Məhkəmə qərarları › İş №2(009)-2309/2021

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №2(009)-2309/2021

01.11.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(009)-2309/2021 01.11.2021 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Süleymanova Şəhla Ənvər qızının sədrliyi, Əkbərli Leyla Mirfazil qızının katibliyi, Cavabdeh ASC-nin nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdeh ASC qarşı «kompensasiyanın ödənilməsi» tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN E T D İ: İddiaçı Cavabdeh ASC qarşı məhkəmədə iddia qaldıraraq, Cavabdeh ASC borcunun olmaması və bunun nəticəsində ona hesablanmış 3125.13 manat kompensasiyanın ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini belə əsaslandırmışdır ki, Cavabdeh ASC Gəncə filialı ilə kredit müqaviləsi imzalanaraq kredit almışdır. Kredit borcu ödənildiyinə görə 28 fevral 2019-cu il tarixli Fərmanın təsiri altına düşdüyü üçün ona kompensasiya hesablanaraq verilməsi nəzərdə tutulmuşdur. Kompensasiyanın məbləği “fimsa.az” saytından əldə olunmuşdur. Həmin kompensasiyanın verilməsi üçün onu banka dəvət edərək kart verdilər və bildirdilər ki, yaxın günlərdə vəsait karta köçürüləcəkdir. Həmin vaxtdan bir ildən artıq müddət keçməsinə baxmayaraq ödəniş aparılmadığından məcbur olub Cavabdeh ASC-nin rəhbərliyinə məktub yazdı. Məktubu 15 aprel 2021-ci il tarixdə qismən cavablandırılaraq ona hesablanmış kompensassiyanın borcuna silinməsi bildirilmişdir. İddia ərizəsinə əlavə edilmiş sənədlərdən göründüyü kimi onun banka borcu yoxdur və bu səbəbdən də ona 3125.13 manat məbləğində kompensasiya hesablanmışdır. Borcunun olmaması Mərkəzi Kredit Reyestrindən çıxarışda sübut olunur. Hesab edir ki, Dövlət tərəfindən müəyyən edilmiş kompensassiya ödənilməklə Banka borcunun olmamasına dair qərar qəbul edilməlidir. Məhkəmə iclasında iştirak edən Cavabdeh ASC-nin nümayəndəsi Nümayəndə izahat verərək bildirmişdir ki, iddia tələbini qəbul etmirlər. 13 oktyabr 2016-cı il tarixdə Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi borcun tutulması barədə qətnamə qəbul etmişdir. İcra mərhələsində icra məmuru tərəfindən 28 fevral 2019-cu il tarixli fərmana əsasən hesablanmış 3125.13 azn məbləğində kompensasiyanı inkasso sərəncamına əsasən borcun ödənilməsinə yönəldilmişdir. Hazırda isə borc tam ödənilməmişdir. Məhkəmənin 05 oktyabr 2021-ci il tarixli iclasında iştirak edən İddiaçı nümayəndəsi X1 izahat verərək bildirmişdir ki, iddia tələbini müdafiə edir. Mərkəzi Bank borcun olmaması barədə arayış vermişdir. 2016-cı ildə borc tam ödənilmişdir. Lakin Cavabdeh ASC Fərmana əsasən hesablanmış 3125.13 manat məbləğində kompensasiyanı olmayan borcun ödənilməsinə yönəldib. Bu səbəbdən iddianın təmin olunmasını, Cavabdeh ASCnə borcun olmaması və bunun nəticəsində hesablanmış 3125.13 manat kompensasiyanın ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə cavabdehin nümayəndəsinin izahatını dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, iddia əsassız olduğundan təmin edilməməlidir. İş materiallarında olan Cavabdeh ASC-nin İddiaçı ünvanladığı 15.04.2021-ci il tarixli məktubundan görünür ki, kredit borcuna hesablanmış 3125.13 manat məbləğində kompensassiya inkasso sərəncamına əsasən borcunun ödənilməsinə yönəldilmişdir. İş materiallarında olan 03.10.2019-cu il tarixli İnkasso sərəncamından görünür ki, 3125.13 manat pul İddiaçı Cavabdeh ASC-də olan hesabından Cavabdeh ASC-nin hesabına köçürülmüşdür. İş materiallarında olan 01.03.2021-ci il tarixli Mərkəzi Kredit Reyestrindən çıxarışdan görünür ki, İddiaçı 10.02.2015-ci il tarixli kredit müqaviləsi üzrə kreditin statusu tam ödənilmiş kimi qeyd edilmişdir. İş materiallarında olan Gəncə şəhər İcra İdarəsinin Cavabdeh ASC-yə ünvanladığı 03 oktyabr 2019-cu il tarixli məktubdan görünür ki, Gəncə şəhər Kəpəz rayon Məhkəməsi tərəfindən verilmiş 2(043)-5217/2016 saylı, 13 oktyabr 2016-cı il tarixli icra vərəqəsinin icrası ilə əlaqədar İddiaçı Cavabdeh ASC-də olan hesabından 3125.13 manat pul vəsaitini Cavabdeh ASC-nin hesabına köçürülməsinə göstəriş verilməsi xahiş olunmuşdur. Mülki Prosessual Qanunverciliyinin 82.3-cü maddəsinə görə bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Odur ki, məhkəmə üçün qeyd edilən qətnamə preyudisial əhəmiyyət kəsb edir. Hazırda iddiaçı banka heç bir borcunun olmadığı üçün hesablanmış kompensassiyanın ona qaytarılması tələbi ilə məhkəməyə müraciət etsə də, məhkəmə qanuni qüvvəsini almış qətnamə ilə qanuniliyi və hüquqi nəticələri tanınan borc məbləği var və hesablanmış həmin kompensasiya icra mərhələsində borca silinmişdir. Odur ki, məhkəmənin gəldiyi qənaətə görə, hazırki mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi olduğundan verilmiş iddia tələbi əsassız və qanunsuz olduğundan rədd edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin əsasən 119-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia təmin edilmədiyindən iş üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Şərh olununlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT E T D İ: İddia təmin edilməsin. İddiaçı tərəfindən ödənilmiş 30 manat dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Səbail Rayon Məhkəməsi (AZ-1003, Bakı şəhəri, M.Useynov küçəsi 5) vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Şəhla Süleymanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar