Məhkəmə qərarları › İş №2(009)-2026/2022

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №2(009)-2026/2022

21.11.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(009)-2026/2022 21.11.2022 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Süleymanova Şəhla Ənvər qızının sədrliyi, Rufullayeva Rövşanə Elşən qızının katibliyi ilə, İddiaçı "xxxx" KB ASC-nin Cavabdeh qarşı “kredit müqaviləsi üzrə borcun qaytarılması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Səbail rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" KB ASC Cavabdeh qarşı “kredit müqaviləsi üzrə kredit borcunun qaytarılması” tələbinə dair iddia ərizəsi ilə sadələşdirilmiş icraat qaydasında məhkəməyə müraciət edərək cavabdehdən iddiaçı "xxxx" KB ASC-nin xeyrinə 59.85 (əlli doqquz manat, səksən beş) manat əsas, 11.09 (on bir manat, doqquz qəpik) manat faiz, cəmi 70.94 (yetmiş manat, doxsan dörd qəpik) manat məbləğində vəsaitin və 30 (optuz) manat dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbini belə əsaslandırmışdır ki, iddiaçı "xxxx" KB ASC ilə Cavabdeh arasında xx.xx.2021-ci il tarixli ödəniş kartına xidmət göstərilməsi haqqında müqavilə bağlanmışdır. Tərəflər arasında bağlanmış müqavilənin 1.1-ci maddəsinə əsasən bu müqaviləyə görə Bank Müştəriyə cari hesab (bundan sonra hesab adlanacaq) açmağı və hesab üzrə plastik kartlar (bundan sonra Kart adlanacaq) vasitəsilə hesablaşma-kassa əməliyyatlarının aparılması üçün bank xidmətlərinin göstərilməsi, Müştəri isə bu Müqavilənin ayrılmaz hissəsi olan Bankın müəyyən etdiyi Tarif üzrə ona göstərilən Bank xidmətlərinə görə müvafiq haqq ödəməyi öhdəsinə götürür. Tərəflər arasında bağlanmış cari hesablar üzrə xidmət müqaviləsinin 3.4.2-ci maddəsinə əsasən müştəri tərəfindən “kart vasitəsilə bir qayda olaraq Hesabda olan pul vəsaitinin məbləği həddində əməliyyat aparmaq və Hesab üzrə texniki overdraft yol verməmək. X1 razılaşdırılmadan kartın balansında olan pul vəsaitindən artıq əməliyyat aparılması nəticəsində müştərinin Bank qarşısında yaranmış borcudur və Müştəri tərəfindən məcburi qaydada ödənilməlidir”. Cavabdeh bank tərəfindən açılmış hesab üzrə 59.85 (əlli doqquz manat, səksən beş qəpik) manat əsas, 11.09 (on bir manat, doqquz qəpik) manat faiz, cəmi 70.94 (yetmiş manat, doxsan dörd qəpik) manat texniki overdrafta yol vermişdir. Sonradan borclu ona məxsus hesab üzrə yol verdiyi texniki overdraft məbləğini müqavilə üzrə öhədliklərini yerinə yetirməməklə bu günədək geri qaytarmamışdır. Bugünkü günə cavabdehin iddiaçı qarşısında 70.94 manat məbləğində texniki overdraft üzrə icra edilməmiş öhdəliyi vardır. Cavabdeh xx.xx.2022-ci il tarixdə iddiaya qarşı əsaslandırılmış etiraz ərizəsi verərək bildirmişdir ki, X2 kartını Debet kart (yəni yalnız onun tərəfindən mədaxil qoyulması və çıxarılması) kimi almışdır. Bu kartı gündəlik bazarlıqlarda, sosial şəbəkələrdə və s. kimi ödənişlərdə istifadə edirmiş. xx.xx.2021-ci il tarixdə Kartda mədaxil olmadığı halda Sosial şəbəkə kartdan pul tutub və karta heç bir bildiriş gəlməyib, hətta bank tərəfindən də heç bir məlumat verilməyib, üzərindən 1 il keçdikdən sonra məlumat vermək əvəzinə onu məhkəməyə verirlər. Bundan əlavə məlumat verilmədiyi halda kartdan tutulan 62.35 Azn məxaricin üzərinə əlavə faiz də gəlinib. Cavabdeh Bankla bir neçə dəfə əlaqə qurmağa çalışsa da kobudcasına cavablar verilib, ödəməyi əmr ediblər və "xxxx" əməkdaşı telefon danışığı zamanı bu sözləri demişdir: “Biz sizin borcunuzla bağlı sizin şirkətinizə zəng vurduq, amma açan olmadı.” O, ondan niyə onunla deyil də şirkəti ilə əlaqəyə keçdiyini soruşduqda isə kobudcasına “Ödəyəcəksiniz, yoxsa yox?!” deyə cavab vermişdir. xx.xx.2022-ci il tarixdə Bank kartının çıxarışların etdi və göstərildiyi kimi bəzən kartda pul olmadıqda, sosial şəbəkə pul tutmağa çalışsa da “unsuccessfull” (uğursuz əməliyyat) olmuşdur, amma xx.xx.2021 tarixində kartda mədaxil olmadığı halda "xxxx" kartdan pul tutmuşdur. Səbail Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərardadı ilə sadələşdirilmiş icraat qaydasında “pul” tələbinə dair mülki iş iddia icraatına keçirilmişdir. Məhkəmənin xx.xx.2022-ci il tarixdə saat 10:00-a təyin edilmiş iclasının vaxtı və yeri barədə tərəflərə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, tərəflər məhkəmə iclasına gəlməmişlər. İddiaçının nümayəndəsi ərizə ilə məhkəməyə müraciət edərək işə nümayəndənin iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdırıb və iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. İş materiallarında olan xx.xx.2020-ci il tarixli, 16/R2019 saylı ödəniş kartları üzrə xidmət göstərilməsi haqqında müqavilədən görünür ki, "xxxx" KB ASC ilə Cavabdeh arasında ödəniş kartları üzrə xidmət göstərilməsi haqqında müqavilə bağlanmışdır. İş üzrə "xxxx" KB ASC ilə Cavabdeh arasında xx.xx.2020-ci il tarixli, 325MBBKS/20 saylı elektron xidmətlər göstərilməsi haqqında müqavilə bağlanmışdır. İş üzrə "xxxx" KB ASC tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli maliyyə arayışına əsasən Cavabdeh 2913ovBANK/21 saylı kredit müqaviləsi üzrə 59.85 manat əsas, 11.09 manat faiz borcu yaranmışdır. İş materiallarında olan xx.xx.2022-ci il tarixli bildirişdən görünür ki, Cavabdeh borcun ödənilməsi barədə məlumatlandırılmışdır. Məhkəmə verilmiş iddia tələbi ilə bağlı aşağıdakıları qeyd edir. “Ödəniş kartları üzrə xidmət göstərilməsi” haqqında müqavilənin 1.1-ci maddəsinə əsasən bu müqaviləyə görə Bank Müştəriyə cari hesab (bundan sonra hesab adlanacaq) açmağı və hesab üzrə plastik kartlar (bundan sonra Kart adlanacaq) vasitəsilə hesablaşma-kassa əməliyyatlarının aparılması üçün bank xidmətlərinin göstərilməsi, Müştəri isə bu Müqavilənin ayrılmaz hissəsi olan Bankın müəyyən etdiyi Tarif üzrə ona göstərilən Bank xidmətlərinə görə müvafiq haqq ödəməyi öhdəsinə götürür. Tərəflər arasında bağlanmış cari hesablar üzrə xidmət müqaviləsinin 3.4.2-ci maddəsinə əsasən müştəri tərəfindən “kart vasitəsilə bir qayda olaraq Hesabda olan pul vəsaitinin məbləği həddində əməliyyat aparmaq və Hesab üzrə texniki overdraft yol verməmək. X1 razılaşdırılmadan kartın balansında olan pul vəsaitindən artıq əməliyyat aparılması nəticəsində müştərinin Bank qarşısında yaranmış borcudur və Müştəri tərəfindən məcburi qaydada ödənilməlidir”. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinə görə hüququ pozulmuş şəxsin ona vurulmuş zərərin (real zərər və əldən çıxmış faydanın) əvəzinin tam ödənilməsini tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 448.1-ci maddəsinə görə, cavabdeh onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 465.2-ci maddəsinə əsasən əgər cavabdeh öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Beləliklə, məhkəmə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməli, Cavabdeh 59.85 (əlli doqquz manat, səksən beş qəpik) manat əsas, 11.09 (on bir manat, doqquz qəpik) manat faiz, cəmi 70.94 (yetmiş manat, doxsan dörd qəpik) manat "xxxx" KB ASC-nin xeyrinə tutulmalıdır. Azərbaycan Respublikasının MPM-nın 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə həmçinin hesab edir ki, cavabdehdən ödənilmiş 30 manat dövlət rüsumu tutularaq iddiaçıya ödənilməlidir. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh "xxxx" KB ASC-nin xeyrinə 59.85 (əlli doqquz manat, səksən beş qəpik) manat əsas, 11.09 (on bir manat, doqquz qəpik) manat faiz borcu və ödənilmiş dövlət rüsumunun əvəzi kimi 30 (otuz) manat məbləğində pul tutulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Səbail Rayon Məhkəməsi (AZ-1003, Bakı şəhəri, M.Useynov küçəsi 5) vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) (MPM-nin 361-363-cü maddələrinə və əlavə 2 uyğun olaraq) elektron qaydada apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Şəhla Süleymanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar