Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(009)-2198/2020 30.10.2020 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Rüstəmli İlkin Şahin oğlunun sədrliyi, Tomayev Deputat Süleyman oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı – cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı «pul» tələbinə dair iddia ərizəsi üzrə mülki işə tarixdə Bakı şəhəri Səbail Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı - cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı «pul» barədə ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehlərdən 1500 manat pulun iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı ona məxsus Binəqədi rayonu, Aydınbəyov küçəsi 84 ünvanında yerləşən 2 otaqlı evini 2018-ci ilin dekabr ayından cavabdehlərə aylıq 150 manat müqabilində kirayəyə vermişdir. Lakin sözügedən şəxslər kirayə pulunu bir müddət ödədikdən sonra kirayə pulunu ödəməkdən boyun qaçırmışlar. Onlar 2019cu ilin oktyabr ayından iddiaçıya olan borclarını ödəməmiş və özlərinə məxsus əşyaları mənzildə qoyaraq qaçmışlar.Onlar son 6 ayın kirayə pulunu, habelə işlətdikləri elektrik enerjisinin, su sərfiyyatının pulunu da ödəməyiblər və hamamın su qızdırıcısını xarab edərək evi tərk etmişlər. Göstərilənlərə əsasən, iddia tələbinin təmin edilməsi xahiş olunur. Məhkəmə iclasında iştirak etmiş iddiaçı ərizənin məzmununa uyğun izahat verərək, iddia ərizəsini tam müdafiə edib, iddia ərizəsinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak etmiş ərizəçinin vəkili X1 ərizəni tam müdafiə edərək, ərizənin təmin edilməsini xahiş etmişdir. Cavabdehlər lazımi qaydada məhkəmə iclasının vaxtı və yeri barədə məlumatlandırılmasına baxmayaraq məhkəmə iclasında iştirak etməmiş və bunun üzrlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nın 185.5-ci maddəsinə əsaslanaraq işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş üzrə iddiaçını dinləyib, təqdim olunmuş sübutları yoxlayıb, ərizənin dəlillərini nəzərə alaraq hesab edir ki, iddia ərizəsi əsassız olduğundan təmin olunmamalıdır. Məhkəmə iş materiallarında olan sənədləri iddiaçının iddia ərizəsində qeyd etdikləri ilə yanaşı yoxlayaraq qeyd edir ki, iddiaçı məhkəməyə ərizəsində göstərdiyi halları təsdiq edə biləcək heç bir sübut təqdim edə bilməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 675.1-ci maddəsinə əsasən əmlak kirayəsi müqaviləsinə görə, kirayəyə verən əşyanı kirayəçinin istifadəsinə verməyi, kirayəçi isə bunun üçün kirayəyə verənə kirayə haqqı ödəməyi öhdəsinə götürür. Yuxarıda qeyd olunanları nəzərə alaraq məhkəmə qeyd edir ki, iddia ərizəsi iddiaçı tərəfindən onun əsaslarına dair heç bir sübut təqdim edilmədiyindən təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-nın 14.2, 77.1 və 88-ci maddələrinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Həmçinin Mülki Prosessual Məcəllənin 119-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edildiyindən və hazırki iddia tələbi təmin olunmadığından hazırkı iş üzrə çəkilmiş xərclər (dövlət rüsumu) iddiaçının özünə aid edilməlidir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216-220, 222.2-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddiaçı – cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı «pul» barədə iddia ərizəsi təmin edilməsin. Ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamədən təqdim edildiyi (alındığı) gündən 1 (bir) ay müddətində Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: İlkin Rüstəmli
Məhkəmə qərarları › İş №2(009)-2198/2020
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №2(009)-2198/2020
30.10.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver