Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(009)-2240/2022 23.11.2022 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Bağırova Mədinə Ağacavad qızının sədrliyi Əzizova Nurlanə Əli qızının katibliyi, İddiaçı, cavabdeh ləğv prosesində olan QSC “Bank Standard” KB-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun nümayəndəsi Nümayəndə iştirakları ilə, İddiaçı cavabdeh ləğv prosesində olan QSC “Bank Standard” KB-na qarşı əsassız borcun silinməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh ləğv prosesində olan “QSC “Bank Standard” KB-na qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, bank tərəfindən ona əsassız hesablanmış 2000 manatdan yuxarı borcun silinməsi barədə qətnamənin çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, onun adına təqribən 2008-2009cu illərdə Maqnit Elektroniksdən paltaryuyan və televizor məişət avadanlıqları kreditlə alınmışdır və dəyəri tam olaraq ödənilmişdir. Hətta 2009-cu ilin 13 aprel tarixində atası vəfat etmiş və ailəsi təqribən 2009-cu ilin aprel sonu-may ayı ərzində atasının yas mərasimindən yığılan pulla 500 manat həcmində birdəfəlik ödəmə edərək, bu krediti bağlamaq qərarı aldığından, onlar bu qalıq məbləği ödəmiş və krediti tam olaraq qaytarmışlar (bağlamışlar). Bu mallar Maqnit Eelektroniksin daxili krediti hesabına yox, o vaxt Maqnit Elektroniksin birgə işlədiyi Standart Bankın açdığı kredit xətti vasitəsilə alınmışdır və bunu da onlara bu yaxınlarda Standart Bank əməkdaşları bildirmişlər. Çünki onlar malların sırf Maqnit Elektroniksə aid olduğunu bilir və ödəmələr etdikdə onlara ödəmə etdiklərini zənn edirdilər. Lakin təqribən bir il əvvəl o, kredit almaq üçün bankların bir-ikisinə müraciət edən zaman ona adında onun üçün böyük məbləğdə, təqribən 2.000 manatdan bir qədər yuxarı həddə gecikmiş kredit olduğuna dair məlumat verildi və o, Mərkəzi Kredit Reyestrinə (MKR) yaxınlaşan zaman ona bu kreditin Standart Banka və Maqnit Elektroniksə aid olduğu bildirildi. Çox təəssüf ki, həmin vaxt o, xəstə olduğundan, Standart Bank və Maqnit Elektroniks də bağlı olduğundan, yəni onları tapmaq, onlarla əlaqə qurmaq imkanları zəif olduğundan, təqribən bir il əvvəl bu məsələnin necə yarandığı haqda məlumat toplaya bilmədi. Lakin indilərdə Maqnit Elektroniksə aid məlumatları Klass şirkətinin aidiyyatı əməkdaşlarından aldıqdan sonra, ləğv prosesində olan Standart Bankla da əlaqə saxladıqdan sonra Bankın əməkdaşı ona təqribən 2008-2009-cu illərdə Maqnit Elektroniksdən aldığı mallar üzrə həmin borcun yarandığını bildirmiş və onlara bu halla rastlaşan ilk müştəri olmadıqlarını əlavə etmişdir. Bankın əməkdaşı Maqnit Elektroniks tərəfindən çoxsaylı insanların bu hala rast gəldiyini bildirmiş, yəni insanlar Maqnit Elektroniksə aldıqları malların kreditlə dəyərini ödədikdən sonra X1 banka bu ödəməni etmədiyini və insanların illər sonra tam ödədiklərini zənn etdikləri kredit məbləğləri üzrə borc vəsaitlərinin yarandıqlarını öyrəndiklərini və əksəriyyətin də təbii olaraq məhkəmələrə müraciət məcburiyyəti qarşısında qaldıqlarını bildirmişlər. Odur ki, o, Standart Banka yazdığı ərizə ilə bu borc məbləğilə razılaşmadığını və adından çıxarılması xahişini-tələbini etdiyi durumda Bank ona bunun mümkün olmayacağı, yəni borcun ödənilməsi tövsiyyəsini etdiyi cavab məktubu ilə cavab vermiş və narazı qaldığı təqdirdə məhkəməyə müraciət imkanının olduğunu bildirmişdir. Bu məktuba əsasən onun Banka 594,43 manat əsas borcu və 1676,54 manat məbləğində faiz borcu öhdəliyi mövcuddur. O, krediti anası X2, qardaşı X3 və qardaşının iki-üç dostunun iştirakilə ödəmişdir (krediti tam bağlamaq qərarına gəldiyi üçün anası və qardaşı qardaşının dostlarının da iştirakilə getmişlər) və istənilən vaxt bu şəxslərin hər biri öz şahidliklərini təqdim edə bilərlər. Necə ola bilər ki, 2009-cu ildən keçən 13 il ərzində bank bircə dəfə də olsun zəng etməyib, məhkəməyə müraciət etməyib, hər hansı xəbərdarlıq bildirməyib və borcu sadəcə şişirdə-şişirdə bu həddə gətirib çatdıraraq vətəndaşı pis durumda qoya bilir. Evdə xəstəlik halları çoxdur. Onlara təcili kredit çəkmək lazımdır. Onlar isə bu gecikmiş borc səbəbilə heç bir banka kredit müraciəti edə bilmir. 2009-cu ildən keçən illər ərzində banka borcumuzun bağlandığını göstərə biləcək heç bir arayış, qəbz, hətta həminmalların alqı-satqı sənədləribelə qalmamış, hətta həmin mallar xarab olaraq əllərindən çıxmışdır. Ona görə də əsassız borcun silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iddiaçı iddia tələbini müdafiə edərək onun təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında cavabdehin nümayəndəsi Nümayəndə iddia tələbini qəbul etməyərək bildirmişdir ki, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-4498/2016 saylı, xx.xx.2016-cı il tarixli Qərarı ilə QSC “Bank Standard” KB müflis elan edilmiş, iflas proseduruna başlanılmış və Əmanətlərin Sığortalanması Fondu QSC “Bank Standard” KB-nin ləğvedicisi təyin edilmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Banklar haqqında” Azərbaycan Respublikası Qanununun 72.1.2 və 72.1.3cü maddələrinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 254.2, 153.2.1 və 261.0.1-ci maddələri ilə, eləcə də, Azərbaycan Respublikası əmək Məcəlləsinin 178-ci maddəsinin 2-ci bəndinin “Banklar haqqında” Azərbaycan Respublikası Qanununun 72, 77 və 82-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair” 13 iyun 2017-ci il tarixli qərarına əsasən “Banklar haqqında” Azərbaycan Respublikası Qanununun 72.1.2-ci maddəsinin “dayandırma” ifadəsi bankın müflis elan olunmasına dair məhkəmənin qərarı qüvvəyə mindiyi andan banka qarşı kreditor tələblərlə bağlı mülki məhkəmə icraatında olan işlərin Respublikası Mülki Prosessual Məcəlləsinin 254-cü maddəsində nəzərdə tutulmuş qaydada icraatın dayandırılmasını deyil, bu Məcəllənin 261.0.1-ci maddəsinə əsasən icraatına xitam verilməsini nəzərdə tutur. Bütün bunları nəzərə alaraq, iddia tələbi əsassız olduğundan, QSC “Bank Standard” KB ləğv prosesində olduğundan ona qarşı iddia qaldırıla bilmədiyindən iddia ərizəsinin rədd edilməsini xahiş etmişdir. Məhkəmə tərəfləri dinləyib, iş materiallarını tədqiq edərək, hesab edir ki, aşağıdakılara görə iş üzrə icraata xitam verilməlidir. İş materiallarında olan QSC “Bank Standard” KB ilə İddiaçı arasında bağlanmış KM FŞ **********/T saylı, xx.xx.2009-cu il tarixli kredit müqaviləsinin surətindən görünür ki, bank tərəfindən borc alana 12 ay müddətinə, xx.xx.2010-cu il tarixədək 1208 manat kredit verir. İş materiallarında olan ləğv prosesində olan QSC “Bank Standard” KB-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2022-ci il tarixli məktubundan görünür ki, “Bank Standard” KB ilə İddiaçı arasında bağlanmış xx.xx.2009cu il tarixli kredit müqaviləsinə əsasən borc alanın xx.xx.2022-ci il tarixə KM FŞ **********/T saylı, xx.xx.2009-cu il tarixli kredit müqaviləsi üzrə 594,43 manat əsas və 1676,54 manat faiz borcu öhdəliyi mövcuddur. Məhkəmə qeyd edir ki, qanunvericilikdə nəzərdə tutulmuş hallar istisna olmaqla borclunun kredit hüquq münasibətləri üzrə yaranmış kredit borcunun və ya onun bir hissəsinin silinməsi, borcun azaldırlması və ya borc öhdəliyindən tam və qismən azad edilmə kimi tələblər ayrıca iddia tələbi kimi məhkəmədə mülki işin başlanmasına əsas ola bilməz. Çünki kreditor tərəfindən yaranmış borc məbləği borcludan məhkəmə qaydasında tələb edilməyənədək kredit müqaviləsi üzrə kreditor və ya borclu tərəfindən hesablanmış borc məbləği özü-özlüyündə borclunun qanunla qorunan hüquqlarını və mənafelərini pozmur. Eyni zamanda borclu hesablanmış borc məbləğinə etirazını məhkəmədən kənar qaydada birbaşa kreditorun özünə şifahi və ya yazılı qaydada bəyan etmək hüququna da malikdir. Bu cür tələblər mahiyyətcə kreditorun borcun qaytarılması barədə gələcəkdə irəli sürəcəyi iddiaya etirazını təşkil etməklə, əsaslı olduğu halda iddianın tam və ya qismən rədd olunması üçün əsas ola bilər. Göründüyü kimi, hazırki iş üzrə iddia tələbi məhkəmədə baxılmalı olmadığından iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261.0.1-ci maddəsinə əsasən iş məhkəmədə baxılmalı deyildirsə iş üzrə icraata xitam verilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 262.4-cü maddəsinə əsasən işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. Məhkəmə göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 261, 263- 264, 266-268-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: İddiaçı cavabdeh ləğv prosesində olan QSC “Bank Standard” KB-na qarşı əsassız borcun silinməsi tələbinə dair mülki iş üzrə icraata xitam verilsin. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra ondan 10 (on) gün müddətində Bakı şəhəri Səbail Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Mədinə Bağırova
Məhkəmə qərarları › İş №2(009)-2240/2022
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərardad — İş №2(009)-2240/2022
23.11.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver