Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(009)-2291/2021 26.10.2021 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Səbail Rayon Məhkəməsinin hakimi Rəna Nazim qızı Qafarovanın sədrliyi, Məhkəmə iclas katibi Pərvin Kamandar oğlu Paşazadənin katibliyi, İddiaçı və Cavabdeh iştirakları ilə, İddiaçı – Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı – Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 31000 (otuz bir min) manat əsas borc, pozulmuş hüququnun bərpası üçün hüquqi yardım müqabilində ödədiyi 500 (beş yüz) manat pul və altı aydan artıq müddət ərzində əmlakından məhrum olduğu üçün 3500 (üç min beş yüz) manat məbləğində əldən çıxmış fayda olmaqla, cəmi 35000 (otuz beş min) manat məbləğində pulun cavabdehdən tutularaq onun xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi belə əsaslandırılmışdır ki, o, Sürəyya adlı rəfiqəsi vasitəsi ilə tanış olduğu Cavabdeh müxtəlif vaxtlarda aldığına dair yazılı iltizam verərək imzasıyla təsdiq etdiyi qəbzlərdə göstərilən pul vəsaitlərini ümumilikdə 31000 (otuz bir min) manat məbləğində borc pul vermişdir. Cavabdeh 15.05.2019-cu il tarixdə aldığı 6000 (altı min) manat borc məbləği barədə 22.06.2020-ci il tarixdə aldığı 5000 (beş min) manat borc məbləği barədə və 31.01.2021-ci il tarixdə aldığı 20000 (iyirmi min) manat məbləğində adığı borc məbləği barədə yazılı iltizam verərək qısa müddətə qaytaracağına söz vermişdir. Qarşılıqlı münasibətlər zəminində onun cavabdehə olan etibarından sui-istifadə edərək cavabdeh yazılı şəkildə iltizam verərək üzərinə götürdüyü öhdəliyə əməl etməmiş, borcun ödənilməsi üzrə müəyyən edilmiş müddət başa çatmasına və bu barədə ona dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq bu günədək borcun ödənilməsindən müxtəlif bəhanələrlə boyun qaçırmışdır. Beləliklə, cavabdeh ondan ümumilikdə 31000 (otuz bir min) manat məbləğində borc pul aldığı iş materiallarında olan yazılı sübutlarla təsdiqini tapdığını nəzərə alaraq həmin əsas borc məbləğinin və öhdəliyin icra edilməməsinə görə dəymiş zərərin hesablanaraq ödənilməsi təmin edilməlidir. Mülki qanunvericiliyin tələblərinə əsasən hazırki iş üzrə cavabdehin yazılı iltizam verərək müxtəlif vaxtlarda ondan ümumilikdə aldığı 31000 (otuz bir min) manat borc məbləğinin 2021-ci ilin yanvar ayında qaytaracağı barədə üzərinə götürdüyü öhdəliyə əməl etməməsi nəticəsində real zərərlə yanaşı pozulmuş hüququn bərpası üçün çəkdiyi xərc və əldən çıxmış fayda nəzərə alınmaqla dəymiş zərərin miqdarı ümumilikdə 35000 (otuz beş min) manat həcmində müəyyən edilməlidir. İddiaçı məhkəməyə iddia tələbi həcminin azaldılmasına dair ərizə təqdim edərək, Cavabdeh 20.000 (iyirmi min) manat məbləğində borcun onun xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak etmiş İddiaçı iddia tələbinin həcminin azaldılması ilə bağlı ərizəni müdafiə edərək Cavabdeh 20.000 (iyirmi min) manat məbləğində borcun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak etmiş Cavabdeh iddia tələbini qəbul edərək izahatında bildirmişdir ki, o, İddiaçı müxtəlif vaxtlarda ümumilikdə 31.000 (otuz bir min) manat məbləğində borc pul almış, həmin borcdan 11.000 (on bir min) manat pulu qaytarmış qalan 20.000 (iyirmi min) manat məbləğində borcunu hələ də qaytarmamışdır. Göstərilənləri nəzərə alaraq iddia tələbinin təmin edilməsinə etiraz etmədiyini bildirmişdir. Məhkəmə iddiaçının və cavabdehin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş Cavabdeh tərəfindən yazılmış və imzalanmış 15.05.2019-cu il, 22.06.2020-ci il və 31.01.2021-ci il tarixli qəbzlərdən görünür ki, o, İddiaçı qaytaracağını qeyd etməklə müxtəlif vaxtlarda ümumilikdə 31.000 (otuz bir min) manat məbləğində borc pul almışdır. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, Cavabdeh 15.05.2019-cu il, 22.06.2020-ci il və 31.01.2021-ci il tarixli yazdığı və imzaladığı qəbzlərə əsasən müxtəlif vaxtlarda İddiaçı qaytaracağını qeyd etməklə ümumilikdə 31.000 (otuz bir min) manat məbləğində borc pul almışdır. Həmçinin tərəflərin izahatları ilə müəyyən edilmişdir ki, Cavabdeh iddiaçıya 20.000 (iyirmi min) manat məbləğdə borc pulu hazıradək qaytarmamışdır. Məhkəmə iddia tələbi ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir: Mülki qanunvericiliyə görə mülki hüquq münasibətlərində subyektiv hüququn sahibi cavabdeh kimi qoyduğu hüquqi mükəlləfiyyətlidən müəyyən davranış o halda tələb edə bilər ki, belə davranış onların arasında olan müqavilə və ya tərəflərin münasibətlərinin yaranması anında mövcud olan qanunun birbaşa göstəricisinin qüvvəsinə görə labüd olsun. İşin müəyyən edilmiş hallarından da göründüyü kimi tərəflər aralarında razılığa gəlməklə Cavabdeh 15.05.2019-cu il, 22.06.2020-ci il və 31.01.2021-ci il tarixli yazdığı və imzaladığı qəbzlərə əsasən İddiaçı qaytaracağını qeyd etməklə müxtəlif vaxtlarda ümumilikdə 31.000 (otuz bir min) manat məbləğində borc pul almış və qaytaracağına dair öhdəlik götürmüşdür. Məhkəmə tərəflər arasında tərtib edilmiş qəbzi, onlar arasında bağlanmış maddi məsuliyyət – borc haqqında müqavilə kimi qiymətləndirir və hesab edir ki, tərəflər arasında borc haqqında müqavilə bağlanmaqla Azərbaycan Respublikası Mülki Məcəlləsinin 386-cı maddəsinə əsasən həmin müqavilədən irəli gələn öhdəliklər yaranmış, cavabdeh həmin öhdəliyi yerinə yetirməmiş və borcunun 20.000 manatını iddiaçıya qaytarmamışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 427.1-ci maddəsinə əsasən, əgər öhdəliyin icrası müddəti təyin edilibsə, kreditor müddət çatanadək onun icrasını tələb edə bilməz, lakin borclu onu vaxtından əvvəl icra edə bilər. Əgər öhdəliyin icrası müddəti təyin edilməyibsə və ya şəraitə görə onu təyin etmək mümkün deyildirsə, kreditor öhdəliyin dərhal icrasını tələb edə bilər, borclu isə onu ağlabatan müddətdə icra etməyə borcludur. (MM 427.2.) Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Məhkəmə qeyd edir ki, Cavabdeh 31.000 (otuz bir min) manat məbləğində pulu iddiaçıya qaytarmasına dair öhdəlik götürməsi, həmin məbləğin 20.000 (iyirmi min) manatını hazıradək qaytarmaması məhkəmə iclasında tədqiq edilmiş sübutlar və iş materialları ilə, o cümlədən tərəflərin izahatları, yazılı formada tərtib edilmiş və cavabdeh tərəfindən imzalanmış qəbzlərlə öz təsdiqini tapır. Qeyd olunan maddi hüquq normalarına və işin hallarına əsaslanaraq məhkəmə hesab edir ki, İddiaçı 20.000 (iyirmi min) manat məbləğində borcun ödənilməsini tələb etməkdə haqlıdır və 20.000 (iyirmi min) manat məbləğində pul Cavabdeh tutularaq iddiaçıya ödənilməlidir. Beləliklə, məhkəmə iş üzrə toplanmış və tədqiq olunmuş sübutlara obyektiv, qərəzsiz və məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməli, Cavabdeh 20.000 (iyirmi min) manat məbləğində borc pul tutularaq İddiaçı ödənilməlidir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikası MPM-in 14.2, 77.1, 88 və 217.4-cü maddələrinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh 20.000 (iyirmi min) manat məbləğində borc pul tutularaq İddiaçı ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Rəna Qafarova
Məhkəmə qərarları › İş №2(009)-2291/2021
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №2(009)-2291/2021
26.10.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver