Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(009)-2178/2021 29.10.2021 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Səbail Rayon Məhkəməsinin hakimi Rəna Nazim qızı Qafarovanın sədrliyi, Məhkəmə iclas katibi Pərvin Kamandar oğlu Paşazadənin katibliyi, İddiaçının nümayəndəsi X9 iştirakı ilə, İddiaçı Ləğv prosesində olan "xxxx" ASC–nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun – Cavabdeh qarşı “kredit borcunun qaytarılması və tutmanın nəqliyyat vasitəsinə yönəldilməsi” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Ləğv prosesində olan "xxxx" ASC–nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu – Cavabdeh qarşı “kredit borcunun qaytarılması və tutmanın nəqliyyat vasitəsinə yönəldilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 12 fevral 2008-ci il tarixli, 378 nömrəli kredit müqaviləsi üzrə 4.404,15 (dörd min dörd yüz dörd manat on beş qəpik) manat əsas borc, 688,17 (altı yüz səksən səkkiz manat on yeddi qəpik) faiz borcu, kredit müqaviləsi bitəndən sonra Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 24.12.2014-cü il tarixli Plenum Qərarına əsasən hesablanmış 2.622,39 (iki min altı yüz iyirmi iki manat otuz doqquz qəpik) manat faiz borcu olmaqla, cəmi 7,714.71 (yeddi min yeddi yüz on dörd manat yetmiş bir qəpik) manat borc, 30 (otuz manat) dövlət rüsumunun və 0.40 qəpik bank xidmət haqqının tutulması, tutmanın ipoteka predmeti olan “Opel-Vectra” markalı (Tip: sedan, Ban:WOL000036T1114489, rəngi Boz qızılı, Buraxılış ili-1996) ** SA *** dövlət qeydiyyat nişanlı avtomobilə yönəldilməsi, həmin avtomobilin açıq hərrac yolu ilə satılması, satışdan əldə olunan vəsaitin kredit borcuna yönəldilməsi və ipoteka predmetinin satışından əldə olunan vəsait Cavabdeh borcunun tam ödənilməsinə kifayət etmədiyi halda, qalan borc məbləğinin Cavabdeh tutularaq, ləğv prosesində olan Ləğv prosesində olan "xxxx" ASC–nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna ödənilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, LPO "xxxx" ASC-nin 15 saylı filialı ilə Cavabdeh arasında bağlanmış 12 fevral 2008-ci il tarixli 378 nömrəli kredit müqaviləsinə əsasən “Opel-Vectra” markalı (Tip: sedan, Ban:WOL000036T1114489, rəngi Boz qızılı, Buraxılış ili-1996) ** SA *** dövlət qeydiyyat nişanlı avtomobilinin alınması məqsədi ilə cavabdehə 18 (on səkkiz) ay müddətinə illik 28 (iyirmi səkkiz) faiz dərəcəsi ilə 6,370 (altı min üç yüz yetmiş) manat məbləğində kredit verilmişdir. Kredit müqaviləsinin təminatı olaraq, Cavabdeh mülkiyyətində olan “Opel-Vectra” markalı (Tip: sedan, Ban:WOL000036T1114489, rəngi Boz qızılı, Buraxılış ili-1996) ** SA *** dövlət qeydiyyat nişanlı avtomobilin ipotekaya qoyulması məqsədilə 12.02.2008-ci il tarixli, 378 saylı ipoteka müqaviləsi bağlanmışdır. Cavabdeh kredit müqaviləsi üzrə üzərinə düşən vəzifələri lazımınca yerinə yetirməmiş və borcun ödənilməsi barədə cavabdehə dəfələrlə şifahi və yazılı müraciət olunması barədə bildiriş göndərilməsinə baxmayaraq, cavabdeh borcun ödənilməsi üçün heç bir tədbir görməmişdir. Cavabdeh 12 fevral 2008-ci il tarixli 378 nömrəli kredit müqaviləsinə əsasən 27 may 2021-ci il tarixə 4,404.15 (dörd min dörd yüz dörd manat on beş qəpik) manat əsas borc, 688,17 (altı yüz səksən səkkiz manat on yeddi qəpik) faiz borcu, kredit müqaviləsi bitəndən sonra Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 24.12.2014-cü il tarixli Plenum Qərarına əsasən hesablanmış 2,622.39 (iki min altı yüz iyirmi iki manat otuz doqquz qəpik) manat faiz borcu olmaqla, cəmi 7,714.71 (yeddi min yeddi yüz on dörd manat yetmiş bir qəpik) manat borcu vardır. Bank, tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə əsasən üzərinə düşən öhdəlikləri tam yerinə yetirsə də, cavabdeh həmin müqavilə üzrə üzərinə düşən öhdəlikləri yerinə yetirməmişdir. Borcun gecikdirilməsini təsdiq edən maliyyə arayışından göründüyü kimi cavabdeh tərəfindən ödəniş cədvəlinin pozulması Bank lisenziyasının ləğvindən əvvəl, yəni Bankın fəaliyyət göstərdiyi dövrə təsadüf edir. Halbuki, cavabdeh ona verilmiş borc məbləğini ödəniş cədvəlinə uyğun olaraq vaxtında qaytarsaydı, Bank öz fəaliyyətində həmin pul vəsaitindən istifadə edərək mənfəət götürə bilərdi. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi X11 iddia tələbini müdafiə edərək, təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Həmçinin vəsatət təqdim edərək iddia təmin edilmədiyi halda, girov predmeti olan “Opel-Vectra” markalı ** SA *** dövlət qeydiyyat nişanlı avtomobilin qanunsuz satılmasında iştirak etmiş "xxxx" ASC–nin əməkdaşları barəsində xüsusi qərardad çıxarılmaqla Azərbaycan Respublikası Baş Prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə göndərilməsini xahiş etmişdir. Əvvəlki məhkəmə iclaslarında iştirak etmiş Cavabdeh iddia tələbini qəbul etməyərək izahatında göstərmişdir ki, "xxxx" ASC-nin 15 saylı filialı ilə onun arasında bağlanmış 12.02.2008-ci il tarixli, 378/15 saylı Kredit Müqaviləsinə əsasən ona avtomobil alınması məqsədilə 18 ay müddətinə illik 28% dərəcəsi ilə 6370 (altı min üç yüz yetmiş) manat məbləğində kredit verilmiş, və girov müqaviləsinə əsasən həmin avtomobil yüklü edilmişdir. Lakin müqavilə bağlandıqdan 1 ilə yaxın vaxt keçdikdən sonra krediti ödəyə bilmədiyindən avtomobili banka qaytarmış və 11 il ərzində bank bir dəfə də olsun kreditin ödənilməsi ilə bağlı ona müraciət etməmiş, avtomobil isə müxtəlif vaxtlarda müxtəlif insanlara satılmışdır. Hazırki iddia əsassız olduğundan rədd edilməsini xahiş etmişdir. Həmçinin iddia müddətinin tətbiq edilməsinə dair ərizə ilə də məhkəməyə müraciət edərək, iddiaçı Ləğv prosesində olan "xxxx" ASC–nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun iddiası əsassız olduğundan və iddia müddəti ötürüldüyündən iddia müddətini tətbiq etməklə iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia müddətinin tətbiq edilməsinə dair ərizə onunla əsaslandırılmışdır ki, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddianın predmeti olan “Opel-Vectra” markalı (Tip: sedan, Ban: WOL000036T1114489, rəngi boz qızılı, Buraxılış ili-1996) ** SA *** dövlət qeydiyyat nişanlı avtomobil bank tərəfindən 11 il bundan əvvəl ondan geri alınmış və bu günədək sözügedən avtomobil bank tərəfindən ayrı-ayrı şəxslərə, ümumilikdə 7 nəfərə yaxın şəxsə kreditə verilmişdir. Bundan əlavə 12 fevral 2008-ci il tarixli 378 nömrəli kredit müqaviləsi üzrə də iddia müddəti də iddiaçı tərəfindən ötürülmüşdür. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia əsassız olduğundan rədd edilməlidir. Belə ki, iş materiallarında olan "xxxx" ASC-nin 15 saylı filialı ilə Cavabdeh arasında bağlanmış 12.02.2008-ci il tarixli, 378/15 saylı Kredit Müqaviləsindən görünür ki, Bank kredit alana avtomobil alınması məqsədilə 18 ay müddətinə illik 28% dərəcəsi ilə 6370 (altı min üç yüz yetmiş) manat məbləğində kredit vermişdir. İş materiallarından olan "xxxx" ASC-nin 15 saylı filialı ilə Cavabdeh arasında bağlanmış 12.02.2008-ci il tarixli, 378/15 saylı girov Müqaviləsinin surətindən görünür ki, tərəflər arasında bağlanmış 12.02.2008-ci il tarixli, 378/15 saylı Kredit Müqaviləsinin icrasının təminatı kimi “Opel-Vectra” markalı (Tip: sedan, Ban:WOL000036T1114489, rəngi Boz qızılı, Buraxılış ili-1996) ** SA *** dövlət qeydiyyat nişanlı avtomobil Banka girov qoyulmuşdur. İş materiallarında olan Ləğv prosesində olan "xxxx" ASC–nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu tərəfindən verilmiş 27.05.2021-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh 12 fevral 2008-ci il tarixli, 378 nömrəli kredit müqaviləsi üzrə 21.05.2021-ci il tarixinə 4,404.15 (dörd min dörd yüz dörd manat on beş qəpik) manat əsas borc, 688,17 (altı yüz səksən səkkiz manat on yeddi qəpik) faiz borcu, kredit müqaviləsi bitəndən sonra Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 24.12.2014-cü il tarixli Plenum Qərarına əsasən hesablanmış 2,622.39 (iki min altı yüz iyirmi iki manat otuz doqquz qəpik) manat faiz borcu olmaqla, cəmi 7,714.71 (yeddi min yeddi yüz on dörd manat yetmiş bir qəpik) manat məbləğində borcu vardır. İş materiallarında olan Ləğv prosesində olan "xxxx" ASC–nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu tərəfindən BDYPİ-yə ünvanlanmış 22.07.2021-ci il tarixli ipoteka predmetinə tutmanın qeydə alınmasına dair ərizədən görünür ki, "xxxx" ASC–nin xeyrinə yüklü edilmiş “Opel-Vectra” markalı (Tip: sedan, Ban:WOL000036T1114489, rəngi Boz qızılı, Buraxılış ili-1996) ** SA *** dövlət qeydiyyat nişanlı avtomobilə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması xahiş olunmuşdur. İş materiallarında olan Ləğv prosesində olan "xxxx" ASC–nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu tərəfindən Cavabdeh ünvanlanmış 13.07.2021-ci il tarixli ipoteka predmetinə tutmanın yönəldilməsinə dair ərizədən görünür ki, tərəflər arasında olan münasibətləri məhkəmədən kənar qaydada həll etmək məqsədi ilə 7714.71 manat məbləğində borcun 3 (üç) gün müddətində Banka ödənilməsini və ya ipoteka predmetinə tutma yönəldilməsinin təmin edilməsi, əks təqdirdə Bank kredit müqaviləsi üzrə əsas borcun, hesablanmış faizlərin, cərimənin ödənilməsi, tələbin ipoteka predmetinə yönəldilməsi, həmin avtomobilin hərracda satılması, satışından əldə olunmuş vəsait hesabına banka olan borcun ödənilməsi tələbi ilə məhkəməyə müraciət etmək məcburiyyəti qarşısında qalacağı bildirilmişdir. İş materiallarında olan məhkəmənin sorğusuna Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X15 İdarəsi tərəfindən verilmiş 29.09.2021-ci il tarixli, 016-989 nömrəli cavab məktubundan görünür ki, Azərbaycan Respublikası DİN-in BDYPİ-nin “X1 Sistemi”-nə əsasən məktubda qeyd edilən “Opel Vectra” markalı, ** SA *** qeydiyyat nişanlı avtomaşın 28.07.2006-cı il tarixdə BDYPİ-nin QİŞ-də Bakı şəhəri, Səbail rayonu, Məktəb Meydanı, ev 2-də yaşayan Cavabdeh adına qeydiyyata alınmışdır. Həmin avtomaşın 28.03.2016-cı il tarixdə BDYPİ-nin Yevlax RQİ və TBŞ-də Göyçay rayonu Çayarxı kəndində yaşayan X4 adına qeydiyyata alınaraq avtomaşına ** BJ *** qeydiyyat nişanı verilmişdir. Qeyd edilən avtomaşın Şəmkir rayonu Dəllər qəsəbəsində qeydiyyatada olan X2 verilmiş etibarnamə əsasında 13.04.2017-ci il tarixdə şöbədə alqı-satqı müqaviləsinə əsasən Şəmkir rayonu Dəllər qəsəbəsində yaşayan X3 adına qeydiyyata alınaraq avtomaşına ** CE *** qeydiyyat nişanı verilmişdir. 30.09.2019-cu il tarixdə həmin avtomaşın şöbədə alqı-satqı müqaviləsinə əsasən Ağstafa rayonu Qıraq Kəsəmən kəndində yaşayan X6 adına qeydiyyata alınaraq avtomaşına AC-996154 saylı qeydiyyat şəhadətnaməsi verilmişdir. 31.08.2018-ci il tarixdə həmin avtomaşın şöbədə alqı-satqı müqaviləsinə əsasən Ağstafa rayonu Eynallı kəndində yaşayan X8 adına qeydiyyata alınaraq avtomaşına AD-234319 saylı qeydiyyat şəhadətnaməsi verilmişdir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, "xxxx" ASC-nin 15 saylı filialı ilə Cavabdeh arasında bağlanmış 12.02.2008-ci il tarixli, 378/15 saylı Kredit Müqaviləyə əsasən Bank kredit alana avtomobil alınması məqsədilə 18 ay müddətinə illik 28% dərəcəsi ilə 6370 (altı min üç yüz yetmiş) manat məbləğində kredit vermiş, "xxxx" ASC-nin 15 saylı filialı ilə Cavabdeh arasında bağlanmış 12.02.2008-ci il tarixli, 378/15 saylı girov Müqaviləsinə əsasən tərəflər arasında bağlanmış 12.02.2008-ci il tarixli, 378/15 saylı Kredit Müqaviləsinin icrasının təminatı kimi “Opel-Vectra” markalı (Tip: sedan, Ban:WOL000036T1114489, rəngi Boz qızılı, Buraxılış ili-1996) ** SA *** dövlət qeydiyyat nişanlı avtomobil Banka girov qoyulmuşdur. Ləğv prosesində olan "xxxx" ASC–nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu tərəfindən verilmiş 27.05.2021-ci il tarixli maliyyə arayışına əsasən Cavabdeh 12 fevral 2008-ci il tarixli, 378 nömrəli kredit müqaviləsi üzrə 21.05.2021-ci il tarixinə 4,404.15 (dörd min dörd yüz dörd manat on beş qəpik) manat əsas borc, 688,17 (altı yüz səksən səkkiz manat on yeddi qəpik) faiz borcu, kredit müqaviləsi bitəndən sonra Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 24.12.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 2,622.39 (iki min altı yüz iyirmi iki manat otuz doqquz qəpik) manat faiz borcu olmaqla, cəmi 7,714.71 (yeddi min yeddi yüz on dörd manat yetmiş bir qəpik) manat məbləğində borcu vardır. Eyni zamanda müəyyən edilmişdir ki, kredit müqaviləsi üzrə son ödəniş 19 avqust 2011-ci il tarixində edilmişdir. Bundan başqa, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X15 İdarəsi tərəfindən verilmiş 29.09.2021-ci il tarixli, 016-989 nömrəli məktubuna əsasən müəyyən edilmişdir ki, Azərbaycan Respublikası DİN-in BDYPİ-nin “X1 Sistemi”-nə əsasən “Opel Vectra” markalı, ** SA *** qeydiyyat nişanlı avtomaşın 28.07.2006-cı il tarixdə BDYPİ-nin QİŞ-də Bakı şəhəri, Səbail rayonu, Məktəb Meydanı, ev 2-də yaşayan Cavabdeh adına qeydiyyata alınmışdır. Həmin avtomaşın 28.03.2016-cı il tarixdə BDYPİ-nin Yevlax RQİ və TBŞ-də Göyçay rayonu Çayarxı kəndində yaşayan X4 adına qeydiyyata alınaraq avtomaşına ** BJ *** qeydiyyat nişanı verilmişdir. Qeyd edilən avtomaşın Şəmkir rayonu Dəllər qəsəbəsində qeydiyyatada olan X2 verilmiş etibarnamə əsasında 13.04.2017-ci il tarixdə şöbədə alqı-satqı müqaviləsinə əsasən Şəmkir rayonu Dəllər qəsəbəsində yaşayan X3 adına qeydiyyata alınaraq avtomaşına ** CE *** qeydiyyat nişanı verilmişdir. 30.09.2019-cu il tarixdə həmin avtomaşın şöbədə alqı-satqı müqaviləsinə əsasən Ağstafa rayonu Qıraq Kəsəmən kəndində yaşayan X6 adına qeydiyyata alınaraq avtomaşına AC- 996154 saylı qeydiyyat şəhadətnaməsi verilmişdir. 31.08.2018-ci il tarixdə həmin avtomaşın şöbədə alqı-satqı müqaviləsinə əsasən Ağstafa rayonu Eynallı kəndində yaşayan X8 adına qeydiyyata alınaraq avtomaşına AD-234319 saylı qeydiyyat şəhadətnaməsi verilmişdir. Məhkəmə iddia tələbinə münasibət bildirərək qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. (MM-739.2.) Mülki Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445-ci maddəsinə əsasən, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır. Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Əgər borclu icra müddəti çatdıqdan sonra kreditorun xatırlatmasına baxmayaraq öhdəliyi icra etməzsə, o icranı xatırlatma üzrə gecikdirmiş sayılır. Mülki Məcəllənin 449.4-cü maddəsinə görə özgə vəsaitindən istifadə üçün faizlər, əgər Müqavilədə faizlərin hesablanması üçün daha qısa müddət müəyyənləşdirilməyibsə, həmin vəsait məbləğinin kreditora ödənildiyi günə qədər tutulur. Həmin Məcəlləsinin 269.1-ci maddəsinə əsasən girov və ipoteka hüququ girov qoyanın əşyası barəsində girov saxlayanın əşya hüququdur və eyni zamanda borclunun girov saxlayan qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üsuludur. Həmin Məcəllənin 295-ci maddəsinə əsasən girov saxlayanın (kreditorun) tələblərinin ödənilməsi üçün tutma girov qoyulmuş əşyaya borclu girovla təmin edilmiş öhdəliyi onun cavabdeh olduğu səbəblərdən icra etmədikdə və ya lazımınca icra etmədikdə yönəldilə bilər. Həmin Məcəllənin 279-cu maddəsinə əsasən əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, girov saxlayanın tələbini girov faktiki təminat məqamında malik olduğu həcmdə təmin edir. Bu tələbə həmçinin faizlər, dəbbə pulu, icranın gecikdirilməsi ilə vurulmuş zərərin əvəzinin ödənilməsi, habelə girov qoyulmuş əşyanın saxlanılması və salamatlığı üçün girov saxlayanın zəruri xərcləri və tutma xərcləri daxildir. Məhkəmə tərəflərin izahatlarını, araşdırma zamanı tədqiq edilmiş sübutları və işin faktiki hallarını müqayisəli şəkildə təhlil edərək, cavabdehin “müqavilə bağlandıqdan 1 ilə yaxın vaxt keçdikdən sonra krediti ödəyə bilmədiyindən avtomobili banka qaytarması və 11 il ərzində bankın bir dəfə də olsun kreditin ödənilməsi ilə bağlı ona müraciət etməməsi və avtomobilin müxtəlif vaxtlarda müxtəlif şəxslərə satılmasına” dair dəlillərini əsaslı sayır və hesab edir ki, qeyd edilən hallar məhkəmə araşdırması zamanı öz təsdiqini tapmışdır. Belə ki, işin müəyyən edilmiş hallarından da göründüyü kimi girov predmeti olan “Opel Vectra” markalı, ** SA *** qeydiyyat nişanlı avtomaşın 28.07.2006-cı il tarixdə BDYPİ-nin QİŞ-də Cavabdeh adına qeydiyyata alınsa da, həmin avtomobil 28.03.2016-cı il tarixindən başlayaraq müxtəlif şəxslərə satılmışdır. İş materiallarında olan çıxarışdan da görünür ki, kredit müqaviləsi üzrə 19 avqust 2011-ci il tarixdən sonra ödəniş edilməmişdir. İddiaçının nümayəndəsi də məhkəmə iclasında iddia tələbini müdafiə etsə də, iddiaçının dəlillərini təkzib edəcək sübutları məhkəməyə təqdim etməmiş, girov predmeti olan “Opel Vectra” markalı, ** SA *** qeydiyyat nişanlı avtomobil 28.07.2006-cı il tarixdə BDYPİ-nin QİŞ-də Cavabdeh adına qeydiyyata alınsa da, həmin avtomobilin 28.03.2016cı il tarixindən başlayaraq müxtəlif şəxslərə satılmasının səbəblərini və əsaslarını izah edə bilməmiş, hətta vəsatətlə məhkəməyə müraciət edərək girov predmeti olan “Opel-Vectra” markalı ** SA *** dövlət qeydiyyat nişanlı avtomobilin qanunsuz satılmasında iştirak etmiş "xxxx" ASC–nin əməkdaşları barəsində xüsusi qərardad çıxarılmasını xahiş etmişdir. Odur ki, məhkəmə tərəflər arasında bağlanmış kredit müqaviləsinin məhz avtomobil alınması məqsədilə bağlanmasını, həmin avtomobilin kredit müqaviləsinin təminatı olaraq girov qoyulmasını, lakin sonradan başqa şəxslərə dəfələrlə satılmasını, beləliklə də cavabdeh tərəfindən avtomobilin iddiaçıya qaytarılmasının təsdiq olunmasını nəzərə alaraq hesab edir ki, iddia tələbi əsassızdır. Cavabdeh iddia tələbinə etiraz edərək avtomobili banka qaytarmasını və iddia tələbinin əsassız olmasını göstərməsi ilə yanaşı, həm də məhkəməyə iddia müddətinin tətbiq edilməsi barədə ərizə də təqdim etmişdir. Bununla bağlı məhkəmə aşağıdakıları qeyd edir: Azərbaycan Respublikası Mülki Məcəlləsinə əsasən hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır (maddə 372.2). Müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir (maddə 373.2). Məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır (maddə 375.2). İcra müddəti müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı icra müddəti bitdikdə başlanır (maddə 377.2). Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə” dair 03 iyun 2013-cü il tarixli Qərarında göstərilir ki, “İddia müddəti institutu mülki dövriyyənin, hüquq münasibətlərinin müəyyənliyini və sabitliyini yaratmaq, onların iştirakçılarını intizamlandırmaq, hüquq münasibətlərinin subyektlərinin hüquq və qanuni maraqlarının müddət baxımından vaxtında müdafiəsini və bərpasını təmin etmək məqsədi daşıyır. Belə ki, pozulmuş hüquqların məcburi müdafiəsi üçün ağlabatan müddət məhdudiyyətlərinin olmaması işin baxılması üçün əhəmiyyət kəsb edən sübutların toplanmasının və saxlanmasının lazım olduğunu nəzərə almayan cavabdehlərin və üçüncü şəxslərin qanunla qorunan hüquq və maraqlarının pozulmasına gətirib çıxarardı. Mübahisə tərəfinin ərizəsi əsasında məhkəmə tərəfindən iddia müddətinin tətbiqi mülki mübahisə tərəflərini əsaslandırılmamış çəkişmələrdən qoruyur və eyni zamanda, onları öz hüquqlarını vaxtında həyata keçirmələrinə və müdafiəsinə məcbur edir... Kredit münasibətlərindən yaranan mübahisələrə MM-in 373.2-ci maddəsində nəzərdə tutulan üç illik iddia müddəti tətbiq edilməlidir.... MM-in 373.2 və 377.2-ci maddələrinin mənasına görə kredit müqaviləsində başqa hal nəzərdə tutulmayıbsa, iddia müddətinin axımı bu müqavilədə müəyyənləşdirilmiş bütün öhdəliklər üzrə icra müddəti bitdikdə başlanır...” İş materiallarında olan çıxarışla müəyyən edilmişdir ki, kredit müqaviləsi üzrə sonuncu dəfə ödəniş 19 avqust 2011-ci il tarixdə edilmişdir. Məhkəmə qanunvericiliyin tələbini, iddiaçı ilə cavabdeh arasında bağlanmış müqavilənin icra müddətinin 12 avqust 2009-cu il tarixdə bitməsini, kredit müqaviləsi üzrə sonuncu dəfə 19 avqust 2011-ci il tarixdə ödəniş edilməsini, həmin tarixdən hazırki tələb üzrə iddia müddətinin axımının başladığını, 19 avqust 2014-cü il tarixdə isə bitdiyini, iddiaçının hazırki tələblə məhkəməyə 02 avqust 2021-ci il tarixdə müraciət etməsini nəzərə alaraq belə hesab edir ki, iddiaçı qanunla müəyyən olunmuş 3 illik iddia müddətini ötürməklə (iddia müddəti bitdikdən 7 ilə yaxın vaxt keçdikdən sonra) iddia ərizəsi ilə 02 avqust 2021-ci il tarixdə məhkəməyə müraciət etmişdir. Belə olan halda isə məhkəmə hesab edir ki, iddia tələbi özü-özlüyündə əsaslı olsa idi belə, hazırki iddia tələbi ilə məhkəməyə müraciət etmək üçün qanunvericiliklə nəzərdə tutulmuş iddia müddəti ötürülmüşdür. Beləliklə məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddiaçı Ləğv prosesində olan "xxxx" ASC–nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun Cavabdeh qarşı “kredit borcunun qaytarılması və tutmanın nəqliyyat vasitəsinə yönəldilməsi” tələbinə dair iddiası əsassız olduğundan rədd edilməlidir. Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası MPM-in 14.2, 77.1, 88 və 217.4-cü maddələrinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Ləğv prosesində olan "xxxx" ASC–nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun Cavabdeh qarşı “kredit borcunun qaytarılması və tutmanın nəqliyyat vasitəsinə yönəldilməsi” tələbinə dair iddiası rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Rəna Qafarova
Məhkəmə qərarları › İş №2(009)-2178/2021
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №2(009)-2178/2021
29.10.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver