Məhkəmə qərarları › İş №2(009)-2054/2021

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №2(009)-2054/2021

04.08.2021 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(009)-2054/2021 04.08.2021 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ X6 Rüstəmlinin sədrliyi, Deputat Süleyman oğlu Tomayevin katibliyi, iddiaçı X1 və Cavabdeh iştirakları ilə, iddiaçı X2 – Cavabdeh qarşı “mənzilə istifadə qaydasının müəyyən edilməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı X3 – Cavabdeh qarşı “mənzilə istifadə qaydasının müəyyən edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəmədə iddia qaldıraraq, iddiaçının Bakı şəhəri, Badamdar qəsəbəsi, 1-ci massivdə yerləşən 371 nömrəli evə istifadə qaydalarının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı ərizəsini belə əsaslandırmışdır ki, Səbail rayon Məhkəməsinin 21 may 2020-ci il tarixli qətnaməsinə əsasən iddiaçı qızı ilə birlikdə Bakı şəhəri, Badamdar qəsəbəsi, 1-ci massivdə yerləşən 371 nömrəli evə köçürülmüşdür Lakin cavabdeh yenə də iddaçının mənzildə normal yaşamasına şərait yaratmır. Odur ki, iddianın təmin olunmasını xahiş edir. Məhkəmə iclasında iştirak etmiş iddiaçı iddasını müdafiə edərək, iddia ərizəsinə uyğun məzmunda izahat verib, iddianın təmin olunması barədə qənamə çıxarılmasını xahiş etmişdir. O, eyni zamanda bildirmişdir ki, sözügedən ev özbaşına tikilidir Məhkəmə iclasında iştirak etmiş cavabdeh iddia tələbinin təmin olunmamasını xahiş etmişdir. O, eyni zamanda bildirmişdir ki, sözügedən ev özbaşına tikilidir. Məhkəmə iş üzrə tərəflərin izahatını dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Məhkəmə araşdırılması zamanı məlum olmuşdur ki, Bakı şəhəri, Badamdar qəsəbəsi, 1-ci massivdə yerləşən 371 nömrəli ev özbaşına tikilidir. Tərəflər arasında bağlanmış nikah Səbail rayon Məhkəməsinin 19.10.2018-ci il tarixli qətnaməsi ilə pozulmuşdur. Sonradan iddiaçı “mənzilə köçürmə” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş və Səbail rayon Məhkəməsinin 21 may 2020-ci il tarixli qətnaməsi ilə iddia təmin edilərək X2 uşağı 08.12.2008-ci il təvəllüdlü Həsənova (Həsənzadə) Fəridə Əlgüşad qızı ilə birlikdə Bakı şəhəri, Badamdar qəsəbəsi, 1-ci massivdə yerləşən 371 nömrəli evə köçürülməsi qət edilmişdir. Qeyd edilənlər iddia ərizəsi, tərəflərin izahatı, işdə olan Səbail rayon Məhkəməsinin 21 may 2020-ci il tarixli 2(009)-890/2020 saylı qətnaməsinin surəti ilə təsdiqlənir. Məhkəmə nəzərə alır ki, iddia tələbi dövlət reyestrində qeydiyyatdan keçmədiyinə görə hüquqi statusu etibarilə özbaşına tikili hesab edilən evdən istifadə qaydalarının müəyyən edilməsi ilə bağlıdır. Məhkəmə eyni zamanda qeyd edir ki, evdə yaşayan iddiaçının və cavabdehin mənzilə istifadə hüququ olmadığından evə dair istifadə qaydasının müəyyən edilməsinin tələb edilməsi əsaslı hesab edilə bilməz. İddiaçı evə köçürülməklə, orada yaşayan şəxslərin yaşamış olduğu şərtlər daxilində yaşamaq imkanı olmalıdır. Bu isə evə istifadə hüququnun tanınması anlamına gələ bilməz. Mülki Məcəllənin: 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 180.1-ci maddəsinə əsasən tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. 180.2-ci maddəsinə əsasən özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək - onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur. Məhkəmə qeyd edir ki, Mülki Prosessual Məcəlləsinin 119-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edildiyi üçün və iddia təmin olunmadığından məhkəmə xərclərinə aid edilən iddiaçı tərəfindən iddia ərizəsinin verilməsi üçün ödənilmiş 10,40 manat dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Azərbaycan Respublikası MPM-nın 14.2, 77.1 və 88-ci maddələrinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227 və 233-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı X1 – Cavabdeh qarşı “mənzilə istifadə qaydasının müəyyən edilməsi” tələbinə dair iddiası təmin edilməsin. Ödənilən dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamədən təqdim olunan (alınan) gündən 1 (bir) ay müddətində Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: İlkin Rüstəmli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar