Məhkəmə qərarları › İş №2(009)-2123/2020

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərardad — İş №2(009)-2123/2020

02.10.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(009)-2123/2020 02.10.2020 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Səbail Rayon Məhkəməsinin hakimi X5, İddiaçı – cavabdehlər Cavabdeh1 ASC-yə və Səbail rayon İcra və Probasiya şöbəsinə qarşı “hərəkətlərin qanunsuz hesab edilməsi” tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək MÜƏYYƏN ETDİ: İddiaçı – cavabdehlər Cavabdeh1 ASC-yə və Səbail rayon İcra və Probasiya şöbəsinə qarşı “hərəkətlərin qanunsuz hesab edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(009)-1550/2019 saylı qətnaməsi ilə verilməli olan 20000 (iyirmi min) manat məbləğində pulun Cavabdeh1 ASC-dən tutularaq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası MPM-nin 151.1-ci maddəsinə əsasən, iddia ərizəsinin bu Məcəllənintələblərinə riayət edilməklə verilməsi yoxlanılmalıdır. Aşağıda göstərilənlərə əsasən hesab edir ki, iddia ərizəsi yolverilməzliyinə görə qəbul edilməməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş Gəncə şəhər Kəpəz Rayon Məhkəməsinin xx xxxxxx 2020-cu il tarixli, 2(043)-1375/2010 saylı qətnaməsi ilə X4 ilə iddiaçı Cavabdeh1 ASC arasında bağlanmış xx xxxxxx 2008-ci il tarixli 08051179 nömrəli kredit müqaviləsi ləğv edilməsi, cavabdehlər X1, İddiaçı və X2 müştərək qaydada 26.805,69 manat əsas kredit borcu, 605,52 manat kreditdən istifadəyə görə vaxtı keçməmiş faiz borcu, 4155,74 manat kreditdən istifadəyə görə vaxtı keçmiş faiz borcu, 743,39 manat hesablanmış penya və 1292,41 manat nümayəndəyə ödənilməli məbləğ, cəmi 33602 manat 75 qəpik həmçinin 20 manat ödənilmiş dövlət rüsumu tutularaq iddiaçıya qaytarılması, borc ipoteka ilə təmin edildiyindən ipoteka ilə yüklü edilmiş cavabdeh X3 məxsus “Subaru Legacy” markalı, ** CN *** dövlət qeydiyyat nişanlı minik avtomobilinə yönəldilməsi, ipoteka predmeti açıq hərraca çıxarılaraq realizə edilməsi, ödənişlər həyata keçirildikdən sonra ipoteka predmetinin satışından əldə edilən vəsaitin qalan hissəsi ipoteka qoyana qaytarılması, iddia tələbi ipoteka predmetinin satışından əldə olunan vəsaitin borcun qaytarılması üçün kifayət etmədikdə, məbləğin qalan hissəsinin ümumi qaydada icra edilməsi hissəsinin isə rədd edilməsi qət edilmişdir. Gəncə Apellyasiya Məhkəməsinin xx xxxx 2011-ci il tarixli, 2(104)-271/2011 saylı qətnaməsi ilə Gəncə şəhər Kəpəz Rayon Məhkəməsinin xx xxxxxx 2020-cu il tarixli, 2(043)-1375/2010 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx xxx 2019-cu il tarixli, 2(009)-1550/2019 saylı qətnaməsi ilə "Cavabdeh1" Açıq Səhmdar Cəmiyyətindən İddiaçı xeyrinə 20000 (iyirmi min) manat məbləğində pul tutulması qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin xx xxxxxxxx 2019-cu il tarixli, 2(103)-10125/2019 sayllı qətnaməsi ilə Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx xxx 2019-cu il tarixli, 2(009)-1550/2019 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(102)-788/2020 saylı qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin xx xxxxxxxx 2019-cu il tarixli, 2(103)- 10125/2019 sayllı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İddia ərizəsinə əlavə edilmiş "Cavabdeh1" Açıq Səhmdar Cəmiyyətinin İddiaçı ünvanladığı xx xxxx 2020-ci il tarixli məktubun surətindən görünür ki, "Cavabdeh1" ASC Səbail Rayon İcra və Probasiya şöbəsinin məktubuna əsasən Gəncə şəhər Kəpəz Rayon Məhkəməsinin 2(043)-1375/2010 saylı, xx.xx.2010-cıı il tarixli icra vərəqəsi və xx.xx.2014cü il tarixli qərardadı üzrə onun tərəfindən Cavabdeh1 ASC-yə ödənilməli olan borc vəsaiti Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-1550/2019 saylı, xx.xx.2019-cu il tarixli icra sənədi üzrə Cavabdeh1 ASC-dən almalı olduğu vəsait hesabına əvəzləşdirilmişdir. İddia ərizəsinin məzmunundan və iddia tələbindən görünür ki, İddiaçı cavabdehlər Cavabdeh1 ASC-yə və Səbail rayon İcra və Probasiya şöbəsinin hərəkətlərinin qanunsuz hesab edilərək, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(009)- 1550/2019 saylı qətnaməsi ilə Cavabdeh1 ASC-dən onun xeyrinə tutulan 20000 manat məbləğində pul vəsaitinin (hazırki iddia tələbinə əsasən) tutularaq ona verilməsini xahiş edir. Qeyd edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 153.2 və 153.2.1 və 153.2.2-ci maddələrinə əsasən, ərizəyə məhkəmə qaydasında baxılmalı deyildirsə, eləcə də eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə mübahisəyə dair məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi və ya iddiaçının iddiadan imtina etməsi ilə əlaqədar iş üzrə icraata xitam edilməsi və ya tərəflərin barışıq sazişinin təsdiq edilməsi haqqında məhkəmənin qərardadı olarsa hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. İlk növbədə qeyd edilməlidir ki, “iş məhkəmədə baxılmalı deyildirsə” müddəası özündə, mülki işin məhkəmədə deyil, qanunun tələbinə görə başqa orqanda (yaxud məhkəmədən öncə başqa orqanda) baxılmalı olmasını, eləcə də iş məhkəməyə aid olsa da, mülki işlər üzrə icraat qaydasında deyil, başqa məhkəmə icraatı qaydasında (cinayət, inzibati, inzibati xətalara dair işlər üzrə icraat və ya icra icraatı) baxılmalı olmasını ehtiva edir. Həmçinin qeyd edir ki, “İcra haqqında”Azərbaycan Respublikası Qanununun 29.1-ci maddəsinə əsasən, tərəflər icraat materialları ilə tanış olmaq, onlardan çıxarışlar etmək, onların surətini çıxarmaq, əlavə materiallar təqdim etmək, vəsatət vermək, icra hərəkətlərinin həyata keçirilməsində iştirak etmək və bu zaman şifahi və yazılı izahatlar vermək, icraatın gedişində meydana çıxan bütün məsələlər üzrə öz dəlil və mülahizələrini bildirmək, icraatda iştirak edən digər şəxslərin vəsatətlərinə, dəlil və mülahizələrinə etiraz etmək, icra məmuruna etiraz etmək və onun hərəkətlərindən (hərəkətsizliyindən) şikayət vermək hüquqlarına malikdirlər. - 85.1. İcra hərəkətlərinin həyata keçirilməsi (icraata başlanması, icra ödənişinin tutulması, cərimə tətbiq olunması və s.) icraatda iştirak edən tərəflərin və digər şəxslərin maraqlarına toxunduqda, icra məmuru müvafiq qərar qəbul edir. Qanunvericiliyin tələbini, Cavabdeh1 ASC-dən İddiaçı xeyrinə 20000 manat məbləğində pul vəsaitinin tutulmasına dair yekun qanuni qüvvəyə minmiş məhkəmə aktının mövcud olmasını, eləcə də tərəflər arasında olan məhkəmə mübahisələrinə dair qəbul edilmiş yekun məhkəmə aktlarının hazırda icra mərhələsində olmasını nəzərə alaraq hesab edir ki, İddiaçı cavabdehlər Cavabdeh1 ASC-yə və Səbail rayon İcra və Probasiya şöbəsinə qarşı hərəkətlərin qanunsuz hesab edilməklə Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(009)-1550/2019 saylı qətnaməsi ilə verilməli olan 20000 (iyirmi min) manat məbləğində pulun Cavabdeh1 ASC-dən tutularaq ona verilməsi barədə iddia tələbinə iddia icraatı qaydasında baxıla bilməz. Onu da qeyd edir ki, İddiaçı yuxarıda qeyd edilən qanuni qüvvəyə minmiş və icraya yönəlmiş yekun məhkəmə aktlarının icrası ilə bağlı icra məmurunun hərəkətlərindən və ya qərarlarındanmüvafiq məhkəməyə icra icraatı qaydasında (ərizə ilə) müraciət edə bilər. Belə ki, “Azərbaycan Respublikası məhkəmələrində kargüzarlığın aparılmasına dair” Təlimatın 147-ci maddəsində Azərbaycan Respublikasının məhkəmə sistemi üzrə vahid qeydiyyat formasının təmin edilməsi və işlərin (materialların) icraat növlərinin bir-birindən fərqləndiril-məsi üçün indekslər “... 2 - mülki işlər üzrə icraat; ... 8 - məhkəmə qətnamələrinin (qərarlarının) icrası qaydasında icraat və s.” kimi müəyyən edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 153.3-cü maddəsinə əsasən, hakim ərizəni qəbul etməkdən imtina barədə əsaslandırılmış qərardad çıxarır. Belə olan halda hesab edirəm ki, İddiaçı – cavabdehlər Cavabdeh1 ASC-yə və Səbail rayon İcra və Probasiya şöbəsinə qarşı “hərəkətlərin qanunsuz hesab edilməsi” tələbinə dair iddia ərizəsinin qəbulundan iddianın yolverilməzliyinə görə imtina edilməli, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər İddiaçı qaytarılmalı, icra məmurunun hərəkətlərindən və ya qərarından narazı qaldığı halda bununla bağlı məhkəmə qətnamələrinin (qərarlarının) icrası qaydasında ərizə ilə müvafiq məhkəməyə müraciət etmək hüquqlarının olduğu izah edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 232, 261-264, 267-268ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: İddiaçı – cavabdehlər Cavabdeh1 ASC-yə və Səbail rayon İcra və Probasiya şöbəsinə qarşı “hərəkətlərin qanunsuz hesab edilməsi” tələbinə dair iddia ərizəsinin qəbulundan iddianın yolverilməzliyinə görə imtinaedilsin. İddia ərizəsi və ona əlavə edilmiş sənədlər İddiaçı qaytarılsın. İddiaçıya izah edilsin ki, icra məmurunun hərəkətlərindən və ya qərarından narazı qaldığı halda məhkəmə qətnamələrinin (qərarlarının) icrası qaydasında ərizə ilə müvafiq məhkəməyə müraciət etmək hüquqları vardır. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Bakı şəhəri Səbail Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Rəna Qafarova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar