Məhkəmə qərarları › İş №2(009)-2239/2022

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №2(009)-2239/2022

15.11.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(009)-2239/2022 15.11.2022 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Abdullayev Şahin Zülfüqar oğlunun sədrliyi, Ağayeva Narqələm Bayram qızının katibliyi ilə İddiaçının nümayəndəsi F.Ə.Abdullayevin iştirakı ilə İddiaçı Cavabdeh qarşı maddi ziyanın ödənilməsi tələbinə dair mülki işə Səbail rayon məhkəməsi binasında açıq məhkəmə iclasında baxaraq… MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı maddi ziyanın ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək göstərmişdir ki, xx.xx.2005-ci il tarixdə Məhərrəm Nəcəfov və ailə üzvlərinə məxsus 2,34 ha torpaq sahəsinin 0,80 ha hissəsini almışdır. Həmin torpaq sahəsindən halhazıradək istifadə edir. 2020-ci ilin iyul ayında cavabdehin torpağına sahiblik edən Mirzəağa heyvanlarını ona məxsus torpaq sahəsinə saldıqdan sonra, M.Nəcəfovun torpağının qalan 1,54 ha hissəsini 2015-ci il tarixdə Cavabdeh satdığını bilmişdir. Cavabdehə aldığı 0,80 ha torpaq sahəsini qanunsuz zəbt etdiyini deməsinə baxmayaraq, cavabdeh onun iradına məhəl qoymadığı üçün o, məcbur olub məhkəmədə iddia qaldırmışdır. Salyan rayon Məhkəməsinin 2(057)-107/2021 saylı qətnaməsinə əsasən X1, X2, X3, X7, X6, X4 və X5 ilə Cavabdeh arasında 0,80 ha torpaq sahəsinin satılması barədə hissədə Salyan 2 saylı notariat kontorunda bağlanmış xx.xx.2015-ci il tarixli AN-İ No ******* nömrəli müqavilə və həmin müqavilə əsasında Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 13 saylı Ərazi İdarəsində ********** nömrə ilə xx.xx.2015-ci ildə Cavabdeh adına qeydə alınmış ******* nömrəli çıxarışın faktiki olaraq İddiaçı satılmış 0,80 hektar torpaq sahəsinə aid hissəsi ləğv edilmişdir. Həmin qətnamə qanuni qüvvəsini almışdır. Onun 0,80 ha torpaq sahəsi 2015-2021-ci illər arasında yonca əkini altında olmuşdur. Cavabdeh qanunsuz olaraq onun yerini zəbt edərək ona ziyan vurmuşdur. Əldə etməsi nəzərdə tutduğu gəlir əldən çıxmışdır. Dəymiş ziyanın hesablanması barədə X20 İnkişaf Mərkəzinə müraciət etmişdir. Nəticədə torpaq sahəsinə baxış keçirilmiş və ona 2530 manat məbləğində maddi ziyan dəyməsi müəyyən edilmişdir. Cavabdehin qanunsuz hərəkətləri ucbatından ona 2530 manat ziyan dəymişdir. Göstərilənləri nəzərə alaraq iddiaçı dəymiş 2530 manat məbləğində maddi ziyanın və 46 manat dövlət rüsumunun Cavabdeh alınaraq onun xeyrinə verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında izahatı alınmış iddiaçının nümayəndəsi X8 iddia tələbini tam müdafiə edərək onun təmin edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçının nümayəndəsi həmçinin izahatında göstərmişdir ki, beş il ərzində onun qardaşı 0,80 ha torpaq sahəsində yonca əkib biçmiş, cavabdeh isə gəlib onu sahədən aparmışdır. Cavabdeh yaşayış yeri məlum olmadığından onu məhkəməyə dəvət etmək mümkün olmamışdır. Bu barədə onun axırıncı yaşayış yerindən məhkəmə bildirişi müvafiq qeydlə (“bu ünvanda yaşamır”) məhkəməyə daxil olduqdan sonra, məhkəmə AR MPM-nin 147-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün saymışdır. Məhkəmə iş üzrə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. İş üzrə Salyan rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(057)-107/2021 saylı qətnaməsinin surətindən görünür ki, X1, X2, X3, X7, X6, X4 və X5 ilə Cavabdeh arasında 0,80 ha torpaq sahəsinin satılması barədə hissədə Salyan 2 saylı notariat kontorunda bağlanmış 12 mart 2015-ci il tarixli AN-İ No ******* nömrəli müqavilənin və həmin müqavilə əsasında Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 13 saylı Ərazi İdarəsində ********** nömrə ilə xx.xx.2015-ci ildə Cavabdeh adına qeydə alınmış ******* nömrəli çıxarışın faktiki olaraq İddiaçı satılmış 0,80 hektar torpaq sahəsinə aid hissəsinin ləğv edilməsi qət edilmişdir. İş üzrə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 13 saylı Şirvan Ərazi İdarəsi tərəfindən tərtib edilmiş AA seriyalı 617670 nömrəli, xx.xx.2021-ci il tarixli torpaq sahəsinin planı və ölçüsünün surətindən görünür ki, Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Salyan rayon şöbəsi tərəfindən verilmiş xx.xx.1998-ci il tarixli, JN-671 nömrəli torpağa mülkiyyət hüququna dair dövlət aktına və Salyan rayon Məhkəməsinin 2(057)-107/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsinə əsasən İddiaçı Salyan rayonu, Aşağı Noxudlu kəndində yerləşən 0,80 ha torpaq sahəsi ilə bağlı planı və ölçüsü tərtib edilmişdir. İş üzrə Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyinin yanında Aqrar Xidmətlər Agentliyinin X17 X19 Mərkəzinin şöbə müdiri Şükür İsmayılov tərəfindən Salyan rayon vəkil bürosunun vəkili Elnur Musayeva ünvanlanmış xx.xx.2022-ci il tarixli mütəxəssis rəyinin surətindən görünür ki, xx.xx.2022-ci il tarixdə Salyan DAİM-nin hüquqşünası Kərimov Tural və zərərçəkmiş İddiaçı ilə birlikdə (qarşı tərəf gəlməkdən imtina etdi) Noxudlu kəndində olan 0,80 ha torpaq sahəsinə baxış keçirmişlər. Sahə suvarma şəraiti olan beton kanalın yaxınlığında yerləşir. Həmçinin torpaq sahəsi yüksək məhsuldardır. Hazırda sahənin yarı hissəsində taxıl əkilmiş, digər hissəsi köhnə yoncadır. 2015-2021-ci ildə həmin 0,80 ha sahə köhnə yonca əkini altında olmuşdur. Sorğunu nəzərə alaraq 5 ildə həmin həmin sahədən orta hesabla əldə olunan məhsula və bazar qiymətinə uyğun olaraq çəkilən xərcləri hesabladıqda aşağıdakı kimi olmuşdur:

1. İ biçin 180 ədəd kip x 2 man = 360 manat

2. İİ biçin 80 ədəd kip x 2,50 man = 200 manat

3. İİİ biçin 60 ədəd kip x 2,50 man = 150 manat

4. İV biçin 60 ədəd kip x 2,50 man = 150 manat, cəmi: 850 manat. Çəkilən xərclər:

1. Muvarma 3 dəfə x 20 man = 60 manat

2. Biçin 4 dəfə x 30 man = 120 manat

3. Dırmıq 4 dəfə x 15 man = 60 manat

4. Kip bağlanması 380 x 0,30 man = 114 manat, cəmi 354 manat. Bu ildə əldə olunan gəlir 506 (860 manat – 354 manat) manat təşkil etmişdir. Deməli, İddiaçı 5 il ərzində həmin sahədən 506 x 5 = 2530 manat gəlir əldə bilərdi. Maddi ziyanın cəmi 2530 manat məbləğində dəyməsi barədə mütəxəssis rəyini imzası ilə təsdiq etmişdir. Məhkəmə verilmiş tələb üzrə aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Məhkəmə iclasında müəyyən edilmişdir ki, iddiaçı xx.xx.2005-ci ildə Salyan rayon Noxudlu kəndində yerləşən və Məhərrəm Nəcəfovun mülkiyyətində olan 2,34 ha torpaq sahəsinin 0,80 ha hissəsini almışdır. Bu barədə həmin şəxslər arasında alqı-satqı müqaviləsi bağlanmışdır, lakin bölgü planı tərtib olunmamışdır. Razılaşmaya əsasən iddiaçı aldığı torpaq sahəsini 2015-ci ilədək istifadə etmiş, torpağı satmış tərəf isə buna etiraz etməmişdir. 2015-ci ildə M.Nəcəfovun mülkiyyətində qalmış 1,543 ha torpaq sahəsi Cavabdeh satmış və həmin torpaq sahəsi Cavabdeh adına 2015-ci ildə daşınmaz əmlakın dövlət reyestrində mülkiyyət kimi qeydiyyata alınmışdır. İddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş Salyan rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qətnaməsi ilə müəyyən edilmişdir ki, İddiaçı 2020-ci ilin iyul ayında Cavabdeh tərəfindən ona məxsus 0,80 ha torpaq sahəsinə sonuncunun müdaxilə etməyə başlamasını görərək, öz aralarında razılaşa bilmədikləri üçün alqı-satqının ona satılmış 0,80 ha torpaq sahəsinə aid hissəsinin ləğv edilməsi barədə tələblə məhkəməyə müraciət etmişdir. Həmin qətnamə ilə müəyyən edilmişdir ki, 2020-ci ildə Esmira İddiaçı Əliyevanın onun aldığı torpağa müdaxilə etməyə başladıqdan sonra o, torpaq sahəsinin bölgü planı əldə etmişdir. Qeyd edilən məhkəmə qətnaməsi ilə Məhərrəm Nəcəfov və qeyriləri ilə Cavabdeh arasında 0,80 ha torpaq sahəsinin satılması barədə hissədə Salyan 2 saylı notariat kontorunda bağlanmış xx.xx.2015-ci il tarixli müqavilənin və həmin müqavilə əsasında Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 13 saylı Ərazi İdarəsində xx.xx.2015-ci ildə Cavabdeh adına qeydə alınmış ******* nömrəli çıxarışın faktiki olaraq İddiaçı satılmış 0,80 hektar torpaq sahəsinə aid hissəsinin ləğv edilməsi qət edilmişdir. İddiaçı tərəfindən irəli sürülmüş tələbdən görünür ki, onun 0,80 ha torpaq sahəsi 2015-2021-ci illər arasında yonca əkini altında olmuşdur. Cavabdeh qanunsuz olaraq ona məxsus torpağını zəbt edərək ona ziyan dəymişdir. O, dəymiş ziyanın hesablanması barədə X20 İnkişaf Mərkəzinə müraciət etmiş, torpaq sahəsinə baxış keçirilmiş və ona 2530 manat məbləğində maddi ziyan dəyməsi müəyyən edilmişdir. Bu səbəbdən iddiaçı dəymiş ziyanın və ödənilmiş dövlət rüsumunun cavabdehdən tutulmasını məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Məcəllənin 21.1-ci maddəsinə əsasən hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrənin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli qərarında qeyd edilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinin müddəaları yalnız real zərərin, habelə əldən çıxmış faydanın ödənilməsini nəzərdə tutur. Həmin Məcəllənin 23-cü maddəsində nəzərdə tutulmuş zərər dedikdə şərəfin, ləyaqətin və işgüzar nüfuzun ləkələnməsi ilə bağlı şəxsə dəymiş mənəvi zərər (fiziki və mənəvi iztirablar) və maddi zərər başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəllənin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır (maddə 1096.2). Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Qeyd edilən Məcəllənin 1115-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. Qanunvericiliyin yuxarıda göstərilən tələblərindən də göründüyü kimi yalnız zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş ziyanı tələb edə bilər. Ziyanın isə tələb edilməsi üçün ilk növbədə zərərvuran qismində göstərilən şəxsin hərəkətlərində zərərçəkmiş şəxsə qarşı yönəlimiş hüquqi zidd hərəkətləri sübut olunmalı və vurulmuş ziyanın məhz həmin hərəkətlər nəticəsində əmələ gəlməsi təsdiq olunmalıdır. Məhkəmə qeyd edir ki, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə birbaşa ziyan və ya zərər vurulmasına səbəb olan təqsirli, hüquqazidd əməldir. Mülki hüquq pozuntusunun yaranmasında nəzərdə tutulan hüquqazidd əməl dedikdə mülki qanunvericiliyin normalarını pozan hərəkət və ya hərəkətsizlik anlaşılır. Eləcə də delikt törətmiş şəxsin əməli təqsirli olmalıdır. Təqsirli əməl şəxsin qəsdi və ya ehtiyatsızlığı nəticəsində yaranır. Bu səbəbdən də mülki hüquqi məsuliyyətin əsasında şəxsin qəsdən və ya ehtiyatsızlıqdan edilmiş hərəkətləri dayanır. Kobud ehtiyatsızlıqda şəxs öz hərəkətinin və ya hərəkətsizliyinin zərərli nəticələr baş verə biləcəyi aşkar göründüyü halda etinasızlıq göstərərə onların qarşısını almır, adi ehtiyatsızlıqda isə baş verə biləcək zərərli nəticələr aşkar görünmür, onların aşkarlanması üçün xüsusi diqqət və qayğı tələb olunur. Yuxarıda göstərilən əlamətləri özündə ehtiva edən mülki hüquq pozuntusu (delikt) törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Delikt törətmiş şəxsin mülki hüquqi məsuliyyətinin yaranması üçün bir sıra əsasların mövcudluğu tələb olunur. Ümumiyyətlə, zərərin əvəzinin ödənilməsi üçün, bir qayda olaraq, mülki hüquq pozuntusunun (deliktin) mövcud olması tələb olunur. Beləliklə, mülki hüquq pozuntusunun tərkibini mülki-hüquqi məsuliyyətin aşağıdakı ümumi şərtləri təşkil edir:

1. Törədilmiş əməlin (hərəkətin və ya hərəkətsizliyin) hüquqazidd olması; hüquqazidd əməl dedikdə şəxsin qanunla birbaşa qadağan edilmiş və ya qanunun imperativ normalarını pozan hərəkət və ya hərəkətsizliyi anlaşılır.

2. Törədilmiş əməl (hərəkət və ya hərəkətsizlik) nəticəsində başqa şəxsə birbaşa ziyan və ya zərər yetirilməsi. Bu halda şəxsin maddi və ya mənəvi itkilərə məruz qalması anlaşılır. Maddi zərər əmlak itkilərinə səbəb olur.

3. Zərərvuranın hüquqazidd hərəkəti ilə baş vermiş zərərli nəticələr arasında səbəbli əlaqənin olması. Belə ki baş vermiş zərərli nəticə məhz məsuliyyətə cəlb edilməli şəxsin hərəkəti nəticəsində baş verdikdə onun məsuliyyəti yarana bilər. Səbəbli əlaqə zərərli nəticənin konkret əməldən yaranmasını ehtiva edir.

4. Hüququpozan şəxsin təqsirinin olması. Göründüyü kimi qanunvericiliyin tələbinə əsasən ziyanın vurulması və mülki hüquq pozuntusunun yaranması üçün dörd şərtin olması vacibdir. Beləliklə yalnız yuxarıda göstərilən dörd şərtin hamısını özündə ehtiva edən mülki qanunvericiliyin normalarını pozmuş əməl (hərəkət və ya hərəkətsizlik) mülki hüquqi məsuliyyətin yaranmasına səbəb ola bilən mülki hüquq pozuntusu sayılır. Məhkəmə qeyd edir ki, cavabdeh tərəfindən qanuni əsaslarla iddiaçıya satılmış 0,80 ha torpaq sahəsinə müdaxilə etməsi səbəbindən iddiaçı ona satılmış torpaq sahəsindən müəyyən müddət istifadə edə bilmədiyi üçün qanunsuz müdaxilə səbəbindən cavabdeh tərəfindən ona vurulmuş ziyanın tutulması ilə bağlı tələb irəli sürməklə haqlı hesab edilməlidir. Lakin məhkəmə vurulmuş ziyan müddəti ilə bağlı qeyd edir ki, qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə cavabdeh tərəfindən iddiaçıya satılmış 0,80 ha torpaq sahəsinə müdaxilənin 2020-ci ilin iyul ayında olması müəyyən edildiyindən, iddiaçı isə 2015-ci ildən 2021-ci ilədək olan müddət ərzində ziyan tələb etdiyindən, cavabdeh tərəfindən vurulmuş ziyanın 2020- 2021-ci illər ərzində olması nəzərə alınmalıdır. Məhkəmə iddiaçının nümayəndəsinin cavabdeh tərəfindən müdaxilənin 2015-2020-ci illər ərzində baş verməsi barədə dəlillərin təsdiq edən sübutun məhkəməyə təqdim edilməməsini nəzərə alaraq hesab edir ki, həmin dəlillər əsaslı hesab edilə bilməz və qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilən qanunsuz iddiaçının torpağına müdaxilənin 2020-2021-ci illər ərzində olması preyudisial sübut kimi qəbul edilməlidir. Mülki Prosessual Məcəllənin 82.3-cü maddəsinə əsasən, bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Preyudisiallıq məhkəmə aktının qanuni qüvvəsinin təkzibedilməzliyi, müstəsnalığı və məcburiliyi kimi keyfiyyət göstəricilərini özündə ehtiva edir. Preyudisiya institutu məhkəmə aktlarına yenidən baxılmasının qarşısının alınmasına, məhkəmə təcrübəsində eyniliyin, sabitliyin və hüquqi müəyyənliyin təmin edilməsinə yönəlmişdir. Preyudisiallığı tənzim edən normalar sübut etmə prosesini sadələşdirməyə, işlərə baxılma müddətinin qısaldılmasına, məhkəmələrin, eləcə də məhkəmə prosesi iştirakçılarının vəsaitinə qənaət edilməsinə yönəlmişdir (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin şərh edilməsinə dair” 2016-cı il 23 fevral tarixli Qərarı). Konstitusiya Məhkəməsinin formalaşan hüquqi mövqeyə əsasən qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi eyni tərəflər arasında eyni predmet barəsində olan mübahisəyə dair çıxarılmış qərarın preyudisial əhəmiyyətə malik olduğu müəyyən edir. Eyni tərəflər arasında baxılan işdə müəyyən edilmiş faktlar isə başqa işdə baxılarkən yenidən sübut olunmur və həmin faktlar sübut edilmiş hesab edilir. Məhkəmə Salyan Dövlət X14 və X19 Mərkəzinin mütəxəssisi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli mütəxəssis rəyinə əsasən bir il ərzində əldə olunan gəlirin 506 manat təşkil etməsini nəzərə alaraq hesab edir ki, cavabdeh tərəfindən iddiaçıya vurulmuş ziyan məbləği 506 manat təşkil edir. Belə olan halda məhkəmə hesab edir ki, cavabdehdən iddiaçının xeyrinə vurulmuş ziyanın əvəzi kimi 506 manat məbləğində pul tutulmalıdır. AR MPM-nin 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məhkəmə həmçinin hesab edir ki, iddia tələbi vurulmuş ziyanın tutulması hissəsində qismən təmin edildiyindən, dövlət rüsumunun tutulması hissəsində qismən təmin edilməli, 46 manat məbləğində ödənilmiş dövlət rüsumunun 30 manatı cavabdehdən iddiaçının xeyrinə tutulmalı, qalan hissədə iddiaçıya aid edilməlidir. Azərbaycan Respublikasının MPM-nın 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Şərh olunanları nəzərə alaraq və AR MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə…

QƏT ETDİ:

İddia qismən təmin edilsin. Cavabdeh İddiaçı xeyrinə vurulmuş ziyanın əvəzi kimi 506 manat və ödənilmiş dövlət rüsumunun əvəzi kimi 30 manat, cəmi 536 (beş yüz otuz altı) manat məbləğində pul tutulsun. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qeyd: apellyasiya şikayəti elektron sistem vasitəsi ilə verilmədikdə AR MPM-nin 363.1.5ci maddəsinə əsasən geri qaytarılacaqdır.

Hakim: Şahin Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar