Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(009)-2083/2021 31.08.2021 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Səbail Rayon Məhkəməsinin hakimi Süleymanova Şəhla Ənvər qızının sədrliyi, Məhkəmə iclas katibi Əkbərli Leyla Mirfazil qızının katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X3 iştirakları ilə, İddiaçı – Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə qarşı “kredit müqaviləsinin ləğvi” tələbinə dair mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə qarşı “kredit müqaviləsinin ləğvi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ASC ilə onun arasında bağlanmış 18.02.2015-ci il tarixli, 023CASA150490006 saylı Kredit Müqaviləsinin ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak etmiş İddiaçı izahat verərək bildirmişdir ki, o kredit götürən zaman dollar 0.78 manat idi, bir həftə sonra isə devalvasiya olmuşdur. Banka yaxınlaşaraq kreditin manatla hesablanmasını istəsə də, razı olmamışlar. İş Apellyasiya instansiyasında olan zaman vəkili iştirak etmiş, onu məlumatlandırmamışdır. Bu səbəbdən də iddianın təmin olunmasını, cavabdehlə onun arasında bağlanmış 18.02.2015-ci il tarixli Kredit Müqaviləsinin ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak etmiş cavabdehin nümayəndəsi X4 etiraz ərizəsində göstərilənləri müdafiə edərək izahatında bildirmişdir ki, Abşeron Rayon Məhkəməsinin 25 noyabr 2015-ci il tarixli qətnaməsinə əsasən, iddiaçı ilə Cavabdeh ASC arasında bağlanmış kredit müqaviləsi ləğv edilmiş və cavabdehlərdən 12442.94 manat məbləğində pul tutulması qət edilmişdir. İddiaçı tərəfindən verilən apellyasiya şikayəti təmin olunmamışdır. İddia ərizəsində qeyd olunan məsələlərə mahiyyəti üzrə baxılıb yekun akt çıxarıldığından iddianın təmin olunmamasını xahiş etmişdir. Məhkəmə, iddia ərizəsini, iş materialları əsasında araşdıraraq hesab edir ki, iş üzrə icraata xitam verilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş Bakı şəhəri Abşeron Rayon Məhkəməsinin 25 noyabr 2015-ci il tarixli, 2(012)-5317/2015 nömrəli qətnaməsindən görünür ki, iddiaçı Cavabdeh ASC cavabdehlər İddiaçı, X1 və X2 qarşı “kredit müqaviləsinin ləğvi, kreditin, faizlərin və zərərin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş və iddia tələbi təmin edilmişdir. Məhkəmə qeyd edir ki, eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi və ya iddiaçının iddiadan imtina etməsi və ya tərəflərin barışıq sazişinin təsdiq olunması ilə əlaqədar iş üzrə icraata xitam edilməsi haqqında məhkəmənin qərardadı olarsa, iş üzrə icraata xitam verilir. Göründüyü kimi hazırda eyni tərəflər arasında və eyni predmet barəsində iş üzrə iddia tələbinin təmin olunması barədə Bakı şəhəri Abşeron Rayon Məhkəməsinin 25 noyabr 2015-ci il tarixli, 2(012)-5317/2015 nömrəli qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi mövcuddur. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 261.0.2-ci maddəsinə əsasən eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi və ya iddiaçının iddiadan imtina etməsi və ya tərəflərin barışıq sazişinin təsdiq olunması ilə əlaqədar iş üzrə icraata xitam edilməsi haqqında məhkəmənin qərardadı olarsa, hakim iş üzrə icraata xitam verir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 262.4-cü maddəsinə əsasən işin icraatına xitam verildikdə, eyni tərəflər arasında eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. Beləliklə, məhkəmə hazırki iş üzrə iddiaçı tərəfindən irəli sürülmüş tələbin Bakı şəhəri Səbail Rayon Məhkəməsində əvvəl irəli sürülmüş tələblərlə eynilik təşkil etməsini, həmçinin əvvəlki və hazırki iş üzrə tərəflərin də eyni olduğunu, bununla da eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslarla olan mülki mübahisə üzrə iddia tələbinin rədd edilməsi barədə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsinin mövcud olmasını nəzərə alaraq belə hesab edir ki, iş üzrə icraata xitam verilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 261.0.2, 263 və 264-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı – Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə qarşı “kredit müqaviləsinin ləğvi” tələbinə dair mülki iş üzrə icraata xitam verilsin. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Bakı şəhəri Səbail Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Şəhla Süleymanova
Məhkəmə qərarları › İş №2(009)-2083/2021
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərardad — İş №2(009)-2083/2021
31.08.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver