Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(009)-2259/2020 19.11.2020 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Süleymanova Şəhla Ənvər qızının sədrliyi, Əliyev İlkin Mehman oğlunun katibliyi, İddiaçı “xxxxxxxxxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi X1, İddiaçı “xxxxxxxxxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh qarşı pul tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı “xxxxxxxxxxx” Məhdud Məsuliyyətli Cəmiyyəti Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh İMEİ kodu **********31814 Xiaomi Redmi 7 markalı telefon üçün üçün 261 manat əsas borc, 77 manat dəbbə pulu, İMEİ kodu **********17810 X4 8 Pro, **********39875 Samsung galaxy A10 markalı telefon, Seksiya HOFFMANN, Yupiter asqı, Qazan dəsti SHOSMAN 11 Parca üçün 2394 manat ödənilməmiş hissə, 399 manat dəbbə pulu, ümumilikdə 3131 manat borc, iddia ərizəsinin verilməsi üçün dövlət büdcəsinə ödənilmiş 30 manat ödənilmiş dövlət rüsumu, cəmi 3161 manat tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi belə əsaslandırılmışdır ki, Cavabdeh “xxxxxxxxxxx” MMC ilə xx.xx.2019cu il tarixli və xx.xx.2019-cu il tarixli müqavilələr üzrə İMEİ kodu **********31814 Xiaomi Redmi 7 markalı telefon, İMEİ kodu **********17810 X4 8 Pro, **********39875 Samsung galaxy A10 markalı telefon, Seksiya HOFFMANN, Yupiter asqı, Qazan dəsti SHOSMAN 11 Parca almış və nəticədə 3131 manat borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə alğı-satqı qiyməti 462 manat (12 ay x 32 manat+78 manat ilkin ödəniş) olan üzrə İMEİ kodu **********31814 Xiaomi Redmi 7 markalı telefon almışdır. 261 manat ödənilməmiş hissə, 77 manat dəbbə pulu, alğı-satqı qiyməti 2569 manat (18 ay x 133 manat+175 manat ilkin ödəniş) olan üzrə İMEİ kodu **********17810 X4 8 Pro, **********39875 Samsung galaxy A10 markalı telefon, Seksiya HOFFMANN, Yupiter asqı, Qazan dəsti SHOSMAN 11 Parca almışdır. 2394 manat ödənilməmiş hissə, 399 manat dəbbə pulu, (hər gün üçün ödənilməmiş məbləğin 1% miqdarında dəbbə pulu) borc yaranmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 376 manat təşkil edir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi X2 iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin olunmasını məhkəmədən xahiş etmişdir. Cavabdehə məhkəmə baxışı iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, cavabdeh məhkəmə iclasına gəlməmişdir. Məhkəmə MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iddiaçının izahatını dinləyib, məhkəmə iclasında araşdırılmış sübutları və iş materiallarını tədqiq edərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. İş materiallarında olan xx.xx.2019-cu il tarixli, ********* saylı alğı-satqı müqaviləsindən görünür ki, Cavabdeh İMEİ kodu **********31814 Xiaomi Redmi 7 markalı telefon almışdır. İş materiallarında olan xx.xx.2019-cu il tarixli, 01029329 saylı alğı-satqı müqaviləsindən görünür ki, Cavabdeh İMEİ kodu **********17810 X4 8 Pro, **********39875 Samsung galaxy A10 markalı telefon, Seksiya HOFFMANN, Yupiter asqı, Qazan dəsti SHOSMAN 11 Parca almışdır. İş materiallarında olan maliyyə və ödəniş cədvəllərindən görünür ki, Cavabdeh xx.xx.2019-cu il tarixli, ********* saylı müqavilə əsasında aldığı İMEİ kodu **********31814 Xiaomi Redmi 7 markalı telefon üçün ilkin ödəniş 78 manat olmaqla 12 ay ərzində 32 manat ödəməli idi. Lakin onun tərəfindən 201 manat ödəniş edilmişdir. Ödənişləri gecikdirməklə müqavilə şərtlərini pozduğuna görə 261 manat əsas borc, 77 manat dəbbə pulu hesablanmaqla hal-hazırda borcu cəmi 338 manat təşkil edir. xx.xx.2019-cu il tarixli, 01029329 saylı müqavilə əsasında aldığı İMEİ kodu **********17810 X4 8 Pro, **********39875 Samsung galaxy A10 markalı telefon, Seksiya HOFFMANN, Yupiter asqı, Qazan dəsti SHOSMAN 11 Parca üçün ilkin ödəniş 175 manat olmaqla 18 ay ərzində 133 manat ödəməli idi. Lakin onun tərəfindən 175 manat ödəniş edilmişdir. Ödənişləri gecikdirməklə müqavilə şərtlərini pozduğuna görə 2394 manat əsas borc, 399 manat dəbbə pulu hesablanmaqla hal-hazırda borcu cəmi 2793 manat təşkil edir. İş materiallarında olan pretenziya məktubunun surətindən görünür ki, cavabdehə borcun ödənilməsi, əks halda müvafiq tədbirlər görüləcəyi haqqında xəbərdarlıq edilmişdir. Məhkəmə iclasında sübutların tədqiqi ilə müəyyən olundu ki, Cavabdeh “xxxxxxxxxxx” MMC ilə bağlanmış xx.xx.2019-cu il tarixli və xx.xx.2019-cu il tarixli müqavilələr üzrə İMEİ kodu **********31814 Xiaomi Redmi 7 markalı telefon, İMEİ kodu **********17810 X4 8 Pro, **********39875 Samsung galaxy A10 markalı telefon, Seksiya HOFFMANN, Yupiter asqı, Qazan dəsti SHOSMAN 11 Parca almış və nəticədə 2655 manat əsas borcu yaranmışdır. İddiaçı tərəfindən borcun ödənilməsi tələbi ilə bağlı cavabdehə yazılı xəbərdarlıq edilməsinə baxmayaraq, mübahisənin məhkəmədən kənar qaydada həll olunması cəhdi heç bir nəticə verməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır. Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Əgər borclu icra müddəti çatdıqdan sonra kreditorun xatırlatmasına baxmayaraq öhdəliyi icra etməzsə, o icranı xatırlatma üzrə gecikdirmiş sayılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 462-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Məhkəmə iddia tələbinin dəbbə pulu hissəsinə hüquqi qiymət verərək aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası MM-in 462.1-ci və 467-ci maddələrinə əsasən, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz sürətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafelər nəzərə alınır. İddiaçının cərimə tələbi ilə bağlı məhkəmə bildirir ki, 476 manat cərimə (dəbbə pulu) tənasübsüz sürətdə yüksək məbləğdir. Odur ki, tərəfin əmlak mənafeləri nəzərə alınmaqla cavabdehdən 225 manat cərimə tutulmalı, həmin tələb qalan hissədə rədd edilməlidir. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, Cavabdeh ilə “xxxxxxxxxxx” MMC arasında bağlanmış xx.xx.2019-cu il tarixli kredit müqaviləsinə vaxtından əvvəl xitam verilməli və Cavabdeh kredit müqavilələrindən irəli gələn öhdəliklərini vaxtında və lazımi qaydada icra etmədiyi üçün onun İMEİ kodu **********31814 Xiaomi Redmi 7 markalı telefon üçün 261 (iki yüz altmış bir) manat ödənilməmiş hissə, 25 (iyirmi beş) manat dəbbə pulu, İMEİ kodu **********17810 X4 8 Pro, **********39875 Samsung galaxy A10 markalı telefon, Seksiya HOFFMANN, Yupiter asqı, Qazan dəsti SHOSMAN 11 Parca üçün 2394 (iki min üç yüz doxsan dörd) manat ödənilməmiş hissə, 200 (iki yüz) manat dəbbə pulu, ümumilikdə 2880 (iki min səkkiz yüz səksən) manat pul tutularaq “xxxxxxxxxxx” MMC ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Buna görə məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edildiyindən iş üzrə iddiaçı tərəfindən ərizənin verilməsi ilə əlaqədar ödənilmiş 30 manat dövlət rüsumunun 20 manatı cavabdehə aid edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 360cı maddələrini rəhbər tutaraq məhkəmə, QƏT ETDİ: İddia qismən təmin edilsin. “xxxxxxxxxxx” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə Cavabdeh arasında bağlanan xx.xx.2019-cu il tarixli 01029329 nömrəli müqavilə ləğv edilsin. Cavabdeh «xxxxxxxxxxx» Məhdud Məsuliyyətli Cəmiyyətinin xeyrinə İMEİ kodu **********31814 Xiaomi Redmi 7 markalı telefon üçün 261 (iki yüz altmış bir) manat ödənilməmiş hissə, 25 (iyirmi beş) manat dəbbə pulu, İMEİ kodu **********17810 X4 8 Pro, **********39875 Samsung galaxy A10 markalı telefon, Seksiya HOFFMANN, Yupiter asqı, Qazan dəsti SHOSMAN 11 Parca üçün 2394 (iki min üç yüz doxsan dörd) manat ödənilməmiş hissə, 200 (iki yüz) manat dəbbə pulu, ümumilikdə 2880 (iki min səkkiz yüz səksən) manat borc, iddia ərizəsinin verilməsi üçün dövlət büdcəsinə ödənilmiş dövlət rüsumunun 20 (iyirmi) manatı tutulsun. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Səbail Rayon Məhkəməsi (AZ-1003, Bakı şəhəri, M.Useynov küçəsi 5) vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Şəhla Süleymanova
Məhkəmə qərarları › İş №2(009)-2259/2020
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №2(009)-2259/2020
19.11.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver