Məhkəmə qərarları › İş №2(009)-234/2022

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №2(009)-234/2022

10.08.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(009)-234/2022 10.08.2022 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ X6 Rüstəmlinin sədrliyi, Mərdanov Məhəmməd Ələkbər oğlunun katibliyi, İddiaçı və cavabdehin nümayəndələri X5 və X4 iştirakları ilə, İddiaçı- cavabdeh "xxxx" ASC-yə qarşı «dəymiş zərər görə sığorta haqqının ödənilməsi» tələbi barədə iddiası üzrə mülki işə Bakı şəhərində 10 avqust 2022-ci il tarixdə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı - cavabdeh "xxxx" ASC-yə qarşı «dəymiş zərər görə sığorta haqqının ödənilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 29950,25 manat dəymiş zərərin və dövlət rüsumunun cavabdeh "xxxx" ASC-dən onun xeyrinə tutulmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, xx.xx.2018-ci il tarixli, MP-P 04039 saylı “Əmlak Sığortası” şəhadətnaməsi üzrə "xxxx" ASC-də sığortalanmış, ona məxsus ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin divarlarında böyük ölçülü çatlar əmələ gəlmişdir. Gün keçdikdə çatlar böyüyür və evdə yaşamaq təhlükəsi ilə üz-üzə qalmışlar. Belə ki, bu ciddi məsələnin həllindən ötrü xx.xx.2021-ci il tarixdə "xxxx" Sığorta ASC-nə müraciət etsə də, müsbət bir nəticə əldə edə bilməmişdir. "xxxx" Sığorta ASC tərəfindən 21,05.2021-ci il tarixli, 0590/21 nömrəli cavab verilərək, zərərin sığorta hadisəsi nəticəsində yaranıb yaranmadığını müəyyən etmək üçün və bu halın sığorta hadisəsi olub-olmamasını müəyyənləşdirilməsi üçün zərərin, yəni divardakı çatların nə zaman, hansı səbəbdən yaranması barədə məlumat bildirməklərinin zəruri olduğunu və buna görə də zərərin nə zaman və hansı səbəbdən yaranması barədə Cəmiyyətə məlumat verməyini xahiş etmişdirlər. Beləliklə ona dəymiş zərər barədə cəmiyyətə məlumat verilsə də, bu günə kimi müsbət bir nəticə əldə edilməmişdir. "xxxx" ASC-nın xx.xx.2021-ci il tarixli cavab məktubundan sonra o Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi Tikintidə X3 Agentliyinin “Azərinşaatlayihə” Dövlət Baş Layihə X1 Texniki Şöbəsinə müraciət etmiş, həmin Şöbənin qrup rəhbəri Emil Zeynalov, şöbənin mühəndisi Akif İbrahimov, Abşeron RİH-nin Sosial İqtisadi İnkişafın Təhlili və Proqnazlaşdırılması şöbənin baş məsləhətçisi Fariz Əliyev ilə birlikdə Tikintidə X3 Agentliyinin xx.xx.2021-ci il tarixli 34/07487 nömrəli tapşırığıan əsasən ünvan 1 ünvanında ona məxsus fərdi yaşayış evinə vizual texniki baxış keçirilşmişdir. ünvan 1 ünvanında ona məxsus fərdi yaşayış evinin texniki vəziyyəti haqqında xx.xx.2021-ci il tarixli Akt tərtib edilmişdir. Həmin aktda fərdi yaşayış evi 2012-ci ildə birmərtəbəli, zirzəmili inşa olunduğu, Evin uzunluğu 11.0 metr, 8.40 metr olduğu, daxili hündürlüyü 3.0 metr, zirzəminin hündürlüyü 2.2 metr olduğu qeyd edilmişdir. Evin xarici və daxili yük daşıyan divarlarının qalınlığı 0.40 metr, arakəsmə divarlarının qalınlığı, 0.20 metr olmaqla, mişarlanmış əhəngdaşından olduğu, kürsü və mərtəbə örtüyü ağac materialından olduğu göstərilmişdir. Dam örtüyü çardaq tipli olmaqla, ağac konstruksiyalar üzrə ondulin vərəqələrlə örtülmüşdür. Zirzəminin sol və arxa yükdaşıyan divarlarında açılış eni 10-18 mm olan pilləvari keçici çatlar mövvuddur. Giriş qapısının ətrafında müxtəlif istiqamətli enli 10-20 mm olan keçici çatlar, yükdaşıyan divarlarda, arakəsmələrdə, qapıpəncərə boşluqları ətrafında açılış eni 10-25 mm olan müxtəlif istiqamətli keçici çatlar aşkar olunduğu göstərilmişdir. Otaqlarda qapı boşluqları deformasiyaya uğradığından qapılar bağlanmır. Bir pıncərənin sağ divardan aralanması müşahidə olunmur. Ön yükdaşıyan divarda açılış eni 105 mm olan birtərəfli çatlar əmələ gəlmişdir. Giriş meydançasının üzlük daşlarının dağılması müşahidə olunmuşdur. Evin perimetri boyunca divarların aşağı hissəsində nəmlik əlamətləri vardır. Hamam otağının döşəməsində keramik üzlük tavaalarının çökməsi və divardan aralanması, otağln altında zirzəmi divarında nəmlik mövcuddur. Evin yola nisbətən aşağı səviyyədə inşa olunduğundan, konstruksiyalardakı deformasiyaların atmosfer sularının evin altına sızmasından yarandığı ehtimal olunur. Bütün bunlara əsasəndə Aktda evin texniki vəziyyətinin yolverilməz olduğu bildirilmişdir. Cavabdeh tərəfindən daxil olmuş etiraz ərizəsində qeyd edilmişdir ki, 27 iyul 2021-ci il tarixli Aktda sığorta hadisəsinin hansı səbəbdən yaranmasını açıqlayan dəqiq məlumat müəyyən olunmamış, evin yola nisbətən aşağı səviyyədə inşa olunmasından, konstrusiyalardakı deformasiyaların atmosfer sularının evin altına sızmasından yarandığının ehtimal olunduğu göstərilmişdir. Göründüyü kimi, aktda sığorta hadisəsinin yaranma səbəbi ehtimal olunmaqla dəqiq göstərilməmiş, göstərilən səbəb isə bağlanmış “Əmlak sığortası” müqaviləsində göstərilən sığorta risklərində nəzərdə tutulmamışdır. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verib, iddia tələbinin təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi G.Məmmədli iddia tələbini qəbul etməyərək təmin olunmamasını xahiş etmişdir. O, eyni zamanda bildirmişdir ki, baş vermiş hadisə ümumiyyətlə sığorta hadisəsi sayılmadığından iddiaçıya cavabdeh tərəfindən heç bir ödəniş edilməməlidir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi A.Qaraşov iddia tələbini qəbul etməyərək, təmin olunmamasını xahiş etmişdir. O, eyni zamanda bildirmişdir ki, ekspert rəyində də hadisənin sığorta hadisəsi olması faktı müəyyən edilməmişdir. Məhkəmə tərəflərin izahatını və təqdim olunmuş sübutları məcmu halında qiymətləndirilməklə hesab edir ki, iddia tələbi qismən təmin olunmalıdır. İş materiallarından olan: MP-P 04039 nömrəli sığorta şəhadətnaməsindən görünür ki, İddiaçı məxsus Abşeron rayonu, Xırdalan şəhəri, S.Bəhlulzadə 15 B ünvanında yerləşən fərdi yaşayış evi "xxxx" ASC tərəfindən 29,950,25 manat məbləğində sığortalanmışdır. "xxxx" ASC-nin iddiaçıya ünvanladığı məktubda qeyd edilmişdir ki, halın sığorta hadisəsi olub-olmamasının müəyyənləşdirilməsi üçün iddiaçıdan zərərin nə zaman, hansı səbəbdən yaranması barədə məlumat verilməsi xahiş olunur. FHN-nin Tikintidə X3 Agentliyinin mütəxəssisləri tərəfindən tərtib olunmuş 27 iyul 2021-ci il tarixli aktda qeyd edilmişdir ki, giriş qapısının ətrafında müxtəlif istiqamətli eni 10- 20 mm olan keçici çatlar, yükdaşıyan divarlarda, arakəsmələrdə, qapı-pəncərə boşluqları ətrafında açılış eni 10-25 mm olan müxtəlif istiqamətli keçici çatlar aşkar olundu. Ön yükdaşıyan divarda açılış eni 1.5 mm olan birtərəfli çatlar əmələ gəlmişdir. Hamam otağının döşəməsində keramik üzlük tavalarının çökməsi və divardan aralanması, otağının altında zirzəmi divarında nəmlik mövcuddur. Evin texniki vəziyyəti yolverilməzdir. İşin hallarından aşkar göründüyü kimi, mübahisəli əmlakın cavabdeh şirkətdə sığortalanması və sığortalanmış əmlaka zərər dəyməsi mübahisəsizdir və mübahisə məhz vurulmuş zərərin məbləği və hadisənin sığorta hadisəsi sayılıb-sayılmaması ilə bağlı əmələ gəlmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 883-cü maddəsinə əsasən sığortalı sığorta obyektinin məruz qala biləcəyi risklərlə bağlı itkilərin, dəyən zərərin əvəzinin və ya razılaşdırılan pul məbləğinin müəyyən bir hadisənin baş verməsi əsasında ödənilməsi üçün sığorta haqqı ödəməsi müqabilində sığorta müqaviləsi bağlayır. Həmin Məcəllənin 884.5-ci maddəsinə əsasən, sığorta olunan əmlak mənafeləri sığorta müqaviləsi əsasında sığortalanan şəxsdir. “İcbari sığortalar haqqında” Azərbaycan Respublikasının Qanununun: 6.1-ci maddəsinə əsasən icbari sığorta müqaviləsi əsasında əmlak mənafeləri sığortalanan - fərdi qəza sığortası müqaviləsində xeyrinə icbari sığorta müqaviləsi bağlanan (sığorta olunanlar kateqoriyasına daxil olan), əmlak sığortası üzrə mülkiyyətində və ya faktiki sahibliyində əmlakı olan və ya mülki məsuliyyət sığortası üzrə bu Qanunun 6.2-ci maddəsində nəzərdə tutulmuş əsasla müəyyən edilən şəxs sığorta olunan hesab edilir. 7-ci maddəsinə əsasən, mülki məsuliyyətin icbari sığortası üzrə sığorta müqaviləsinin tərəfi olmayan, sığorta olunanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində zərər çəkən, eyni zamanda sığorta ödənişi almaq hüququna malik olan fiziki şəxslər – fiziki şəxs öldüyü halda, onun ailə üzvləri – və ya hüquqi şəxslər, yaxud onların hüquq varisləri üçüncü şəxs sayılırlar. 20.2-ci maddəsinə əsasən, həmin Qanunun 21-ci maddəsində nəzərdə tutulmuş müvafiq hallar istisna olmaqla, sığortaçı mülki məsuliyyətin icbari sığortası üzrə sığorta hadisəsinin baş verməsində sığortalının və ya sığorta olunanın təqsirinin dərəcəsindən asılı olmayaraq, hər bir halda üçüncü şəxsin əmlakına dəyən zərərin əvəzini bu Qanunla müəyyən edilmiş qaydada ödəməlidir. 35.1-ci maddəsinə əsasən daşınmaz əmlakın icbari sığortası daşınmaz əmlakın yanğın və ya digər hadisələr nəticəsində zədələnməsi, məhv olması, yaxud hər hansı formada itkisi ilə bağlı dəyən zərərin əvəzinin ödənilməsi məqsədi ilə tətbiq edilir. 36.1-ci maddəsinə əsasən daşınmaz əmlakın aşağıdakı hallar nəticəsində zədələnməsi, məhv olması, yaxud hər hansı digər formada itkisi sığorta hadisəsi hesab olunur: 36.1.1. yanğın, ildırım düşməsi; 36.1.2. məişətdə və istehsalatda istifadə olunan qazın partlayışı; 36.1.3. elektrik naqillərində baş verən qısa qapanma; 36.1.4. buxar qazanlarının, qaz anbarlarının, qaz kəmərlərinin, maşınların, aparatların və digər oxşar qurğuların və ya cihazların partlayışı; 36.1.5. su, istilik, kanalizasiya kəmərlərinin və yanğınsöndürmə sistemlərinin qəzası, habelə qonşu tikililərdən, yaşayış və qeyri-yaşayış sahələrindən, yaşayış evlərindən və binalarından, mənzillərdən, otaqlardan daxil olan su nəticəsində subasma; 36.1.6. hər hansı predmetin və ya onun hissələrinin düşməsi, atılması, dəyməsi, dağılması, axıdılması və digər bu kimi formalarda təsiri; 36.1.7. yerüstü nəqliyyat vasitəsinin dəyməsi; 36.1.8. təbii fəlakətlər - zəlzələ, vulkan, fırtına, qasırğa, tufan, dolu, sel, daşqın, leysan, yer sürüşməsi; 36.1.9. üçüncü şəxslərin hərəkətləri. Göründüyü kimi, qanunverici təqsirinin dərəcəsindən asılı olmayaraq mülki məsuliyyətin icbari sığortası üzrə sığorta hadisəsinin baş verməsi ilə hər bir halda üçüncü şəxsin əmlakına dəyən zərərin əvəzini ödəməsi vəzifəsini müəyyən etmişdir. İşdə olan xx.xx.2022-ci il tarixli 10/1480 №-li məhkəmə ekspertizasının rəyindən görünür ki, ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evinə zərərin dəydiyi və yanğın nəticəsində yaranmış qüsurların aradan qaldırılması üçün görülməli təmir-bərpa işlərinin mövcud bazar qiymətlərinə uyğun olaraq ümumi dəyəri təqribən 27,320 manat məbləğində təşkil edir. Rəydə eyni zamanda qeyd edilmişdir ki, fərdi yaşayış evinin konstruksiyalarındakı deformasiyaların atmosfer sularının evin altına sızmasından yarandığı ehtimal olunur. Sözügedən tikintinin tikinti norma və qaydalarına uyğun inşa edildiyi müəyən edilmişdir. “İcbari sığortalar haqqında” Azərbaycan Respublikasının Qanununun 15.3-cü maddəsinə əsasən zərər dəymiş əmlakın təmiri və ya bərpası üçün birbaşa çəkilən xərclər, zərər dəymiş əmlakın daşınması, habelə onun qalıqlarının yığılması və daşınması ilə bağlı xərclər və s. əmlaka dəyən zərərin məbləğinə aiddir. Göründüyü kimi, ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evində baş verən halın sığorta hadisəsi olması iş materiallarında olan FHN-nin aktı ilə yanaşı eyni zamanda ekspert rəyi ilə də öz təsdiqini tapır. Eyni zamanda məhkəmə qeyd etməyi zəruri hesab edir ki, sığorta şirkəti sözügedən əmlakı sığorta edərkən əmlaka ətraflı baxış keçirmiş və əmlakı hər hansı qeyd-şərt olmadan qəzasız vəziyyətdə qəbul edərək sığorta etmişdir. Buradan həm də belə nəticə çıxarmaq olur ki, sözügedən əmlakda baş vermiş hal məhz sığorta müqaviləsinin qüvvədə olduğu zaman əmələ gəlmişdir. Bu səbəbdən həmin hadisə sığorta hadisəsi kimi qəbul edilməlidir. Beləliklə, məhkəmə yuxarıda göstərilənlərə məcmu şəkildə hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi məhz sığorta hadisəsi nəticəsində əmlaka dəymiş 27,320 manat məbləğində təmin edilməlidir. Məhkəmə işin faktiki hallarını, maddi və prosessual normaların tələblərini dəyərləndirərək hesab edir ki, iddiaçının iddia tələbi qismən əsaslıdır. Sığorta hadisəsi nəticəsində sığortalıya zərər dəymiş əmlakının təmiri və bərpası üçün birbaşa çəkilməli olan 27,320 manat zərər məbləği "xxxx" ASC-dən iddiçının xeyrinə tutulmalıdır. Həmçinin Mülki Prosessual Məcəllənin 119-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edildiyindən və iddia tələbi qismən təmin olunduğu halda, hazırkı iş üzrə çəkilmiş xərclər (dövlət rüsumu və ekspert tədqiqatının dəyəri) yarı hissələrdə tərəflərə aid edilməlidir. İşə əlavə edilmiş sənədlərdən görünür ki, məhkəmə xərcləri iddiaçı tərəfindən iddianın qaldırılması üçün ödənilmiş 30 manat dövlət rüsumundan və 50 manat Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən aparılmış məhkəmə-tikinti texniki ekspert tədqiqatının dəyərindən ibarətdir. Məhkəmə hesab edir ki, iddianın qaldırılması üçün ödənilmiş 30 (otuz) AZN dövlət rüsumu və xx.xx.2022-ci il tarixli məhkəmə ekspertizasının rəyi üçün ekspertiza xərcini təşkil edən 50 manat məbləğində vəsait iddia tələbi qismən təmin olunduğundan işdə iştirak edən şəxslərə aid edilməli və onlardan müştərək qaydada alınaraq dövlət büdcəsinə ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-nin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216-220, 227, 358 və 360-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. "xxxx" ASC-də sığortalanmış və İddiaçı məxsus ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evinin təmir-bərpa xərci kimi 27,320 manat pul vəsaiti və iddianın qaldırılması üçün ödənilmiş dövlət rüsumunun 15 manat hissəsi cavabdeh "xxxx" ASC-dən alınıb İddiaçı ödənilsin. Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən aparılmış məhkəmə- tikintitexniki ekspertizası tədqiqatının dəyərini təşkil edən 50 manat vəsaitin 25 manat hissəsi İddiaçı, 25 manat hissəsi isə cavabdeh "xxxx" ASC-dən tutulub Məhkəmə Ekspertiza Mərkəzinin hesabına (hesab: Az.MEM VÖEN **********; AZ34CTRE********************, X2, KOD 210005; VÖEN **********; müxbir hesab Az41NABZ013601**********03944, S.W.İ.F.T. BİK: CTREAZ 22) köçürülsün. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən təqdim olunan (alınan) gündən 1 (bir) ay müddətində Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. HAKİM: İLKİN RÜSTƏMLİ

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar