Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(009)-2231/2021 09.09.2021 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Səbail Rayon Məhkəməsinin hakimi Rəna Nazim qızı Qafarovanın sədrliyi, Məhkəmə iclas katibi Pərvin Kamandar oğlu Paşazadənin katibliyi, İddiaçının nümayəndəsi X1, Cavabdeh iştirakları ilə, İddiaçı ASC-nin – Cavabdeh qarşı “kredit müqaviləsi üzrə pul” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı ASC - Cavabdeh qarşı “kredit müqaviləsi üzrə pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, "Bank VTB (Azərbaycan)" Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış 08.10.2019-cu il tarixli, 135615-CNS-11599/1 saylı “Nağd pul krediti müqaviləsi”nə əsasən 16.06.2021-ci il tarixə Banka borclu olduğu 8553,12 manat məbləğində əsas borc, 8,21 manat məbləğində faiz borcu olmaqla, ümumilikdə 8561,33 manat pul məbləğinin və məhkəməyə müraciət etmək üçün ödənilmiş 30 manat dövlət rüsumunun Cavabdeh tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikası Prezidentinin "Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında" 551 nömrəli 28 fevral 2019-cu il tarixli Fərmanı ilə əlaqədar olaraq Bank ilə Cavabdeh arasında restrukturizasiya olunma barədə 08.10.2019-cu il tarixli 135615-CNS-11599/1 saylı "Nağd pul krediti müqaviləsi" bağlanılmış və illik 1 faiz hesablanması şərti ilə 60 ay müddətinə 9.304,58 manat məbləğində kredit borcunun qaytarılmasını cavabdeh öz üzərinə götürmüşdür. Lakin borclu şəxs Cavabdeh öz üzərinə götürdüyü kredit öhdəliyini 08.02.2021-ci il tarixdən lazımınca icra etməmiş və nəticədə cavabdehin Banka 8.553,12 manat məbləğində əsas borc, 8,21 manat məbləğində faiz borcu olmaqla, ümumilikdə 8561,33 manat məbləğində borcu qalmışdır. Tərəflər arasında bağlanmış kredit müqaviləsinin tələbinə əsasən bu müqavilə ilə üzərinə götürdüyü öhdəlikləri vaxtında və lazımınca icra etmək və onların pozulmasına yol verməmək "Kredit alan"ın vəzifəsidir. Tərəflər arasında münasibətləri məhkəmədən kənar qaydada həll etmək məqsədi ilə tərəfimizdən Cavabdeh dəfələrlə xəbərdarlıq edilmiş, lakin bundan sonra da qeyd olunan müqavilələrin şərtləri onlar tərəfindən yerinə yetirilməmiş və öhdəliklər lazımınca icra edilməmişdir. İddiaçı ASC iddia tələbi həcminin azaldılmasına dair ərizə təqdim edərək Cavabdeh 09.09.2021-ci il tarixə Banka borclu olduğu 8.253,12 manat məbləğində əsas borcun, 8,21 manat məbləğində faizin, cəmi 8261.33 manat pul məbləğinin və məhkəməyə müraciət etmək üçün ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun Cavabdeh alınaraq “Bank VTB (Azərbaycan) “ASC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi X2 iddia tələbini müdafiə edərək, onun təmin olunması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddia tələbini qəbul edərək, iddianın təmin edilməsinə etiraz etmədiyini bildirmişdir. Məhkəmə, iddiaçının nümayəndəsinin və cavabdehin izahatlarını dinləyib, iş materiallarını araşdırıb belə hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış 08 oktyabr 2019-cu il tarixli, 135615-CNS-11599/1 saylı “Nağd pul krediti müqaviləsi”ndən görünür ki, Azərbaycan Respublikası Prezidentinin Fərmanına uyğun olaraq 20.10.2014cü il tarixli, 135615-CNS-11599 saylı kredit müqaviləsi restrukturizasiya olunmuş və Borclu illik 1 faiz hesablanması şərti ilə 60 ay müddətinə 9304,58 manat məbləğində kredit borcunun qaytarılmasını öz üzərinə götürmüşdür. İş materiallarında olan 16.06.2021-ci il tarixli maliyyə arayışından görünür ki, borclu Cavabdeh İddiaçı ASC-yə 08 oktyabr 2019-cu il tarixli, 135615-CNS-11599/1 nömrəli “Nağd pul kredit müqaviləsi” üzrə 8553,12 manat məbləğində əsas borc, 8,21 manat məbləğində faiz borcu olmaqla, ümumilikdə 8561,33 manat məbləğində borcu vardır. İş materiallarında olan 09.09.2021-ci il tarixli maliyyə arayışından görünür ki, borclu Cavabdeh İddiaçı ASC-yə 08 oktyabr 2019-cu il tarixli, 135615-CNS-11599/1 nömrəli “Nağd pul kredit müqaviləsi” üzrə 09.09.2021-ci il tarixə 8253,12 manat məbləğində əsas borc, 8,21 manat məbləğində faiz borcu, cəmi 8261,33 manat məbləğində borcu vardır. İş materiallarında olan 01.04.2021-ci il tarixli xəbərdarlıqdan görünür ki, cavabdeh Banka olan borcu ödəməyəcəyi təqdirdə məhkəməyə müraciət olunacağı haqqında xəbərdar olunmuşdur. İş materialları ilə müəyyən olunur ki, İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış 08 oktyabr 2019-cu il tarixli, 135615-CNS-11599/1 saylı “Nağd pul krediti müqaviləsi”nə əsasən Azərbaycan Respublikası Prezidentinin Fərmanına uyğun olaraq 20.10.2014-cü il tarixli, 135615-CNS-11599 saylı kredit müqaviləsi restrukturizasiya olunmuş və Borclu illik 1 faiz hesablanması şərti ilə 60 ay müddətinə 9304,58 manat məbləğində kredit borcunun qaytarılmasını öz üzərinə götürmüş, 15.04.2021-ci il tarixli maliyyə arayışa əsasən borclu borclu Cavabdeh İddiaçı ASC-yə 08 oktyabr 2019-cu il tarixli, 135615-CNS-11599/1 nömrəli “Nağd pul kredit müqaviləsi” üzrə 09.09.2021-ci il tarixə 8253,12 manat məbləğində əsas borc, 8,21 manat məbləğində faiz borcu, cəmi 8261,33 manat məbləğində borcu qalmışdır. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. (MM-739.2.) Mülki Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445-ci maddəsinə əsasən, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır. Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Əgər borclu icra müddəti çatdıqdan sonra kreditorun xatırlatmasına baxmayaraq öhdəliyi icra etməzsə, o icranı xatırlatma üzrə gecikdirmiş sayılır. Mülki Məcəllənin 449.4-cü maddəsinə görə özgə vəsaitindən istifadə üçün faizlər, əgər Müqavilədə faizlərin hesablanması üçün daha qısa müddət müəyyənləşdirilməyibsə, həmin vəsait məbləğinin kreditora ödənildiyi günə qədər tutulur. Göstərilən normaları hazırki iş üzrə tətbiq edərək məhkəmə qeyd edir ki, Cavabdeh İddiaçı ASC ilə nağd pul krediti müqaviləsi bağlayaraq, üzərinə götürülmüş öhdəlikləri icra etmədiyinə görə, yəni müqavilə şərtlərinə əsasən ödənişlərini vaxtında aparmadığı üçün öhdəliyin icrasını gecikdirmişdir və bu səbəbdən Bank qarşısında məsuliyyət-cavabdehlik daşıyır. Belə olan halda Bankın məhkəmə qaydasında Cavabdeh 8253,12 (səkkiz min iki yüz əlli üç manat on iki qəpik) manat məbləğində əsas borc, 8,21 (səkkiz manat iyirmi bir qəpik) manat məbləğində faiz borcu olmaqla, cəmi 8261,33 (səkkiz min iki yüz altmış bir manat otuz üç qəpik) manat məbləğində borcun ödənilməsini tələb etməsi tam əsaslıdır. Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Hazırkı iş üzrə çəkilmiş məhkəmə xərcləri Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsi ilə müəyyən edilmiş qaydada ödənilmiş iddia tələbinin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməli olduğundan, iddia tələbi təmin olduğundan hazırkı iddianın qaldırılması ilə əlaqədar iddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumu Cavabdeh tutularaq iddiaçıya ödənilməlidir. Beləliklə, məhkəmə iş üzrə toplanmış və tədqiq olunmuş sübutlara obyektiv, qərəzsiz və məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməli, İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış 08 oktyabr 2019-cu il tarixli, 135615-CNS-11599/1 saylı “Nağd pul krediti müqaviləsi”nə əsasən 09.09.2021-ci il tarixə Banka borclu olduğu 8253,12 (səkkiz min iki yüz əlli üç manat on iki qəpik) manat məbləğində əsas borc, 8,21 (səkkiz manat iyirmi bir qəpik) manat məbləğində faiz borcu olmaqla, cəmi 8261,33 (səkkiz min iki yüz altmış bir manat otuz üç qəpik) manat məbləğində borc və ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumu Cavabdeh tutularaq İddiaçı ASC-yə ödənilməlidir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası MPM-in 14.2, 77.1, 88 və 217.4-cü maddələrinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216-220, 222.2 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış 08 oktyabr 2019-cu il tarixli, 135615- CNS-11599/1 saylı “Nağd pul krediti müqaviləsi”nə əsasən 09.09.2021-ci il tarixə Banka borclu olduğu 8253,12 (səkkiz min iki yüz əlli üç manat on iki qəpik) manat məbləğində əsas borc, 8,21 (səkkiz manat iyirmi bir qəpik) manat məbləğində faiz borcu olmaqla, cəmi 8261,33 (səkkiz min iki yüz altmış bir manat otuz üç qəpik) manat məbləğində borc və ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumu Cavabdeh tutularaq İddiaçı ASC-yə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Rəna Qafarova
Məhkəmə qərarları › İş №2(009)-2231/2021
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №2(009)-2231/2021
09.09.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver