Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(009)-2287/2023 20.12.2023 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Bağırova Mədinə Ağacavad qızının sədrliyi, Uğur Fatimə Mehmet qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı alimentin artırılması tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 17 mart 2010cu il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılmaması üçün hər ay 220 (iki yüz iyirmi) manat sabit pul məbləğində aliment və mediasiya üçün ödənilmiş 60 manat pul tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini belə əsaslandırmışdır ki, Masallı Rayon Məhkəməsinin 12 oktyabr 2011-ci il tarixli 2(50)-488/2011 saylı qətnamə ilə Cavabdeh ilə aralarında bağlanmış nikah pozulmuşdur. 2010-cu ildə isə o cavabdehə qarşı aliment tələbi ilə bağlı Masallı Rayon Məhkəməsinə müraciət etmişdir. Masallı Rayon Məhkəməsinin 30 avqust 2010-cu il tarixli, 2(50)-710/2020 saylı qətnamə ilə iddiası qismən təmin edilmiş və Cavabdeh İddiaçı xeyrinə azyaşlı, 17 mart 2010-cu il təvəllüdlü X1 18 yaşınadək saxlanması üçün sabit pul məbləğində hər ay 60 manat, həmçinin uşağın xəstəliyi ilə əlavə xərc kimi birdəfəlik 100 manat alimentin tutulması qət edilmişdir. Uşağın saxlanması üçün məhkəmə tərəfindən təyin olunmuş məbləğ yetərli deyildir və uşağın tələbatlarını heç cürə ödəmir. Cavabdeh vaxtı-vaxtında da aliment ödəmir. Cavabdeh baxmayaraq ki, ticarətlə məşğuldur, uşağa aliment ödəmək istəmir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə edərək, təmin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi məlumat verilməsinə baxmayaraq cavabdeh məhkəmə iclasına gəlməmiş, gəlməməyin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməlidir. İş materiallarında olan Masallı Rayon Məhkəməsinin 2(50)-488/2011 saylı, xx.xx.2011-ci il tarixli qətnaməsindən görünür ki, Cavabdeh ilə İddiaçı arasında 14 noyabr 2008-ci ildə Masallı rayon qeydiyyat şöbəsində bağlanmış 215 saylı nikah qeydi pozulması, 17 mart 2010-cu il tarixdə anadan olmuş X2 anası İddiaçı öhdəsində saxlanılması qət edilmişdir. İş materiallarında olan Masallı Rayon Məhkəməsinin 2(050)-710/2010 saylı, xx.xx.2010-cu il tarixli qətnaməsindən aydın olur ki, Cavabdeh İddiaçı xeyrinə azyaşlı, 17 mart 2010-cu il təvəllüdlü X1 18 yaşınadək saxlanması üçün sabit pul məbləğində hər ay 60 manat, cəmçinin uşağın xəstəliyi ilə bağlı əlavə xərc kimi birdəfəlik 100 manat aliment tutulması qət edilmişdir. İş materiallarında olan 22 may 2020-ci il tarixli, AZ-İ 355471 nömrəli nikahın pozulması haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh və İddiaçı nikahı Masallı Rayon Məhkəməsinin xx.xx.2011-ci il tarixli qətnaməsinə əsasən pozulmuşdur. Bu barədə nikahın pozulması haqqında akt qeydləri kitabında 2017 ilin 08 ayının 02 günündə 135 No ilə qeyd edilmişdir. İş materiallarında olan AA******* xxxxxxx nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1983-cü ildə anadan olmuşdur. İş materiallarında olan AZE seriyalı 11987947 nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ağayeva Gülər xx.xx.2010-cu ildə Lənkəran şəhərində anadan olmuş, atası Cavabdeh, anası İddiaçıdir. ünvan 1 ünvanında qeydiyyatdadır. İş materiallarında olan AZE seriyalı 13158929 nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Cavabdeh xx.xx.1973-cü ildə ünvan 2 ünvanında qeydiyyatdadır. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinin 2-ci hissəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 78-ci maddəsində uşaqların saxlanması üçün alimentin sabit pul məbləğində tutulmasının əsasları müəyyən edilmiş və göstərilmişdir ki, sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra, tərəflərdən birinin ailə və maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər. Məhkəmə iclasında müəyyən edildi ki, tərəflərin yetkinlik yaşına çatmayan uşaqları 17 mart 2010-cu il təvəllüdlü X2 iddiaçının himayəsindədir və uşağın saxlanması üçün artan tələbat Masallı Rayon Məhkəməsinin xx.xx.2010-cu il tarixli qətnaməsi ilə müəyyənləşdirilən aliment məbləği ilə ödənilə bilmir. Eyni zamanda, “Azərbaycan Respublikasında 2023-cü il üçün yaşayış minimumu haqqında” xx.xx.2023-cü il tarixli Qanunla 2023-cü il üçün yaşayış minimumunun uşaqlar üçün 220 manat müəyyən edildiyini də əsas götürərək, məhkəmə, uşağın təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanılması üçün iddia tələbinin təmin edilməsini, cavabdehdən tutulan aliment məbləğinin artırılmasını zəruri hesab edir. Qeyd olunanlara əsasən, uşağın saxlanılması üçün zəruri olan maddi təminatın yarısının da iddiaçının vəzifəsi olduğunu, tərəflərin maddi vəziyyəti, diqqətəlayiq olan digər maraqları, habelə uşağın təminat səviyyəsinin mümkün qədər maksimal saxlanması və yuxarıda göstərilən digər halları nəzərə alaraq, məhkəmə uşağın saxlanılması üçün iddiaçının xeyrinə tutulan aliment məbləğinin 220 manat sabit pul məbləğində müəyyən olunmasını ədalətli hesab edir. Bu qənaətə gələrkən məhkəmə, habelə uşaq hüquqlarının həyata keçirilməsi, uşaqların yüksək mənəviyyatlı, hərtərəfli şəxsiyyət kimi formalaşmasına şərait yaradılmasının Azərbaycan Respublikasının dövlət siyasətinin üstün istiqamətlərindən biri olmasını nəzərə almışdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Masallı Rayon Məhkəməsinin 2(050)-710/2010 saylı 30 avqust 2010-cu il tarixli qətnamə ilə müəyyən edilmiş alimentin məbləği artırılaraq, Cavabdeh 17 mart 2010-cu il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılmaması üçün hər ay 220 (iki yüz iyirmi) manat sabit pul məbləğində aliment və mediasiya üçün ödənilmiş 60 manat pul tutularaq İddiaçı ödənilsin. Alimentin yeni qaydada tutulması hazırki qətnamənin qanuni qüvvəyə mindiyi tarixdən hesablansın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Səbail Rayon Məhkəməsi (elektron məhkəmə sistemi vasitəsilə MPM-nin 2 saylı əlavəsinə uyğun) vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Mədinə Bağırova
Məhkəmə qərarları › İş №2(009)-2287/2023
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №2(009)-2287/2023
20.12.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver