Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(009)-224/2022 16.06.2022 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Süleymanova Şəhla Ənvər qızının sədrliyi, Əliyeva Leyla Mirfazil qızının katibliyi ilə, İddiaçı, Cavabdeh "xxxx" ASC-nin nümayəndəsi Hacı-X6 iştirakları ilə, İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı “pul” tələbinə dair mülki işə Səbail rayon məhkəməsi binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı “sığorta ödənişi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 3040 manat məbləğində dəymiş ziyanın və ödənilmiş 50 manat dövlət rüsumunun cavabdehdən tutularaq İddiaçı xeyirinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir İddiaçı tələbini belə əsaslandırmışdır ki, 06 sentyabr 2021-ci il tarixində ona məxsus Hyundai Sonata minik ** XY *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü günahkar olmuş və onun maşınının siğorta ödənişinin ödənilməsi barədə forma 4-ü Azərbaycan Sənaye Siğorta ASC-yə yönləndirilmişdir. Cavabdeh Azərbaycan Sənaye Siğorta İddiaçı ünvanına bildiriş göndərərək onun avtomobilinə "xxxx" MMC tərəfindən baxış keçirildiyini və dəyən ziyanın 1415 manat müəyyən edildiyi bildirilmişdir. Lakin İddiaçı ona təklif olunmuş məbləğə avtomobilinin saz vəziyyətinə gətirilə bilməyəcəyini bilib cavabdehlə razılaşmamışdır. Halbuki, X8 3040 manat zərərin dəydiyi barədə qüsur aktı təqdim etmişdir. Sığortaçı sığorta hadisəsi nəticəsində dəymiş zərərin məbləğini bilavasitə özü və ya “Sığorta fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 10.10-cu maddəsinin tələbi nəzərə alınmaqla tərəflərin qarşılıqlı razılığı ilə təyin olunan qiymətləndirmə fəaliyyəti ilə məşğul olan müstəqil ekspert tərəfindən aparılır. Halbuki, İddiaçı dəfələrlə şikayətlərindən sonra müstəqil ekspert təyin edilmiş, lakin təyin olunmuş müstəqil ekspert hansı servis tərəfindən keçirilməsini onunla razılaşdırmayıblar və öz aralarında dəyən zərəri 1610 manat məbləğində müəyyən ediblər. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsində göstərilənləri müdafiə edərək bildirmişdir ki, “ X8” MMC tərəfindən avtomobilə dəymiş ziyan 3040 manat məbləğində müəyyən edilmişdir. Qiymətdə səhvlik ola bilər, amma sıradan çıxmış detallarla bağlı səhvlik ola bilməz. O müstəqil ekspert X1 və Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin tərtib etdiyi rəylər ilə razı deyil. Həmin rəylərdə göstərilən qiymətlər ilə avtomobili təmir etdirmək qeyri-mümkündür. Maşın arxadan vurulduğuna görə elə şeylər var ki, heç orada yazılmayıb. Stopun qiyməti düzgün deyil, onun maşınının stopu ikinci əl bazarında belə 250 manatdır. Bu səbəbdən də, iddianın tam təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdeh "xxxx" ASC-nin nümayəndəsi X7 oğlu Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin rəyi ilə razı olduqlarını, qanunvericiliyin tələblərinə uyğun olaraq ödəməyə hazır olduqlarını bildirmişdir. İş materiallarını araşdırıb, iddiaçını və cavabdehin nümayəndəsini dinləyib, toplanmış sübutlara hüquqi qiymət verərək məhkəmə hesab edir ki, iddia tələbi aşağıdakı əsaslara görə qismən təmin edilməlidir. İş materiallarında olan Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta hadisəsi hesab edilə bilən halın təfərrüatları barədə Arayışdan görünür ki, xx.xx.2021-ci il tarixdə saat 22:00 dəqiqədə Ağ Şəhər ərazisində toqquşma növündə yol-nəqliyyat hadisəsi baş vermişdir. “Hyundai Sonata” markalı, **-XY-*** dövlət nömrə nişanlı avtomobili hadisə zamanı idarə edən X5 olmuşdur. İş materiallarında olan xx.xx.2021-ci il tarixli İXP4172132 nömrəli inzibati xəta haqqında protokolundan görünür ki, xx.xx.2021-ci il tarixində X5 idarə etdiyi “Hyundai Sonata” markalı, **-XY-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsilə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törətmişdir. İş materiallarında olan “X8” MMC-nin xx.xx.2021-ci il tarixli Aktından görünür ki, İddiaçı məxsus “Hyundai Sonata” markalı, ** XY *** dövlət nömrə nişanlı avtomobilə “ X8” MMC-nın servisində ilkin texniki baxış keçirilmiş və dəymiş ziyanın məbləğini 3040 manat məbləğində müəyyən edilmişdir. İş materiallarında olan müstəqil ekspert X1 tərtib etdiyi avtomobilə dəymiş maddi ziyanın aradan qaldırılmasına tələb olunan xərclər üzrə qiymətləndirmə Aktından görünür ki, İddiaçı məxsus “Hyundai Sonata” markalı, ** XY *** dövlət nömrə nişanlı avtomobilə dəymış ziyanın məbləği 1610 manatdır. İş materiallarında olan "xxxx" MMC tərəfindən xx.xx.2021-ci il tarixdə tərtib edilmiş Aktdan görünür ki, İddiaçı məxsus Hyundai Sonata ** XY *** dövlət nömrə nişanlı avtomobilə dəymış ziyanın məbləği 1415 manatdır. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2022-ci il tarixli, 9/394 saylı Rəyindən görünür ki, “Abşeron Motors”-un xx.xx.2021-ci il tarixli və müstəqil ekspert X2 tərəfindən tərtib edilmiş xx.xx.2021-ci il tarixli qüsur aktlarındakı məlumatlara əsasən avtohissələrin qiymətləri nəzərə alınmaqla 2010-cu il buraxılışı “Hyundai Sonata” markalı, **-XY-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci hadisə baş verən tarixə təxminən 1460 manat məbləğində müəyyən edilmişdir. (təhqiqatın dəyəri 100 manat) İddiaçı tərəfindən irəli sürülmüş tələbdən görünür ki, baş vermiş sığorta hadisəsi zamanı onun avtomobilinə 3040 manat ziyan dəydiyini və həmin məbləğin cavabdehdən tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra, MM) 922.1-ci maddəsinə əsasən sığorta hadisəsi icbari sığorta qanunlarına və ya sığorta müqaviləsinə görə sığorta ödənişinin sığortalıya, sığorta olunana və ya digər faydalanan şəxslərə ödənilməsi üçün əsas olan, sığorta müqaviləsinin qüvvədə olduğu müddət ərzində baş verən hadisə və ya yaranan haldır. MM-in 925.1-ci maddəsinə əsasən sığorta hadisəsi nəticəsində dəymiş zərərin miqdarını sığortalının, sığorta olunanın və ya faydalanan şəxsin, yaxud onların nümayəndəsinin təqdim etdiyi sığorta tələbi əsasında mümkün olan ən qısa müddət ərzində sığortaçı müəyyən edir. MM-in 926.1-ci maddəsinə əsasən sığorta ödənişi sığorta hadisəsi baş verdikdə icbari sığorta qanunlarına və ya sığorta müqaviləsinə uyğun olaraq sığortaçı tərəfindən ödənilən maliyyə kompensasiyasıdır. MM-in 926.2-ci maddəsinə əsasən sığortaçı sığorta ödənişini sığorta məbləği həddində həyata keçirir. «İcbari sığortalar haqqında» Qanunun 50.1-ci maddəsinə əsasən avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası mexaniki avtonəqliyyat vasitələrinin Azərbaycan Respublikasının ərazisində istifadəsi nəticəsində fiziki şəxslərin sağlamlığına, həmçinin fiziki və hüquqi şəxslərin əmlakına vurduğu zərərlərin əvəzinin ödənilməsi məqsədi ilə tətbiq edilir. Həmin Qanunun 52.1-ci maddəsinə əsasən avtonəqliyyat vasitəsinin Azərbaycan Respublikasının ərazisində istifadəsi nəticəsində zərərçəkən üçüncü şəxslərin sağlamlığına və (və ya) əmlakına dəymiş zərərin əvəzinin ödənilməsi üzrə mülki məsuliyyətin yaranması faktı sığorta hadisəsi hesab olunur. Həmin Qanunun 54-cü maddəsinə əsasən Bu Qanunun 7-ci maddəsində müəyyən edilmiş istisna nəzərə alınmaqla, müvafiq icbari sığorta müqaviləsinin tərəfi olmayan, sığortalının və ya sığorta olunanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində zərər çəkən şəxslər, o cümlədən avtonəqliyyat vasitəsindəki sərnişinlər, onlar öldükləri halda, ailə üzvləri bu Fəslin məqsədləri üçün üçüncü şəxs sayılırlar. Həmin Qanunun 56.1 və 56.1.2-ci maddəsinə əsasən üçüncü şəxsə dəyə bilən zərərə görə avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortasına dair standart və sərhəd sığorta müqavilələri üzrə sığorta məbləğləri - üçüncü şəxslərin əmlakına dəyən zərər üzrə 5000 manat kimi müəyyən edilir. Həmin Qanunun 16.2-ci maddəsinə əsasən sığortaçı sığorta hadisəsi nəticəsində dəymiş zərərin məbləğini bilavasitə özü və ya «Sığorta fəaliyyəti haqqında» Azərbaycan Respublikası Qanununun 10.10-cu maddəsinin tələbini nəzərə almaqla təyin etdiyi sığorta sahəsində yardımçı fəaliyyət göstərən müvafiq şəxs vasitəsilə müəyyən edir. Zərərin sığortaçı tərəfindən müəyyən edilmiş həcmi barədə tərəflər arasında razılıq əldə edilmədikdə, zərərin miqdarının qiymətləndirilməsi «Sığorta fəaliyyəti haqqında» Azərbaycan Respublikası Qanununun 10.10-cu maddəsinin tələbi nəzərə alınmaqla tərəflərin qarşılıqlı razılığı ilə təyin olunan qiymətləndirmə fəaliyyəti ilə məşğul olan müstəqil ekspert tərəfindən aparılır. Qanunvericiliyin qeyd edilən normalarından göründüyü kimi, cavabdeh icbari sığortanı həyata keçirərkən sığorta hadisəsi baş verdikdən sonra zərərin obyektiv qiymətləndirilməsi istiqamətində zəruri addımlar atmalıdır. Zərərin sığortaçı tərəfindən müəyyən edilmiş həcmi barədə tərəflər arasında razılıq əldə edilmədikdə isə zərərin miqdarının qiymətləndirilməsi tərəflərin qarşılıqlı razılığı ilə təyin olunan qiymətləndirmə fəaliyyəti ilə məşğul olan müstəqil ekspert tərəfindən aparılır. İşin faktiki hallarından görünür ki, cavabdeh yol-nəqliyyat hadisəsindən sonra üzərinə düşən öhdəliyi yerinə yetirmiş, yəni ilkin olaraq sığorta hadisəsi nəticəsində dəymiş zərərin məbləğini müəyyən etmiş, lakin zərərin sığortaçı tərəfindən müəyyən edilmiş həcmi barədə tərəflər arasında razılıq əldə edilmədiyindən zərərin miqdarının qiymətləndirilməsi qiymətləndirmə fəaliyyəti ilə məşğul olan müstəqil ekspert tərəfindən aparılmış, 1610 manat müəyyən olunmuşdur. Məhkəmə qeyd edir ki, araşdırma zamanı müstəqil ekspert tərəfindən verilmiş rəydə müəyyən edilən halları təkzib edən, bu hallara zidd olan sübutlar müəyyən edilmişdir. Belə ki, iş materiallarında olan “X8” MMC-nin xx.xx.2021-ci il tarixli Aktından görünür ki, İddiaçı məxsus “Hyundai Sonata” markalı, ** XY *** dövlət nömrə nişanlı avtomobilə “ X8” MMC-nin servisində ilkin texniki baxış keçirilmiş və dəymiş ziyanın məbləği 3040 manat məbləğində müəyyən edilmişdir. Hər iki rəydə ziyan məbləği arasındakı fərq yüksək olduğundan məhkəmə tərəfindən ekspertiza keçirilmişdir. Ekspert rəyində ziyan məbləği 1460 manat müəyyən edilmişdir. Məhkəmə ekspertlərin rəyləri əsasında ortaq məbləği müəyyən edərək hesab edir ki, müstəqil ekspert X1 tərtib etdiyi qiymətləndirmə aktına əsasən cavabdehdən 1610 manat sığorta ödənişi tutularaq iddiaçıya ödənilməlidir. Beləliklə, məhkəmə yuxarıda qeyd edilənləri nəzərə alaraq hesab edir ki, iddia tələbi qismən təmin edilməli, cavabdeh "xxxx" ASC-dən 1610 manat (min altı yüz on) sığorta ödənişi tutularaq İddiaçı ödənilməlidir. Azərbaycan Respublikasının MPM-nın 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə iddia tələbinin qismən təmin edilməsini nəzərə alaraq hesab edir ki, iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumunun 40 manatı cavabdehə aid edilməlidir. Həmçinin məhkəmə hesab edir ki, keçirilmiş məhkəmə əmtəəşünaslıq ekspertizası xərci -100 (yüz) manatın 20 (iyirmi) manatı İddiaçı, 80 (səksən) manatı isə "xxxx" ASC-dən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (VÖEN **********, AZ34CTRE********************, X3, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ013601**********3944, SWİFT BİK CTREAZ22) ödənilməlidir. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh "xxxx" ASC-dən 1610 manat (min altı yüz on) və iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumunun 40 manatı (qırx) tutularaq İddiaçı ödənilsin. Keçirilmiş məhkəmə əmtəəşünaslıq ekspertizası xərci -100 (yüz) manatın 20 (iyirmi) manatı İddiaçı, 80 (səksən) manatı isə "xxxx" ASC-dən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (VÖEN **********, AZ34CTRE********************, X3, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ013601**********3944, SWİFT BİK CTREAZ22) ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Səbail Rayon Məhkəməsi (AZ-1003, Bakı şəhəri, M.Useynov küçəsi 5) vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) (MPM-nin 361-363-cü maddələrinə və əlavə 2 uyğun olaraq) elektron qaydada apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Şəhla Süleymanova
Məhkəmə qərarları › İş №2(009)-224/2022
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №2(009)-224/2022
16.06.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver