Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(009)-2342/2023 08.12.2023 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim: Abdullayev Şahin Zülfüqar oğlunun sədrliyi, Ağayeva Narqələm Bayram qızının katibliyi, İddiaçının nümayəndəsi R.C.Ağayevin, Cavabdeh iştirakları ilə İddiaçı Cavabdeh qarşı vurulmuş maddi ziyanın ödənilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə Səbail rayon məhkəməsi binasında açıq məhkəmə iclasında baxaraq… MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı vurulmuş maddi ziyanın ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək göstərmişdir ki, Cavabdeh Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək Bakı şəhəri Xətai rayon Məhkəməsinin 1(011)- 203/2022 saylı, xx.xx.2022-ci il tarixli hökmü ilə 02 il 05 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması növünə məhkum edilmişdir. xx.xx.2023-cü il tarixdə böyük icra məmuru Rövşən Ağayev tərəfindən məhkuma yeni elektron nəzarət vasitəsi tətbiq edilmiş, cəza çəkdiyi müddət ərzində elektron nəzarət vasitəsinin istifadə qaydaları ona izah edilmiş və bu barədə onun iştirakı ilə müvafiq protokol tərtib edilmişdir. Həmin gün müvafiq iltizama 01 ədəd mobil qurğu (“Attenti” markalı, 35640332 No-li), 01 ədəd mobil qurğunun enerji toplayıcı adaptoru, 01 ədəd sadə elektron qolbağ (078CE32006 No-li), 01 ədəd mobil qurğu üçün qoruyucu qab hazırki iş üzrə cavabdeh olan Cavabdeh quraşdırılaraq təhvil verilmişdir. Cavabdeh elektron nəzarət vasitələrini üzərində gəzdirdiyi və istifadə etdiyi müddətdə maddi məsuliyyət daşıması barədə xəbərdarlıq edilməsinə baxmayaraq cavabdeh 2227,40 manat dəyəri olan elektron nəzarət vasitəsini – mobil qurğunu yararsız vəziyyətə salmaqla Azərbaycan Respublikası Ədliyyə Nazirliyinə maddi ziyan vurmuşdur. Cavabdeh mobil qurğunu yararsız vəziyyətə salmasına dair xx.xx.2023-cü il tarixdə protokol tərtib olunmuş və ondan izahat alınmışdır. Ədliyyə Nazirliyinin verdiyi məlumata görə həmin elektron nəzarət vasitəsinin dəyəri 2227,40 manat təşkil edir. Cavabdeh dəymiş ziyanı könüllü olaraq ödəmədiyi üçün hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmək zərkrəti yaranmışdır. Göstərilənləri nəzərə alaraq iddiaçı Cavabdeh elektron nəzarət qurğusunun dəyəri, yəni 2227,40 manat vəsaitin alınıb Azərbaycan Respublikası Ədliyyə Nazirliyinə verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında izahatı alınmış iddiaçının nümayəndəsi X1 iddia tələbini tam müdafiə edərək onun təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında izahatı alınmış Cavabdeh iddia tələbini qəbul edərək öz izahatında göstərmişdir ki, o, xx.xx.2023-cü il tarixdə gecə yaşadığı evin həyətini işıqlandıran lampanın xarab olmasını görüb onu yenisi ilə dəyişmək istəmişdir. Lampa hündürlükdə yerləşdiyindən məcbur olub nərdivandan istifadə etmişdir. Lampanın bağlandığı yer nasaz olduğundan elektron enerjisi ilə birbaşa təmasa girdiyi üçün əlini tok vurmuşdur. O, özünü saxlaya bilməyib təxminən 2 metr məsafədən yerə yıxılmışdır. Pilləkə çıxanda mobil qurğu cibində idi. O, yıxılanda qurğu cibindən yerə zərblə çırpılmış, lakin korpusu sınmamışdır. O, ayağa qalxıb qurğuya baxmışdır. O, normal qaydada işləyirdi. Növbəti günü qurğudan müxtəlif siqnallar gəlməyə başlamış və o, sonradan nasaz hala düşmüşdür. Mobil qurğunun nasaz vəziyyətə düşməsi ehtiyatsızlıqdan olmuşdur. Onun ziyanı tam ödəmək imkanı yoxdur. Məhkəmədən qanuni qərar qəbul edilməsini xahiş edir. İş materiallarını araşdırıb, tərəflərin izahatlarını dinləyib, toplanmış sübutlara hüquqi qiymət verərək məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməlidir. İş üzrə "xxxx" QSC tərəfindən Ədliyyə Nazirliyinin Probasiya Xidmətinin rəisinə ünvanlanmış xx.xx.2021-ci il tarixli, ED-M No 96-21 saylı məktubun surətindən görünür ki, Probasiya xidmətinin qeydiyyatında olan “Attenti” markalı elektron nəzarət vasitələri tətbiq edilmiş məhkumlar tərəfindən onlara verilmiş həmin elektron avadanlıqların itirilməsi və yararsız hala salınması hallarında həmin vasitələrin dəyəri nəzarət subyektindən tutulmalıdır: 1. Sadə elektron qolbaq -1 ədəd (sadə elektron qolbaq – x1, mobil nəzarət qurğusu – x1, elektrik adapteri – x1, proqram lisenziyası – x1) – 1930 manat, 2. ƏDV – 347,40 manat, cəmi 2277,40 manat. İş üzrə Xətai rayon Məhkəməsinin 1(011)-203/2022 saylı, xx.xx.2022-ci il tarixli hökmün surətindən görünür ki, Cavabdeh Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib 02 il 06 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilməsi, Cavabdeh şübhəli şəxs kimi saxlandığı 02 gün Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən bir günə iki gün hesabı ilə nəzərə alınmaqla təyin olunmuş 02 il 06 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasından 04 gün çıxılmaqla onun üzərində qəti olaraq 02 il 05 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasının saxlanılması, cəzaçəkmə müddətinin əvvəli Cavabdeh oğldunun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanması, Cavabdeh üzərinə Bakı şəhər ərazi hüdudlarını tərk etməmək, yaşayış yerini axşam saat 23.30-dan səhər saat 07.00-dək tərk etməmək və elektron nəzarət vasitəsini gəzdirmək, həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək vəzifəsinin qoyulması, Cavabdeh üzərinə qoyulmuş vəzifələri yerinə yetirməsinə nəzarətin həyata keçirilməsi Bakı şəhəri Probasiya İdarəsinə həvalə edilməsi, Cavabdeh barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılması, Cavabdeh barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicənin təyin olunması və ərazi narkoloji dispanserdə qeydiyyata alınması, maddi sübut kimi tanınmış Xətai rayon Polis İdarəsinin maddi sübutlar otağına təhvil verilmiş ekspertiza tədqiqatından sonra qalıq qalmış 0,567 qram psixotrop maddə metamfetaminin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməsi, maddi sübut kimi tanınmış şəxsi axtarış və götürməni əks etdirən 01 ədəd diskin cinayət işinin materiallarında saxlanılması, iş üzrə ekspertiza tədqiqatının dəyəri 81 manatın Cavabdeh alınıb dövlət büdcəsinə keçirilməsi hökm edilmişdir. İş üzrə Xətai rayon Məhkəməsi tərəfindən İddiaçınə ünvanlanmış xx.xx.2022-ci il tarixli, 1(011)- 203/2022 saylı qanuna qüvvəyə minmiş hökmün icra edilməsi haqqında hakimin göstərişin surətindən görünür ki, Cavabdeh Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək məhkum edilməsinə dair Xətai rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 1(011)- 203/2022 saylı hökmün icrasına dair hakimin xx.xx.2022-ci il tarixli göstərişi xx.xx.2022-ci il tarixdə İddiaçı icraatına daxil olmuşdur. İş üzrə İddiaçı icra məmuru Rövşən Ağayev tərəfindən Cavabdeh iştirakı ilə tərtib edilmiş azadlığın məhdudlaşdırılması növündə cəzaya məhkum edilmiş şəxsə elektron nəzarət vasitələrinin tətbiq olunması, təhvil verilməsi və ona cəzanın icrası ilə bağlı hüquq və vəzifələrinin izah edilməsi barədə xx.xx.2023-cü il tarixli protokolun surətindən görünür ki, məhkum Cavabdeh yeni elektron nəzarət vasitələri - 1 ədəd mobil qurğu (“Attenti” markalı, 35640332 No-li), 01 ədəd mobil qurğunun enerji toplayıcı adaptoru, 01 ədəd sadə elektron qolbaq (078CE32006 No-li), 01 ədəd mobil qurğu üçün qoruyucu qab – təhkil edilmişdir. Məhkuma məhkəmə hökmünün (qərarının) tələbləri, cəzanın icrası qaydaları, həmin qaydaların pozulmasının hüquqi nəticələri, o cümlədən üzərində elektron nəzarət vasitəsi daşımalı olduğunu, həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət qaydaları, hər hansı müdaxilənin və ya cihazın üzərindən çıxarılmasının yol verilməzliyi, habelə həmin vasitəni zədələdikdə və ya digər üsulla yararsız vəziyyətə saldıqda dəyərinin ondan tutulacağı izah edilmiş və ona yaddaş kitabçası verilmişdir. İş üzrə Cavabdeh tərəfindən İddiaçınə yazılmış xx.xx.2022-ci il tarixli iltizamın surətindən görünür ki, Bakı şəhəri Xətai rayon Məhkəməsinin 1(011)-203/2022 saylı, xx.xx.2022-ci il tarixli hökmünə əsasən ona təhkim olunmuş elektron nəzarət vasitələrini – 01 ədəd mobil qurğu (“Attenti” markalı, 35640332 No-li), 01 ədəd mobil qurğunun enerji toplayıcı adaptoru, 01 ədəd sadə elektron qolbaq (078CE32006 No-li), 01 ədəd mobil qurğu üçün qoruyucu qabı qəbul etmişdir. İş üzrə İddiaçı icra məmuru Rövşən Ağayev tərəfindən Cavabdeh iştirakı ilə tərtib olunmuş azadlığın məhdudlaşdırılması növündə cəzaya məhkum olunmuş şəxslə fərdi söhbətin aparılmasına dair xx.xx.2023-cü il tarixli protokolun surətindən görünür ki, icra məmuru Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək Bakı şəhəri Xətai rayon Məhkəməsinin 1(011)-203/2022 saylı, xx.xx.2022-ci il tarixli hökmü ilə 02 il 05 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunmuş Cavabdeh ilə xx.xx.2023-cü il tarixdə saat 18.40da ünvan 2 ünvanında yerləşən İddiaçı inzibati binasında onunla əməyə və təhsilə vicdanlı münasibət göstərilməsinə, cəmiyyətdə qəbul edilmiş davranış qaydalarına riayət edilməsinə yönəlmiş fərdi söhbətlər aparmışdır. İş üzrə "xxxx" QSC-nin mühəndisi Eldar Qurbanov tərəfindən verilmiş elektron nəzarət vasitəsinin vəziyyəti haqqında ED 000294 nömrəli, xx.xx.2023-cü il tarixli texniki rəyin surətindən görünür ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Probasiya Xidməti Elektron Monitoring İdarəsinin sifarişinə əsasən İddiaçı tərəfindən Cavabdeh tətbiq edilmiş “Attenti V6” markalı, 35640322 seriya nömrəsi elektron nəzarət vasitəsinə texniki baxış keçirilmiş, baxış zamanı ana platada elementlərin koroziyası müşahidə olunması, təmiri mümkün olmaması, istifadəyə tam yararsız olması müəyyən edilmişdir. İş üzrə Bakı Probasiya İdarəsinin böyük icra məmuru Rövşən Ağayev tərəfindən Cavabdeh ünvanlanmış xx.xx.2023-cü il tarixli bildirişin surətindən görünür ki, Bakı şəhəri Xətai rayon Məhkəməsinin 1(011)-203/2022 saylı, xx.xx.2022-ci il tarixli hökmünə əsasən Cavabdeh təhkim olunmuş və onun tərəfindən təhvil verilməmiş elektron nəzarət vasitəsi olan elektron qolbağı İddiaçınə qaytarılması və ya onun dəyəri olan 2277,40 manat pulu təqdim olunmuş müvafiq hesaba ödənilməsi tələb olunur. Elektron nəzarət vasitəsi olan elektron qolbaq İddiaçınə qaytarılmadığı və ya onun dəyəri olan 2277,40 manat pul Cavabdeh tərəfindən könüllü ödənilmədiyi halda həmin qolbağın və ya onun dəyərinin ondan məcburi alınması üçün məhkəməyə müraciət olunacaqdır. İş üzrə Cavabdeh tərəfindən İddiaçınə xx.xx.2023-cü il tarixdə yazılmış izahatın surətindən görünür ki, o, Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək Bakı şəhəri Xətai rayon Məhkəməsinin 1(011)-203/2022 saylı, xx.xx.2022-ci il tarixli hökmü ilə 02 il 05 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması növündə cəzaya məhkum olunmuşdur. Təyin olunmuş müddət ərzində onun üzərinə hər gün axşam saat 23.30-dan növbəti günün 07.00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək vəzifələri qoyulmuşdur. Onun üzərinə qoyulmuş vəzifələri yerinə yetirməkdən mütəmadi və qərəzli olaraq boyun qaçıranda cəzanın çəkilməmiş hissəsinin müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza ilə əvəz edilməsi üçün məhkəməyə təqdim veriləcəyi, elektron nəzarət vasitəni zədələdikdə və ya digər üsulla yararsız vəziyyətə saldıqda, onun dəyərinin ondan tutulması barədə icra məmuru tərəfindən xəbərdar olunmuşdur. O, xx.xx.2023-cü il tarixdə gecə yaşadığı evin dəyətini işıqlandıran lampanın xarab olmasını görüb onu yenisi ilə dəyişmək istəmişdir. Lampa hündürlükdə yerləşdiyindən məcbur olub nərdivandan istifadə etmişdir. Lampanın bağlandığı yer nasaz olduğundan elektron enerjisi ilə birbaşa təmasa girdiyi üçün əlini tok vurmuşdur. O, özünü saxlaya bilməyib təxminən 2 metr məsafədən yerə yıxılmışdır. Pilləkə çıxanda mobil qurğu cibində idi. O, yıxılanda qurğu cibindən yerə zərblə çırpılmış, lakin korpusu sınmamışdır. O, ayağa qalxıb qurğuya baxmışdır. O, normal qaydada işləyirdi. Növbəti günü qurğudan müxtəlif siqnallar gəlməyə başlamış və o, sonradan nasaz hala düşmüşdür. Heç bir xəsarəti olmadığı üçün həkimə və ya digər şəxslərə bu hadisə ilə bağlı müraciət edib məlumat verməmişdir. Evin digər işıqları qısaqapanda nəticəsində sönmədi. Buna görə də elektrik şəbəkədən mütəxəssis dəvət etməyə ehtiyac olmadı. Qoruyucu qab böyük olduğu üçün cibinə yerləşmir. Bu səbəbdən qurğunu onsuz cibinə qoyur. İcra məmuru onu yanına dəvət etməsinə baxmayaraq o, onun yanına dərhal gələ bilməmişdir. xx.xx.2023-cü il tarixdə anası ilə telefon vasitəsi ilə bir neçə dəfə əlaqə saxlayaraq ona onun yanına təcili gəlməsi bildirmişdir. O, evə gələn kimi icra məmuru ilə əlaqə saxlayıb növbəti günü onun yanına gələcəyini bildirmişdir. Mobil qurğunun nasaz vəziyyətə düşməsi ehtiyatsızlıqdan olmuşdur. Onun ziyanı ödəmək imkanı yoxdur. Məhkəmə verilmiş iddia tələbi ilə bağlı aşağıdakıları qeyd edir. Məhkəmə iclasında müəyyən edilmişdir ki, Xətai rayon Məhkəməsinin 1(011)-203/2022 saylı, xx.xx.2022-ci il tarixli hökmünə əsasən Cavabdeh Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 02 il 05 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Hökmün icra edilməsi haqqında hakimin xx.xx.2022-ci il tarixli göstərişi xx.xx.2022-ci il tarixdə İddiaçı icraatına daxil olmuşdur. Məhkəmə iclasında həmçinin müəyyən edilmişdir ki, icra məmuru R.Ağayev məhkum Cavabdeh iştirakı ilə protokol tərtib edərək məhkəmə hökmünün tələbləri, cəzanın icrası qaydaları, həmin qaydaların pozulmasının hüquqi nəticələri, o cümlədən üzərində elektron nəzarət vasitəsi daşımalı olduğunu, həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət qaydaları, hər hansı müdaxilənin və ya cihazın üzərindən çıxarılmasının yol verilməzliyi, habelə həmin vasitəni zədələdikdə və ya digər üsulla yararsız vəziyyətə saldıqda dəyərinin ondan tutulacağı məhkuma izah edilmiş, həmin tarixdə məhkuma yeni elektron nəzarət vasitəsi tətbiq edilmiş, ona 1 ədəd “Attenti” markalı, 35640332 nömrəli elektron nəzarət qurğusu, 01 ədəd qurğunun enerji toplayıcı adaptoru, 078CE32006 nömrəli 01 ədəd sadə elektron qolbaq, 1 ədəd mobil qurğu üçün qoruyucu qabı Cavabdeh yaşadığı ünvanda tətbiq edilərək təhvil verilmişdir. Həmin nəzarət avadanlıqlarının istifadə qaydaları Cavabdeh izah edilmiş və həmin avadanlıqlara görə üzərinə gəzdirdiyi və istifadə etdiyi müddətdə maddi məsuliyyət daşıması barədə xəbərdarlıq edilmişdir. Məhkəmə iclasında eyni zamanda müəyyən edilmişdir ki, xx.xx.2023-cü il tarixdə Cavabdeh yaşadığı evin həyətini işıqlandıran lampanın dəyişən zaman qısaqapanma olmuşdur. Cavabdeh 2 m. hündürlükdən yerə yıxılmış və ona təhkim edilmiş mobil qurğunu ehtiyatsızlıqdan nasaz vəziyyətə düşmüşdür. Cavabdeh mobil qurğusunun ehtiyatsızlıqdan yarasız hala düşməsini etiraf etmişdir. İddiaçı tərəfindən irəli sürülmüş tələbdən görünür ki, Cavabdeh elektron nəzarət vasitələrini üzərində gəzdirdiyi və istifadə etdiyi müddətdə maddi məsuliyyət daşıması barədə xəbərdarlıq edilməsinə baxmayaraq cavabdeh 2227,40 manat dəyəri olan elektron nəzarət vasitəsini – mobil qurğunu yararsız vəziyyətə salmaqla Azərbaycan Respublikası Ədliyyə Nazirliyinə maddi ziyan vurmuşdur. Bu səbəbdən iddiaçı həmin ziyanın tutulmasını xahiş etmişdir. Azərbaycan Respublikası Cəzalarını İcrası Məcəlləsinin 15-2.5-ci maddəsinə əsasən elektron nəzarət vasitəsi tətbiq edilmiş şəxs həmin vasitəni zədələdikdə və ya digər üsulla yararsız vəziyyətə saldıqda, onun dəyəri həmin şəxsdən tutulur. “Məhkum edilmiş və ya barəsində qətimkan tədbiri seçilmiş şəxslərə tətbiq edilən elektron nəzarət vasitələrinin siyahısının və onların tətbiqi qaydalarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2018-ci il tarixli Qərarının 7.5-ci bəndinə əsasən tətbiq olunan elektron nəzarət vasitəsi yararsız hala düşdükdə və ya fəaliyyətində nasazlıqlar müşahidə olunduqda, o yenisi ilə əvəz edilə bilər. Bunun üçün icra məmuru (probasiya üzrə) və ya polis orqanının müvafiq vəzifəli şəxsi nasaz avadanlığa onu çıxarmadan baxış keçirməli və onun bilərəkdən korlanmaması aşkar olunduqda, dəyişdirilməsi barədə qərar verməlidir. Belə halda, icra məmuru (probasiya üzrə) və ya polis orqanının müvafiq vəzifəli şəxsi bu Qaydaların 7.4-cü bəndində göstərilən tədbirləri yerinə yetirir. Nəzarət subyekti elektron nəzarət vasitəsini zədələdikdə və ya digər üsullarla yararsız vəziyyətə saldıqda, həmin vasitənin dəyəri ondan tutulur. Azərbaycan Respublikası Mülki Məcəllənin 21.1-ci maddəsinə əsasən hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinin müddəaları yalnız real zərərin, habelə əldən çıxmış faydanın ödənilməsini nəzərdə tutur. AR Mülki Məcəlləsinin 1096-ci maddəsinə (Mülki Hüquq pozuntuları (deliktlər) anlayışı) əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli hüquqa zidd (mülki qanunvericiliyinin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Göstərilən Məcəllənin 1097-ci maddəsinə (mülki hüquq pozuntuları üçün məsüliyyətin əsasları) əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işguzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam ödənilməlidir. Qeyd edilən Məcəllənin 1115-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. Məhkəmə qeyd edir ki, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə birbaşa ziyan və ya zərər vurulmasına səbəb olan təqsirli, hüquqazidd əməldir. Mülki hüquq pozuntusunun yaranmasında nəzərdə tutulan hüquqazidd əməl dedikdə mülki qanunvericiliyin normalarını pozan hərəkət və ya hərəkətsizlik anlaşılır. Eləcə də delikt törətmiş şəxsin əməli təqsirli olmalıdır. Təqsirli əməl şəxsin qəsdi və ya ehtiyatsızlığı nəticəsində yaranır. Bu səbəbdən də mülki hüquqi məsuliyyətin əsasında şəxsin qəsdən və ya ehtiyatsızlıqdan edilmiş hərəkətləri dayanır. Kobud ehtiyatsızlıqda şəxs öz hərəkətinin və ya hərəkətsizliyinin zərərli nəticələr baş verə biləcəyi aşkar göründüyü halda etinasızlıq göstərərə onların qarşısını almır, adi ehtiyatsızlıqda isə baş verə biləcək zərərli nəticələr aşkar görünmür, onların aşkarlanması üçün xüsusi diqqət və qayğı tələb olunur. Yuxarıda göstərilən əlamətləri özündə ehtiva edən mülki hüquq pozuntusu (delikt) törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Delikt törətmiş şəxsin mülki hüquqi məsuliyyətinin yaranması üçün bir sıra əsasların mövcudluğu tələb olunur. Ümumiyyətlə, zərərin əvəzinin ödənilməsi üçün, bir qayda olaraq, mülki hüquq pozuntusunun (deliktin) mövcud olması tələb olunur. Yalnız zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş ziyanı tələb edə bilər. Ziyanın isə tələb edilməsi üçün ilk növbədə zərərvuran qismində göstərilən şəxsin hərəkətlərində zərərçəkmiş şəxsə qarşı yönəlmiş hüquqi zidd hərəkətləri sübut olunmalı və vurulmuş ziyanın məhz həmin hərəkətlər nəticəsində əmələ gəlməsi təsdiq olunmalıdır. Beləliklə, mülki hüquq pozuntusunun tərkibini mülki-hüquqi məsuliyyətin aşağıdakı ümumi şərtləri təşkil edir:
1. Törədilmiş əməlin (hərəkətin və ya hərəkətsizliyin) hüquqazidd olması; hüquqazidd əməl dedikdə şəxsin qanunla birbaşa qadağan edilmiş və ya qanunun imperativ normalarını pozan hərəkət və ya hərəkətsizliyi anlaşılır.
2. Törədilmiş əməl (hərəkət və ya hərəkətsizlik) nəticəsində başqa şəxsə birbaşa ziyan və ya zərər yetirilməsi. Bu halda şəxsin maddi və ya mənəvi itkilərə məruz qalması anlaşılır. Maddi zərər əmlak itkilərinə səbəb olur.
3. Zərərvuranın hüquqazidd hərəkəti ilə baş vermiş zərərli nəticələr arasında səbəbli əlaqənin olması. Belə ki baş vermiş zərərli nəticə məhz məsuliyyətə cəlb edilməli şəxsin hərəkəti nəticəsində baş verdikdə onun məsuliyyəti yarana bilər. Səbəbli əlaqə zərərli nəticənin konkret əməldən yaranmasını ehtiva edir.
4. Hüququpozan şəxsin təqsirinin olması. Göründüyü kimi qanunvericiliyin tələbinə əsasən ziyanın vurulması və mülki hüquq pozuntusunun yaranması üçün dörd şərtin olması vacibdir. Eyni zamanda zərərvuranın hüquqazidd hərəkəti ilə baş vermiş zərərli nəticələr arasında səbəbli əlaqə olmalıdır. Yalnız yuxarıda göstərilən dörd şərtin hamısını özündə ehtiva edən mülki qanunvericiliyin normalarını pozmuş əməl (hərəkət və ya hərəkətsizlik) mülki hüquqi məsuliyyətin yaranmasına səbəb ola bilən mülki hüquq pozuntusu sayılır. İş üzrə "xxxx" QSC tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli məktubundan görünür ki, 1 ədəd “Attenti” markalı elektron nəzarət qurğusu komplektinin (1 ədəd sadə elektron qolbaq, 1 ədəd mobil nəzarət qurğusu, 1 ədəd mobil qurğunun elektrik adapteri, proqram lisenziyası) dəyəri 2277,40 manat təşkil etmişdir. İddiaçı tərəfindən irəli sürülmüş tələbdən görünür ki, o, cavabdehdən 2227,40 manat məbləğində dəymiş ziyanın tutulmasını xahiş edir. AR MPM-nin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Məhkəmə qanunun yuxarıda göstərilən tələblərini əsas tutaraq qeyd edir ki, cavabdehin mobil nəzarət qurğusunu yararsız hala salması nəticəsində ziyan dəyməsi təsdiq olunduğundan, cavabdeh həmin ziyanla bağlı mülki məsuliyyət daşıyır və bu səbəbdən vurulmuş ziyanın əvəzi kimi ondan iddia tələbi həddində 2227,40 manat məbləğində pulun tutulması barədə iddia tələbi tam əsaslıdır və təmin edilməlidir. Məhkəmə hesab edir ki, iddiaçı hazırki tələblə məhkəməyə müraciət etmək üçün dövlət rüsumundan azad olunduğundan, iddia tələbi isə təmin olunduğundan, cavabdehdən dövlət nəfinə dövlət rüsumunun əvəzi kimi 42,27 manat məbləğində pul tutulmalıdır. AR MPM-nin 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Göstərilənlərə əsasən və AR MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə…
QƏT ETDİ:
İddia təmin edilsin. Cavabdeh vurulmuş maddi ziyanın əvəzi kimi mobil nəzarət qurğunun dəyəri 2227,40 (iki min iki yüz iyirmi yeddi manat, qırx qəpik ) manat məbləğində pul vəsaiti tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinə ödənilsin. Cavabdeh dövlət nəfinə dövlət rüsumunun əvəzi kimi 42,27 (qırx iki manat, iyirmi yeddi qəpik) manat məbləğində pul tutulsun. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətinə Bakı Şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qeyd: apellyasiya şikayəti elektron sistem vasitəsi ilə verilmədikdə AR MPM-nin 363.1.5ci maddəsinə əsasən geri qaytarılacaqdır. Hakim: Şahin Abdullayev