Məhkəmə qərarları › İş №2(009)-2135/2020

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №2(009)-2135/2020

11.11.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(009)-2135/2020 11.11.2020 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Bağırova Mədinə Ağacavad qızının sədrliyi, Məhkəmə iclas katibi Rüstəmova Çinarə Mübarizi qızının katibliyi, iddiaçı «xxxxxxx» X3 Səhmdar Cəmiyyətinin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı «xxxxxxx» X3 Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı «kreditin, kredit faizlərinin və cərimənin ödənilməsi, ipoteka predmetinə tutmanın yönəldilməsi» tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı «xxxxxxx» X3 Səhmdar Cəmiyyəti cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 iddiaçı «xxxxxxx» KB Açıq Səhmdar Cəmiyyətinin xeyrinə xx.xx.2019-cu il tarixli 004vp/19 saylı kredit müqaviləsinə əsasən əsas kredit borcu üzrə 68.635,00 manat, faiz borcuna görə 14,448,72 manat, cəmi 83.083,72 manat borc və iddia ərizəsinin verilməsi üçün dövlət büdcəsinə ödənilmiş 30 manat dövlət rüsumu, ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınmasına dair xidmət haqqı kimi ödənilmiş 60 manatın tutulması, tələbin ipoteka predmeti olan Cavabdeh2 mülkiyyətində olan Bakı şəhəri, Xəzər rayonu, Dübəndi bağ massivində, 10/2005 saylı bağ sahəsində yerləşən 0.10 ha torpaq sahəsinə və Cavabdeh1 mülkiyyətində olan Bakı şəhəri, Xəzər rayonu, Dübəndi bağ massivində, 19/19xx-xx/1973 saylı bağ sahəsində yerləşən 0.10 ha torpaq sahəsinə yönəldilməsi, bu əmlakların hərracdan satılması və onun satışından əldə olunmuş pul vəsaiti hesabına Cavabdeh1 xx.xx.2019-cu il tarixli 004vp/19 saylı kredit müqaviləsi üzrə 83.083,72 manat borc və iddiaçı tərəfindən dövlət rüsumu kimi ödənilmiş 30 manat, ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınmasına dair xidmət haqqı kimi ödənilmiş 60 manat məbləğində pulun tiutularaq iddiaçı «xxxxxxx» KB ASC-yə ödənilməsi, ipoteka predmeti olan Bakı şəhəri, Xəzər rayonu, Dübəndi bağ massivində, 10/2005 saylı bağ sahəsində yerləşən 0.10 ha torpaq sahəsinin ilkin satış qiymətinin 55.000 manat və Bakı şəhəri, Xəzər rayonu, Dübəndi bağ massivində, 19/19xx-xx/1973 saylı bağ sahəsində yerləşən 0.10 ha torpaq sahəsinin ilkin satış qiymətinin 55.000 manat məbləğində müəyyən edilməsi, ipoteka predmeti olan Bakı şəhəri, Xəzər rayonu, Dübəndi bağ massivində, 10/2005 saylı bağ sahəsində yerləşən 0.10 ha torpaq sahəsinə və Bakı şəhəri, Xəzər rayonu, Dübəndi bağ massivində, 19/19xx-xx/1973 saylı bağ sahəsində yerləşən 0.10 ha torpaq sahəsinə tutma yönəldikdə və həmin torpaq sahələri satıldıqda ən geci bir ay ərzində boşaldılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələblərini belə əsaslandırmışdır ki, «xxxxxxx» KB ASC ilə borclu Cavabdeh1 arasında bağlanmış xx.xx.2019-cu il tarixli 004vp/19 saylı kredit və bank hesabı müqaviləsinə əsasən sizə 24 ay müddətinə, xx.xx.2021-cı il tarixədək illik 18% ödəmək şərtilə 70.000 AZN məbləğində kredit verilmişdir. Kredit müqaviləsindən irəli gələn öhdəliyin icrasının təmini üsulu kimi «xxxxxxx» Kommersiya Bankı ilə Cavabdeh1 və Cavabdeh2 arasında bağlanmış xx.xx.2019-cu il tarixli 004vp/19 ipoteka müqaviləsinə əsasən Cavabdeh2 mülkiyyətində olan Bakı şəhəri, Xəzər rayonu, Dübəndi bağ massivində, 10/2005 saylı bağ sahəsində yerləşən 0.10 ha torpaq sahəsi və Cavabdeh1 mülkiyyətində olan Bakı şəhəri, Xəzər rayonu, Dübəndi bağ massivində, 19/19xx-xx/1973 saylı bağ sahəsində yerləşən 0.10 ha torpaq sahəsi «xxxxxxx» Kommersiya Bankı ASC-yə ipotekaya qoyulmuşdur. İpoteka müqaviləsi AR ƏMDK yanında DƏDRX-nin Bakı Ərazi İdarəsi tərəfindən dövlət qeydiyyatına alınmışdır. Kredit müqaviləsinə əlavələrdə nəzərdə tutulmuş ödəniş qrafiki üzrə dövri olaraq "xxxxxxx" Kommersiya Bankına ödənilməli olan kredit və faiz borclarının həmin qrafıkə uyğun ödənilməsi təmin edilməmiş və müəyyən olunmuş ödəmə müddətləri pozulmuşdur. Borclu Cavabdeh1 xx.xx.2020-ci il tarixə xx.xx.2019-cu ii tarixli 004vp/19 saylı kredit müqaviləsinə əsasən əsas kredit borcu üzrə 68.635,00 AZN, faiz borcuna görə 14.448,72 AZN, cəmi 83.083,72 AZN təşkil edir. xx.xx.2019-cu il tarixli 004vp/19 saylı kredit müqaviləsindən irəli gələn öhdəliyin icrasının təmini üsulu kimi Cavabdeh2 mülkiyyətində olan Bakı şəhəri, Xəzər rayonu, Dübəndi bağ massivində, 10/2005 saylı bağ sahəsində yerləşən 0.10 ha torpaq sahəsi və Cavabdeh1 mülkiyyətində olan Bakı şəhəri, Xəzər rayonu, Dübəndi bağ massivində, 19/19xx-xx/1973 saylı bağ sahəsində yerləşən 0.10 ha torpaq sahəsi «xxxxxxx» KB ASC qarşısında ipoteka ilə yüklü edilmişdir. İpoteka notarial qaydada təsdiq edilmiş və dövlət qeydiyyatına alınmışdır. xx.xx.2019-cu il tarixli 004vp/19 ipoteka müqaviləsinə əsasən Cavabdeh2 mülkiyyətində olan Bakı şəhəri, Xəzər rayonu, Dübəndi bağ massivində, 10/2005 saylı bağ sahəsində yerləşən 0.10 ha torpaq sahəsi və Cavabdeh1 mülkiyyətində olan Bakı şəhəri, Xəzər rayonu, Dübəndi bağ massivində, 19/19xx-xx/1973 saylı bağ sahəsində yerləşən 0.10 ha torpaq sahəsi «xxxxxxx» Kommersiya Bankı ASC-yə ipotekaya qoyulmuş və ipoteka müqaviləsinin 2.3-cü bəndində əks olunmuş tərəflərin qarşılıqlırazılığına əsasən ipoteka predmeti olan Bakı şəhəri, Xəzər rayonu, Dübəndi bağ massivində, 10/2005 saylı bağ sahəsində yerləşən 0.10 ha torpaq sahəsinin ilkin satış qiyməti 55000 manat və Cavabdeh1 mülkiyyətində olan Bakı şəhəri, Xəzər rayonu, Dübəndi bağ massivində, 19/19xx-xx/1973 saylı bağ sahəsində yerləşən 0.10 ha torpaq sahəsinin ilkin satış qiyməti 55000 manatməbləğində qiymətləndirilmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi iddia tələblərini müdafiə edərək iddia ərizəsində qeyd olunanlara uyğun izahat verdi və iddianın təmin edilməsinə dair qətnamə çıxarılmasını xahiş etdi. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 məhkəmə iclaslarının vaxtı və yeri barədə rəsmi məlumat verilməsinə baxmayaraq onlar, məhkəmə iclaslarına gəlməmiş, gəlməməyin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, məhkəmə iclasında araşdırılmış sübutları və iş materiallarını tədqiq edərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, mülki işin materiallarında olan arayışdan görünür ki, Cavabdeh1 “xxxxxxx” KB ASC ilə 004vp/19 saylı, xx.xx.2019-cu il tarixli kredit müqaviləsi» üzrə xx.xx.2020-ci il tarixinə olan borcu: əsas borc 68,635 manat, faiz üzrə borcu 14.448,72 manat, cəmi 83,083 manat təşkil edir. İş materiallarında olan xx xxxxxx 2019-cu il tarixli, 004vp/19 nömrəli kredit və bank hesabı müqaviləsindən görünür ki, bank tərəfindən cavabdehə 24 ay müddətinə, xx.xx.2021-cı il tarixədək illik 18% ödəmək şərtilə 70.000 manat məbləğində kredit verilmişdir. İş materiallarında olan xx.xx.2019-cu il tarixli, 004vp/19 nömrəli İpoteka müqaviləsindən görünür ki, kredit müqaviləsi üzrə öhdəliklərinin icrasını təmin etmək məqsədilə Cavabdeh2 mülkiyyətində olan Bakı şəhəri, Xəzər rayonu, Dübəndi bağ massivində, 10/2005 saylı bağ sahəsində yerləşən 0.10 ha torpaq sahəsi və Cavabdeh1 mülkiyyətində olan Bakı şəhəri, Xəzər rayonu, Dübəndi bağ massivində, 19/19xx-xx/1973 saylı bağ sahəsində yerləşən 0.10 ha torpaq sahəsi «xxxxxxx» Kommersiya Bankı ASC-yə bank qarşısında ipoteka ilə yüklü etmişdir. İş materiallarında olan daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2019-cu il tarixli, ********** saylı çıxarışdan görünür ki, Bakı şəhəri, Xəzər rayonu, Dübəndi bağ sahəsi, 19/19xx-xx/1973 saylı bağ sahəsi (torpaq sahəsi) Cavabdeh1 adına qeydiyyata alınmışdır. İş materiallarında olan daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2019-cu il tarixli, ********** saylı çıxarışdan görünür ki, Bakı şəhəri, Xəzər rayonu, Dübəndi bağ sahəsi, 10/2005- saylı bağ sahəsi (torpaq sahəsi) Cavabdeh2 adına qeydiyyata alınmışdır. İş materiallarındla olan Cavabdeh1 tərəfindən notariat ofisinə yazılmış ərizədən görünür ki, Cavabdeh2 Hailet oğluna məxsus olan Bakı şəhəri, Xəzər rayonu, Dübəndi bağ massivi 10/2005 saylı bağ sahəsi ünvanında yerləşən 0.10 ha torpaq sahəsinin «xxxxxxxx» ASC-yə və ya onun hər hansı bir filialına kreditin təminatı üçün ipoteka (girov) qoyulmasına razıdır. Borc öhdəliyi yerinə yetirilməzsə və bununla əlaqədar əmlaka tutma yönəldilərsə (yəni notariusun icra qeydi vasitəsilə əmlakın iki ay müddətində açıq bazarda, bu baş tutmadıqda hərracda, habelə məhkəmə qərarının icrası çərçivəsində özgəninkiləşdirilməsi) hər hansı şərtsiz əmlakı, qeydiyyatdan çıxmaqla tərk edəcəyini və həmin əmlaka qarşı hüquqlarından imtina edəcəyini bildirmişdir. İş materiallarındla olan Cavabdeh2 tərəfindən notariat ofisinə yazılmış ərizədən görünür ki, Cavabdeh1 məxsus olan Bakı şəhəri, Xəzər rayonu, Dübəndi bağ massivi 19/19xx-xx/1973 saylı bağ sahəsi ünvanında yerləşən 0.10 ha torpaq sahəsinin «xxxxxxxx» ASC-yə və ya onun hər hansı bir filialına kreditin təminatı üçün ipoteka (girov) qoyulmasına razıdır. Borc öhdəliyi yerinə yetirilməzsə və bununla əlaqədar əmlaka tutma yönəldilərsə (yəni notariusun icra qeydi vasitəsilə əmlakın iki ay müddətində açıq bazarda, bu baş tutmadıqda hərracda, habelə məhkəmə qərarının icrası çərsivəsində özgəninkiləşdirilməsi) hər hansı şərtsiz əmlakı, qeydiyyatdan çıxmaqla tərk edəcəyini və həmin əmlaka qarşı hüquqlarından imtina edəcəyini bildirmişdir. İş materiallarında olan daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2012-ci il tarixli, ********** saylı çıxarışdan görünür ki, Bakı şəhəri, Xəzər rayonu, Dübəndi bağ sahəsi, 10/2005- saylı bağ sahəsi Cavabdeh2 adına qeydiyyata alınmışdır. İş materiallarında olan daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2012-ci il tarixli, ********** saylı çıxarışdan görünür ki, Bakı şəhəri, Xəzər rayonu, Dübəndi bağ sahəsi, 19/19xx-xx/1973 saylı bağ sahəsi Cavabdeh1 adına qeydiyyata alınmışdır. Mülki işdə olan ipoteka predmetinə tutma yönədilməsinə dair bildirişdən görünür ki, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 borcun ödənilməsi, əks halda müvafiq iddia tələbləri ilə məhkəməyə müraciət ediləcəyi haqqında xəbərdarlıq edilmişdir. İpoteka müqaviləsinin qeydiyyata alınması ilə əlaqədar daşınar əmlakın müvafiq rəsmi reyestrindən çıxarışın surətindən görünür ki, ipoteka müqaviləsi daşınmaz əmlakın Dövlət reyestrində qeydiyyata alınmışdır. İş materiallarında olan pretenziya məktubundan görünür ki, cavabdehlərə borcun ödənilməsi, əks halda müvafiq tədbirlər görüləcəyi haqqında xəbərdarlıq edilmişdir. Məhkəmə hazırkı iddia tələbinin hüquqi əsaslarını nəzərdən keçirərək hesab edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci və 741-ci maddələrinə əsasən iddiaçı cavabdehə qarşı iddia ərizəsində göstərilən borcunun ödənilməsi tələblərini irəli sürməkdə haqlıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 741-ci maddəsinə görə əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 386.1-ci maddəsinə görə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə müvafiq olaraq, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə görə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 385.1-ci maddəsinə müvafiq olaraq, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır. Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Əgər borclu icra müddəti çatdıqdan sonra kreditorun xatırlatmasına baxmayaraq öhdəliyi icra etməzsə, o icranı xatırlatma üzrə gecikdirmiş sayılır. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 4-cü maddəsinə əsasən ipoteka saxlayanın tələbi əsas borc, faizlər, öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi, o cümlədən gecikdirilməsi nəticəsində dəbbə pulu və (və ya) vurulmuş zərərin əvəzinin ödənilməsi, ipoteka predmetinə tutmanın yönəldilməsi ilə əlaqədar məhəkəmə xərclərinin və digər xərclərin ödənilməsi də daxil olmaqla tam həcmdə təmin edilir. Həmin Qanunun 33-cü və 34.1.1-ci maddələrinə əsasən borclu əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayanın tələbinin ödənilməsi üçün ipoteka predmetinə tutma yönəldilə bilər, öhdəliyin yaxud onun bir hissəsinin vaxtında icra olunmaması, əsas öhdəlik üzrə faizlərin ödənilməsi müddətlərinin ardıcıl olaraq iki dəfə pozulması ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranma anı hesab olunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 317.1-ci maddəsinə görə borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər. Həmin Məcəllənin 319.1-ci maddəsinə əsasən əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. Məhkəmə iclasında sübutların tədqiqi ilə müəyyən olundu ki, «xxxxxxx» KB ASC ilə borclu Cavabdeh1 arasında bağlanmış xx.xx.2019-cu il tarixli 004vp/19 saylı kredit və bank hesabı müqaviləsinə əsasən sonuncuya 24 ay müddətinə, xx.xx.2021-cı il tarixədək illik 18% ödəmək şərtilə 70.000 AZN məbləğində kredit verilmişdir. Kredit müqaviləsindən irəli gələn öhdəliyin icrasının təmini üsulu kimi «xxxxxxx» Kommersiya Bankı ilə Cavabdeh1 və Cavabdeh2 arasında bağlanmış xx.xx.2019-cu il tarixli 004vp/19 ipoteka müqaviləsinə əsasən Cavabdeh2 mülkiyyətində olan Bakı şəhəri, Xəzər rayonu, Dübəndi bağ massivində, 10/2005 saylı bağ sahəsində yerləşən 0.10 ha torpaq sahəsi və Cavabdeh1nm mülkiyyətində olan Bakı şəhəri, Xəzər rayonu, Dübəndi bağ massivində, 19/19xx-xx/1973 saylı bağ sahəsində yerləşən 0.10 ha torpaq sahəsi «xxxxxxx» Kommersiya Bankı ASC-yə ipotekaya qoyulmuşdur. İpoteka müqaviləsi AR ƏMDK yanında DƏDRX-nin Bakı Ərazi İdarəsi tərəfindən dövlət qeydiyyatına alınmışdır. Kredit müqaviləsinə əlavələrdə nəzərdə tutulmuş ödəniş qrafiki üzrə dövri olaraq "xxxxxxx" Kommersiya Bankına ödənilməli olan kredit və faiz borclarının həmin qrafıkə uyğun ödənilməsi təmin edilməmiş və müəyyən olunmuş ödəmə müddətləri pozulmuşdur. Cavabdeh1 öz üzərinə götürdüyü kredit öhdəliklərini yerinə yetirmədiyi üçün xx.xx.2020-ci il tarixə onun əsas kredit borcu üzrə 68.635,00 AZN, faiz borcuna görə 14.448,72 AZN, cəmi 83.083,72 AZN borcu vardır. Odur ki, iddiaçının göstərilən məbləğdə borcun cavabdehlərdən tutulması, həmin tələbin ipoteka predmetinin açıq hərracda satılması yolu ilə ödənilməsi tələbi əsaslıdır və təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 269.1-ci maddəsinə əsasən girov və ipoteka hüququ girov qoyanın əşyası barəsində girov saxlayanın əşya hüququdur və eyni zamanda borclunun girov saxlayan qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üsuludur. Həmin Məcəllənin 317.1-ci maddəsinə əsasən borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınça icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 319.1-ci maddəsinə əsasən əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərinin yerinə yetirilməsini geçikdirirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti acıq hərraçdan satmaq hüququna malikdir. “İpoteka haqqında» Azərbaycan Respublikası Qanununun 34.1.1-ci maddəsinə görə əsas öhdəliyin, yaxud onun bir hissəsinin vaxtında icra olunmaması ipoteka predmetinə tutmanın yönəldilməsi üçün əsasdır. “İpoteka haqqında” Qanunun 59.3.1-ci və 59.3.2-ci maddələrinə əsasən, yaşayış evi və mənzil ipoteka müqaviləsi üzrə kreditin qaytarılması üçün ipotekayaya qoyulmuş olduqda və ya ipoteka qoyanla birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvləri və digər şəxslər ipoteka müqaviləsi bağlanarkən həmin evə (mənzilə) tutma yönəldildikdə və o satıldıqda onu tərk etmək barədə notariat qaydasında təsdiq edilmiş öhdəlik götürmüş olduqda ipoteka qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldildikdə və o satıldıqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməlidirlər. Həmin Qanunun 59.4-cü maddəsinə əsasən, bu Qanunun 59.3-cü maddəsində nəzərdə tutulmuş müddətdə ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər ipoteka qoyulmuş yaşayış sahəsindən çıxmadıqda həmin şəxslər evdən və ya mənzildən müvafiq olaraq tutmanın yönəldilməsi barədə notariusun icra qeydi və ya məhkəmə qərarı əsasında məcburi qaydada çıxarılırlar. Göründüyü kimi, qanunverici ipoteka müqaviləsi əsasında kreditin qaytarılması üçün ipoteka ilə yüklü edilmiş qeyri-yaşayış sahəsinə tutma yönəldildikdə və o satıldıqda ipoteka qoyanın, onunla birlikdə yaşayan ailə üzvlərinin və digər şəxslərin tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməsi qaydasını müəyyən etmişdir. Cavabdeh1 tərəfindən kredit müqaviləsi üzrə öhdəliklər icra olunmadığından, məhkəmə, tutmanın Cavabdeh2 mülkiyyətində olan Bakı şəhəri, Xəzər rayonu, Dübəndi bağ massivində, 10/2005 saylı bağ sahəsində yerləşən 0.10 ha torpaq sahəsinə və Cavabdeh1 mülkiyyətində olan Bakı şəhəri, Xəzər rayonu, Dübəndi bağ massivində, 19/19xx-xx/1973 saylı bağ sahəsində yerləşən 0.10 ha torpaq sahəsinə yönəldilməsi, həmin daşınmaz əmlakların açıq hərracdan satılması, onun satışından əldə olunmuş pul vəsaiti hesabına kredit müqaviləsi üzrə 83.083,72 manat borcun və iddiaçı tərəfindən dövlət rüsumu kimi ödənilmiş 30 manat, ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınmasına dair xidmət haqqı kimi ödənilmiş 60 manat məbləğində pulun iddiaçıya ödənilməsi, ipoteka predmeti olan Bakı şəhəri, Xəzər rayonu, Dübəndi bağ massivində, 10/2005 saylı bağ sahəsində yerləşən 0.10 ha torpaq sahəsinin ilkin satış qiyməti 55.000 manat məbləğində və Bakı şəhəri, Xəzər rayonu, Dübəndi bağ massivində, 19/19xx-xx/1973 saylı bağ sahəsində yerləşən 0.10 ha torpaq sahəsinin ilkin satış qiyməti 55.000 manat məbləğində müəyyən edilməsi, ipoteka predmeti olan Bakı şəhəri, Xəzər rayonu, Dübəndi bağ massivində, 10/2005 saylı bağ sahəsində yerləşən 0.10 ha torpaq sahəsinə və Bakı şəhəri, Xəzər rayonu, Dübəndi bağ massivində, 19/19xxxx/1973 saylı bağ sahəsində yerləşən 0.10 ha torpaq sahəsinə tutma yönəldikdən və həmin torpaq sahələri satıldıqdan ən geci bir ay ərzində boşaldılması barədə tələbləri əsaslı hesab edir. İşdə olan mədaxil qəbzindən görünür ki, iddiaçı məhkəməyə müraciət etmək 30 manat dövlət rüsumu ödəmişdir. Eyni zamanda, elektron xidmətlər portalından çıxarışdan aydın olur ki, ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydiyyatı üçün xidmət haqqı kimi 60 manat ödənilmişdir. Azərbaycan Respublikası MPM-nin 119.1ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, həmin xərclər cavabdehə aid edilməlidir. Məhkəmə hesab edir ki, iddia tələbi təmin edildiyindən iş üzrə iddiaçı tərəfindən ərizənin verilməsi ilə əlaqədar ödənilmiş 30 manat dövlət rüsumu və ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınmasına dair xidmət haqqı kimi ödənilmiş 60 (altmış) manat cavabdehə aid edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh1 iddiaçı «xxxxxxx» KB Açıq Səhmdar Cəmiyyətinin xeyrinə xx.xx.2019cu il tarixli 004vp/19 saylı kredit müqaviləsinə əsasən əsas kredit borcu üzrə 68.635,00 (altmış səkkiz min altı yüz otuz beş) manat, faiz borcuna görə 14,448,72 (on dörd min dörd yüz qırz səkkiz manat yetmiş iki qəpik) manat, cəmi 83.083,72 (səksək üç min səksən üç manat yetmiş iki qəpik) manat borc və iddia ərizəsinin verilməsi üçün dövlət büdcəsinə ödənilmiş 30 (otuz) manat dövlət rüsumu, ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınmasına dair xidmət haqqı kimi ödənilmiş 60 (altmış) manat tutulsun. Tələb ipoteka predmeti olan Cavabdeh2 mülkiyyətində olan Bakı şəhəri, Xəzər rayonu, Dübəndi bağ massivində, 10/2005 saylı bağ sahəsində yerləşən 0.10 ha torpaq sahəsinə və Cavabdeh1 mülkiyyətində olan Bakı şəhəri, Xəzər rayonu, Dübəndi bağ massivində, 19/19xx-xx/1973 saylı bağ sahəsində yerləşən 0.10 ha torpaq sahəsinə yönəldilsin, bu əmlaklar hərracda satılsın və onun satışından əldə olunmuş pul vəsaiti hesabına Cavabdeh1 xx.xx.2019-cu il tarixli 004vp/19 saylı kredit müqaviləsi üzrə 83.083,72 manat borc və iddiaçı tərəfindən dövlət rüsumu kimi ödənilmiş 30 (otuz) manat, ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınmasına dair xidmət haqqı kimi ödənilmiş 60 (altmış) manat məbləğində pul tiutularaq iddiaçı «xxxxxxx» KB ASC-yə ödənilsin. İpoteka predmeti olan Bakı şəhəri, Xəzər rayonu, Dübəndi bağ massivində, 10/2005 saylı bağ sahəsində yerləşən 0.10 ha torpaq sahəsinin ilkin satış qiyməti 55.000 (əlli beş) manat məbləğində və Bakı şəhəri, Xəzər rayonu, Dübəndi bağ massivində, 19/19xxxx/1973 saylı bağ sahəsində yerləşən 0.10 ha torpaq sahəsinin ilkin satış qiyməti 55.000 (əlli beş min) manat məbləğində müəyyən edilsin. İpoteka predmeti olan Bakı şəhəri, Xəzər rayonu, Dübəndi bağ massivində, 10/2005 saylı bağ sahəsində yerləşən 0.10 ha torpaq sahəsinə və Bakı şəhəri, Xəzər rayonu, Dübəndi bağ massivində, 19/19xx-xx/1973 saylı bağ sahəsində yerləşən 0.10 ha torpaq sahəsinə tutma yönəldikdə və həmin torpaq sahələri satıldıqda ən geci bir ay ərzində boşaldılsınlar. Qətnamədən təqdim olunan (alınan) gündən 1 (bir) ay müddətində Bakı şəhəri, Səbail rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Mədinə Bağırova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar