Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(009)-2292/2020 11.11.2020 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim İlkin Şahin oğlu Rüstəmlinin sədrliyi, Tomayev Deputat Süleyman oğlunun katibliyi, İddiaçı, “xxxxxxxxx” BOKT QSC-nin nümayəndəsi X9 və X4 nümayəndəsi X10 iştirakları ilə, İddiaçı cavabdehlər «xxxxxxxxx» BOKT QSC, Azərbaycan Respublikasının Mərkəzi Bankına və X2rşı «kompensasiya və mənəvi ziyanın ödənilməsi» tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhərində, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh «xxxxxxxxx» BOKT QSC-yə, Azərbaycan Respublikasının Mərkəzi Bankına və X2rşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, «xxxxxxxxx» BOKT ilə onun arasında bağlanmış xx.xx.2014-cü il tarixli № KATov 115940/14 saylı kredit müqaviləsi üzrə ona kompensasiya hesablanmasına, həmin kompensasiya məbləğinin və keçirdiyi əsəb, stress, sarsıntı və vaxt itkisi nəticəsində ona dəymiş mənəvi zərərə görə 1000 (bir min) manatın X3, 5000 (beş min) AZN-nin isə «xxxxxxxxx» BOKT-dan, həmçinin də dövlət rüsumu üçün ödənilmiş 30 AZN-nin isə cavabdehlərdən müştərək qaydada tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı 8920 (səkkiz min doqquz yüz iyirmi) ABŞ dolları ilə almağı ilə bağlı «xxxxxxxxx» BOKT ilə aralarında xx.xx.2014cü il tarixli № KATov 115940/14 saylı kredit müqaviləsi bağlamışdır. Onun hərbçi iş yoldaşı X13 da «xxxxxxxxx» BOKT-dan ABŞ dolları ilə kredit götürmüş və onun barəsində də «xxxxxxxxx» BOKT-ı məlumatı vaxtında və düzgün məlumatı X11 Palatasına vermədiyi üçün İmran Həsənov Bakı şəhəri Səbail rayon Məhkəməsində «xxxxxxxxx» BOKT-na qarşı iddia qaldırmış və onun iddiası ilə bağlı keçirilən məhkəmə iclasında Mərkəzi Bank 3-cü tərəf kimi cəlb olunmuşdur. X16 Həsənovla bağlı məhkəməyə təqdim etdiyi xx.xx.2020-ci il tarixli məktubunda «xxxxxxxxx» BOKT –nın İmran Həsənov barəsində məlumatların vaxtında və dəqiq X11 Palatasına təqdim etmədiyi üçün İmran Həsənova kompensasiya hesablanmadığını və hazırda İmran Həsənovla bağlı məlumatlar təqdim olunduğu üçün ona 4761.92 manat kompensasiya hesablanmasına etiraz etmədiyini bildirmişdir və bundan sonra hakim X15 Həsənova 4761.92 manat kompensasiyanın ödənilməsinə dair qətnamə qəbul etmişdir. X7 İddiaçı xx.xx.2019-cu il tarixində ona ünvanladığı məktubu cavablandırmamaqla onun müraciət hüququnu pomuşdur və eləcə də «xxxxxxxxx» BOKT-a onun barəsində məlumatları vaxtında X5 əqdim etməməklə onun indiyə qədər hamı kimi kompensasiya almaq imkanından məhrum etmiş və o da məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Göstərilənlərə əsasən iddia ərizəsinin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianı müdafiə etmiş və iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh1 BOKT QSC-nin etibarnamə üzrə nümayəndəsi bildirdi ki, kompensasiyanın hesablanmasına etirazları yoxdur. Lakin iddia tələbinin onlara qarşı mənəvi ziyanın ödənilməsi hissəsində qəbul etmir və iddianın həmin hissədən təmin edilməməsini xahiş edir. Məhkəmə iclasında cavabdeh X4 nümayəndəsi qərarı məhkəmənin mülahizəsinə buraxdığını bildirmişdir. İş üzrə digər cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə qanunla nəzərdə tutulmuş qaydada xəbərdarlıq edilsə də, məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmişlər, bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə MPM-nin 185.5-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir Məhkəmə tərəflərin izahatlarını dinləyib, təqdim olunmuş sübutları tədqiq edib, irəli sürülən tələbin dəlillərini müzakirə edərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. İş materiallarında olan: xx xxxxx 2014-cü il tarixli, KATov 115940/14 nömrəli kredit müqaviləsindən görünür ki, 8920 ABŞ dolları almağı ilə bağlı Cavabdeh1 BOKT ilə İddiaçı arasında kredit müqaviləsi bağlanmışdır. X11 X1 İddiaçı ünvanlanmış xx.xx.2019-cu il tarixli məktubundan görünür ki, «Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərin həlli ilə bağlı əlavə tədbirlər haqqında» Azərbaycan Respublikası Prezidentinin xx.xx.2019- cu il tarixli Fərmanı çərçivəsində kompensasiya məbləğləri və ya restrukturizasiya olunacaq borclar X11 Palatası tərəfindən aparılan Mərkəzi Kredit Reyestrinin və müvafiq kredit təşkilatlarının təqdim etdiyi məlumatlar əsasında hesablanır. İddiaçı kredit tarixçəsi barədə kredit təşkilatları tərəfindən uçotun düzgün aparılmaması nəticəsində Mərkəzi Kredit Reyestrinə Fərman tarixinədək heç bir məlumat daxil edilməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1 -ci maddəsinə əsasən hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər. “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikasının Prezidenti xx xxxxxx 2019-cu il tarixli Fərman imzalamış və bu Fərman xx.xx.2019-cu il tarixdə qanuni qüvvəyə minmişdir. Həmin Fərmanla təsdiq olunmuşdur ki, qlobal iqtisadi və maliyyə böhranının ölkə iqtisadiyyatına təsirləri əhalinin müəyyən qrupunun ödəmə qabiliyyətinin zəifləməsinə, bunun da nəticəsində, kredit təşkilatlarından xarici valyutada borc almış vətəndaşların bank sistemi qarşısında vaxtı keçmiş kreditlər üzrə öhdəliklərinin artmasına və bu öhdəliklərin yerinə yetirilməsi ilə bağlı məsələlərə məhkəmə müstəvisində baxılma hallarının çoxalmasına rəvac vermişdir.Qeyd olunan hallar nəzərə alınaraq baş vermiş devalvasiya nəticəsində fiziki şəxslərin xarici valyutada olan kreditləri üzrə onların üzləşdiyi maliyyə itkisini qarşılamaq, o cümlədən problemli kreditlər məsələsinin həllinə dövlət dəstəyi göstərilməsi qərara alınmışdır. Fərmanın 1-ci bəndinə görə fiziki şəxslərin banklara 10000 (on min) ABŞ dolları xarici valyutada olan əsas kredit borclarının devalvasiya ilə bağlı manatla artmış hissəsi qiymətləndirilməklə, bu Fərman qüvvəyə mindiyi günə Azərbaycan Respublikası Mərkəzi Bankının elan etdiyi məzənnəyə uyğun olaraq, dövlət büdcəsinin vəsaiti hesabına manatla ödənilməli, habelə həmin məbləğə hesablanmış faiz və dəbbə pulu (cərimə, penya) üzrə tətbiq ediləcək güzəştlər müəyyən edilərək Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla on beş gün müddətində təsdiq edilməlidir. Fərmanın 5-ci bəndinə əsasən fiziki şəxslərin xarici valyutada əsas məbləği 10000 (on min) ABŞ dollaradək, milli valyutada isə 17 000 (on yeddi min) manatadək olan kreditlər üzrə vaxtı keçmiş kredit borclarının restrukturizaşiyası məqsədilə, Azərbaycan Respublikası Maliyyə X8 müraciəti əsasında, banklara 682 000 000,0 (altı yüz səksən iki milyon) manat məbləğinədək dövlət zəmanəti ilə təmin edilmiş güzəştli kredit verilməsi, eləcə də, bu Fərmanın 5.1 -ci bəndində nəzərdə tutulan tədbirlər nəticəsində bankların valyuta mövqeyinin pisləşməsinin qarşısını almaq məqsədilə ayrılmış kreditin hesabına banklara, onların müraciəti əsasında 215 000 000,0 (iki yüz on beş milyon) ABŞ dolları dəyərinədək xarici valyutada ifadə olunmuş, illik faiz dərəcəsi 0,5 faiz çlmaqla qiymətli kağızların verilməsi qərara alınmışdır. Fərmanın təsir dairəsinə (8.6-cı bəndi) fiziki şəxslərlə 2012-ci il yanvarın 1dən bu Fərman qüvvəyə mindiyi günədək bağlanmış kredit müqavilələri üzrə əsas məbləğin və (və ya) faiz borclarının ödənilməsi 360 gündən çox gecikdirilmiş borclar daxil edilmişdir. Eyni zamanda banklara tövsiyə olunmuşdur ki, fiziki şəxslərin xarici valyutada əsas məbləği 10000 ABŞ dollarınadək, milli valyutada isə 17000 manatadək olan kreditləri üzrə vaxtı keçmiş və bu Fərmana əsasən hər bir bank üzrə restrukturizasiya olunmalı kredit borclarının məbləğini və borcluların siyahısını müəyyən edərək vaxtı keçmiş kredit borcu olan fiziki şəxslərə yeni güzəştli kredit müqaviləsi bağlanmasını təklif etsinlər. Göründüyü kimi, Fərmanın təsir dairəsinə düşən kredit müqavilələri üzrə artıq ödənilmiş vəsaitlərin qaytarılması, hesablanmış faiz və dəbbə pulunun azaldılması, vəsaitin restrukturizasiya olunması, yeni güzəştli şərtlərlə kredit müqavilələrinin bağlanmasının təklif edilməsi və digər güzəştlər edilməsi nəzərdə tutulmuşdur. Həmin güzəştlərin bankların vəsaiti deyil, dövlətin dəstəyi ilə həyata keçirilməsi nəzərdə tutulmuşdur. İş materiallarından göründüyü kimi, hazırkı iş üzrə kredit müqaviləsi həm bağlanma tarixi, həm tələb olunan əsas məbləğ, həm də digər əsaslara görə Fərmanın təsiri altına düşür. Məhkəmə hesab edir ki, İddiaçı adının Azərbaycan Respublikası Prezidentinin xx xxxxxx 2019-cu il tarixli Fərmanı çərçivəsində kompensasiya alacaq şəxslərin siyahısına daxil edilməsi və ona Cavabdeh1 BOKT ilə bağlanmış xx.xx.2014-cü il tarixli kredit müqaviləsi üzrə kompensasiya hesablanması Azərbaycan Respublikasının Mərkəzi Bankına həvalə edilməlidir. Eyni zamanda məhkəmə hesab edir ki, iddia tələbi Cavabdeh1 BOKT- dan 5000 manat, X3 isə 1000 manat mənəvi zərərin tutulması hissəsində təmin edilməməlidir. "Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxxx 2008- ci il tarixli 7 saylı qərarında göstərilir ki, "mənəvi zərər" anlayışı anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqların, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməşini ifadə edir. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə, ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. İddia tələbindən görünür ki, iddiaçı mənəvi zərərə görə cavabdehlərdən 5000 manat mənəvi ziyan tələbi irəli sürsə də, cavabdehin hərəkətləri ilə bağlı mənəvi sarsıntı və iztirablar keçirməsi ilə əlaqədar sübutları məhkəməyə təqdim etməmişdir. Beləliklə, cavabdehin hərəkətləri nəticəsində iddiaçının mənəvi sarsıntı və iztirab keçirməsini təsdiq edən hər hansı mötəbər sübut məhkəməyə təqdim edilmədiyi üçün iddia tələbi cavabdehlərdən dəymiş mənəvi ziyanla bağlı 5000 manat tutulması hissəsində təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, QƏT ETDİ: İddia qismən təmin edilsin. İddiaçı adının xx.xx.2019-cu il tarixli 551 saylı Fərman çərçivəsində kompensasiya alacaq şəxslər siyasına daxil edilməsi və ona «KredoAqro» BOKT ilə aralarında bağlanmış xx.xx.2014-cü il tarixli, 115940/14 saylı kredit müqaviləsi üzrə kompensasiya hesablanması cavabdeh Azərbaycan Respublikasının Mərkəzi Bankına həvalə edilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən təqdim olunan (alınan) gündən 1 (bir) ay müddətində Bakı şəhəri, Səbail rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: İlkin Rüstəmli
Məhkəmə qərarları › İş №2(009)-2292/2020
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №2(009)-2292/2020
11.11.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver