qoyulması - 350 manat. Ümumilikdə radar nöqtəsinə deyən zərərin məbləği 6689 (altı min altı yüz altmış doqquz) manatdır (ƏDV daxil deyil). İş materiallarında olan xx.xx.2019-cu il tarixli, İXP ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, Cavabdeh Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xata törətmişdir. İnzibati xətanı törətdiyinə görə barəsində 60 manat məbləğində cərimə növündə inzibati tənbeh təyin edilmişdir. İş materiallarında olan Cavabdeh izahatından görünür ki, xx.xx.2019-cu il tarixdə DAF 1000 5.9D markalı AU9689AH dövlət nömrə nişanlı avtomobili idarə edərkən Bakı-Qazax- Gürcüstan sərhədi yolunun 490-cı kilometrliyində yolun sol ehtiyyat hissəsində quraşdırılmış Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə məxsus videomüşahidə nöqtəsinə dəymiş və onun tərəfindən yol nəqliyyat hadisəsi zamanı videomüşahidə nöqtəsinə ziyan dəymişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096-cı maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097.1-ci maddəsinə görə, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Göründüyü kimi, iddia tələbinin hüquqi əsası kimi Mülki Məcəllənin 1096.1-ci və 1097.1ci maddələrinin tətbiqi üçün aşağıdakı şərtlər mövcud olmalıdır: əməl (hərəkət və ya hərəkətsizlik), həmin əməlin hüquqazidd (qeyri-hüquqi) olması, şəxsiyyətə və ya əmlaka dəymiş zərər, əməl ilə zərər arasında uyğun səbəbli əlaqə və təqsir. Mülki hüquq pozuntusundan irəli gələn tələbin təmin edilməsi üçün sadalanan şərtlərin hər biri məhkəmə tərəfindən müəyyən edilməlidir. Həmin şərtlərdən biri aşkar edilmədiyi təqdirdə şəxsin delikt normaları çərçivəsində məsuliyyəti istisna edilir. Məhkəmə iclasında sübutların tədqiqi ilə müəyyən olundu ki, xx.xx.2019-cu il tarixdə, saat 19:39 radələrində, Bakı-Qazax-Gürcüstan sərhədi yolunun 490-cı kilometrliyində yolun sol ehtiyyat hissəsində quraşdırılmış Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə məxsus videomüşahidə nöqtəsinə Cavabdeh məxsus DAF 1000 5.9D markalı AU9689AH dövlət nömrə nişanlı avtomobil tərəfindən yol nəqliyyat hadisəsi zamanı maddi ziyan dəymişdir. Sürücü Cavabdeh Azərbaycan Respublikası İXM-nin 327.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə, barəsində 60 manat məbləğində cərimə edilmə haqqında tənbeh növü tətbiq edilmişdir. Ekin Texnoloji A.S. şirkətinin Azərbaycan Respublikasındakı Filialı tərəfindən tərtib edilmiş xx.xx.2019-cu il tarixli akt əsasında ümumilikdə videomüşahidə nöqtəsinə dəyən zərərin məbləği 6669 manat müəyyən edilmişdir. Beləliklə, məhkəmə hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməli, Cavabdeh iddiaçı Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə məxsus videomüşahidə nöqtəsini yararsız hala salmaqla vurduğu ziyana görə 6669 manat məbləğində pul Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin xeyrinə tutulmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220, 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh iddiaçı Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə məxsus videomüşahidə nöqtəsini yararsız hala salmaqla vurduğu ziyana görə 6669 (altı min altı yüz altmış doqquz) manat məbləğində pul Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin xeyrinə tutulsun. Qətnamədən təqdim olunan (alınan) gündən 1 (bir) ay müddətində Bakı şəhəri Səbail rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Mədinə Bağırova
Məhkəmə qərarları › İş №2(009)-20/2022
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №2(009)-20/2022
14.11.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver