Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(009)-2062/2025 14.10.2025 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Abdullayev Şahin Zülfüqar oğlunun sədrliyi, Ağayeva Narqələm Bayram qızının katibliyi, İddiaçı, onun nümayəndəsi və vəkili Vəkil iştirakları ilə İddiaçı Cavabdeh qarşı əqdin bağlanmış hesab edilməsi və əmlak üzərində mülkiyyət hüquqlarının tanınması tələbinə dair iddia ərizəsi üzrə mülki işə Səbail rayon Məhkəməsi binasında açıq məhkəmə iclasında baxaraq… MÜƏYYƏNETDİ: İddiaçı Cavabdeh qarşı ev üzərində hüquqlarına xitam verilməsi və əmlak üzərində mülkiyyət hüquqlarının tanınması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək göstərmişdir ki, ünvan 1 ünvanında yerləşən daşınmaz əmlak hazırki iş üzrə Cavabdeh məxsus olmuş və Azərbaycan SSR-nın Mülki Məcəlləsinin tələblərinə əsasən, şəxsin mülkiyyətində 2 yaşayış sahəsi ola bilməyəcəyindən qeyd edilən evin özgəninkiləşdirilməsi zərurəti yaranmışdır. Məhz həmin ərəfədə, yəni 1991-ci il tarixdə o, da özünə yaşayış yeri axtardığı üçün qeyd edilən evi almaq qərarına gəlmiş və cavabdehə müraciət etmişdir. Hazırki iddia ərizəsinə əlavə edilən sənəddən də görünür ki, xx.xx.1990-cı il tarixdə bu mənzilin sənədləşməsi üçün ona etibarnamə vermişdir. Bu etibarnamənin verilməsi üçün isə aralarında şifahi alqı-satqı müqaviləsi bağlanmış və fərdi yaşayış evinin dəyəri tərəfindən cavabdehə ödənilmişdir. Bundan sonra o, həmin evdə yaşamağa başlamışdır, hazırki vaxta kimi də qeyd edilən evdə yaşamaqdadır. Hətta evi satın aldıqdan sonra, o, bütün kommunal xidmətləri öz adına rəsmiləşdirmiş və həmin tarixdən kommunal ödənişlər onun adına qeydə alınmışdır. Hazırki iddia ərizəsinə əlavə edilən Bakı şəhəri 26 Bakı Komissarı adına (indiki Səbail) rayonun Mənzil Kommunal Təsərrüfatı İdarəsinin xx.xx.1990-cı il tarixli Arayışı da onun ünvan 2 ünvanda qeydiyyatda olduğunu təsdiq edir. Bundan əlavə, hazırki iddia ərizəsinə əlavə edilən Bakı şəhəri Oktyabr (indiki Yasamal) rayonu Telefon Qovşağına tərəfindən yazılan ərizədən də görünür ki, ərizənin yazıldığı tarixdə həmin evdə yalnız o, və ailə üzvləri yaşamışdır. Həmin dövrdə cavabdeh evin onun adına keçirilməsini təmin etməli olsa da, bunu etməmiş və nəticədə bu günədək qeyd edilən fərdi yaşayış evi cavabdehin adında qalmışdır. Mən öz təşəbbüsü ilə cavabdehi tapıb qeyd edilən öhdəliyini yerinə yetirməyi xahiş etməyə çalışsa da təəssüflər olsun ki, müqavilənin bağlandığı gündən, yəni, xx.xx.1990-cı il tarixdən cavabdehlə heç bir əlaqəsi olmamış, bunun nəticəsində isə işin məhkəmədən kənar həlli baş tutmamışdır. Hətta cavabdeh bu günədək ona məxsus olan evdə qeydiyyatda qalmaqdadır ki, bu özünə məxsus olan mənzil üzərində hüquqlarını məhdudlaşdırmaqdadır. Bu səbəbdən də o, hazırki iddia ilə məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Hazırki iddiaya əlavə edilən Azərbaycan Respublikası DİN BPQMİ-nin MAPS şöbəsindən verilən xx.xx.2025-ci il tarixli arayışdan da görünür ki, cavabdehin hazırda hansı ünvanda qeydiyyatda olduğunu müəyyən etmək mümkün deyildir. Bu səbəbdən də o, iddianı MPM-nin 36-cı maddəsinin tələblərinə uyğun olaraq cavabdehin məlum olduğu sonuncu yaşayış yeri üzrə Səbail rayon Məhkəməsinə təqdim etməyi məqsədəmüvafıq hesab etmişdir. Yuxarıda qeyd edilənlərdən də göründüyü kimi cavabdehlə aralarında olan münasibətlər Azərbaycan Respublikasının Mülki Məcəlləsi qüvvəyə minənədək yarandığından belə hesab edir ki, hazırki mübahisəni də məhkəmə MPM-nin 217-ci maddəsinin tələblərinə əsasən, 2000-ci ilədək qüvvədə olan 1922-ci il tarixli Azərbaycan SSR Mülki Məcəlləsinin normaları ilə tənzimləməlidir. MPM-nin 217.2-ci maddəsinə əsasən, qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Məhz prosessual qanunvericiliyin yuxarıda qeyd edilən tələblərini əsas tutaraq mən iddiamı 1922-ci il tarixdə qəbul edilən Azərbaycan SSR Mülki Məcəlləsinin (bundan sonra Həmin məcəllənin) normaları ilə əsaslandırmaq qərarına gəlmişdir. Mülki hüquq münasibətləri yaranan gün qüvvədə olan mülki qanunvericiliyin tələblərindən də göründüyü kimi həmin vaxt şəxsin mülkiyyətində birdən artıq ev və ya mənzil olardısa bu əmlaklardan biri bir il ərzində özgəninkiləşdirilməli idi. Məhz bu normanı nəzərə alan cavabdeh, hazırda onun sahibliyində və istifadəsində olan evi ona satmışdır. Göstərilənləri nəzərə alaraq iddiaçı ünvan 2 ünvanda yerləşən fərdi yaşayış evi üzərində Cavabdeh hüquqlarına xitam verilməsinə və onun həmin əmlak üzərində mülkiyyət hüquqlarının tanınmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı Azərbaycan Respublikası MPM-nin 53-cü maddəsinə əsasən iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək göstərmişdir ki, iş materiallarında saxlanılan 1990-cı il tarixli etibarnamədən görünür ki, onlar arasında alqı-satqı münasibətləri olmuş və cavabdeh öz satıcı öhdəliklərini yerinə yetirməklə əmlakı ona təhvil verərək evdən getmişdir. Eyni zamanda o, da şifahi alqı-satqı müqaviləsi əsasında öhdəliklərini yerinə yetirərək daşınmaz əmlakın satın alınması üçün zəruri olan ödənişi cavabdehə etmişdir. Onun qohumları və qonşuları da bu prosesin şahidi olmuş və həmin tarixdən evin ona məxsus olduğunu bilmişlər. Cavabdeh qısa bir vaxtda alqı- satqı müqaviləsi bağlamağa söz versə də təəssüflər olsun ki, bu vədinə əməl etməmiş və alqı-satqı müqaviləsi rəsmi olaraq bağlanılmamışdır. Bu səbəbdən də belə hesab edir ki, onlar arasında alqı-satqı müqaviləsi məhkəmə qaydasında bağlanılmış hesab edilməli və onun mülkiyyət hüquqları məhkəmə qaydasında tanınmalıdır. Azərbaycan Respublikası Mülki- Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə əsasən, qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Artıq iddia ərizəsində də qeyd etdiyi kimi onlar arasında hüquq münasibətlərinin 1990-cı ildə yarandığını nəzərə alaraq, belə hesab edir ki, hazırki mübahisəyə də 2000-ci il tarixədək qüvvədə olan Mülki Məcəllənin normaları tətbiq edilməlidir. Mülki hüquq münaisəbləti yaranan zaman qüvvədə olan mülki qanunvericiliyin normalarından da göründüyü kimi tərəflər arasında olan faktiki alqı-satqı münasibətləri məhkəmə tərəfindən tanına bilər. Göstərilənləri nəzərə alaraq iddiaçı onunla Cavabdeh arasında ünvan 2 ünvanda yerləşən evin alqı-satqısına dair əqdin bağlanmış hesab edilməsinə, fərdi yaşayış evi üzərində Cavabdeh hüquqlarına xitam verilməsinə və onun həmin əmlak üzərində mülkiyyət hüquqlarının tanınmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında izahatı alınmış İddiaçı iddia tələbini tam müdafiə edərək onun təmin edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı həmçinin izahatında göstərmişdir ki,o, Gürcüstandan Bakı şəhərinə gələrək ev alıb burada yaşamaq istəmiş, qohumu Aftandil qonşusu Cavabdeh mənzilini satdığını bildirmiş, həmin mənzilə baxış keçirmiş, bəyənmiş və cavabdeh müvafiq sənədlərin əldə olunması ilə bağlı etibarnamə vermiş, sonra sadə yazılı formada alqı-satqı müqaviləsi bağlamışlar, həmin müqaviləni məhkəməyə təqdim etmişdir, müqavilə bağlanarkən Cavabdeh dəvət etdiyi qonşusu da iştirak etmişdir, bir müddətdən sonra Bakıya qayıdıb evin sənədləşməsi tam yekunlaşandan sonra notariat qaydada alqı-satqını rəsmiləşdirəcəyi barədə söz versə də, cavabdeh Bakıya qayıtmamışdır. 1990-cı ildə ailə üzvləri ilə birlikdə həmin mənzilə qeydiyyata düşərək hazırkı vaxtadək orada yaşayır. Məhkəmə iclasında izahatı alınmış iddiaçının nümayəndəsi və vəkili Vəkil iddia tələbini tam müdafiə edərək onun təmin edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçının nümayəndəsi həmçinin izahatında göstərmişdir ki, tərəflər arasında sadə yazılı formaya riayət edilərək alqı-satqı müqaviləsi bağlanılmış,iddiaçı razılaşdırılmış pul məbləğini cavabdehə ödəsə də, cavabdeh Bakıdan getdikdən sonra geri qayıtmadığı üçün notariat qaydada alqı-satqı rəsmiləşdirilməmişdir. Lakin iddiaçı ailə üzvləri ilə 1990-cı ildən mübahisəli mənzilə qeydiyyata düşmüşlər və hazırkı vaxtadək orada yaşayırlar. Cavabdeh faktiki yaşayış yeri məlum olmadığından onu məhkəməyə dəvət etmək mümkün olmamışdır. Bu barədə onun qeydiyyat ünvanı üzrə göndərilmiş məhkəmə bildirişləri müvafiq qeydlərlə (“bu ünvanda yaşamır”) məhkəməyə geri qaytarıldıqdan sonra, məhkəmə AR MPM-nin 147-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün saymışdır. Məhkəmə iş üzrə iddiaçı və onun nümayəndəsinin izahatlarını və şahidlərin ifadələrini dinləyərək, iş materiallarını araşdırıb və iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbləri təmin edilməlidir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X2 ifadəsində göstərmişdir ki, o, iddiaçının qonşusudur, 35 saylı evdə yaşayır. 1990-cı ildə qonşusu evini satarkən onu dəvət etmiş, İddiaçılə bağladığı müqavilədə şahid kimi iştirak etmişdir.O, təsdiq edir ki, İddiaçı 22.000 rubl Lyubov xanıma ödəmişdir. 1990-cı ildən həmin evdə ailə üzvləri ilə birlikdə yaşayır. Cavabdeh həmin ünvanda bir daha görməmiş, Bakını tərk etdikdən sonra geri qayıtmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş X1 ifadəsində göstərmişdir ki, o, iddiaçının qohumudur. Cəsim Gürcüstandan 1990-cı ildə gələndə ev axtarırdı. O, bildirmişdir ki, qonşuluqda Lyubov adlı qadın evini satır, Cəsim bir neçə evə baxmış, sonra Lyubovun evini bəyənmiş, onun pulunu verərək evi almışdır. 1990-cı ildən hazırkı vaxtadək evdə Cəsim ailə üzvləri ilə birlikdə yaşayır, Lyubovu həmin vaxtdan sonra görməmişdir. İş üzrə Bakı şəhəri 2 saylı Dövlət Notariat Kontoru tərəfindən təsdiq edilmiş xx.xx.1990-cı il tarixli etibarnamədən görünür ki, Cavabdeh tərəfindən Bakı şəhəri, 6-cı Bayıl küçəsində yerləşən 64 saylı evə aid sənədləşmə işlərini aparması, bütün hüquqi hərəkətləri etməsi, müvafiq arayış və sənədləri dövlət təşkilatlarından götürməsi, satması, bağışlaması, dəyişməsi, girov qoyması, ona çatası pulu alması, pulu yatırması, ödəniş tapşırıqları ödəməsi, ərizələrlə müraciət etməsi, müqavilələr bağlaması, adından imza etməsi, digər hərəkətlər etməsi üçün 2 il müddətinə Əliyeva Cesim oğluna etibarnamə verilmişdir. İş üzrə Azərbaycan Sovet Sosialist Respublikasının Zəhmətkeş Deputatları rayon, şəhər Soveti İcraiyyə Komitəsinin Texniki Bürosu tərəfindən verilmiş xx.xx.1991-ci il tarixli qeydiyyat vəsiqəsinin notarial qaydada təsdiq edilmiş surətinə əsasən Bakı şəhəri, 6-cı Bayıl küçəsində yerləşən ö/t 64 Cavabdeh adına qeydiyyata alınmışdır. İş üzrə “Satıcı” qismində Cavabdeh ilə “Alıcı” qismində İddiaçı arasında, şahid olan qonşusu V.H.Hüseynovun iştirakı ilə sadə yazılı formada bağlanılmış xx.xx.1990-cı il tarixli müqaviləyə əsasən satıcı Cavabdeh Bakı şəhəri, 6-cı Bayıl küçəsində yerləşən 64 saylı evi 22.000 rubla İddiaçı satmış və pulu nağd şəkildə almışdır. Məhkəmə verilmiş iddia tələbi ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikası MPM-nin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Məhkəmə hesab edir ki, Bakı şəhəri, Səbail rayonu, L.Babayev (keçmiş 6-cı Bayıl) küçəsində yerləşən 64 saylı evin mülkiyyətçisi Cavabdeh ilə iddiaçı arasında yaranmış hüquq münasibətləri 1990-cı il tarixdə olduğundan, hazırki mübahisəyə xx.xx.2000-ci il tarixədək qüvvədə olan Mülki Məcəllənin müddəaları tətbiq edilməlidir. 01 sentyabr 2000-ci il tarixədək qüvvədə olan Azərbaycan Respublikası Mülki Məcəlləsinin 43cü maddəsinə əsasən tərəflərdən biri notariatda təsdiq edilməli olan əqdi tamamilə və ya qismən icra etmişsə, digər tərəf isə əqdi notariatda təsdiq etməkdən boyun qaçırırsa, əqddə qanuna zidd əməl olmadıqda, məhkəmə əqdi icra etmiş tərəfin tələbi üzrə bağlanmış hesab etməyə haqlıdır. Bu halda, əqdin notariat tərtibatı tələb olunmur. Həmin Məcəllənin 149-cu maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs başqa şəxsin xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn: əmlakı verməli, işi yerinə yetirməli, pulu verməli və sairə, yaxud müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə, borcludan öz vəzifələrinin icrasını tələb etmək hüququ vardır. Qeyd edilən Məcəllənin 150-ci maddəsinə əsasən öhdəliklər müqavilədən və ya bu Məcəllənin 4-cü maddəsində göstərilən sair əsaslardan əmələ gəlir. Göstərilən Məcəllənin 152-ci maddəsinə əsasən tərəflər arasında müvafiq hallarda tələb olunan formada, bütün mühüm bəndlər üzrə razılıq əldə edildikdə, müqavilə bağlanmış hesab olunur. Həmin Məcəllənin 228-ci maddəsinə əsasən alqı-satqı müqaviləsi üzrə satıcı əmlakı alıcının mülkiyyətinə verməyi, alıcı isə əmlakı qəbul edib əvəzində müəyyən edilmiş pul məbləğini ödəməyi öhdəsinə götürür. Məhkəmə iclasında müəyyən edilmişdir ki, Bakı şəhəri, Səbail rayonu, L.Babayev (keçmiş 6-cı Bayıl) küçəsində yerləşən 64 saylı ev Cavabdeh adına daşınmaz əmlakın dövlət reyetsrində 1991ci ildə qeydiyyata alınmışdır. Məhkəmə iclasında həmçinin müəyyən edilmişdir ki, iddiaçı ilə cavabdeh arasında xx.xx.1990cı il tarixdə Bakı şəhəri, 6-cı Bayıl (indiki L.Babayev) küçəsində yerləşən 64 saylı evinin alqısatqısına dair sadə yazılı formada müqavilə (əqd) bağlanılmış, müqavilə şərtinə uyğun iddiaçı tərəfindən cavabdehə 22.000 publ məbləğində pul ödənilmiş, cavabdeh həmin evlə əlaqədar müvafiq sənədləşdirmənin həyata keçirilməsi ilə bağlı cavabdehə 2 il müddətinə notariat qaydada təsdiq edilmiş etibarnamə vermiş, daşınmaz əmlakın dövlət reyestrində mülkiyyət kimi qeydiyyat alındıqdan sonra cavabdeh Bakıya qayıdaraq əmlakın alqı-satqısının notariat qaydada həyata keçirilməsini öhdəsini götürmüşdür. Məhkəmə iclasında digər tərəfdən müəyyən edilmişdir ki, tərəflər arasında bağlanılmış sadə yazılı formada müqaviləyə əsasən iddiaçı üzərinə düşən öhdəliyi yerinə yetirsə də və alqı-satqının predmeti olan əmlaka görə (Bakı şəhəri, Səbail rayonu, L.Babayev (keçmiş 6-cı Bayıl) küçəsində yerləşən 64 saylı ev üçün) şərtləşdirilmiş pul məbləğini cavabdehə ödəsə də, həmçinin əmlak üzərində cavabdehin mülkiyyət hüququnu reyestrdə qeydiyyata aldırsa da, cavabdeh üzərinə düşən öhdəliyi yerinə yetirməmiş və Bakıya qayıdaraq alqı-satqını notariat kontorunda təsdiq etməkdən boyun qaçırmışdır. Məhkəmə cavabdehin mülkiyyətində olan Bakı şəhəri, Səbail rayonu, L.Babayev (keçmiş 6-cı Bayıl) küçəsində yerləşən 64 saylı evinin iddiaçıya satılmasını və həmin əqddən əmələ gələn hüququn dövlət qeydiyyatına alınmasından boyun qaçırmasını nəzərə alaraq hesab edir ki, həmin alqı-satqı müqaviləsi bağlanmış hesab edilməli, fərdi yaşayış evi üzərində cavabdehin hüquqlarına xitam verilməli və həmin əqddən əmələ gələn hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmalıdır. Qüvvədə olan AR Mülki Məcəllənin 157.1-ci maddəsinə əsasən mülkiyyətçinin mülkiyyət hüququn tanınmasının tələb etmək hüququ vardır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə… Q Ə T E T D İ: İddia təmin olunsun. İddiaçı ilə Cavabdeh arasında Bakı şəhəri Səbail rayonu, L.Babayev (keçmiş 6-cı Bayıl) küçəsində yerləşən 64 saylı evinin alqı-satqısına dair əqd bağlanılmış hesab edilsin. Bakı şəhəri Səbail rayonu, L.Babayev (keçmiş 6-cı Bayıl) küçəsində yerləşən 64 saylı evi üzərində Cavabdeh hüquqlarına xitam verilsin, həmin əmlak üzərində İddiaçı mülkiyyət hüquqları tanınsın. Həmin qətnamə İddiaçı Səbail rayonu, L.Babayev (keçmiş 6-cı Bayıl) küçəsində yerləşən 64 saylı evi üzərində mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması və onun adına müvafiq çıxarışın verilməsi üçün əsasdır. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətinə Bakı Şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qeyd: apellyasiya şikayəti elektron sistem vasitəsi ilə verilmədikdə AR MPM-nin 363.1.5ci maddəsinə əsasən geri qaytarılacaqdır. Hakim: Şahin Abdullayev
Məhkəmə qərarları › İş №2(009)-2062/2025
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №2(009)-2062/2025
14.10.2025 · Mənzil mübahisələri - Mənzilə mülkiyyət hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver