Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(009)-2111/2021 26.08.2021 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Səbail Rayon Məhkəməsinin hakimi Rəna Nazim qızı Qafarovanın sədrliyi, Məhkəmə iclas katibi Pərvin Kamandar oğlu Paşazadənin katibliyi, İddiaçı cavabdeh "xxxx" ASC-nin nümayəndəsi Nümayəndə iştirakları ilə, İddiaçı - Cavabdeh ASC-yə qarşı “kredit borcunun restrukturizasiya edilməsi” tələbinə dair mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı - Cavabdeh ASC-yə qarşı “kredit borcunun restrukturizasiya edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onunla Cavabdeh ASC-nin Bakıxanov Filialı arasında bağlanılmış 30 yanvar 2015-ci il tarixli və 23 fevral 2016-cı il tarixli kredit müqavilələrinə əsasən götürülmüş kredit məbləğlərinin və ödədiyi bütün pul məbləğlərinin “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikasının Prezidentinin 28 fevral 2019cu il tarixli Fərmanına uyğun olaraq hesablanması, götürülmüş və ödədiyi bütün kredit pullarının restrukturizasiya olunması, borc kimi ödəniləcək kredit məbləğinin dəqiqləşdirilərək müəyyənləşdirilməsi, artıq ödədiyi pul məbləği aşkar olduğu təqdirdə həmin pulun geri qaytarılması və ödənilmiş 20 (iyirmi) manat məbləğində dövlət rüsumunun cavabdehdən alınıb ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, o, 30 yanvar 2015-ci il tarixdə Cavabdeh ASC-nin Bakıxanov Filialına kredit götürmək məqsədi ilə müraciət etmişdir. Bank ilə onun arasında kredit müqaviləsi bağlanmış və həmin kredit müqaviləsinə əsasən ona 02 (iki) il müddətinə qaytarmaq şərti ilə 15295 (on beş min iki yüz doxsan beş) ABŞ dolları məbləğində kredit verilmişdir. O, həmin kredit müqaviləsinə əsasən götürdüyü krediti və faizlərini ödəməyə başlamışdır. Lakin ona ayrılmış kredit məbləğinin aylıq ödənişi çox olduğundan aylıq ödənişləri vaxt-vaxtında ödəyə bilməmişdir. Buna görə də onunla Cavabdeh ASC-nin Bakıxanov Filialı arasında 23 fevral 2016-cı il tarixli yeni kredit müqaviləsi bağlanmış və həmin kredit müqaviləsinə əsasən ona 05 (beş) il müddətinə qaytarmaq şərti ilə ilkin müqaviləyə əsasən götürdüyü 15295 (on beş min iki yüz doxsan beş) ABŞ dolları məbləğində kreditin 10978.66 (on min doqquz yüz yetmiş səkkiz dollar altmış altı sent) ABŞ dolları əsas borcun qalığını yenidən maliyyələşdirilməsi məqsədi ilə kredit hesablanaraq sənədləşdirilmə aparılmış və bu barədə müqavilə bağlamışdır. Bu qeyd etdiyi xüsusatlar Cavabdeh ASC-nin Bakıxanov Filialı ilə aralarında bağlanılmış 23 fevral 2016-cı il tarixli kredit müqaviləsinin (c) bəndində də öz əksini tapmışdır. Beləliklə də, 23 fevral 2016-cı il tarixdən hal-hazıradək Cavabdeh ASC-nin Bakıxanov Filialı ilə aralarında bağlanmış 23 fevral 2016-cı il tarixli kredit müqaviləsində nəzərdə tutulmuş kredit məbləğinin 9100 (doqquz min bir yüz) ABŞ dolları məbləğindən çox hissəsini Cavabdeh ASC-yə ödəmişdir. Bütün bunlara baxmayaraq Cavabdeh ASC ondan və ona zamin durmuş şəxslərdən 5155.69 (beş min yüz əlli beş ABŞ dolları altmış doqquz sent) ABŞ dolları məbləğində kredit, 685.99 (altı yüz səksən beş ABŞ dolları doxsan doqquz sent) kreditdən istifadəyə görə faiz borcu, cəmi 5841.68 (beş min səkkiz yüz qırx bir ABŞ dolları altmış səkkiz sent) ABŞ dolları məbləğində pul istəyir. Beləliklə də, hesab edir ki, CavabdehSC tərəfindən ondan və ona zamin qalmış şəxslərdən 5841.68 (beş min səkkiz yüz qırx bir ABŞ dolları, altmış səkkiz sent) ABŞ dolları məbləğində pul istəməsi tam qanunsuz, əsassız və ədalətsizdir. Halbuki, onunla “Bank Respublika" ASC-nin Bakıxanov Filialı arasında bağlanılmış 30 yanvar 2015-ci il tarixli və 23 fevral 2016-cı il tarixli kredit müqavilələrinə görə o, ümumilikdə 20.000 (iyirmi min) ABŞ dollarından çox pul ödəmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə edərək, onun təmin olunması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak etmiş cavabdeh "xxxx" ASC-nin nümayəndəsi Nümayəndə iddia tələbinə etiraz təqdim edərək göstərmişdir ki, Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” 28.02.2019-cu il tarixli fərmanına və Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatasının 27.03.2019-cu il tarixli qərarı ilə təsdiq edilmiş “Fiziki şəxslərin xarici valyutada olan kreditlərinin əsas məbləğinin devalvasiya nəticəsində manatla artmış hissəsinin ödənilməsi mexanizminin və həmin məbləğdə hesablanmış faiz və dəbbə pulu (cərimə, penya) üzrə tətbiq ediləcək güzəştlərin müəyyən edilməsi Qaydası”na əsasən kredit borclarının restrukturizasiyası məqsədilə güzəştli kreditlərin verilməsi üçün banklara vəsaitin ayrılması səlahiyyətləri Azərbaycan Respublikası Mərkəzi Bankına məxsus olmuşdur. Buradan göründüyü kimi kreditin restrukturizasiya olunması tələbinin Cavabdeh ASC-yə yönəldilməsi yolverilməzlidir. “Fiziki şəxslərin xarici valyutada olan kreditlərinin əsas məbləğinin devalvasiya nəticəsində manatla artmış hissəsinin ödənilməsi mexanizminin və həmin məbləğdə hesablanmış faiz və dəbbə pulu (cərimə, penya) üzrə tətbiq ediləcək güzəştlərin müəyyən edilməsi Qaydası”nın 6.6-cı maddəsinə əsasən, palata kredit təşkilatlarının verdiyi məlumatlar əsasında hər bir fiziki şəxs üzrə restrukturizasiya olunacaq kreditlərin məbləğini və kreditlər təşkilatlarının restrukturizasiya olunacaq ümumi kredit portfelinin həcmini müəyyən edir. Məlumat verir ki, bank tərəfindən iddiaçının kredit borcu qalığı barədə məlumatların göndərilməsinə baxmayaraq, MBNP tərəfindən təqdim edilən restrukturizasiya edilməli kreditlər siyahısında müvafiq kredit borcu haqqında məlumatlar mövcud olmamışdır. Məhz bu səbəbdən də kredit müqaviləsi üzrə restrukturizasiya əməliyyatı aparmamışdır. Bundan əlavə bildiririk ki, “Fiziki şəxslərin xarici valyutada olan kreditlərinin əsas məbləğinin devalvasiya nəticəsində manatla artmış hissəsinin ödənilməsi mexanizminin və həmin məbləğdə hesablanmış faiz və dəbbə pulu (cərimə, penya) üzrə tətbiq ediləcək güzəştlərin müəyyən edilməsi Qaydası”nın 8.1-ci maddəsinə əsasən Fərmanın və bu Qaydanın tətbiqi ilə bağlı müraciətlərə baxılması və yaranan mübahisələrin həlli məqsədilə Palata tərəfindən işçi qrup və Apellyasiya Komissiyası yaradılır. Həmin Qaydanın 8.5-ci maddəsinə əsasən Komissiya fiziki şəxslərə ödəniləcək kompensasiyaya və restrukturizasiya olunacaq kredit borclarına dair mübahisələrə baxır və onlara dair qərar qəbul edir. Lakin iddia ərizəsinin məzmunundan və ona əlavə olunan sənədlərdən də göründüyü kimi İddiaçı tərəfindən Palatanın yaratdığı işçi qrup və Apellyasiya Komissiyasına restrukturizasiya olunacaq kredit borclarına dair müraciət təqdim olunmamışdır. Həmçinin sonda onu da məhkəmənin nəzərinə çatdırmaq istəyirik ki, Qaydanın 6.16-cı maddəsinə əsasən, fiziki şəxslərin kredit borclarının restrukturizasiyası məqsədilə yeni güzəştli kredit müqaviləsinin bağlanması ilə bağlı müraciətlərinin qəbulu 2019-cu ilin dekabrın 31-də başa çatır. Hesab edirlər ki, qeyd edilən müddətin ötürülməsi səbəbindən İddiaçı onunla güzəştli kredit müqaviləsinin bağlanması tələbini irəli sürmək hüququnu belə itirmişdir. Yuxarıda qeyd olunanlara əsasən, İddiaçı Cavabdeh ASC-yə qarşı “kredit borcunun restrukturizasiya edilməsi” tələbinə dair iddiasının rədd olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iddiaçının və cavabdehin nümayəndəsinin izahatlarını dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, iddia aşağıda göstərilənlərə əsasən rədd olunmalıdır. Belə ki, iş materiallarına əlavə olunmuş Cavabdeh ASC ilə İddiaçı arasında bağlanmış 30.01.2015-ci il tarixli, 023CASA150300001 nömrəli kredit müqaviləsinin surətindən görünür ki, Bank borcluya 20 24 ay müddətinə illik 20 faiz ödəmək şərti ilə 15295 ABŞ dolları məbləğində kredit vermişdir. İş materiallarına əlavə olunmuş Cavabdeh ASC ilə İddiaçı arasında bağlanmış 23.02.2016-cı il tarixli, 023CASA160540001 nömrəli kredit müqaviləsinin surətindən görünür ki, “Borcalan” “Kreditverən” qarşısında 023CASA150300001 saylı 30 yanvar 2015-ci il tarixli müqaviləyə əsasən mövcud öhdəliyini lazımi qaydada icra edə bilmir və bu səbəbdən yeni kredit müqaviləsinin imzalanmasına dair razılığa gəlirlər. Bu Müqavilənin şərtlərinə uyğun olaraq, «Kreditverən» «Borcalan»a 10978.66 (on min doqquz yüz yetmiş səkkiz dollar altmış altı sent) ABŞ dolları məbləğində kredit verməyə razılaşır. Güzəşt müddəti ərzində «Borcalan» götürülmüş kreditə görə yalnız bu Müqaviləyə əlavə edilmiş ödəniş cədvəlində qeyd edilən faizləri ödəyəcəkdir. Güzəşt müddəti bitdikdən sonra isə «Borcalan» əsas borc, faiz və digər ödənişləri «Kreditverən»ə ödəyəcəkdir. Kredit «Borcalan»a 023CASA150300001 saylı 30 yanvar 2015-ci il tarixli Kredit müqaviləsinə müvafiq olaraq verilmiş 15295 ABŞ dolları (on beş min iki yüz doxsan beş) ABŞ dolları məbləğdə kredit üzrə 10978.66 ABŞ dolları (on min doqquz yüz yetmiş səkkiz dolları altmış altı sent) məbləğində əsas borcun qalığını yenidən maliyyələşdirilməsi məqsədilə verilir. İş materiallarına əlavə olunmuş Cavabdeh ASC tərəfindən İddiaçı, X1, X2 və X3 ünvanlanmış 02.07.2021-ci il tarixli, 01/257 nömrəli pretenziya məktubundan görünür ki, onunla Cavabdeh ASC arasında bağlanmış 23.02.2016-cı il tarixli "323CASA160540001” saylı kredit müqaviləsinə əsasən ona 10978.66 (on min doqquz yüz yetmiş səkkiz dollar altmış altı sent) məbləğində kredit ayrılmışdır. Kredit müqaviləsi üzrə kreditin (və ya faizlərin) qaytarılmasının gecikməsi barədə ona şifahi və yazılı müraciətlərə baxmayaraq, müqavilələnin şərtləri onun tərəfindən pozulmaqda davam etdirilir və öhdəliklərin icrası təmin edilmir. Hal-hazırda 02.07.2021-ci il tarixə olan hesablamalara görə onun 5155.69 (beş min yüz əlli beş dollar, altmış doqquz sent) ABŞ dolları məbləğində əsas borc, 685.99 (altı yüz səksən beş dollar, doxsan doqquz sent) ABŞ dolları kreditdən istifadəyə görə faiz borcu olmaqla, cəmi 5841.68 (beş min səkkiz yüz qırx bir dollar, altmış səkkiz sent) ABŞ dolları borcu qalmaqdadır. Bildirilir ki, müqavilə üzrə öhdəliklərini icra etmədiyinə görə kredit müqaviləsinin ləğv edilməsi üçün 3 (üç) bank iş günü müddətində banka yaxınlaşmadığı təqdirdə, kredit müqaviləsinin ləğv edilməsi və borcun tam şəkildə qaytarılması tələbi ilə iş materialları hazırlanıb aidiyyəti üzrə məhkəmə orqanlarına göndəriləcəkdir. Belə ki, «Azərbaycan Respublikasında fiziki şəxslərin probelmli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında» Azərbaycan Respublikası Prezidentinin 28.02.2019-cu il tarixli Fərmanında fiziki şəxslərin banklara 10.000 ABŞ dollarınadək xarici valyutada olan əsas kredit borclarının devalvasiya ilə bağlı manatla artmış hissəsinin yenidən qiymətləndirilməklə, Azərbaycan Respublikası Mərkəzi Bankının elan etdiyi məzənnəyə uyğun olaraq, dövlət büdcəsinin vəsaiti hesabına ödənilməsi nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” 28.02.2019-cu il tarixli fərmanına və Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatasının 27.03.2019-cu il tarixli qərarı ilə təsdiq edilmiş “Fiziki şəxslərin xarici valyutada olan kreditlərinin əsas məbləğinin devalvasiya nəticəsində manatla artmış hissəsinin ödənilməsi mexanizminin və həmin məbləğdə hesablanmış faiz və dəbbə pulu (cərimə, penya) üzrə tətbiq ediləcək güzəştlərin müəyyən edilməsi Qaydası”na əsasən kredit borclarının restrukturizasiyası məqsədilə güzəştli kreditlərin verilməsi üçün banklara vəsaitin ayrılması səlahiyyətləri Azərbaycan Respublikası Mərkəzi Bankına məxsus olmuşdur. Həmin Qaydaların 4.1-ci bəndinə əsasən kompensasiyanın ödənilməsini təmin etmək məqsədilə Palata Fərmanın 3.2-ci bəndinə uyğun olaraq, ödənişin ümumi məbləğini, ödəniş ediləcək fiziki şəxslərin siyahısını və hər bir fiziki şəxsə ödəniləcək vəsaitin məbləğini müəyyən edir və hər bir kredit təşkilatı və ya ləğvetmə prosesində olan kredit təşkilatı üzrə ayrılacaq vəsaitin məbləği barədə məlumatı Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə (bundan sonra – Maliyyə Nazirliyi) və Mərkəzi Banka təqdim edir. Həmin Qaydaların 6.6-ci bəndinə əsasən Palata kredit təşkilatlarının verdiyi məlumatlar əsasında hər bir fiziki şəxs üzrə restrukturizasiya olunacaq kreditlərin məbləğini və kredit təşkilatlarının restrukturizasiya olunacaq ümumi kredit portfelinin həcmini müəyyən edir. Göründüyü kimi, Fərmanın təsir dairəsinə düşən kredit müqavilələri üzrə artıq ödənilmiş vəsaitlərin qaytarılması, hesablanmış faiz və dəbbə pulunun azaldılması, vəsaitin restrukturizasiya olunması, yeni güzəştli şərtlərlə kredit müqavilələrin bağlanmasının təklif edilməsi və digər güzəştlər edilməsi nəzərdə tutulmuşdur. Laskinm, həmin güzəştlərin bankların vəsaiti deyil, dövlətin dəstəyi ilə həyata keçirilməsi nəzərdə tutulmuşdur. Fərmanda nəzərdə tutulan güzəştlərin məhkəmə baxışı zamanı tətbiq olunması istisnadır. Çünki fərmanda nəzərdə tutulan bəzi güzəştlərin tətbiqi tərəflərin müqavilə azadlığı hüququnu qoruyur. Belə ki, borclu şəxslərlə yeni müqavilə bağlanması təklifi tərəflərin qarşılıqlı iradə ifadəsi ilə məhkəmədənkənar qaydada həll oluna bilər. Eyni zamanda dövlət dəstəyi ilə qaytarılmalı vəsait və yaxud azaldılmalı borc məbləği tərəflərin iştirakı ilə qarşılıqlı razılaşma yolu ilə həll edilə bilər. Çünki qəbul edilmiş qərarlardan tərəflərin məhkəməyə müraciət etmək hüquqları hər bir halda saxlanılır. İddiaçı hazırki iddia tələbi ilə məhkəməyə müraciət edərək, onunla Cavabdeh ASCnin Bakıxanov Filialı arasında bağlanılmış 30 yanvar 2015-ci il tarixli və 23 fevral 2016-cı il tarixli kredit müqavilələrinə əsasən götürülmüş kredit məbləğlərinin və ödədiyi bütün pul məbləğlərinin məhz “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikasının Prezidentinin 28 fevral 2019-cu il tarixli Fərmanına uyğun olaraq hesablanması, götürülmüş və ödədiyi bütün kredit pullarının restrukturizasiya olunması, borc kimi ödəniləcək kredit məbləğinin dəqiqləşdirilərək müəyyənləşdirilməsi, artıq ödədiyi pul məbləği aşkar olduğu təqdirdə həmin pulun geri qaytarılmasını tələb etmişdir. Məhkəmə qeyd edir ki, hazırki iddia ərizəsində göstərilən məsələlərin aydınlaşdırılması üçün Azərbaycan Respublikası Mərkəzi Bankına müraciət etməli olduğu halda, Cavabdeh ASC-yə qarşı iddia qaldırmışdır. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, İddiaçı - Cavabdeh ASC-yə qarşı “kredit borcunun restrukturizasiya edilməsi” tələbinə dair iddiası əsassız olduğundan təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası MPM-in 14.2, 77.1, 88 və 217.4-cü maddələrinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddiaçı - Cavabdeh ASC-yə qarşı “kredit borcunun restrukturizasiya edilməsi” tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətinə Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Rəna Qafarova
Məhkəmə qərarları › İş №2(009)-2111/2021
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №2(009)-2111/2021
26.08.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver