Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(009)-2135/2022 10.11.2022 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Səbail Rayon Məhkəməsinin hakimi Rəna Nazim qızı Qafarovanın sədrliyi, Məhkəmə iclas katibi Pərvin Kamandar oğlu Paşazadənin katibliyi, İddiaçı2, iddiaçıların vəkili və nümayəndəsi Vəkil2, Cavabdehin nümayəndəsi X5, Cavabdehin nümayəndəsi (vəkili) Vəkil1 iştirakları ilə, İddiaçılar İddiaçı1, İddiaçı2 cavabdeh "xxxx" ASC-yə qarşı "maddi zərərin ödənilməsi" tələbinə dair iddia üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçılar İddiaçı1, İddiaçı2 cavabdeh "xxxx" ASC-yə qarşı "maddi zərərin ödənilməsi" tələbinə dair iddia ilə məhkəməyə müraciət edərək cavabdehdən onlara məxsus yaşayış evinin və digər yardımçı tikililərin sökülməsinə görə 40000 manat məbləğində pulun və 210 manat dövlət rüsümunun tutularaq onlara ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Cavabdeh ASC onlara qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehlərin və onların azyaşlı uşaqları X2, X3 iddiaçıya məxsus Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, M.Sübhi küçəsində yerləşən qeyri-yaşayış sahəsindən və torpaq sahəsindən çıxarılması, həmin sahədə cavabdehlər tərəfindən inşa olunmuş hasar və tikililərin onların hesabına sökülməsi və sahənin boşaldılaraq təhvil verilməsi, qonşu sahə ilə arada olan uçurulmuş hasarın cavabdehlərin hesabına bərpa edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Cavabdeh ASC bildirir ki, Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, M.Sübhi küçəsində 226.5 m2 qeyri-yaşayış sahəsi üzərində Cavabdeh ASC-nin mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçmiş və 1628 kv.m torpaq sahəsinə dair "xxxx" ASC-nin texniki pasportu vardır. Cavabdeh ASC-yə məxsus sahənin təxminən 700 m2 hissəsi cavabdeh İddiaçı1 və ailə üzvləri tərəfindən uzun müddətdir ki, zəbt olunmuşdur və qanunsuz olaraq özbaşına istifadə edilir. Cavabdehlər tərəfindən iddiaçıya məxsus qeyri-yaşayış sahəsinin “C” literli tikinti sahəsi, hovuzu və 700 m2 torpaq sahəsi zəbt edilərək hasarlanmışdır. Həmçinin qonşu sahə ilə arada olan hasar uçurulmuşdur. Xəzər rayon Məhkəməsinin 14 sentyabr 2020-ci il tarixli, 2(003)-202/2020 saylı qətnaməsi ilə iddia təmin edilmiş, cavabdehlər İddiaçı1 və İddiaçı2 iddiaçı Cavabdeh ASC-yə məxsus Bakı şəhəri, Xəzər rayonu. Buzovna qəsəbəsi, M.Sübhi küçəsində yerləşən qeyri-yaşayış sahəsindən və torpaq sahəsindən çıxarılması, Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, M.Sübhi küçəsində yerləşən qeyri-yaşayış sahəsində və torpaq sahəsində cavabdehlər İddiaçı1 və İddiaçı2 tərəfindən inşa olunmuş hasarın və tikililəri cavabdehlərin hesabına sökülməsi, sahənin boşaldılaraq iddiaçıya təhvil verilməsi, qonşu sahə ilə arada olan uçurulmuş hasarın cavabdehlərin hesabına bərpa edilməsi qət edilmişdir. Onlar həmin qərardan narazı qaldıqlarına görə apellyasiya şikayəti verdilər və Bakı Apellyasiya Məhkəməsinin 2( 103)-3504/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayətləri qismən təmin edilmiş, Xəzər rayon Məhkəməsinin qətnaməsi “iddia tələbinin iddiaçıya məxsus olan ərazinin qonşu sahəsi ilə arasında uçurulmuş hasarın bərpa edilməsinin təmin edilməsi” hissəsində ləğv edilmiş, iddia həmin hissədə təmin edilməmiş qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmışdır. Nəzərə çatdırırlar ki, onlar mübahisəli ərazidə 1974-cü ildən yaşayırlar. Atası həmin torpaq sahəsində ev tikmişdir. Hələ o vaxt torpaq sahəsi Cavabdeh ASC-yə məxsus deyildir. Torpaq sahəsində yaşayış evi və müxtəlif yardımçı tikililər vardır. Onların həmin ərazidə uzun müddət yaşamağını qonşular və yerli orqanların verdiyi sənədlər təsdiq edir. Eyni zamanda cavabdeh də onların orada uzun müddət yaşamaqlarını təsdiq edir. O 25 il əvvəl həmin torpaq sahəsində olan evə gəlin gəlmiş, iki uşağım həmin evdə dünyaya gəlib və hal-hazırda orada yaşayırlar. X1 anadangəlmə xəstədir, epilepsiva xəstəliyindən əziyyət çəkir, yataq xəstəsidir. Kommunal xərclərini onlar ödəmişlər. Onların hal-hazırda başqa yaşayış yerləri yoxdur. Buzovna Bələdiyyəsinin 29 avqust 2022-ci il tarixli, 02/359 saylı məktubundan da görünür ki, “qonşular arasında aparılan sorğu əsasında məlum oldu ki, İddiaçı1 və İddiaçı2 ailə üzvləri ilə birlikdə Bakı şəhəri Xəzər rayonu Buzovna qəsəbəsi 8 mart küçəsində 1974-cü ildən atası tərəfindən tikilmiş evdə qeydiyyatsız yaşayır”. Evlərinin və yardımçı tikililərin ümumi qiyməti 40 000 manatdan çox olar. Hesab edirlər ki, onlara həmin tikililərin dəyəri ödənilməlidir. Qeyd etdikləri məbləğin dəqiqləşdirilməsi üçün məhkəmə tərəfindən də ekspertiza keçirilə bilər. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin İ hissəsinə, Mülki Məcəlləsinin 152.1, 21-ci maddələrinə əsasən iddianın təmin ediməsi xahiş olunur. Məhkəmə iclasında iddiaçı və nümayəndəsi Vəkil2 iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmşidir. Cavabdehin nümayəndələri X7, Vəkil1 məhkəməyə təqdim edilmiş yazılı etirazının məzmununa uyğun izahatlar verərək iddianın rədd edilməsini xahiş etdilər. Məhkəməyə təqdim edilmiş yazılı etirazın məzmunundan görünür ki, iddiaçılar tərəflər arasında mübahisəli əraziyə dair qanuni qüvvəyə minmiş məhkəmə qətnamələrinin olmasını etiraf etsələr də, ərizələrində həmin məhkəmə qətnamələri ilə müəyyən olunmuş hallara dair hər hansı bir açıqlama verməmişlər. Halbuki, Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-202/2020 nömrəli, xx.xx.2020-ci il tarixli və Bakı Apeilyasiya Məhkəməsinin 2(103)-3504/2021 nömrəli, xx.xx.2021-ci il tarixli qətnamələri ilə məhkəmələr Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, M.Sübhi küçəsində yerləşən Azərbaycan Respublikası Dövlət Əmlakının İdarə ediiməsi üzrə Dövlət Komitəsi tərəfindən verilmiş şəhadətnaməyə əsasən "xxxx" ASC-yə məxsus olan 226.5 kv.m. qeyri-yaşayış sahəsinin sahəsi 67 kv.m. olan "C" tikilisi, sahəsi 15 kv.m. olan (İİ işarəsi ilə göstərilən) hovuz, eləcə də "xxxx" ASC-nin istifadəsində olan torpaq sahəsinin 662 kv.m. hissəsinin cavabdehlər İddiaçı1 və İddiaçı2 (hazırkı iddia üzrə iddiaçılar) tərəfındən zəbt olunaraq qeyri-qanuni istifadə olunmasını və Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, M.Sübhi küçəsində yerləşən "xxxx" ASC-yə məxsus olan torpaq sahəsində cavabdehlər tərəfindən özbaşına olaraq 2,6x11,5 m. və 2,0x4,0 m. ölçüdə taxtadan toyuq hini, mişar daşından 1,6x2,0 m. ölçüdə ayaqyolu, 1,8 m. hündürlüyündə 41,0 m. uzunluğunda hasarın inşa edilməsini sübuta yetirilmiş hesab edərək, mübahisəli sahədə cavabdehlər tərəfindən inşa olunmuş hasar və tikililərin onların hesabına sökülməsi və sahənin boşaldılaraq "xxxx" ASC-yə təhvii veilməsinə dair yekun nəticəyə gəlmişlər. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-202/2020 nömrəli, xx.xx.2020-ci il tarixli qətnaməsi qanuni qüvvəsini almış və Bakı şəhəri Xəzər rayon İcra və probasiya şöbəsinin xx.xx.2021-ci il tarixli qərarı ilə icraya yönəldilmiş, hazırkı iş üzrə iddiaçıiar müxtəlif bəhanələr gətirərək qətnaməni vaxtında almadıqlarını bildirmiş və sonradan apellyasiya şikayəti verərək daha bir müddət qətnamənin icrasını yubatmışlar. Hal-hazırda qətnamə icra mərhələsindədir, lakin borclular İddiaçı1 və İddiaçı2 qanunsuz hərəkətləri bu gün də davam edir, onlar ərazini boşaltmaqdan müxtəlif bəhanələrlə yayınırlar. İcraçılar tərəfindən bu günlərdə onların barəsində inzibati xəta haqqında protokol tərtib olunaraq məhkəməyə göndərilmişdir. Beləliklə də müəyyən olunur ki, hazırkı iddia üzrə iddiaçılar İddiaçı1 və İddiaçı2 iddia ərizələrində özlərinə məxsus olduqlarını iddia etdikləri qeyri-yaşayış sahəsi (sahəsi 67 kv.m. olan "C" tikilisi) və digər yardımçı tikililərin, o cümlədən istifadə etdikləri 662 kv.m. torpaq sahəsinin qanuni əsaslarla "xxxx" ASC-nə məxsus olması, qeyd olunan tikililərin və torpaq sahəsinin İddiaçı1 və İddiaçı2 və ailə üzvləri tərəfindən zəbt olunaraq qeyri-qanuni istifadə etmələri, sonuncular tərəfindən həmin torpaq sahəsində özbaşına olaraq 2,6x11,5 m. və 2,0x4,0 m. öiçüdə taxtadan toyuq hini, mişar daşından 1,6x2,0 m. öiçüdə ayaqyolu, 1,8 m. hündürlüyündə 41,0 m.uzunluğunda hasarın inşa ediiməsi qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar olmaqla, MPM-nin 82.3-cü maddəsinə əsasən hazırkı halda yenidən mübahisələndirilməyə və sübuta yetirməyə ehtiyacı olmayan hallardır. Yuxarıda qeyd olunanlara əsasən hesab edirlər ki, iddiaçıların tələbinin həm maddi və prosessual əsası olmadığından, həm də onların tələbə dair iddia qaldırmağa müvafiq subyektiv hüquqa malik olmadıqlarına görə iddia ərizəsi rədd edilməlidir Məhkəmə işdə iştirak edən tərəflərin izahatlarınıı dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, iddia tələbi rədd edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş və məhkəmə baxışı zamanı tədqiq edilmiş: - Buzovna Bələdiyyəsinin 29 avqust 2022-ci il tarixli, 02/359 saylı məktubundan görünür ki, qonşular arasında aparılan sorğu əsasında məlum oldu ki, İddiaçı1 və İddiaçı2 ailə üzvləri ilə birlikdə Bakı şəhəri Xəzər rayonu Buzovna qəsəbəsi 8 mart küçəsində 1974-cü ildən atası tərəfindən tikilmiş evdə qeydiyyatsız yaşayır. - Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-202/2020 nömrəli, xx.xx.2020-ci il tarixli qətnaməsindən görünür ki, iddiaçı "xxxx" ASC cavabdehlər İddiaçı1 və İddiaçı2 qarşı iddia ərizəsi təmin edilmiş, cavabdehlər İddiaçı1 və İddiaçı2 iddiaçı "xxxx" ASC-yə məxsus Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, M.Sübhi küçəsində yerləşən qeyri-yaşayış sahəsindən və torpaq sahəsindən çıxarılması, Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, M.Sübhi küçəsində yerləşən qeyri-yaşayış sahəsində və torpaq sahəsində cavabdehlər İddiaçı1 və İddiaçı2, tərəfındən inşa olunmuş hasar və tikililərin cavabdehlərin hesabına sökülməsi, sahənin boşaldılaraq iddiaçıya təhvil verilməsi, qonşu sahə ilə arada olan uçurulmuş hasarın cavabdehlərin hesabına bərpa edilməsi qət edilmişdir. - Bakı Apellyasiya Məhkəməsinin 2(103)-3504/2021 nömrəli, xx.xx.2021-ci il tarixli qətnaməsi ilə cavabdehlər İddiaçı1 və İddiaçı2 tərəfındən verilmiş apellyasiya şikayəti qismən təmin olunaraq Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-202/2020 nömrəli, xx.xx.2020- ci il tarixli qətnaməsi "iddia tələbinin iddiaçıya məxsus olan ərazinin qonşu sahəsi ilə arasınada olan uçurulmuş hasarın cavabdehiərin hesabına bərpa edilməsi" hissəsində ləğv edilməsi, həmin hissədə iş üzrə yeni qətnamə qəbul edilməsi, iddianın həmin hissədə təmin edilməməsi və qətnamənin qalan hissədə dəyişdirilmədən saxlanılması qət edilmişdir. İşin materiallarından görünür ki, iddiaçılar tələblərini onunla əsaslandırmışlar ki, məskunlaşdıqları qeyri-yaşayış sahəsi və digər yardımçı tikililər onlara məxsusdur və həmin tikililərin sökülməsi nəticəsində Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin İ hissəsi, MM-nin 21,152.1 və MPM-nin 4.1-ci maddəsi ilə qorunan hüquqları pozulmuşdur və ona görə də "xxxx" ASC-dən onlara məxsus qeyri yaşayış sahəsinin və digər yardımçı tikilillərin sökülməsinə görə 40000 manat məbləğində pul tutularaq onlara ödənilməlidir. Məhkəmə qeyd edir ki, hər hansı iddia tələbi üzrə ilk öncə iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsası tapılmalı və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmalıdır. Bu halda isə işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Araşdırma zamanı müəyyən edilmişdir ki, iddiaçıların iddialarında istinad etdikləri "xxxx" ASC-dən onlara məxsus olmasını iddia etdikləri qeyri-yaşayış sahəsinin və digər yardımçı tikilillərin sökülməsi qanuni qüvvəsini almış məhkəmə aktları ilə həyata keçirilmə mərhələsindədir və məhz buna görə də onlar hesab edirlər ki, həmin tikililərin dəyəri ödənilməlidir. Məhkəmə iddia tələbinin sökülməsi və boşaldılması nəzərdə tutulan tikili və sahələrin iddiaçılara məxsus olması ilə bağlı dəlillərinə qiymət verərək qeyd edir ki, iş materiallarında olan qanuni qüvvəsini almış məhkəmə aktları ilə müəyyən edilmişdi ki, iddiaçı "xxxx" ASC cavabdehlər İddiaçı1 və İddiaçı2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehlərin və onların azyaşlı uşaqları X4 və X3 iddiaçıya məxsus Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, M.Sübhi küçəsində yerləşən qeyri-yaşayış sahəsindən və torpaq sahəsindən çıxarılmaları, həmin sahədə cavabdehlər tərəfindən inşa olunmuş hasar və tikililərin onların hesabına sökülməsi və sahənin boşaldılaraq təhvil verilməsi, qonşu sahə ilə arada olan uçurulmuş hasarın cavabdehlərin hesabına bərpa edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmiş və iddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, M.Sübhi küçəsində 226.5 kv.m qeyri-yaşayış səhəsi üzərində "xxxx" ASC-nin mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçmiş və 1628 kv.m torpaq sahəsinə dair "xxxx" ASC-nin texniki pasportu vardır. "xxxx" ASC-yə məxsus sahənin təxminən 700 kv.m hissəsi cavabdeh İddiaçı1 və ailə üzvləri tərəfindən uzun müddətdir ki, zəbt olunmuşdur və qanunsuz olaraq özbaşına istifadə ediiir. Cavabdehlər tərəfindən iddiaçıya məxsus qeyri-yaşayış sahəsinin "C" literli tikinti sahəsi, hovuzu və 700 kv.m torpaq sahəsi zəbt edilərək hasarlanmışdır. Həmçinin qonşu sahə ilə arada olan hasar uçurulmuşdur. Dəfələrlə cavabdehlərə xəbərdarlıq edilmiş, sahənin boşaldılması və hasarı sökülməsi tələb olunsa da, cavabdehlər tərəfindən bu tələbə əməl olunmamışdır. Məhkəmə həmçinin qeyd edir ki, yuxarıda qeyd olunan hər iki qətnamə ilə tərəflər arasında olan mübahisəyə dair müəyyən edilmiş və həmin iş üzrə iddiaçı tərəfindən sübuta yetirilmiş sayılmış faktiki halların mövcudluğu nəzərə alınmalıdır. Belə ki, qətnamələrdən görünür ki, Azərbaycan Respublikası Dövlət Əmlak Komitəsi tərəfindən verilmış şəhadətnamə ilə müəyyən olunmuşdur ki, Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, M.Sübhi küçəsində yerləşən 226.5 kv.m. qeyri-yaşayış sahəsi üzərində "xxxx" ASC-nin hüquqları xx.xx.2007-ci il tarixdə 3 nömrəli reyestr kitabında, 000645 qeydiyyat nömrəsi ilə qeydə alınmışdır. Əmlakın tərkibi bu şəhadətnamənin ayrılmaz hissəsi olan əlavədə göstərilir. Həmin şəhadətnamə obyekt üzərində hüquqların qanunvericiliklə müəyyən edilmiş qaydada daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması məqsədilə verilir. Həmçinin qətnamədən görünür ki, Azərbaycan Respublikası Dövlət Əmlakı Nazirliyi Əmlakın İnventarlaşdırılması Bürosu tərəfindən verilmiş texniki pasportun surəti ilə müəyyən olunmuşdur ki, Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, M.Sübhi küçəsində olan 226.5kv.m. qeyri-yaşayış sahəsinin yerləşdiyi ərazinin ümumi sahəsi 1628 kv.m. təşkil edir. Daha sonra Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmiakın Dövlət Reyestri Xidmətinin Bakı şəhəri Ərazi İdarəsinin xx.xx.2016-cı il tarixli məktubu ilə müəyyən olunmuşdur ki, Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsində yerləşən qeyri-yaşayış binasına aid texniki pasportun tərtib edilməsi, dövlət reyestrindən çıxarışın verilməsi və daşınmaz əmlaka ünvan verilməsi ilə bağlı, mütəxəssislər ünvanda olarkən məlum olmuşdur ki, texniki pasportda qeyd edilən «A» tikilisinin bir hissəsi natamam (damı və qapısı yoxdur) vəziyyətdədir və bir hissəsinin üzərində isə 32 kv.m. olan əlavə tikili inşa edilmişdir. Həmşinin, həmin hissədə 26.7 kv.m. talvar quraşdırılmışdır. Bundan başqa "C" tikilisi əsas hissədən daş hasarla təcrid edilmiş və həmin ərazidə əiavə tikililər inşa edilmişdir. Bu səbəbdən ərizənin icrası mümkün olmamışdır. Qətnamələrdə əksini tapmış məhkəmə tikinti-texniki ekspertizasının 07 avqust 2020-ci il tarixli, 32402 nömrəli ekspert rəyi ilə müəyyən edilmişdir ki, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak məsələləri Döviət Xidmətinin mütəxəssis rəyinə əsasən Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, M.Sübhi küçəsində yerləşən Azərbaycan Respublikası Dövlət Əmlakının İdarə edilməsi üzrə Dövlət Komitəsi tərəfindən veriimiş şəhadətnaməyə əsasən "xxxx" ASC-yə məxsus olan 226.5kv.m. qeyri-yaşayış sahəsinin: sahəsi 67 kv.m. olan C tikilisi, sahəsi 15 kv.m. olan (İİ işarəsi ilə göstərilən) hovuz, eləcə də "xxxx" ASC-nin istifadəsində olan torpaq sahəsinin 662 kv.m. hissəsi cavabdehlər tərəfindən istifadə olunur. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2021-ci il tarixli, 10/2637 sayiı məhkəmə tikinti-texniki ekspertizası rəyi ilə isə müəyyən edilmişdir ki, Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, M.Sübhi küçəsində yerləşən "xxxx" ASC-yə məxsus olan torpaq sahəsində cavabdehlər tərəfindən 2,6x11,5 m. və 2,0x4,0 m. öiçüdə taxtadan toyuq hini, mişar daşından 1,6x2,0 m. ölçüdə ayaqyolu, 1,8 m. hündüriüyündə 41,0 m. uzunluğunda hasar inşa edilmişdir, eyni zamanda texniki pasportun baş planında göstəriiən faktiki ölçüləri 67 kv.m. olan "C" tikilisi və 15 kv.m. olan İİ saylı tikili cavabdehin istifadəsindədir". Beləliklə də, yuxarıda qeyd olunan faktiki hallara qiymət verərək birinci və apellyasiya instansiya məhkəmələri Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, M.Sübhi küçəsində yerləşən Azərbaycan Respublikası Dövlət Əmlakının İdarə edilməsi üzrə Dövlət Komitəsi tərəfindən verilmiş şəhadətnaməyə əsasən "xxxx" ASC-yə məxsus olan 226.5 kv.m. qeyri-yaşayış sahəsinin: sahəsi 67 kv.m. olan "C" tikilisi, sahəsi 15 kv.m. olan (İİ işarəsi ilə göstərilən) hovuz, eləcə də "xxxx" ASC-nin istifadəsində olan torpaq sahəsinin 662 kv.m. hissəsinin cavabdehlər İddiaçı1 və İddiaçı2 (hazırkı iddia üzrə iddiaçılar) tərəfindən zəbt olunaraq qeyri-qanuni istifadə olunmasını və Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, M.Sübhi küçəsində yerləşən "xxxx" ASC-yə məxsus olan torpaq sahəsində cavabdehlər tərəfindən özbaşına olaraq 2,6x11,5 m. və 2,0x4,0 m. ölçüdə taxtadan toyuq hini, mişar daşından 1,6x2,0 m. ölçüdə ayaqyolu, 1,8 m. hündürlüyündə 41,0 m. uzunluğunda hasarın inşa edilməsini sübuta yetirilmiş hesab edərək, mübahisəli sahədə cavabdehlər tərəfindən inşa olunmuş hasar və tikililərin onların hesabına sökülməsi və sahənin boşaldılaraq "xxxx" ASC-yə təhvil verilməsinə dair yekun nəticəyə gəlmişlər. Müəyyən edilmişdir ki, hal-hazırda qanuni qüvvəsini almış qətnamə icra mərhələsindədir və iddiaçılar hazırda qətnaməni icra etməyərək ayrı icraatda qaldırdıqları hazırki iddia ərizələrində özlərinə məxsus olduqlarını iddia etdikiəri tikililərin sökülməsinə görə cavabdehin onlara 40000 manat məbləğində pul ödəməli olmalarına iddia edirlər. Məhkəmə hesab edir ki, iddiaçılar iddia ərizələrində özlərinə məxsus olduqlarını iddia etdikləri tikililər dedikdə, qətnamələrdə əksini tapmış qeyri yaşayış sahəsi (sahəsi 67 kv.m. olan "C" tikilisi) və digər yardımçı tikililərin, o cümlədən istifadə etdikləri 662 kv.m. torpaq sahəsini nəzərdə tuturlar. Lakin qanuni qüvvəsini almış qətnamələrdə sözügedən tikili və sahələrin qanuni əsaslarla "xxxx" ASC-nə məxsus olması, qeyd olunan tikililərin və torpaq sahəsinin İddiaçı1 və İddiaçı2 və ailə üzvləri tərəfindən zəbt olunaraq qeyri-qanuni istifadə etmələri, sonuncular tərəfindən həmin torpaq sahəsində üzbaşına olaraq 2,6x11,5 m. və 2,0x4,0 m. öiçüdə taxtadan toyuq hini, mişar daşından 1,6x2,0 m. öiçüdə ayaqyolu, 1,8 m. hündürlüyündə 41,0 m.uzunluğunda hasarın inşa edilməsi qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar olmaqla, hazırkı halda yenidən mübahisələndirilməyə və sübuta yetirməyə ehtiyacı olmayan hallardır. Belə ki, MPM-nin 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktiar həmin işdə iştirak edən şəxsiər tərəfindən başqa məhkəmə prosesində mübahisəiəndirilmir və yenidən sübut edilmir. Göstərilən prosessual normanın tələbləri baxımından məhkəmə qeyd edir ki, mülki işin icraatı zamanı preyudisial (əvvəlki hal) faktlar da sübut olunmur. Sübutetmə predmetinə daxil olan tədqiq olunan və məhkəmənin yekun aktında əks edilən faktlar, bu akt qanunla müəyyən edilən qaydada ləğv edilənə və ya dəyişdirilənə qədər həqiqilik və qətilik keyfiyyəti əldə edir. Məcburiliyi baxımından bütün digər orqanlar, vəzifəli şəxslər, təşkilatlar, vətəndaşlar bu aktın məzmunu ilə razılaşmalıdırlar. Artıq qüvvəyə minmiş qətnamənin faktiki əsasını təşkil edən hallar yeni mübahisə üçün də hüquqi əhəmiyyət kəsb etdikdə preyudisiya əlaqəsi yaranmış olur. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin Plenumunun C.İsmayılzadənin şikayətinə dair xx.xx.2007-ci il tarixli qərarında qeyd olunmuşdur ki, qanuni qüvvəyə minmiş məhkəmə aktı özündə mübahisələndirilən maddi hüququn, yaxud belə hüquqa əsaslanan faktın mövcud olub-olmamasını qəti surətdə müəyyənləşdirir və səlahiyyətli şəxsin tələbi ilə hər hansı qeyd-şərt qoyulmadan onların həyata keçirilməsini ehtiva edir. Məhz bu baxımdan prosessual qanunvericilikdə nəzərdə tutulmuş bütün müdafiə vasitələri istifadə edildikdən sonra qanuni qüvvəyə minmiş məhkəmə aktı təkzib olunmazlıq, müstəsnalıq və məcburilik kimi hüquqi xassələrə malikdir. “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 254.1.4-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 mart 2004-cü il tarixli qərarında göstərilmişdir ki, işə baxan bütün məhkəmələr tərəfindən hər hansı bir iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qərarı və ya hökmü ilə müəyyən edilmiş hallar yoxlanılmadan sübut kimi qəbul olunmalıdır. Həmçinin “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 23 fevral 2016-cı il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin mənasına görə, bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsində əks olunmuş, araşdırılmış, qiymətləndirilmiş, tələbin və (və ya) etirazların predmetinə aid olan faktların həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilməsi və yenidən sübut edilməsi yolverilməzdir. Preyudisiallıq məhkəmə aktının qanuni qüvvəsinin təkzibedilməzliyi, müstəsnalığı və məcburiliyi kimi keyfiyyət göstəricilərinin nəticəsidir. Preyudisiya institutu məhkəmə aktlarına yenidən baxılmasının qarşısının alınmasına, məhkəmə təcrübəsində eyniliyin, sabitliyin və hüquqi müəyyənliyin təmin edilməsinə yönəlmişdir. Preyudisiallığı tənzim edən normalar sübut etmə prosesini sadələşdirməyə, işlərə baxılma müddətinin qısaldılmasına, məhkəmələrin, eləcə də məhkəmə prosesi iştirakçılarının vəsaitinə qənaət edilməsinə yönəlmişdir. Göründüyü kimi, prosessual qanunvericilik yalnız qanuni qüvvəyə minmiş məhkəmə aktı ilə müəyyən edilmiş hər hansı faktların preyudisiallığını mümkün hesab edir. Beləliklə də, məhkəmə hesab edir ki, qeyd edilən qanuni qüvvəsini almış məhkəmə qətnaməsi hazırki iş üzrə preyudisial əhəmiyyətə malikdir və bu qətnamə ilə "xxxx" ASC-yə məxsus olan 226.5 kv.m. qeyri-yaşayış sahəsinin: sahəsi 67 kv.m. olan "C" tikilisi, sahəsi 15 kv.m. olan (İİ işarəsi ilə göstəriiən) hovuzu, eləcə də "xxxx" ASC-nin istifadəsində olan torpaq sahəsinin 662 kv.m. hissəsi cavabdehlər İddiaçı1 və İddiaçı2 (hazırkı iddia üzrə iddiazılar) və aiiə üzvləri tərəfindən zəbt olunaraq qeyri qanuni istifadə olunur və Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, M.Sübhi küçəsində yerləşən "xxxx" ASC-yə məxsus olan torpaq sahəsində cavabdehlər tərəfindən özbaşına olaraq 2,6x11,5 m. və 2,0x4,0 m. ölçüdə taxtadan toyuq hini, mişar daşından 1,6x2,0 m. ölçüdə ayaqyolu, 1,8 m. hündürlüyündə 41,0 m. uzunluğunda hasar inşa edilmişdir və qeyd olunan 662 kv.m. torpaq sahəsi, həmin torpaq sahəsində yerləşən sahəsi 67 kv.m olan "C" tikilisi və sahəsi 15 kv.m. olan hovuz və cavabdehlər tərəfindən özbaşına inşa olunmuş tikililərin yerləşdiyi torpaq sahəsinin qanuni əsaslarla "xxxx" ASC-yə, yəni 300 nəfərdən ibarət səhmdarlara məxsus olması təsdiq edilmişdir. Məhkəmə həmçinin qeyd edir ki, iddiaçılar mübahisə predmeti olan tikinti və sahələrin qanuni əsaslarla onlara məxsus olmasını təsdiq edən hər hansı bir mötəbər sübuta istinad edə bilməmiş və məhz qeyri-qanuni zəbt edərək istifadə etdikləri tikililərin sökülməsinə dair məhkəmə qətnamələrin əvvəl-axır icra ediləcəyini bildikləri halda, bunun qarşılığında cavabdehdən maddi ziyanın ödənilməsini tələb edirlər. Məhkəmə iddia tələbinin hüquqi əsası kimi istinad edilən Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21-ci maddəsi ilə bağlı qeyd edir ki, göstərilən normaya əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə hüququ pozulmuş şəxsin mülki hüquq pozuntusu törədilməsi nəticəsində əmlak sahəsində mənfi nəticələrin yaranması deməkdir. Bu mənfi nəticələr iki hissədən ibarətdir- real zərər və əldən çıxmış fayda. Mülki hüquq pozuntusundan öhdəliyin yaranmasının mühüm şərti zərərin özünün mövcudluğudur. Zərər yoxdursa, əmlak hüququ pozulmur və ya öhdəlik yaranmır. Bu hallar olmadıqda pozulmuş öhdəliklərə görə məlsuliyyətin həcmini müəyyənləşdirmək olmur. Məhkəmə hesab edir ki, iddiaçıların cavabdeh "xxxx" ASC-dən həmin tikintilərin sökülməsinə görə maddi ziyan tələb etmələrinin hər hansı bir hüquqi əsası yoxdur. Məhkəmə qeyd edir ki, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Bu mənada məhkəmənin qənaətinə görə, iddiaçı tərəfin irəli sürdüyü faktiki hallar onun iddia tələblərinin qanuni əsasının dispozisiya şərtləri ilə uzlaşmadığından iş üzrə hər hansı əmlakın qiymətləndirilməsinə dair ekspertizanın keçirilməsinin müzakirə olunmasına da zərurət olmamışdır. Azərbaycan Respublikası MPM-nin 218.1-ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. Beləliklə də, məhkəmə hesab edir ki, iddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh "xxxx" ASC-nə qarşı "onlara məxsus yaşayış evinin və digər yardımçı tikilillərin sökülməsinə görə "xxxx" ASC-dən 40000 manat məbləğində pulun və 210 manat dövlət rüsumunun tutularaq onlara ödənilməsi barədə" iddiaları əsassızdır və buna görə rədd edilməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh "xxxx" ASC-nə qarşı "pul tələbinə" iddiaları rədd olunsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsilə (elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Rəna Qafarova
Məhkəmə qərarları › İş №2(009)-2135/2022
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №2(009)-2135/2022
10.11.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver