Məhkəmə qərarları › İş №2(009)-2186/2020

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №2(009)-2186/2020

27.10.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(009)-2186/2020 27.10.2020 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Abdullayev Şahin Zülfüqar oğlunun sədrliyi ilə İddiaçı Ləğv prosesində olan “xxxxxxx” ASC-nin ləğvedicisi X1 Cavabdeh qarşı borc tələbinə dair mülki işə Səbail rayon Məhkəməsi binasında kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq… MÜƏYYƏN ETDİ: İddiaçı Ləğv prosesində olan “xxxxxxx” ASC-nin ləğvedicisi X2 Cavabdeh qarşı kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında borc tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək göstərmişdir ki, İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2016-cı il tarixli plastik kartların əldə edilməsinə və istifadəsinə dair müqaviləyə əsasən cavabdehə Visa Class tipli plastik kart verilmişdir. Müqaviləyə əsasən bank plastik kartın istifadəsi ilə bağlı yarana bilən borcların qaytarılması üçün hər çür təminatı istifadəçidən tələb etmək hüququna malikdir. İstifadəçi plastik kartdan istifadəsi ilə bağlı yaranan bağlı, həmçinin bank tərəfindən müəyyən edilmiş faizi, komisyon haqqlarını və digər ödəmələri ödəməyi öhdəsinə götürür. Lakin buna baxmayaraq Cavabdeh kredit müqaviləsinin şərtlərini pozmuş, dəfələrlə olunmuş şifahi və yazılı xəbərdarlıqlara baxmayaraq üzərinə düşən öhdəlikləri lazımınca yerinə yetirməmiş, kredit və faizləri vaxtında ödəməmişdir. Hazırda cavabdehin xx.xx.2020-ci il tarixə banka ödənilməmiş 597,08 manat əsas, Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 80 manat faiz borcu olmaqla, cəmi 677,08 manat borcu mövcuddur. Göstərilənləri nəzərə alaraq iddiaçı Cavabdeh 597,08 manat əsas, Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 80 manat faiz borcu olmaqla, cəmi 677,08 manat məbləğində kredit borcunun və mübahisənin məhkəmə vasitəsi ilə həll edilməsi üçün ödənilmiş 30,40 manat məbləğində dövlət rüsumunun tutularaq ləğv prosesində olan “xxxxxxx” ASC-nin xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə mülki-prosessual məcəllənin tələblərinə əsasən cavabdehə rəsmi qaydada bildiriş göndərmiş, lakin cavabdeh tərəfindən 10 gün müddətində iddiaya qarşı əsaslandırılmış etiraz məhkəmə icraatına daxil olmamışdır. Məhkəmə iş materiallarını araşdırıb hesab edir ki, iddia tələbi təmin edilməlidir. İş üzrə İddiaçı ASC ilə Cavabdeh arasında bağlanılmış xx.xx.2016-cı il tarixli plastik kartların əldə edilməsinə və istifadəsinə dair müqaviləsinə əsasən bank tərəfindən borcalan S.X3 tipli plastik kart verilmişdir. İş üzrə ləğv prosesində olan İddiaçı ASC tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli maliyyə arayışına əsasən Cavabdeh xx.xx.2016-cı il tarixli plastik aartların əldə edilməsi və onlardan istifadə olunması haqqında müqaviləsinə əsasən Visa Class tipli plastik kart üzrə xx.xx.2020-ci il tarixinə əsas borcu 597,08 manat, gecikdirilmiş vaxt üçün illik 5%-lə hesablanan faiz borcu 80 manat, cəmi 677,08 manat təşkil edir. Məhkəmə verilmiş iddia tələbi ilə bağlı aşağıdakıları qeyd edir. AR Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir Göstərilən Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Məhkəmə iclasında müəyyən edilmişdir ki, Cavabdeh ilə İddiaçı ASC arasında bağlanılmış xx xxxxxx 2016-cı il tarixli plastik kartların əldə edilməsinə və istifadəsinə dair müqaviləyə əsasən bank tərəfindən Cavabdeh Visa Class tipli plastik kart verilmişdir. Məhkəmə iclasında həmçinin müəyyən edilmişdir ki, Cavabdeh kredit müqaviləsi üzrə öhdəliklərini lazımınca yerinə yetirməmiş və banka 597,08 manat əsas, gecikdirilmiş vaxt üçün illik 5%-lə hesablanan 80 manat faiz borcu yaranmışdır. Məhkəmə hesab edir ki, cavabdeh müqavilə üzrə üzərinə düşən öhdəliyi icra etmədiyindən, iddiaçı yaranmış borcun tutulması ilə bağlı məhkəmədə iddia qaldırmaqda haqlı olmuşdur. Bu səbəbdən məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli, cavabdehdən müqavilə üzrə ödənilməmiş qalmış 597,08 manat əsas borc, gecikdirilmiş vaxt üçün illik 5%-lə hesablanan 80 manat faiz borcu, cəmi 677,08 manat məbləğində pul tutulmalıdır. Məhkəmə həmçinin hesab edir ki, cavabdehdən 30,40 manat dövlət rüsumu tutulmalıdır. Azərbaycan Respublikasının MPM-nın 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Şərh olunanları nəzərə alaraq və AR MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə… QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh ləğv prosesində olan İddiaçı ASC-nin xeyrinə xx.xx.2016-cı il tarixli müqaviləsi üzrə xx.xx.2020-ci il tarixə yaranmış 597,08 manat əsas borc, gecikdirilmiş vaxt üçün illik 5%-lə hesablanan 80 manat faiz borcu, həmçinin ödənilmiş dövlət rüsumunun əvəzi kimi 30,40 manat, cəmi 707,48 (yeddi yüz yeddi manat qırx səkkiz qəpik) manat məbləğində pul tutulsun. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətinə Bakı Şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Şahin Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar