Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(009)-201/2023 14.02.2023 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Abdullayev Şahin Zülfüqar oğlunun sədrliyi, Ağayeva Narqələm Bayram qızının katibliyi, Cavabdehin nümayəndəsi S.H.Mikayılovun iştirakı ilə İddiaçı Cavabdeh Sığorta Şirkəti ASC-yə qarşı sığorta müqaviləsinə əsasən şəxsin səhhətinə dəymiş ziyanın ödənilməsi tələbinə dair mülki işə Səbail rayon məhkəməsi binasında açıq məhkəmə iclasında baxaraq… MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh Sığorta Şirkəti ASC-yə qarşı kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında sığorta müqaviləsinə əsasən şəxsin səhhətinə dəymiş ziyanın ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək göstərmişdir ki, xx.xx.2020-ci il tarixdə cavabdeh X10 avtoqəza nəticəsində onun sağlamlığına zərər vurmuşdur. Bu səbəbdən də Ağstafa rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 1(015)-50/2021 saylı hökmünə əsasən X10 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.1-ci maddəsi ilə təqsirli bilinib 01 il müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə, 01 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Hadisə zamanı onun sağ əlinin beşinci barmağının daraq sümüyünün yerdəyişməli sınığı ilə müşayət olunan sağlamlığının uzun müddətə pozulmasına səbəb olan az ağır zərər vurmaya aid xəsarət almışdır. Bundan başqa, əri X8 məxsus avtomobildə də 3.100 manat dəyərində maddi zərər dəymişdir. Avtomobillə bağlı əri X2 və necə razılaşmasından məlumatı olmasa da, hazırda bu günə kimi onun sağlamlığına dəyən ziyan ödənilməmişdir. Onun sağlamlığına 1500 manat zərər dəymişdir ki, bu pul ödənilməyib. Dəfələrlə cavabdehdən zəng edərək həmin pulları tələb etsə də, heç bir müsbət nəticə hasil edə bilməmişdir. Ona görə də o, məcburiyyət qarşısında məhkəməyə müraciət etməli olmuşdur. Hesab edir ki, cavabdehin təqsiri və hüquqi zidd əməlləri nəticəsində onun sağlamlığına vurduğu zərər məhkəmə tərəfindən bərpa olunmalı və cavabdehin ona vurduğu ziyan ödənilməlidir. Göstərilənləri nəzərə alaraq iddiaçı Cavabdeh Sığorta Şirkəti ASC-dən onun sağlamlığına dəymiş 1500 manat ziyanlığın və 35 manat dövlət rüsumunun birdəfəlik olaraq alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə mülki-prosessual məcəllənin tələblərinə əsasən cavabdehə rəsmi qaydada bildiriş göndərmişdir. Bakı şəhər Səbail rayon Məhkəməsinin 22 noyabr 2022-ci il tarixli qərardadı ilə İddiaçı Cavabdeh Sığorta Şirkəti ASC-yə qarşı sığorta müqaviləsinə əsasən səhhətə dəymiş ziyanın ödənilməsi tələbinə dair mülki iş kiçik iddialara dair sadələşdirilmiş icraatdan iddia icraatına keçirilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş iş üzrə İddiaçı məhkəmə iclasına gəlməmişdir. Lakin məhkəməyə ünvanlandığı teleqramda işə onun iştirak olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında cavabdehin nümayəndəsi X1 iddia tələbini qəbul etməyərək izahatında göstərmişdir ki, iş materiallarına əsasən nəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası növü üzrə Cavabdeh Sığorta Şirkətində sığorta olunan “Mercedes Benz” markalı, **-UA- *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsünün təqsirinə görə xx.xx.2020-ci il tarixdə “Mercedes Benz” markalı, **-DB-*** dövlət qeydiyyat nişanlı avtomobilin sərnişini İddiaçı az ağır xəsarət almışdır. Zərərçəkən İddiaçı Ağstafa rayon Polis Şöbəsinə, Ağstafa rayon Məhkəməsinə ünvanladığı ərizələrdən, həmçinin Ağstafa rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 1(015)- 50/2021 saylı hökmündən görünür ki, zərərçəkən İddiaçı təqsirləndirilən şəxs X10 tərəfindən ona dəymiş ziyan və müalicə xərcləri qarşılandığı üçün təqsirləndirilən şəxsə barışmış və ona qarşı heç bir şikayət və tələbinin olmamasını bildirmişdir. Cavabdeh Sığorta Şirkəti qanunvericiliyin tələblərini nəzərə alaraq, zərərvuran tərəfindən zərərçəkənə hansı məbləğdə ödəniş olunmasının araşdırılması məqsədilə Ağstafa rayon Polis Şöbəsinə, Ağstafa rayon Məhkəməsinə, Gəncə Apellyasiya Məhkəməsinə eyni məzmunlu sorğular ünvanlanmış və bu barədə iddiaçıya məlumat verilmişdir. Ağstafa rayon Məhkəməsi tərəfindən sorğuya cavab olaraq iş materiallarında zərərlə bağlı ödənişin olub-olmaması barədə məlumatın olmamasını, daha sonra isə cinayət işinə apellyasiya qaydasında baxılması üçün Gəncə Apellyasiya Məhkəməsinə göndərildiyini bildirilmişdir. Ağstafa rayon Polis Şöbəsi və Gəncə Apellyasiya Məhkəməsi tərəfindən isə sorğularına cavab gəlməmişdir. Sığortaçı isə zərərvuran tərəfindən zərərçəkənə hansı məbləğdə ödəniş olunduğunu müəyyən edə bilmədiyi üsün sığorta ödənişini nə zərərçəkənə, nə də sığortalıya verə bilməmişdir. Qanunun şərhindən məlum olur ki, zərərvuran tərəfindən zərərçəkənə ödəniş edildiyi üçün bu halda iddiaçının deyil, zərərvuranın sığortaçıdan tələb hüququ yaranır. Baxılan halda iş materialları ilə zərərvuran tərəfindən zərərçəkənə ödəniş edilməsinin əksi sübut olunmadığı üçün hesab edir ki, İddiaçı sığortaçıya qarşı tələbi əsassızdır. Göstərilənləri nəzərə alaraq cavabdehin nümayəndəsi iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş iş üzrə məhkəmə tərəfindən 3-cü şəxs qismində işə cəlb edilmiş X10 məhkəmə iclasına gəlməmişdir. Məhkəmə AR MPM-nin 185.5-ci maddəsinə əsasən işə 3-cü şəxsin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarını araşdırıb, cavabdehin nümayəndəsinin izahatını və şahid ifadəsini dinləyib, toplanmış sübutlara hüquqi qiymət verərək məhkəmə hesab edir ki, iddia tələbi aşağıdakı əsaslara görə təmin edilməlidir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X11 öz ifadəsində göstərmişdir ki, o, İddiaçı həyat yoldaşıdır. Yol-nəqliyyat hadisəsi zamanı onun idarə etdiyi avtomaşına zərər yetirilmiş, həyat yoldaşı Günay avtomaşında olmuş, hadisə nəticəsində Günay az ağır xəsarət almışdır. Araşdırma uzun müddət getmiş, təqsirkar sürücü Qurban Lələyev tərəfindən onun avtomaşının təmiri üçün xərc çəkilsə də, yoldaşı üçün hər hansı pul məbləği verilməmişdir. Yalnız bir dəfə sürücünün qohumları 1 şokolad korobkası ilə gəlib xəstəyə dəymişlər. Xəsarətlə bağlı hər hansı məbləğdə pul verilməmişdir. Hətta avtomaşının ziyanı ilə bağlı da tam məbləğdə ödəniş edilə bilməmişdir. Qurban Lələyev ona zəng edərək sığortadan nə üçün pul tələb edilməsini soruşduqda, o, bildirmişdir ki, ziyanı ödəsinlər, onlar da sığortadan pul istəməsinlər. Yoldaşı Günay şirniyyət bişirib satır, o, isə taksi sürür. Günay xəsarət aldığı üçün, avtomaşın zədələndiyi üçün ailəsi maddi yardımdan məhrum olmuşdur. Günay tərəfindən yazılan ərizələr təqsirkar şəxsin cəzasını yüngülləşdirmə məqsədi ilə olmuşdur. Əslində isə Günayın xəsarəti ilə əlaqədar hər hansı bir məbləğdə pul verilməmişdir. İş üzrə Ağstafa rayon Məhkəməsinin 1(015)-50/2021 saylı, xx.xx.2021-ci il tarixli hökmünün surətindən görünür ki, X10 Azərbaycan Respublikası CM-nin 263-1.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinmiş, 01 il müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə, 01 il müddətinə azadlıqdan məhrum etmə cəzasında məhkum edilmişdir. İş üzrə zərərçəkmiş şəxslər şəxslər X11 və İddiaçı tərəfindən Ağstafa rayon Məhkəməsinə ünvanlanmış ərizələrin surətlərindən görünür ki, onlar təqsirləndirilən şəxs X10 ilə barışmışlar, ondan şikayətçi deyillər. İş üzrə təqsirləndirilən şəxs X10 tərəfindən Ağstafa rayon Məhkəməsinə ünvanlanmış ərizənin surətindən görünür ki, özünü təqsirli bilir, əməlindən səmimi peşmandır, zərərçəkmiş şəxslərlə barışmışdır, ona qarşı heç bir şikayətləri yoxdur, məhkəmədən ona yüngül cəza verilməsini xahiş etmişdir. İş üzrə İddiaçı tərəfindən Ağstafa rayon X9 Bölməsinin müstəntiqi Fuad Həsənova ünvanlanmış ərizənin surətindən görünür ki, xx.xx.2020-ci il tarixdə Ağstafa rayonu, Zəlimxan kənd sakini X10 idarə etdiyi avtomobil ilə həyat yoldaşı X5 idarə etdiyi avtomobilə toqquşması nəticəsində o, sağ əlindən sınıq xəsarəti almışdır. X3 ona dəymiş ziyanı və müalicə haqqını ödəmiş, onlar barışmışlar, onun hazırda X4 heç bir şikayəti və tələbi yoxdur. İş üzrə Cavabdeh Sığorta Şirkəti ASC tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2021-ci il tarixli məktubun surətindən görünür ki, onun Cavabdeh Sığorta Şirkəti ASC-yə ünvanlanmış sığorta tələbində qeyd edilən hadisə ilə bağlı Sığorta Şirkəti tərəfindən Ağstafa rayon Məhkəməsinə xx.xx.2021-ci il tarixli O-AP-2021-3253 saylı sorğu ünvanlanmışdır. Sorğuya müvafiq cavab məktubu daxil olduqdan sonra İddiaçı sığorta ödənişinin verilib-verilməməsi barədə qərar qəbul olunacaq. İş üzrə Cavabdeh Sığorta Şirkəti ASC tərəfindən Ağstafa rayon Məhkəməsinə ünvanlanmış xx.xx.2021-ci il tarixli məktubun surətindən görünür ki, xx.xx.2020-ci il tarixdə Ağstafa şəhəri, H.Arif küçəsi ilə hərəkətdə olan “Mercedes Benz” markalı, **-UA-*** dövlət qeydiyyat nişanlı avtomobil yol-nəqliyyat hadisəsi törətmiş, nəticədə “Mercedes Benz” markalı, **-DB-*** dövlət qeydiyyat nişanlı avtomobil zərər görmüş və həmin avtomobilin sərnişini İddiaçı sağlamlığın uzun müddətə pozulmasına səbəb olan az ağır xəsarət almışdır. Bildirilir ki, xx.xx.2021-ci il tarixdə Ağstafa rayon Məhkəməsində hakim Rəsulov Zamiq Akif oğlunun sədrliyi ilə keçirilən məhkəmə prosesinə dair hökm çıxarılmış və hökmdə zərərçəkən şəxslərin – X11 və İddiaçı X10 ilə barışdıqları və ondan şikayətlərinin olmadığı əks olunmuşdur. Həmçinin, hökmdə iş üzrə mülki iddianın olmaması qeyd olunub. Sığorta hadisəsinin tənzimlənməsində yaranan zərurətlə əlaqədar zərərvuran şəxs tərəfindən zərərçəkən şəxslərə ödənişin olub-olmaması (olubsa hansı məbləğdə) barədə məlumat verməsini və zərərçəkən şəxslərin notarial qaydada təqdim etdikləri barışıq ərizələrinin surətlərini Cavabdeh Sığorta Şirkətinə göndərilməsinin təmin edilməsini xahiş edirlər. Əlavə olaraq bildirmək istəyirlər ki, Ağstafa rayon Məhkəməsinə ünvanlanan xx.xx.2021-ci il tarixli O-AP-2021-3253 saylı sorğusuna xx.xx.2021-ci il tarixli cavab məktubu daxil olmuş, lakin məktuba əlavə olunan sənədlər oxunur vəziyyətdə olmamışdır. Odur ki, qeyd olunanları nəzərə alaraq zəruri sənədlərdən İddiaçı Ağstafa rayon X9 Bölməsinin müstəntiqi polis kapitanı Fuad Həsənovun adına tərtib etdiyi və Ağstafa rayon Məhkəməsinin dəftərxanasında saxlanılan ərizəni təqdim edilməsini xahiş edirlər. İş üzrə Cavabdeh Sığorta Şirkəti ASC tərəfindən Gəncə Apellyasiya Məhkəməsinə ünvanlanmış xx.xx.2021-ci il tarixli məktubun surətindən görünür ki, xx.xx.2020-ci il tarixdə Ağstafa şəhəri, H.Arif küçəsi ilə hərəkətdə olan “Mercedes Benz” markalı, **-UA-*** dövlət qeydiyyat nişanlı avtomobil yol-nəqliyyat hadisəsi törətmiş, nəticədə “Mercedes Benz” markalı, **-DB-*** dövlət qeydiyyat nişanlı avtomobil zərər görmüş və həmin avtomobilin sərnişini İddiaçı sağlamlığın uzun müddətə pozulmasına səbəb olan az ağır xəsarət almışdır. Bildirilir ki, xx.xx.2021-ci il tarixdə Ağstafa rayon Məhkəməsində hakim Rəsulov Zamiq Akif oğlunun sədrliyi ilə keçirilən məhkəmə prosesinə dair hökm çıxarılmış və hökmdə zərərçəkən şəxslərin – X11 və İddiaçı X10 ilə barışdıqları və ondan şikayətlərinin olmadığı əks olunmuşdur. Həmçinin, hökmdə iş üzrə mülki iddianın olmaması qeyd olunub. Ağstafa rayon Məhkəməsi tərəfindən daxil olan 24 sentyabr tarixli 1(015)-50/2021 saylı məktubda təqsirləndirilən şəxs tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən qeyd olunan iş apellyasiya qaydasında baxılması üçün Gəncə Apellyasiya Məhkəməsinə göndərildiyi qeyd olunmuşdur. Sığorta hadisəsinin tənzimlənməsində yaranan zərurətlə əlaqədar zərərvuran şəxs tərəfindən zərərçəkən şəxslərə ödənişin olub-olmaması (olubsa hansı məbləğdə) barədə məlumat verməsini və zərərçəkən şəxslərin notarial qaydada təqdim etdikləri barışıq ərizələrinin surətlərini Cavabdeh Sığorta Şirkətinə göndərilməsinin təmin edilməsini xahiş edirlər. Əlavə olaraq bildirmək istəyirlər ki, Ağstafa rayon Məhkəməsinə ünvanlanan xx.xx.2021-ci il tarixli O-AP-2021-3253 saylı sorğusuna xx.xx.2021-ci il tarixli cavab məktubu daxil olmuş, lakin məktuba əlavə olunan sənədlər oxunur vəziyyətdə olmamışdır. Odur ki, qeyd olunanları nəzərə alaraq zəruri sənədlərdən İddiaçı Ağstafa rayon X9 Bölməsinin müstəntiqi polis kapitanı Fuad Həsənovun adına tərtib etdiyi ərizəni təqdim edilməsini xahiş edirlər. İş üzrə Cavabdeh Sığorta Şirkəti ASC tərəfindən Ağstafa rayon Polis Şöbəsinə ünvanlanmış xx.xx.2021-ci il tarixli məktubun surətindən görünür ki, xx.xx.2020-ci il tarixdə Ağstafa şəhəri, H.Arif küçəsi ilə hərəkətdə olan “Mercedes Benz” markalı, **-UA-*** dövlət qeydiyyat nişanlı avtomobil yol-nəqliyyat hadisəsi törətmiş, nəticədə “Mercedes Benz” markalı, **-DB-*** dövlət qeydiyyat nişanlı avtomobil zərər görmüş və həmin avtomobilin sərnişini İddiaçı sağlamlığın uzun müddətə pozulmasına səbəb olan az ağır xəsarət almışdır. Bildirilir ki, xx.xx.2021-ci il tarixdə Ağstafa rayon Məhkəməsində hakim Rəsulov Zamiq Akif oğlunun sədrliyi ilə keçirilən məhkəmə prosesinə dair hökm çıxarılmış və hökmdə zərərçəkən şəxslərin – X11 və İddiaçı X10 ilə barışdıqları və ondan şikayətlərinin olmadığı əks olunmuşdur. Həmçinin, hökmdə iş üzrə mülki iddianın olmaması qeyd olunub. Əlavə olaraq bildirmək istəyirlər ki, Ağstafa rayon Məhkəməsinə ünvanlanan xx.xx.2021-ci il tarixli O-AP-2021-3253 saylı sorğusuna xx.xx.2021-ci il tarixli cavab məktubu və ona əlavə olunan ərizələr daxil olmuşdur. Əlavə olunan sənədlərin siyahısında İddiaçı Ağstafa rayon X9 Bölməsinin müsitəntiqi polis kapitanı Fuad Həsənovun adına tərtib etdiyi ərizə də mövcud olmuş, lakin ərizə tam oxunur vəziyyətdə olmadığından Ağstafa rayon Məhkəməsinə yenidən xx.xx.2021ci il tarixli O-AP-2021-4313 saylı sorğu ünvanlanmışdır və daxil olan cavab məktubunda adıçəkilən zəruri sənədlərin əldə olunması üçün Gəncə Apellyasiya Məhkəməsinə müraciət olunması tövsiyyə olunmuşdur. Sığorta hadisəsinin tənzimlənməsində yaranan zərurətlə əlaqədar zərərvuran şəxs tərəfindən zərərçəkən şəxslərə hansı məbləğdə ödənişini olunması barədə məlumat verməsini və zərərçəkən şəxslərin notarial qaydada təqdim etdikləri barışıq ərizələrinin surətlərini Cavabdeh Sığorta Şirkətinə göndərilməsinin təmin edilməsini xahiş edirlər. İş üzrə Cavabdeh Sığorta Şirkəti ASC tərəfindən İddiaçı tərəfindən ünvanlanmış xx.xx.2021-ci il tarixli məktubun surətindən görünür ki, Cavabdeh Sığorta Şirkəti ASC-də icbari sığorta müqaviləsi üzrə sığortalanmış “Mercedes Benz 190” markalı, 10UA832 dövlət qeydiyyat nömrəli avtomobil xx.xx.2020-ci il tarixdə Ağstafa rayon ərazisində yol nəqliyyat hadisəsi törətmiş və nəticədə İddiaçı az ağır dərəcəli xəsarət almışdır. İddiaçı Cavabdeh Sığorta Şirkəti ASC-də ünvanladığı sığorta tələbində qeyd edilən hadisə ilə bağlı şirkət tərəfindən Ağstafa rayon Məhkəməsinə xx.xx.2021-ci il tarixli O-AP-2021-3253 saylı sorğu ünvanlanmışdır. Sorğuya 23.07.221-ci il tarixli cavab məktubu daxil olmuşdur. Məktuba əlavə olunan sənədlərdən İddiaçı tərəfindən Ağstafa rayon Polis İdarəsinin İstintaq bölməsinin müstəntiqi polis kapitanı Fuad Həsənovun adına tərtib etdiyi ərizədə zərərvuran şəxs X10 tərəfindən İddiaçı dəymiş ziyanı və müalicə xərclərini tamamilə ödənildiyini, bu səbəbdən adıçəkilən şəxslə barışdığını və ondan şikayətin və tələbinin olmadığını qeyd etmişdir. “İcbari Sığortalar haqqında” Qanununun 19.4-cü maddəsinə əsasən mülki məsuliyyətin sığortası üzrə üçüncü şəxsin sağlamlığına zərər vurulması ilə əlaqədar sığortalı və ya sığorta olunan tərəfindən zərərçəkənin xeyrinə hər hansı ödəmə həyata keçirildikdə sığortaçı bu Qanuna uyğun olaraq hesablanan sığorta ödənişini sığorta məbləği həddində sığortalıya və ya sığorta olunana verir. Yuxarıda qeyd edilənləri nəzərə alaraq bildirirlər ki, Cavabdeh Sığorta Şirkəti bu hadisə ilə bağlı İddiaçı sığorta ödənişinin verilməsindən imtina edir. Məhkəmə verilmiş iddia tələbləri ilə bağlı aşağıdakıları qeyd edir. Məhkəmə iclasında müəyyən edilmişdir ki, X6 xx.xx.2020-ci il tarixdə törətdiyi yol-nəqliyyat hadisəsi nəticəsində iddiaçıya az ağır dərəcəli bədən xəsarəti yetirilmişdir. Ağstafa rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü ilə yol-nəqliyyat hadisəsini törətmiş Qurban Lələyev Azərbaycan Respublikası CM-nin 263-1.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinmiş, 1 il müddətə nəqliyyat vasitəsini idarə etmək hüququndan məhrum edilməklə, 1 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. İş materiallarında olan iddiaçı tərəfindən yazılmış ərizələrdən görünür ki, onun təqsirləndirilən şəxsə qarşı heç bir şikayəti və tələbi yoxdur. İddiaçı tərəfindən irəli sürülmüş tələbdən görünür ki, yol-nəqliyyat hadisəsi nəticəsində onun sağlamlığına az ağır xəsarət yetirilmiş və təqsirkar sürücü tərəfindən ziyan ödənilməmişdir. Bu səbəbdən iddiaçı sığorta təşkilatından az ağır xəsarətə görə icbari sığorta qanununda nəzərdə tutulan 1500 manat məbləğində sığorta ödənişini tələb edir. “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun 3.1.2-ci maddəsinə əsasən sığorta hadisələri nəticəsində sağlamlığına və (və ya) əmlakına zərər dəyən şəxslərin bu Qanunda müəyyən edilmiş həcmdə və qaydada müdafiəsinin təminatı icbari sığortaların əsas prinsiplərindən biridir. “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun 14.2.4-cü maddəsinə əsasən zərərçəkənin sığorta hadisəsi nəticəsində az ağır xəsarət alması halında sığorta ödənişi sığorta məbləğinin 30 faizini təşkil edir. Həmin Qanunun 19.3-cü maddəsinə əsasən mülki məsuliyyətin sığortası üzrə üçüncü şəxs onun sağlamlığına dəyən zərərin əvəzinin ödənilməsini sığortalıdan, sığorta olunandan və yaxud bu Qanunla müəyyən edilmiş sığorta məbləği həddində sığortaçıdan tələb edə bilər. Mülki məsuliyyətin sığortası üzrə üçüncü şəxsin sağlamlığına zərər vurulması ilə əlaqədar sığortalı və ya sığorta olunan tərəfindən zərərçəkənin xeyrinə hər hansı ödəmə həyata keçirildikdə sığortaçı bu Qanuna uyğun olaraq hesablanan sığorta ödənişini bu Qanunun 19.5-ci maddəsinin tələbi nəzərə alınmaqla, sığorta məbləği həddində sığortalıya və ya sığorta olunana verir (maddə 19.4). Azərbaycan Respublikası Mülki Məcəlləsinin 935.1.7-ci maddəsinə əsasən əmlakın sığortası üzrə sığortalı, sığorta olunan və ya faydalanan şəxsin zərərin əvəzini tam olaraq zərər dəyməsində təqsirli olan şəxsdən alması; zərərvuran zərərin əvəzini qismən ödəmiş olduqda sığorta ödənişindən ödənilmiş məbləğ həcmində imtina edilir. Məhkəmə iclasında müəyyən edilmişdir ki, X10 tərəfindən yol-nəqliyyat hadisəsinin digər iştirakçısı olan Nizami Orucovun idarə etdiyi nəqliyyat vasitəsinə vurulmuş ziyan məbləği ödənilsə də, həmin nəqliyyat vasitəsində sərnişin olan İddiaçı aldığı xəsarətlə bağlı hər hansı məbləğdə pul vəsaiti ödənilməmişdir. Məhkəmə iclasında eyni zamanda müəyyən edilmişdir ki, iddiaçı tərəfindən istintaq və məhkəmə orqanına ünvanlanan ərizələr təqsirləndirilən şəxsin cəzasının yüngülləşdirilməsi məqsədi ilə yazılmışdır. Məhkəmə həmin ərizələri səhhətə vurulmuş ziyanın ödənilməsini təsdiq edən mötəbər sübut kimi qəbul etmir, bu halları təsdiq edən digər sübutlar, eyni zamanda iş üzrə 3-cü şəxs qismində cəlb edilmiş Qurban Lələyev tərəfindən məhkəməyə təqdim edilə bilməmişdir. Belə olan halda məhkəmə hesab edir ki, baş vermiş yol-nəqliyyat hadisəsi ilə əlaqədar az ağır xəsarət alan iddiaçının sığorta təşkilatına qarşı hazırki tələblə müraciət etməsi əsaslı hesab edilməlidir. Məhkəmə qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Ona görə əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Azərbaycan Respublikası Konstitusiyasının 127-ci maddəsinin İİ-ci bəndinə əsasən hakimlər işlərə qərəzsiz, ədalətlə, tərəflərin hüquq bərabərliyinə, faktlara əsasən və qanuna müvafiq baxırlar. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin Kraska İsveçreyə qarşı iş üzrə 19 aprel 1993-cü il tarixli qərarında ifadə etdiyi hüquqi mövqeyə görə, Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndinin təsir dairəsi digər məsələlərlə yanaşı (məhkəmə) üçün öz qərarına aid olub-olmamasına qabaqcadan qiymət vermədən tərəflərin təqdim etdiyi bütün müraciətləri, dəlilləri və sübutları hərtərəfli araşdırmaq öhdəliyi yaradır (§ 30). Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu özünün «S.Əliyevanın şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi MİÜMK-nın xx.xx.2004-cü iltarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» xx.xx.2006-cı il tarixli qərarında göstərmişdir ki, «mülki–prosessual qanunvericiliyin göstərilən müddəalarından irəli gələrək məhkəmə, özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onun hüquqi cəhətdən əsaslandırmalıdır». Avropa Məhkəməsinin qərarlarında qeyd edilmişdir ki, milli məhkəmələr tərəfindən öz qərarlarını əsaslandırmaq tələbinə əməl olunmaması ədalətli məhkəmə araşdırılması zamanı tərəflərin mövqelərinin bərabərlik prinsipi gözlənilməklə dinlənilməsinin sübuta yetirilməməsi ilə nəticələnir; ərizəçinin dəlillərinin apellyasiya instansiyası məhkəməsi tərəfindən rədd edildiyi və ya sadəcə nəzərə alınmadığı aydın olmadığından, məhkəmə tərəfindən belə dəlillərin rədd edilməsinə dair nəticənin əsaslandırılmamasına dəlalət edir (Kuznetsov və digərlərinin işi üzrə 21 yanvar 2007-ci il tarixli qərar; Hiro Bilaninin işi üzrə 9 dekabr 1994-cü il tarixli qərar). Həmin Məhkəmənin Van de Huk Niderlanda qarşı işi üzrə 19 aprel 1994-cü il tarixli qərarında göstərilmişdir ki, sübutların qiymətləndirilməsi və onların aidiyyəti və mümkünlüyü məsələsinin həllində milli məhkəmələrin səlahiyyətini nəzərə alaraq Məhkəmə xatırladır ki, Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndi ədalət mühakiməsi orqanının üzərinə tərəflərin təqdim etdiyi mülahizələri, dəlilləri və sübutları hərtərəfli araşdırmaq vəzifəsini qoyur. Avropa Məhkəməsinin Qavazov Bolqarıstana qarşı 06 mart 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir (§ 93). Qanunvericiliyin yuxarıda göstərilən tələblərindən görünür ki, hər bir tərəf irəli sürdüyü iddia tələblərini sübut etməlidir və sübutlar kifayət qədər güclü və təkzib olunmaz faktlarla əsaslanmalıdır. “Məhkəmələr və hakimlər haqqında» Azərbaycan Respublikası Qanununun 100-cu maddəsinə əsasən məhkəmə qərarları hakimlərin sərbəst daxili inamına və məhkəmə araşdırmasının nəticələrinə əsaslanmalıdır. Məhkəmə qeyd edir ki, işin hərtərəfli tədqiqi dedikdə, baxılan iş üzrə mövcud olan bütün məsələlərin, onlar daxili əlaqəsi nəzərə alınmaqla mübahisə edən tərəflərin hər birinin həm xeyrinə, həm də mənafeyinin ziddinə olan halların müəyyən edilməsi ilə araşdırılması başa düşülməlidir. Mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən və mübahisənin mahiyyətinə aid olan bütün materialların və faktların tədqiqi ilə təmin olunur. İşin obyekti və qanuni həlli üçün əhəmiyyət kəsb edən digər halların araşdırılması da əhatə olunmalıdır. Qanunvericilik sübutetmə vəzifəsini tərəflərin üzərinə qoyduğu kimi, eyni zamanda tərəflərin tələb və etirazlarının əsası kimi istinad etdiyi halların sübut etmə vəzifəsini də onların üzərinə qoymuşdur. Bununla yanaşı məhkəmə qərarları hakimlərin sərbəst daxili inamına və məhkəmə araşdırmasının nəticələrinə əsaslanmalıdır. AR MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. «Mahmudov Rusiyaya qarşı» iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları Üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Kovnensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. (§68). Beləliklə məhkəmə iş üzrə 3-cü şəxs qismində cəlb edilmiş və yol-nəqliyyat hadisəsində təqsirkar sürücü Q.Lələyev tərəfindən az ağır xəsarət alan iddiaçıya səhhətinə dəyən ziyanla bağlı hər hansı məbləğdə pulu ödənilməsini təsdiq edən mötəbər sübutların mövcud olmamasını nəzərə alaraq hesab edir ki, iddia təmin edilməli, sığorta təşkilatından iddiaçının xeyrinə 1500 manat məbləğində pul tutulmalıdır. AR MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə həmçinin hesab edir ki, iddia təmin olunduğundan cavabdehdən iddiaçının xeyrinə ödənilmiş dövlət rüsmununun əvəzi kimi 35 manat məbləğində pul tutulmalıdır. Şərh olunanlara əsasən və AR MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə… QƏT ETDİ: İddia tələbi təmin edilsin. xx.xx.2020-ci il tarixdə baş vermiş yol-nəqliyyat hadisəsi ilə əlaqədar (sığorta hadisəsi nəticəsində) az ağır xəsarət alması ilə bağlı sağlamlığına dəyən zərərin əvəzi kimi Cavabdeh Açıq Səhmdar Cəmiyyətindən İddiaçı xeyrinə 1500 manat və ödənilmiş dövlət rüsumunun əvəzi kimi 35 manat, cəmi 1535 (bir min beş yüz otuz beş) manat məbləğində pul tutulsun. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətinə Bakı Şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qeyd: apellyasiya şikayəti elektron sistem vasitəsi ilə verilmədikdə AR MPM-nin 363.1.5ci maddəsinə əsasən geri qaytarılacaqdır. Hakim: Şahin Abdullayev
Məhkəmə qərarları › İş №2(009)-201/2023
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №2(009)-201/2023
14.02.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver