Məhkəmə qərarları › İş №2(009)-2277/2021

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №2(009)-2277/2021

14.09.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(009)-2277/2021 14.09.2021 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Abdullayev Şahin Zülfüqar oğlunun sədrliyi ilə İddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı borc tələbinə dair mülki işə Səbail rayon Məhkəməsi binasında kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq… MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" MMC Cavabdeh qarşı kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında borc tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək göstərmişdir ki, cavabdeh "xxxx" MMC ilə 28.05.2019-cu il tarixli, 21.06.2019-cu il tarixli və 24.06.2019-cu il tarixli müqavilələrinə əsasən “Hoffmann” markalı dispenser, “Logitech” Keyboard, İMEİ kodu **********75050 olan “X1” markalı telefon və “Hoffmann İWAC” markalı kondisioner almış və nəticədə 1846 manat borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə 28.05.2019-cu il tarixli müqaviləsinə əsasən alqı-satqı qiyməti 396 manat (18 ay x 22 manat + 0 manat ilkin ödəniş) olan “Hoffmann” markalı dispenser, “Logitech” Keyboard üçün ümumilikdə 314 manat olmaqla, ondan 286 manat ödənilməmiş məbləğ, müştəriyə güzəşt olunaraq 28 manat cərimə; - 21.06.2019-cu il tarixli müqaviləsinə əsasən alqı-satqı qiyməti 558 manat (18 ay x 31 manat + 0 manat ilkin ödəniş) olan İMEİ kodu **********75050 “X1” markalı telefon üçün ümumilikdə 476 manat olmaqla, ondan 433 manat ödənilməmiş məbləğ, müştəriyə güzəşt olunaraq 43 manat cərimə; - 24.06.2019-cu il tarixli müqaviləsinə əsasən alqı-satqı qiyməti 1152 manat (24 ay x 48 manat + 0 manat ilkin ödəniş) olan “Hoffmann İWAC” markalı kondisioner üçün ümumilikdə 1056 manat olmaqla, ondan 960 manat ödənilməmiş məbləğ, müştəriyə güzəşt olunaraq 96 manat cərimə miqdarında borcu yaranmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 427 manat təşkil edir. Göstərilənlərə əsasən iddiaçı “Hoffmann” markalı dispenser, “Logitech” Keyboard üçün 286 manat əsas borc, 28 manat cərimə, İMEİ kodu **********75050 olan “X1” markalı telefon üçün 433 manat əsas borc, 43 manat cərimə, “Hoffmann İWAC” markalı kondisioner üçün 960 manat əsas borc, 96 manat cərimə, ümumilikdə 1846 manat borc, 30 manat dövlət rüsumun cavabdehdən alınaraq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə mülki-prosessual məcəllənin tələblərinə əsasən cavabdehə rəsmi qaydada bildiriş göndərmiş, lakin cavabdeh tərəfindən 10 gün müddətində iddiaya qarşı əsaslandırılmış etiraz məhkəmə icraatına daxil olmamışdır. Məhkəmə iş materiallarını araşdırıb hesab edir ki, iddia tələbi təmin edilməlidir. İş üzrə "xxxx" MMC ilə Cavabdeh arasında bağlanılmış 28 may 2019-cu il tarixli müqaviləyə əsasən "xxxx" MMC Cavabdeh “Hoffmann” markalı dispenser, “Logitech” Keyboard 18 ay müddətinə ödənilmək şərti ilə (ayda 22 manat) müvəqqəti sahibliyə vermişdir. Əşyanın alqı-satqı qiyməti 396 manat təşkil edir. İş üzrə "xxxx" MMC ilə Cavabdeh arasında bağlanılmış 21 iyun 2019-cu il tarixli müqaviləyə əsasən "xxxx" MMC Cavabdeh İMEİ kodu **********75050 olan “X1” markalı telefon 18 ay müddətinə ödənilmək şərti ilə (ayda 31 manat) müvəqqəti sahibliyə vermişdir. Əşyanın alqı-satqı qiyməti 558 manat təşkil edir. İş üzrə "xxxx" MMC ilə Cavabdeh arasında bağlanılmış 24 iyun 2019-cu il tarixli müqaviləyə əsasən "xxxx" MMC Cavabdeh “Hoffmann İWAC” markalı kondisioner 24 ay müddətinə ödənilmək şərti ilə (ayda 48 manat) müvəqqəti sahibliyə vermişdir. Əşyanın alqı-satqı qiyməti 1152 manat təşkil edir. İş üzrə "xxxx" tərəfindən verilmiş 30.07.2021-ci il tarixli maliyyə arayışına əsasən Cavabdeh 28.05.2019-cu il tarixli müqavilə üzrə 286 manat əsas, 28 manat cərimə, 21.06.2019-cu il tarixli müqavilə üzrə 433 manat əsas, 43 manat cərimə, 24.06.2019-cu il tarixli müqavilə üzrə 960 manat əsas, 96 manat cərimə, cəmi 1846 manat borcu var. Məhkəmə verilmiş iddia tələbi ilə bağlı aşağıdakıları qeyd edir. AR Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir AR Mülki Məcəlləsinin 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Göstərilən Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Məhkəmə iclasında müəyyən edilmişdir ki, iddiaçı ilə Cavabdeh arasında 28.05.2019-cu il tarixdə, 21.06.2019-cu il tarixdə və 24.06.2019-cu il tarixdə müqavilələr bağlanılmış və həmin müqavilələrə əsasən alqı-satqı qiyməti 396 manat olan “Hoffmann” markalı dispenser, “Logitech” Keyboard, alqı-satqı qiyməti 558 manat olan İMEİ kodu **********75050 olan “X1” markalı telefon və alqı-satqı qiyməti 1152 manat olan “Hoffmann İWAC” markalı kondisioner pulu hissə-hissə ödənilməklə cavabdehə nisyə satılmışdır. Məhkəmə iclasında həmçinin müəyyən edilmişdir ki, iddiaçı tərəfindən müqavilələr ilə nəzərdə tutulmuş öhdəliklər yerinə yetirilsə də, yəni alınmış dispenser, keyboard, mobil telefon və kondisioner Cavabdeh təhvil verilsə də, cavabdeh tərəfindən hər ay ödənilməli olan pul məbləği ödənilməmişdir və bununla da müqavilələrin şərtləri pozulmuşdur. Məhkəmə hesab edir ki, cavabdeh müqavilələr üzrə üzərinə düşən öhdəliyi icra etmədiyindən, iddiaçı yaranmış borcun tutulması ilə bağlı məhkəmədə iddia qaldırmaqda haqlı olmuşdur. Bu səbəbdən məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli və cavabdehdən 28.05.2019cu il tarixli müqavilə üzrə ödənilməmiş qalmış 286 manat əsas borc, 28 manat cərimə, 21.06.2019cu il tarixli müqavilə üzrə ödənilməmiş qalmış 433 manat əsas borc, 43 manat cərimə, 24.06.2019cu il tarixli müqavilə üzrə ödənilməmiş qalmış 960 manat əsas borc, 96 manat cərimə, cəmi 1846 manat məbləğində pul tutulmalıdır. Məhkəmə həmçinin hesab edir ki, iddia tələbi dövlət rüsumunun tutulması hissəsində də təmin edilməlidir. Azərbaycan Respublikasının MPM-nın 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Şərh olunanları nəzərə alaraq və AR MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə… QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh "xxxx" MMC-nin xeyrinə 28.05.2019-cu il tarixli müqavilə üzrə öhdəliklərin yerinə yetirilməməsi ilə əlaqədar 30.07.2021-ci il tarixə yaranmış 286 manat borc, 28 manat cərimə, 21.06.2019-cu il tarixli müqavilə üzrə öhdəliklərin yerinə yetirilməməsi ilə əlaqədar 30.07.2021-ci il tarixə yaranmış 433 manat borc, 43 manat cərimə, 24.06.2019-cu il tarixli müqavilə üzrə öhdəliklərin yerinə yetirilməməsi ilə əlaqədar 30.07.2021-ci il tarixə yaranmış 960 manat borc, 96 manat cərimə, həmçinin ödənilmiş dövlət rüsumunun əvəzi kimi 30 manat, cəmi 1876 (bir min səkkiz yüz yetmiş altı) manat məbləğində pul tutulsun. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətinə Bakı Şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Şahin Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar