Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(009)-211/2021 29.04.2021 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Səbail Rayon Məhkəməsinin hakimi Rəna Nazim qızı Qafarovanın sədrliyi, Məhkəmə iclas katibi Pərvin Kamandar oğlu Paşazadənin katibliyi, İddiaçının nümayəndəsi X1 və Cavabdeh iştirakları ilə, İddiaçı Ləğv prosesində olan “xxxx” ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun Cavabdeh qarşı “kredit müqaviləsi üzrə yaranmış borcun ödənilməsi” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Ləğv prosesində olan “xxxx” ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu Cavabdeh qarşı “kredit müqaviləsi üzrə yaranmış borcun ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 27.11.2014-cü il tarixli, 106.LN.1609.271114.R.00002 saylı istehlak krediti müqaviləsi üzrə 4863,17 (dörd min səkkiz yüz altmış üç manat on yeddi qəpik) manat əsas borc, 632.58 (altı yüz otuz iki manat, əlli səkkiz qəpik) manat faiz borcu, Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin 24.12.2014-cü tarixli Plenum qərarına əsasən hesablanmış 680 (altı yüz səksən) manat faiz borcu olmaqla, cəmi 6175.75 (altı min bir yüz yetmiş beş manat, yetmiş beş qəpik) manat məbləğində kredit borcunun və mübahisənin məhkəmə vasitəsi ilə həll edilməsi üçün ödənilmiş 30,40 (otuz manat qırx qəpik) manat məbləğində dövlət rüsumunun tutularaq ləğv prosesində olan xxxx” ASC-nin xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, “xxxx” Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış 27.11.2014-cü il tarixli, 106.LN.1609.271114.R.00002 saylı istehlak krediti müqaviləsinə əsasən, cavabdehə 36 otuz altı) ay müddətinə, illik 21% (iyirmi bir faiz) ödənilmək şərtilə 10000 (on min) manat məbləğində kredit verilmişdir. Kredit müqaviləsinin 3.1-ci bəndinə əsasən, borcalan bankdan aldığı krediti və ona hesablanmış faiz borcunu bu müqavilənin tərkib hissəsi olan ödəniş qrafikinə müvafiq olaraq ödəməyi öz üzərinə götürmüşdür. Lakin buna baxmayaraq Cavabdeh kredit müqaviləsinin şərtlərini pozmuş, dəfələrlə olunmuş şifahi və yazılı xəbərdarlıqlara baxmayaraq üzərinə düşən öhdəlikləri lazımınca yerinə yetirməmiş, kredit və faizləri vaxtında ödəməmişdir. Hazırda cavabdehin 07.09.2020-ci il tarixinə Banka ödənilməmiş 4863,17 (dörd min səkkiz yüz altmış üç manat on yeddi qəpik) manat əsas borc, 632.58 (altı yüz otuz iki manat, əlli səkkiz qəpik) manat faiz borcu, Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin 24.12.2014-cü tarixli Plenum qərarına əsasən hesablanmış 680 (altı yüz səksən) manat faiz borcu olmaqla, cəmi 6175.75 (altı min bir yüz yetmiş beş manat, yetmiş beş qəpik) manat borcu mövcuddur. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi X2 iddia tələbini müdafiə edərək, onun təmin olunması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddia tələbini qəbul etdiyini, lakin hazırda maddi imkanı olmadığından borcu ödəyə bilmədiyini bildirmişdir. Məhkəmə iş materiallarını araşdırıb, belə hesab edir ki, iddia əsaslı olduğuna görə təmin edilməlidir. Belə ki, iş materiallarında olan “xxxx” ASC ilə Cavabdeh arasında bağlanmış 27.11.2014-cü il tarixli, 106.LN.1609.271114.R.00002 nömrəli istehlak krediti Müqaviləsindən görünür ki, borcluya 36 ay müddətinə, illik 21 faiz hesablanmaqla 10.000 (on min) manat məbləğində kredit kartı verilmişdir. İşə əlavə edilmiş Ləğv prosesində olan “xxxx” ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu tərəfindən verilmiş 14.09.2020-ci il tarixli maliyyə arayışından görünür ki, “xxxx” ASC ilə Cavabdeh arasında bağlanmış 27.11.2014-cü il tarixli, 106.LN.1609.271114.R.00002 nömrəli kredit müqaviləsi üzrə 07.09.2020-ci il tarixə 4863,17 (dörd min səkkiz yüz altmış üç manat on yeddi qəpik) manat əsas borc, 632.58 (altı yüz otuz iki manat, əlli səkkiz qəpik) manat faiz borcu, Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin 24.12.2014-cü tarixli Plenum qərarına əsasən hesablanmış 680 (altı yüz səksən) manat faiz borcu olmaqla, cəmi 6175.75 (altı min bir yüz yetmiş beş manat, yetmiş beş qəpik) manat məbləğində kredit borcu vardır. İş materiallarından görünür ki, iddiaçı Ləğv prosesində olan “xxxx” ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu cavabdehə borcu ödəməsinə dair xəbərdarlıq edilməsi barədə bildiriş göndərmişdir. İşin məhkəmə tərəfindən müəyyən edilmiş hallarından görünür ki, iddiaçı “xxxx” ASC ilə Cavabdeh arasında bağlanmış 27.11.2014-cü il tarixli, 106.LN.1609.271114.R.00002 nömrəli kredit müqaviləsinə əsasən ona 36 ay müddətinə, illik 21 faiz dərəcəsi ilə 10.000 manat məbləğində kredit verilmişdir. Kredit müqaviləsinə əsasən cavabdeh müəyyən olunmuş müddətdə kredit və ona hesablanacaq faizləri ödəmək barədə öhdəlik götürsə də, bu öhdəliyi lazımi qaydada yerinə yetirməmiş və banka olan borcunu tam qaytarmamışdır. Bank tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə əsasən üzərinə düşən öhdəlikləri tam yerinə yetirsə də, cavabdeh həmin müqavilə üzrə üzərinə düşən öhdəlikləri yerinə yetirməmişdir. Nəticədə Cavabdeh Banka 07.09.2020-ci il tarixə 4863,17 (dörd min səkkiz yüz altmış üç manat on yeddi qəpik) manat əsas borc, 632.58 (altı yüz otuz iki manat, əlli səkkiz qəpik) manat faiz borcu, Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin 24.12.2014-cü tarixli Plenum qərarına əsasən hesablanmış 680 (altı yüz səksən) manat faiz borcu olmaqla, cəmi 6175.75 (altı min bir yüz yetmiş beş manat, yetmiş beş qəpik) manat məbləğində kredit borcu yaranmışdır. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. (MM-739.2.) Mülki Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445-ci maddəsinə əsasən, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır. Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Əgər borclu icra müddəti çatdıqdan sonra kreditorun xatırlatmasına baxmayaraq öhdəliyi icra etməzsə, o icranı xatırlatma üzrə gecikdirmiş sayılır. Mülki Məcəllənin 448.2-ci maddəsinə əsasən, borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Mülki Məcəllənin 449.4-cü maddəsinə görə özgə vəsaitindən istifadə üçün faizlər, əgər Müqavilədə faizlərin hesablanması üçün daha qısa müddət müəyyənləşdirilməyibsə, həmin vəsait məbləğinin kreditora ödənildiyi günə qədər tutulur. Sadalanan qanunvericilik aktı normalarına və xüsusatlara əsasən məhkəmə hesab edir ki, cavabdeh müqavilə əsasında iddiaçıdan kredit almaq hüququna malik olduğu kimi eyni zamanda göstərilən müqavilələr əsasında kredit məbləğini və həmin müqavilələr ilə müəyyən edilmiş faizləri iddiaçıya qaytarmalı olmasına dair vəzifələrin daşıyıcısı olmuşdur. Lakin, cavabdeh müqavilə əsasında iddiaçıdan kredit vəsaitini almasına dair hüququndan istifadə etmiş olsa da, kredit vəsaitini və həmin kreditdən yaranan faiz borclarını ödəməli olmasına dair vəzifəsini icra etməyərək, pul öhdəliyini yerinə yetirməmişdir. Odur ki, iddiaçı əsas borcun, ona hesablanmış faizlərin ödənilməsini tələb etməkdə haqlıdır. Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Hazırkı iş üzrə çəkilmiş məhkəmə xərcləri Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsi ilə müəyyən edilmiş qaydada ödənilmiş iddia tələbinin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməli olduğundan, iddia tələbi isə tam təmin olduğundan hazırkı iddianın qaldırılması ilə əlaqədar iddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmiş 30,40 (otuz manat qırx qəpik) manat dövlət rüsumunun və poçt xidməti haqqının əvəzi cavabdehdən tutularaq iddiaçıya qaytarılmalıdır. Beləliklə, məhkəmə iş üzrə toplanmış və tədqiq olunmuş sübutlara obyektiv, qərəzsiz və məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməli, Cavabdeh iddiaçı Ləğv prosesində olan “xxxx” ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun xeyrinə 27.11.2014-cü il tarixli, 106.LN.1609.271114.R.00002 nömrəli kredit müqaviləsi üzrə 4863,17 (dörd min səkkiz yüz altmış üç manat on yeddi qəpik) manat əsas borc, 632.58 (altı yüz otuz iki manat, əlli səkkiz qəpik) manat faiz borcu, Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin 24.12.2014-cü tarixli Plenum qərarına əsasən hesablanmış 680 (altı yüz səksən) manat faiz borcu olmaqla, cəmi 6175.75 (altı min bir yüz yetmiş beş manat, yetmiş beş qəpik) manat məbləğində borc və 30,40 (otuz manat qırx qəpik) manat ödənilmiş dövlət rüsumu və poçt xidməti haqqı tutulmalıdır. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası MPM-in 14.2, 77.1, 88 və 217.4-cü maddələrinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216-220 və 222.2 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh iddiaçı Ləğv prosesində olan “xxxx” ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun xeyrinə 27.11.2014-cü il tarixli, 106.LN.1609.271114.R.00002 nömrəli kredit müqaviləsi üzrə 4863,17 (dörd min səkkiz yüz altmış üç manat on yeddi qəpik) manat əsas borc, 632,58 (altı yüz otuz iki manat, əlli səkkiz qəpik) manat faiz borcu, gecikdirilmiş vaxt üçün hesablanmış 680 (altı yüz səksən) manat faiz borcu olmaqla, cəmi 6175,75 (altı min bir yüz yetmiş beş manat, yetmiş beş qəpik) manat məbləğində borc və 30,40 (otuz manat qırx qəpik) manat ödənilmiş dövlət rüsumu və poçt xidməti haqqı tutulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Rəna Qafarova
Məhkəmə qərarları › İş №2(009)-211/2021
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №2(009)-211/2021
29.04.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver