Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(009)-2245/2021 26.08.2021 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Abdullayev Şahin Zülfüqar oğlunun sədrliyi, Məmmədova Narqələm Bayram qızının katibliyi ilə İddiaçı cavabdeh X1 qarşı müqavilə şərtinin icra edilməsi tələbinə dair mülki işə Səbail rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq… MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh X1 qarşı müqavilə şərtinin icra edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı tərəfindən məhkəməyə verilən iddia ərizəsində cavabdehin ünvanı Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 3-cü massiv kimi göstərildiyi üçün, hakim tərəfindən iddia ərizəsi icraat götürülmüşdür. Məhkəmə iclasında İddiaçı cavabdehin rəsmi hansı yerdə qeydiyyatda olduğunu bilmədiyni, lakin iddia ərizəsində göstərilən ünvanda cavabdehin yaşadığını bildiyi üçün iddianı Səbail rayon Məhkəməsinə vermişdir. Məhkəmə hazırlıq icrasında müəyyən edilmişdir ki, cavabdehin iddia ərizəsində göstərilən ünvanı onun qeydiyyatı ünvanı deyil, faktiki yaşayış yeridir. Cavabdehin rəsmi qeydə alındığı ünvan “Elektron Məhkəmə” sistemi vasitəsilə əldə edilmiş məlumata və hökmə əsasən Ağcabədi rayonu, Ağcabədi şəhəri, M.Aranlı küçəsi, ev 420(224)-dir. Məhkəmə hesab edir ki, iddia ərizəsi aidiyyət qaydalarının pozulması ilə icraata götürüldüyündən, mülki iş aidiyyəti üzrə baxılamsı üçün Ağcabədi rayon Məhkəməsinə göndərilməlidir. AR Məcəllənin 35.1-ci maddəsinə əsasən qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. Həmin Məcəllənin 44.2.2-ci maddəsinə əsasən iş həmin məhkəmədə baxıldığı zaman onun aidiyyət qaydalarının pozulması ilə icraata qəbul edildiyi aşkar edilərsə məhkəmə işi başqa məhkəmədə baxılmağa verir. «Məhkəmələr və hakimlər haqqında» AR Qanununun 15-ci maddəsinə əsasən işlərin Azərbaycan Respublikası qanunvericiliyi ilə müəyyən edilmiş məhkəmə aidiyyətinin dəyişdirilməsi və ya əsassız olaraq qanuni hakimin icraatından alınması qadağandır. AR MPM-nin 31.1-ci maddəsinə əsasən aidiyyat qaydalarının pozulmasına yol verilmir. 04.04.1996-cı il tarixli «Yaşayış yeri və olduğu yer haqqında» AR Qanununun 2-ci maddəsinə əsasən şəxsin yaşayış yeri dedikdə, tam həcmdə fəaliyyət qabiliyyətli şəxsin mülkiyyətçi kimi icarə və ya kirayə müqaviləsi üzrə, yaxud AR qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əsaslarla daimi və ya daha çox yaşadığı ev, mənzil, xidməti yaşayış sahəsi, yataqxana, qoca və əlil evləri, sağlamlıq imkanları məhdud uşaqlar üçün internat evləri, xüsusi təhsil müəssisələri və digər bu kimi yaşayış yerləri başa düşülür. İddia ərizəsindən və əlavə olunmuş sənədlərdən görünür ki, cavabdehin qeydiyyat ünvanı Beyləqan rayonu, 1-ci Şahvevən kəndidir. Hakim qeyd edir ki, qanunvericilikdə vurulmuş maddi ziyanın ödənilməsi tələbinə dair iddiaların cavabdehin yaşayış yeri üzrə deyil, rəsmi qeydə alındığı yerin məhkəməsinə verilməsi nəzərdə tutulmuşdur. Hakim izah edir ki, prosessual qanunvericilik şəxsin bir neçə yaşayış yeri ola bilər və şəxs yaşayış yerinin dəyişməkdə sərbəstdir. Lakin qanunla şəxsin yalnız bir ünvan üzrə qeydiyyatı mümkündür və iddia ərizəsi məhkəmənin icraatına daxil olduqdan sonra şəxsin yaşayış yerini dəyişdirməsi, iddianı aidiyyəti üzrə başqa məhkəməyə göndərilməsi üçün əsas deyil. Məhz bu səbəbdən qanunvericilik məhkəməyə verilən iddiaların ərazi aidiyyətini cavabdehin faktiki yaşayış yeri üzrə deyil, rəsmi qeydə alındığı yerə görə müəyyən etmişdir. Beləliklə məhkəmə hesab edir ki, iddia ərizəsi aidiyyət qaydalarının pozulması ilə icraata qəbul edildiyindən və bu hal məhkəmənin hazırlıq mərhələsində aşkar olunduğundan, hazırki iş cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə – Ağcabədi rayon Məhkəməsinə göndərilməlidir. Şərh olunanlara əsasən və AR MPM-nin 35.2, 45.2.2, 263-264-cü maddələrini rəhbər tutaraq, məhkəmə… QƏRARA ALDİ: İddiaçı cavabdeh X1 qarşı müqavilə şərtinin icra edilməsi tələbinə dair mülki iş ərazi aidiyyəti üzrə baxılması üçün Ağcabədi Rayon Məhkəməsinə göndərilsin. Qərardaddan 10 gün müddətində Bakı şəhər Səbail Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Şahin Abdullayev
Məhkəmə qərarları › İş №2(009)-2245/2021
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərardad — İş №2(009)-2245/2021
26.08.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver