Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(009)-2208/2024 10.10.2024 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Abdullayev Şahin Zülfüqar oğlunun sədrliyi ilə İddiaçı cavabdehlər "xxxx" ASC-yə və "xxxx" ASC-yə qarşı istehsalatda baş vermiş bədbəxt hadisə nəticəsində vurulmuş maddi ziyanın ödənilməsi tələbinə dair verdiyi iddia ərizəsinin mümkünlüyü məsələsinə baxaraq… MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər "xxxx" ASC-yə və "xxxx" ASC-yə qarşı istehsalatda baş vermiş bədbəxt hadisə nəticəsində vurulmuş maddi ziyanın ödənilməsi tələbinə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Hakim iş materiallarını araşdırıb hesab edir ki, iddia ərizəsi və ona əlavə edilmiş sənədlərlə birlikdə geri qaytarılmalıdır. Hakim ilk növbədə qeyd edir ki, verilmiş iddia ərizəsi AR MPM-nin tələblərinə uyğun deyil. Belə ki, iddia ərizəsi AR MPM-nin 149-cu maddəsinin tələblərinə riayət edilmədən verilmişdir. AR MPM-nin 149.2.3-cü maddəsinə əsasən iddia ərizəsində iddianın predmeti və qiyməti, iddiaçının və ya ərizəçinin tələbləri, onların öz tələblərinin əsası kimi istinad etdiyi fakt və hallar və onları təsdiq edən sübutların siyahısı, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələb göstərilməlidir. Hakim qeyd edir ki, iddiaçı iddia ərizəsində cavabdehlər qismində "xxxx" ASC və "xxxx" ASCni göstərsə də, iddia ərizəsinin xahiş etdim hissəsində vurulmuş ziyanın bir cavabdehdən tutulmasını qeyd etmiş, konkret hansı cavabdehdən tutulmalı olmasını göstərməmişdir. Lakin iddia ərizəsinin əsaslandırıcı hissəsində iddiaçı ərinin ölümü ilə əlaqədar "xxxx" ASC tərəfindən ödənilən məbləğin real olmadığını, daha çox məbləğdə ödəniş edilməli olmasını qeyd etmişdir. Başqa sözlə iddiaçı sığorta təşkilatı tərəfindən edilən ödənişlə razı olmadığını ifadə etmişdir. Belə olan halda iddiaçının tələbi yalnız sığorta təşkilatına qarşı yönəlmiş olur. Həmin tələb üzrə isə "xxxx" ASC 3-cü şəxs qismində göstərilə bilər. Hakim qeyd edir ki, prosessual qanunvericiliyinin tələblərinə əsasən iddia bir neçə cavabdehə qarşı qaldırıldıqda onların hər birinə qarşı yönələn tələb ərizədə göstərilməlidir. Beləliklə hakim qeyd edir ki, iddia ərizəsində tələb yalnız cavabdehlərdən "xxxx" ASC-yə qarşı yönəldiyindən, cavabdeh qismində göstərilən "xxxx" ASC-yə qarşı hər hansı tələb irəli sürülmədiyindən, hazırki iddia ərizəsinin məhkəmə icraatı mümkün deyil. AR MPM-nin 152.1.1-ci maddəsinə əsasən iddia ərizəsi bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilməklə verilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Həmin Məcəllənin 151.1-ci maddəsinə əsasən iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə onun məhkəmə icraatı mümkündür. Beləliklə hakim hesab edir ki, iddia ərizəsi geri qaytarılmalıdır. Şərh olunanlara əsasən və AR MPM-nin 152.1.1, 149.2.3, 263-264-cü maddələrini rəhbər tutaraq hakim… QƏRARA ALDİ: İddiaçı cavabdehlər "xxxx" ASC-yə və "xxxx" ASC-yə qarşı istehsalatda baş vermiş bədbəxt hadisə nəticəsində vurulmuş maddi ziyanın ödənilməsi tələbinə dair verdiyi iddia ərizəsi qərardadın əsaslandırıcı hissəsində göstərilənlərə əsasən geri qaytarılsın. İddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Qərardaddan 10 gün müddətində Səbail rayon Məhkəməsinə şikayət verilə bilər. Qeyd: Şikayət elektron sistem vasitəsi ilə verilmədikdə AR MPM-nin 363.1.5-ci maddəsinə əsasən geri qaytarılacaqdır. Hakim: Şahin Abdullayev
Məhkəmə qərarları › İş №2(009)-2208/2024
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərardad — İş №2(009)-2208/2024
10.10.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver