Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(009)-2048/2020 30.11.2020 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Səbail Rayon Məhkəməsinin hakimi Rəna Nazim qızı Qafarovanın sədrliyi, Məhkəmə iclas katibi Pərvin Kamandar oğlu Paşazadənin katibliyi, Cavabdeh2 vəkili Vəkil, Cavabdeh1 nümayəndəsi X3 iştirakı ilə, İddiaçı "İddiaçı" MTK-nın (Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi müstəqil tələb irəli sürməyən üçüncü şəxs kimi qeyd edilməklə) cavabdehlər Cavabdeh1, Cavabdeh2 qarşı "alqı-satqı müqaviləsinin və çıxarışın ləğv edilməsi" tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı "İddiaçı" MTK (Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi müstəqil tələb irəli sürməyən üçüncü şəxs kimi qeyd edilməklə) cavabdehlər Cavabdeh1, Cavabdeh2 qarşı "alqı-satqı müqaviləsinin və çıxarışın ləğv edilməsi" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 1-ci yaşayış massivi, 1 A saylı sahə ünvanında yerləşən ümumi sahəsi 0.0287 ha olan torpaq sahəsi üzrə Cavabdeh1 verilmiş RX seriyalı ******* nömrəli, xx.xx.2017-ci il tarixli çıxarışın, eləcə də Cavabdeh1 ilə Cavabdeh2 arasında sözügedən ünvana dair bağlanmış xx xxxxxx 2017-ci il tarixli, AN-İ ******* nömrəli alqı-satqı müqaviləsinin və bu müqavilə əsasında Cavabdeh2 verilmiş çıxarışın ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Səbail Rayon İcra Hakimiyyəti Başçısının 120 saylı, xx xxxxxxxx 2016-cı il tarixli sərəncamı əsasında ünvan 2 ünvanında yerləşən çoxmənzilli yaşayış binası kompleksinin tikinsiti üçün İddiaçı MTK-ya torpaq sahəsi ayrılmışdır. Sərəncamın 1-ci bəndinə əsasən Səbail rayonu, Badamdar qəsəbəsi ərazisində yerləşən uzun müddətli istismar nəticəsində yararsız hala düşərək, qəzalı vəziyyətdə olan Tofiq Məmmədov küçəsində yerləşən 1-2 mərtəbəli yaşayış binalarının söküntüsü İddiaçı MMC tərəfindən yerinə yetirilməsi üçün həmin MMC-yə torpaq sahəsi 0.54 ha olan ərazidə (ümumi yaşayış sahəsi 20.760 kv.m) çoxmərtəbəli yaşayış binasının layihələdirilməsi və tikintisinə icazə verilməsi qərara alınmışdır. O cümlədən, Bakı şəhəri Səbail rayonu İcra hakimiyyətinin başçısının müavini Abit Əliyev tərəfindən xx.xx.2016-cı il tarixdə təsdiq edilmiş Aktda sözügedən torpaq sahəsinin İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyətinə cizgidə olduğu kimi təhvil verildiyi əksini tapır. Sərəncamın tələblərində tikinti üçün ayrılmış ərazidə yerləşən yaşayış və qeyri-yaşayış sahələrinin onlar tərəfindən sökülməsi və yaşayış sahələrinin mülkiyyətçilərinin müvəqqəti mənzillərdə yerləşdirilməsinin təmin edilməsi qeyd olunmuşdur. Onu da qeyd edir ki, ayrılmış torpaq sahəsinə aid ərazidə Həsənov-X2 məxsus olan yaşayış və qeyriyaşayış sahələrinin sənədlərinə diqqət yetirdikdə həmin sənədlərin qanunauyğun olmadığı müəyyən edildiyindən aidiyyəti qaydada tərəfimizdən 1 saylı Bakı İnzibati- İqtisadi Məhkəməsinə müraciət edilərək “Bələdiyyə ərazisində olan torpaq sahəsinin Həsənov-X1 mülkiyyətinə verilməsi barədə” Səbail Rayonu Badamdar Bələdiyyəsinin xx xxxxxx 2006-cı il tarixli 246 saylı Qərarının ləğv edilməsi tələb edilmişdir. Məhkəmə araşdırması nəticəsində də sübut edilmişdir ki, Həsənov-X2 məxsus torpaq sahəsinin İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyətinə çoxmərtəbəli yaşayış binasının layihələndirilməsi və tikintisi üçün ayrılmış ərazinin hüdudları daxilindədir və Bələdiyyə tərəfindən qəbul edilmiş xx xxxxxx 2006-cı il tarixli qərar inzibati icraat haqqında hüquq normalarının və maddi hüququ normalarının düzgün tətbiq edilməməsi nəticəsində qəbul edildiyindən qanunsuz sayılaraq ləğv edilməlidir. O cümlədən, məhkəmə prosesi zamanı Həsənov-X4 da iddianı tam həcmdə qəbul etdiyini bildirmişdir. Fakt və sübutlar əsasında yekunda qanunvericiliyin tələblərinə müvafiq olaraq iddiamızın təmin edilməsi barədə xx.xx.2017-ci il tarixli, 2-1(81)5293/17 saylı Qərar qəbul edilmiş və həmin qərar qanuni qüvvəsini almışdır. Onu da qeyd edirlər ki, İddiaçı MTK 2015-ci ildən Badamdar qəsəbəsi, Badamdar şosesi ilə Əziz Nəzərov, Tofiq Məmmədov və Seyran Məmmədov küçələrinin kəsişməsində inşaat işləri aparmaq üçün geniş monitorinq keçirmiş, 350-dək vətəndaşı əhatə edən 60-dan yuxarı ailə ilə bu mövzuda söhbətlər etmiş, faktiki bu əraziyə düşən pilot layihəni icrasının qiyabi razılığını almışdır. Sözügedən ünvanda yerləşən mənzillərin əksər sakinləri ilə danışıqlar aparılaraq müvafiq müqavilələr imzalanmış və sakinlərin müvəqqəti yaşaması üçün kirayə haqları ödənilərək müvəqqəti olaraq kirayə mənzillərdə yerləşdirilmişlər. Həmin vaxt bir ərazidə olan digər mülkiyyətçilərlə razılaşaraq, eləcə də xx.xx.2017-ci il tarixli, 2-1(81)5293/17 saylı qərarı da nəzərə alınaraq tikintiyə başlanılmışdır. Lakin hazırda isə cavabdehlər öz qanunsuz maraqlarına nail olmaq üçün qanunvericiliyin tələblərini pozaraq, qanuni qüvvəsini almış məhkəmə qərarını icra etməyərək fəaliyyət göstərməyimizə əsassız maneələr yaradırlar. Belə ki, aldıqları məlumata görə Əkpər Həsənov xx.xx.2017-ci il tarixində Cavabdeh1 adına mühabisəli ünvana mülkiyyət hüququnu təsdiq edən dövlət reyestrindən çıxarış əldə etmişdir. Daha sonra isə Cavabdeh1 ilə Cavabdeh2 arasında sözügedən ünvana dair xx xxxxxx 2017-ci il tarixli, AN-İ ******* nömrəli alqı-satqı müqaviləsi bağlamışlar. Müqavilə bağlanan zaman Cavabdeh1 təmsilçisi X6 olmuşdur. Bir daha qeyd edir ki, Həsənov-X1 mülkiyyətinə torpaq sahəsinin verilməsi barədə Səbail rayon Badamdar Bələdiyyəsinin xx xxxxxx 2006-cı il tarixli 246 saylı Qərarı qanunsuz olduğu kimi, Cavabdeh1 verilmiş eləcə də Cavabdeh1 ilə Cavabdeh2 arasında sözügedən ünvana dair bağlanmış xx xxxxxx 2017-ci il tarixli, AN-İ ******* nömrəli müqavilə və bu müqavilə əsasında verilmiş çıxarışın da qanunsuz və əsassız olması həmin müqavilənin və çıxarışın ləğv edilməsi üçün əsasdır. Çünki, alqı-satqı müqaviləsinin bağlanması, Cavabdeh2 adına daşınmaz əmlakın qeydiyyatı üçün hansısa mötəbər hüquq müəyyənedici sənəd yoxdur. Belə olan təqdirdə saxta sənədlər əsasında bağlanmış alqısatqı müqaviləsinin və əmlakın dövlət reyestri haqqında verilmiş çıxarış məhkəmə qaydasında ləğv edilməlidir. Məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş iddiaçı "İddiaçı" MTK-nın nümayəndəsi və müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin nümayəndəsi məhkəmə iclasında iştirak etməmişlər və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə MPM-in 185.4 və 185.5-ci maddələrinə əsasən mülki işə onların nümayəndələrinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh2 vəkili Vəkil işin aidiyyəti üzrə göndərilməsinə dair ərizə təqdim edərək göstərmişdir ki, iddia ərizəsi aidiyyət qaydalarının pozulması ilə verilmişdir. Belə ki, çıxarışın ləğv edilməsi olduğundan inzibati orqan olan Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi müstəqil tələb irəli sürməyən üçüncü şəxs kimi deyil, cavabdeh qismində cəlb edilməklə iddia ərizəsi aidiyyəti üzrə inzibati məhkəməyə verilməlidir. Mübahisənin əsas predmeti çıxarışdır ki, bu çıxarışın verilməsi inzibati orqan olan Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin hərəkət və hərəkətsizliyinə aid olduğundan hesab edir ki, hazırki iddia Bakı İnzibati Məhkəməsinə aiddir. Ona görə işə Bakı şəhəri Səbail Rayon Məhkəməsində baxıla bilməz. Qeyd edilənləri nəzərə alaraq, işin aidiyyəti üzrə baxılması üçün Bakı İnzibati Məhkəməsinə göndərilməsinə dair qərardad qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh1 nümayəndəsi X6 işin aidiyyəti üzrə baxılması üçün Bakı İnzibati Məhkəməsinə göndərilməsinə etiraz etmədiyini bildirmişdir. Məhkəmə, cavabdehlərin nümayəndə və vəkilinin izahatlarını dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, vəsatət qismən təmin edilməli, iddia ərizəsinə məhkəmədə baxılmalı olmadığından icraata xitam verilməlidir. Belə ki, iddiaçı "İddiaçı" MTK iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 1-ci yaşayış massivi, 1 A saylı sahə ünvanında yerləşən ümumi sahəsi 0.0287 ha olan torpaq sahəsi üzrə Cavabdeh1 verilmiş RX seriyalı ******* nömrəli, xx.xx.2017-ci il tarixli çıxarışın, eləcə də Cavabdeh1 ilə Cavabdeh2 arasında sözügedən ünvana dair bağlanmış xx xxxxxx 2017-ci il tarixli, AN-İ ******* nömrəli alqı-satqı müqaviləsinin və bu müqavilə əsasında Cavabdeh2 verilmiş çıxarışın ləğv edilməsini xahiş etmişdir. İddiaçı iddia ərizəsində göstərmişdir ki, “1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edilərək “Bələdiyyə ərazisində olan torpaq sahəsinin Həsənov-X1 mülkiyyətinə verilməsi barədə” Səbail Rayonu Badamdar Bələdiyyəsinin xx xxxxxx 2006-cı il tarixli 246 saylı Qərarının ləğv edilməsi tələb edilmişdir. Məhkəmə araşdırması nəticəsində də sübut edilmişdir ki, Həsənov-X2 məxsus torpaq sahəsinin İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyətinə çoxmərtəbəli yaşayış binasının layihələndirilməsi və tikintisi üçün ayrılmış ərazinin hüdudları daxilindədir və Bələdiyyə tərəfindən qəbul edilmiş xx xxxxxx 2006-cı il tarixli qərar inzibati icraat haqqında hüquq normalarının və maddi hüququ normalarının düzgün tətbiq edilməməsi nəticəsində qəbul edildiyindən qanunsuz sayılaraq ləğv edilməlidir. O cümlədən, məhkəmə prosesi zamanı Həsənov-X4 da iddianı tam həcmdə qəbul etdiyini bildirmişdir. Fakt və sübutlar əsasında yekunda qanunvericiliyin tələblərinə müvafiq olaraq iddiamızın təmin edilməsi barədə xx.xx.2017-ci il tarixli, 2-1(81)5293/17 saylı Qərar qəbul edilmiş və həmin qərar qanuni qüvvəsini almışdır.” Bundan başqa DƏDRX-ndən daxil olmuş sənədlərdən görünür ki, Səbail Rayon İcra Hakimiyyəti Başçısının 2775 saylı, xx xxxxxx 1994-cü il tarixli sərəncamı ilə İcra hakimiyyətinin nəzdində yaradılmış komissiyanın 1994-cü il tarixli protokolu təsdiq edilmiş və Badamdar qəsəbəsində 600 kv.m fərdi ev tikmək üçün Cavabdeh1 ayrılmışdır. Torpaq sahəsinin yerləşməsinə dair əlavə edilmiş Cizgidən görünür ki, Cavabdeh1 ayrılmış torpaq sahəsinin yerləşdiyi yer Badamdar qəsəbəsi, Badamdar şosse ilə Ə.Nəzərovun kəsişməsi 1 yaşayış massivi 1a saylı 287,0 kv.m torpaq sahəsi kimi göstərilmişdir. Məhkəmə qeyd edir ki, “iş məhkəmədə baxılmalı deyildirsə” müddəası özündə, mülki işin məhkəmədə deyil, qanunun tələbinə görə başqa orqanda baxılmalı olmasını, eləcə də iş məhkəməyə aid olsa da, mülki mühakimə icraatı qaydasında deyil, başqa məhkəmə icraatı qaydasında (cinayət, inzibati, inzibati xətalara dair işlər üzrə icraat və ya icra icraatı) baxılmalı olmasını ehtiva edir. Eyni mövqe Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyəti” barədə xx xxxxx 2015-ci il tarixli qərarında da ifadə olunmuşdur. Belə ki, həmin qərarın 15.4-cü bəndində göstərilmişdir ki, inzibati məhkəməyə aid iddia ərizəsi ümumi məhkəməyə verilmişdirsə, MPM-in 153.2, 153.2.1-ci maddələrinə əsasən, ərizəyə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmədə baxılmalı olmaması əsası ilə iddianın yolverilməzliyinə görə iddia ərizəsinin qəbulundan imtina olunmalı, inzibati məhkəməyə aid iş səhvən ümumi məhkəmənin icraatına qəbul edilmişdirsə, MPM-nin 261.0, 261.0.1ci maddələrinə əsasən, işə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmədə baxılmalı olmaması əsası ilə iş üzrə icraata xitam verilməli, iddiaçıya aidiyyəti üzrə səlahiyyətli məhkəməyə müraciət etmək hüququ izah olunmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyəti” barədə xx xxxxx 2015-ci il tarixli qərarının 16.3-cü bəndində göstərilmişdir ki, “ümumi və ya kommersiya məhkəməsinə mülki məhkəmə icraatı qaydasında verilmiş iddia ərizəsindəki tələblərdən birinə mülki məhkəmə icraatı qaydasında, digərinə isə inzibati məhkəmə icraatı qaydasında baxılmalı olduqda, MPM-in 153.2, 153.2.1-ci maddələrinə əsasən, ərizəyə həmin (inzibati tələbə aid) hissədə mülki məhkəmə icraatı qaydasında baxılmalı olmaması əsası ilə iddianın yolverilməzliyinə görə iddia ərizəsinin inzibati tələbə aid hissəsinin qəbulundan imtina olunmalı, həmin tələb üzrə ərizə məhkəmənin icraatına qəbul edilmişdirsə, MPM-nin 261.0, 261.0.1-ci maddələrinə əsasən, işə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmədə baxılmalı olmaması əsası ilə inzibati tələbə aid hissədə iş üzrə icraata xitam verilməli, iddiaçıya aidiyyəti üzrə səlahiyyətli məhkəməyə müraciət etmək hüququ izah olunmalıdır.” Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (İPM) 2.1-ci maddəsinə əsasən qanunla başqa aidiyyət qaydası müəyyən edilməmişdirsə, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatı inzibati məhkəmələr və inzibati kollegiyalar tərəfindən həyata keçirilir. İnzibati hüquq münasibətləri (idarəçilik sahəsində ümumi (publik) hüquq münasibətləri) dövlət idarəçiliyi və ya yerli özünüidarəetmə sahəsində yaranır və bilavasitə dövlət idarəetmə fəaliyyətinin həyata keçirilməsi prosesində inzibati orqanların vəzifə və səlahiyyətlərinin yerinə yetirilməsi ilə bağlıdır. Göründüyü kimi, belə hüquq münasibətlər publik hüquq sahəsində yaranmaqla münasibətin tərəfi kimi mütləq qaydada inzibati orqan çıxış edir, həmin orqanın fəaliyyəti ictimai idarəetmə ilə bağlı olur və hakimiyyət səlahiyyətlərinin tətbiq edilməsi ilə müşaiyyət olunur. Nəzərə alınmalıdır ki, inzibati hüquq münasibətlərini digər hüquq münasibətlərindən fərqləndirən xüsusiyyətlərdən biri həmin münasibətlərin hakimiyyət-tabeçilik prinsipi əsasında qurulmasıdır. Bu baxımdan, məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası İnzibati Prosessual 2.2-ci maddəsinə görə isə, şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia), inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia), inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair (öhdəliyin icrası haqqında iddia), inzibati hüquq münasibətinin mövcud olmasına və ya olmamasına, habelə inzibati aktın etibarsız sayılmasına dair iddialara (müəyyən etmə və ya tanınma haqqında iddia), inzibati mübahisələrin həlli ilə bağlı əmlak tələbinə, habelə inzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi tələbinə dair iddialara inzibati məhkəmə icraatı qaydasında baxılır. “İnzibati icraat haqqında” Qanunun 2-ci maddəsində isə, inzibati orqan, inzibati aktın qəbul edilməsi və ya müvafiq hərəkətin edilməsi ilə bağlı inzibati orqana müraciət etmiş və ya barəsində inzibati akt qəbul edilmiş və ya müvafiq hərəkət (hərəkətsizlik) edilmiş şəxs və yaxud inzibati orqan tərəfindən qəbul edilməsi nəzərdə tutulan və ya qəbul edilmiş inzibati aktın və ya inzibati orqanın hərəkətinin hüquqlarına və ya qanunla qorunan maraqlarına birbaşa təsir etdiyi və ya təsir edə biləcəyi və öz vəsatətinə əsasən və ya xidməti vəzifəsindən irəli gələn hallarda inzibati orqanın təşəbbüsü ilə inzibati icraata cəlb edilən hər hansı fiziki və ya hüquqi şəxs isə maraqlı şəxs kimi tanınmışdır. Məhkəmə qeyd edilənləri nəzərə alaraq hesab edir ki, hazırda iddiaçı tərəfindən mübahisələndirilən Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 1-ci yaşayış massivi, 1 A saylı sahə ünvanında yerləşən ümumi sahəsi 0.0287 ha olan torpaq sahəsi üzrə Cavabdeh1 verilmiş RX seriyalı ******* nömrəli, xx.xx.2017-ci il tarixli çıxarışa əsas olmuş sənədlər inzibati orqan tərəfindən verildiyindən, "İddiaçı" MTK-nın iddia tələbi predmet və subyekt tərkibinə görə inzibati xarakterlidir və ümumi məhkəmədə baxıla bilməz. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 261.0.1-ci maddəsinə əsasən, iş məhkəmədə baxılmalı deyildirsə hakim iş üzrə icraata xitam verir. Həmin Məcəllənin 262.1-ci maddəsinə əsasən, iş üzrə icraata xitam verilməsi barədə məhkəmə qərardad çıxarır. İşin məhkəmə orqanlarına aid olmaması nəticəsində icraata xitam verilərsə, məhkəmə ərizəçinin hansı orqana müraciət etməli olmasını göstərməlidir. (MPM-262.3) İş üzrə icraata xitam verilməsi haqqında məhkəmənin qərardadından şikayət verilə bilər. (MPM-262.5) Beləliklə, məhkəmə belə nəticəyə gəlir ki, iddiaçı "İddiaçı" MTK-nın (Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi müstəqil tələb irəli sürməyən üçüncü şəxs kimi qeyd edilməklə) cavabdehlər Cavabdeh1, Cavabdeh2 qarşı "alqı-satqı müqaviləsinin və çıxarışın ləğv edilməsi" tələbinə dair iddia ərizəsinə məhkəmədə baxılmalı olmadığından iş üzrə icraata xitam verilməli, iddiaçıya müvafiq inzibati məhkəməyə müraciət etmək hüququ izah edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 261.0.1, 263 və 264-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı "İddiaçı" MTK-nın (Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi müstəqil tələb irəli sürməyən üçüncü şəxs kimi qeyd edilməklə) cavabdehlər Cavabdeh1, Cavabdeh2 qarşı "alqı-satqı müqaviləsinin və çıxarışın ləğv edilməsi" tələbinə dair iddia ərizəsinə məhkəmədə baxılmalı olmadığından iş üzrə icraata xitam verilsin. İddiaçıya izah edilsin ki, onun hazırki tələblə müvafiq inzibati məhkəməyə müraciət etmək hüququ vardır. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Bakı şəhəri Səbail Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Rəna Qafarova
Məhkəmə qərarları › İş №2(009)-2048/2020
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərardad — İş №2(009)-2048/2020
30.11.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver