Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(009)-2349/2022 01.12.2022 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Səbail Rayon Məhkəməsinin hakimi Rəna Nazim qızı Qafarovanın sədrliyi, Məhkəmə iclas katibi Əlirza Azər oğlunun katibliyi, İddiaçının nümayəndəsi X2 və Cavabdeh iştirakları ilə, İddiaçı BOKT QSC-nin Cavabdeh qarşı "borc" tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı BOKT QSC-nin Cavabdeh qarşı "borc" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh cəmi 9.835.010,02 manat (əsas borc 8.585.000,00 manat, faiz borcu 1.250.010,02 manat) məbləğində kredit borcunun İddiaçı QSC-nin xeyrinə tutulması barədə müvafiq qətnamə çıxarılmasını xahiş etmişdir. Tərəflər məhkəməyə Barışıq Sazişi təqdim edərək, Azərbaycan Respublikası MPMnin 191, 261 və 262-ci maddələrinin məzmununun onlara tam aydın olmasını bildirərək tərəflər arasında bağlanmış barışıq sazişinin aşağıdakı şərtlərini təsdiq etməklə işin icraatına xitam verilməsi barədə qərardad qəbul edilməsini məhkəmədən xahiş etmişlər. İddiaçı BOKT QSC ilə Cavabdeh arasında xx.xx.2022-ci il tarixli aşağıdakı məzmunda barışıq sazişi bağlanmışdır. İddiaçı Qapalı Səhmdar Cəmiyyəti Bank olmayan Kredit Təşkilatı (bundan sonra - İddiaçı QSC) İdarə Heyəti sədrinin müavini X1 şəxsində və digər tərəfdən Cavabdeh (birlikdə bundan sonra - “Tərəflər”) bu Barışıq Sazişini Azərbaycan Respublikasının Mülki Məcəlləsinə, Azərbaycan Respublikası Mülki- Prosessual Məcəlləsinə və qüvvədə olan digər qanunlara və normativ hüquqi aktlara uyğun olaraq aşağıdakı şərtlərlə bağladılar:
1. Preambula 1.1. “Azərbaycan Beynəlxalq Bankı" Açıq Səhmdar Cəmiyyətinin dövlətə məxsus səhmlərinin özəlləşdirilməyə hazırlanması ilə bağlı sağlamlaşdırılma tədbirləri haqqında” Azərbaycan Respublikası Prezidentinin 15 iyul 2015-ci il tarixli 570 N-li Fərmanının (bundan sonra - Fərman) və Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 10 fevral 2017-ci il tarixli 101s saylı Sərəncamının (bundan sonra - Sərəncam) icrası ilə əlaqədar olaraq, "xxxx" ASC ilə İddiaçı QSC arasında tərtib edilmiş xx.xx.2017-ci il tarixli S-FK-190 saylı akta əsasən Cavabdeh "xxxx" ASC-yə olan və müqavilə öhdəliklərindən irəli gələn cəmi 5.785.300,01 ABŞ dolları (əsas borc 5.050.000,00 ABŞ dolları; faiz borcu 735.300,01 ABŞ dolları) məbləğində problemli borcları üzrə tələb hüququ da İddiaçı QSC-yə keçmişdir. Həmin borc Cavabdeh (borcalan) ilə "xxxx" ASC (borcverən) arasında bağlanmış 04 mart 2015-ci il tarixli 7663 nömrəli, 06 mart 2015-ci il tarixli 7666 nömrəli, 06 mart 2015-ci il tarixli 7667 nömrəli, 06 mart 2015-ci il tarixli 7668 nömrəli və 06 mart 2015ci il tarixli 7669 nömrəli kredit müqavilələrinə (bundan sonra - kredit müqavilələri) əsasən yaranmışdır. 1.2. Bu Sazişin 1.1-ci bəndində göstərilən borc Azərbaycan manatı ekvivalentində cəmi 9.835.010,02 manat (əsas borc 8.585.000.00 manat: faiz borcu 1.250.010.02 manat) təşkil etmişdir. 1.3. Cavabdeh bu Sazişin 1.1-ci bəndində göstərilən borcunu müqavilələrdə göstərilən müddətdə və qaydada ödəmədiyinə görə İddiaçı QSC tərəfindən ona qarşı iddia ərizəsi ilə Səbail rayon Məhkəməsinə (bundan sonra məhkəmə) müraciət edilərək, Cavabdeh cəmi 9.835.010,02 manat (əsas borc 8.585.000,00 manat; faiz borcu 1.250.010,02 manat) məbləğində kredit borcunun İddiaçı QSC-nin xeyrinə tutulması barədə müvafiq qətnamə qəbul edilməsi xahiş edilmişdir. İş hazırda həmin məhkəmənin icraatındadır. 1.4. Borc üzrə tələb hüququ "xxxx" ASC-dən İddiaçı QSC-yə ötürüldükdən bu Sazişin imzalanması tarixinə kimi borcdan heç bir ödəniş edilməmiş və hazırki tarixə Cavabdeh İddiaçı QSC qarşısında borcunun qalığı Azərbaycan manatı ekvivalentində cəmi 9.835.010,02 manat (əsas borc 8.585.000,00 manat, faiz borcu 1.250.010,02 manat) təşkil edir.
2. Sazişin Predmeti 2.1. Tərəflər məhkəmənin icraatında olan İddiaçı QSC-nin Cavabdeh qarşı kredit üzrə borcun tutulması tələbinə dair sözügedən mübahisəni birdəfəlik və qəti həll etmək məqsədilə barışıq sazişi bağlayırlar. 2.2. Tərəflər Cavabdeh İddiaçı QSC-yə manat ekvivalentində cəmi 9.835.010,02 manat (əsas borc 8.585.000,00 manat; faiz borcu 1.250.010,02 manat) məbləğində kredit borcunun olduğunu qəbul və etiraf edirlər. 2.3. Tərəflər Şəki rayonu Daşüz bələdiyyəsinin 23 noyabr 2022-ci il tarixli 34 nömrəli məktubunu nəzərə alaraq razılaşırlar ki, bu Sazişin 2.2-ci bəndində göstərilən borcun müqabilində "xxxx" MMC-nin 22 oktyabr 2019-cu il tarixli UNİ/O 01- 067/19 nömrəli “Mütəxəssis rəyi”nə əsasən 9.900.000,00 manat dəyərində qiymətləndirilmiş və 15 oktyabr 2019-cu il tarixində daşınmaz əmlakın dövlət reyestrində 3 nömrəli reyestr kitabının 51 nömrəli vərəqində ********** qeydiyyat nömrəsi ilə qeydiyyata alınmış Çıxarışa əsasən Cavabdeh icarə hüququ əsasında istifadəsində olan Şəki rayonu, Daşüz bələdiyyəsinin ərazisində yerləşən 500 ha torpaq sahəsi üzərində icarə hüququnun İddiaçı QSC-nin adına keçirilməsinə və bununla bağlı Şəki rayonu Daşüz bələdiyyəsi tərəfindən müvafiq aktın (qərarın) qəbul edilməsinə və icarəyə verilməsi ilə bağlı müqavilənin bağlanmasına etiraz etməyəcəklər. 2.4. Cavabdeh bu Sazişin 2.3-cü bəndində göstərilən torpaq sahəsinin "xxxx" MMC-nin xx.xx.2019-cu il tarixli UNİ/O 01-067/19 nömrəli “Mütəxəssis rəyi”nə əsasən qiymətləndirilmiş cəmi 9.900.000,00 manat dəyəri ilə onun İddiaçı QSC-yə olan və bu Sazişin 2.2-ci bəndində göstərilən cəmi 9.835.010,02 manat məbləğində borcu arasında yaranan 64.989,98 manat fərqlə bağlı tələbdən imtina edir.
3. Saziş üzrə öhdəliklərin icrası 3.1. Bu sazişi təsdiq edən məhkəmə qərardadı Sazişin 2.3-cü bəndində göstərilən torpaq sahəsi üzərində Cavabdeh icarə hüququnun İddiaçı QSC-nin adına keçirilməsi üçün Şəki rayonu Daşüz bələdiyyəsi tərəfindən müvafiq aktın (qərarın) qəbul edilməsi üçün əsasdır. 3.2. Cavabdeh bu Sazişi təsdiq edən məhkəmə qərardadı qanuni qüvvəyə mindikdən sonra Sazişlə üzərinə düşən öhdəlikləri vaxtında və dəqiq icra etməyi öhdəsinə götürür. 3.3. Tərəflər razılaşır ki, bu Sazişi təsdiq edən məhkəmə qərardadı icra olunduqdan sonra Cavabdeh İddiaçı QSC qarşısında mövcud olan bu Sazişin 2.2-ci bəndində göstərilən borc öhdəliklərinə xitam verilir, tərəflərin bir-birinə qarşı həmin borc üzrə heç bir iddiaları qalmır və tərəflər eyni iddia tələbi ilə məhkəməyə müraciət edə bilməzlər. 3.4. İddiaçı QSC bu Sazişi təsdiq edən məhkəmə qərardadı qanuni qüvvəyə mindikdən sonra həmin qərardadın Sazişdə göstərilən şərtlərlə icra olunması üçün Şəki rayonu Daşüz bələdiyyəsinə göndərilməsini məhkəmədən xahiş etmək hüququna malikdir.
4. Digər müddəalar 4.1. Tərəflər bu Sazişin müddəaları ilə tanış olduqlarını təsdiq edirlər. 4.2. Bu Saziş və burada istinad edilən bütün sənədlər tərəflərin tam razılığını özündə əks etdirir. 4.3. Bu Sazişin şərtləri məhkəmə tərəfindən təsdiq edildikdə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 52.3, 52.4 və 261.0.5-ci maddəsinin tələblərinə görə eyni zamanda iş üzrə icraata xitam veriləcəkdir. 4.4. Bu Sazişin müddəalarının pozulmasına görə yaranacaq mübahisələr məhkəmə qaydasında həll ediləcək. 4.5. Tərəflər təsdiq edir ki, hazırkı Sazişin şərtlərinin yerinə yetiriləcəyi təqdirdə Sazişin predmeti üzrə bir-birlərinə qarşı heç bir iddiaları qalmır. 4.6. Bu Saziş 3 (üç) nüsxədə tərtib edilir və məhkəmə tərəfindən təsdiq olunduqdan sonra onlardan hər biri müvafiq olaraq tərəflərdə və məhkəmədə saxlanılır. Sazişə əlavə edilmiş, Şəki rayonu Daşüz bələdiyyəsinin tərəflərə ünvanladığı xx.xx.2022-ci il tarixli məktubundan görünür ki, Cavabdeh Şəki rayonu Daşüz bələdiyyəsinə ünvanladığı xx.xx.2022-ci il tarixli müraciəti nəzərə alınaraq hazırda Cavabdeh icarəsində olan Şəki rayonu, Daşüz bələdiyyəsinin ərazisindən 500 ha torpaq sahəsinin İddiaçı QSC-nin adına keçirilməsinə bələdiyyə tərəfindən etiraz edilməmişdir. Məhkəmə iş materiallarını nəzərdən keçirib, tərəflər arasında bağlanmış barışıq sazişinin şərtlərini və işin hallarını müzakirə edərək, barışıq sazişinin təsdiq edilməməsi üçün əsasların olmadığını və bu Sazişin onların mənafeyinə uyğun olmasını nəzərə alaraq, tərəflər arasında bağlanmış barışıq sazişinin təsdiq edilməsini və iş üzrə icraata xitam verilməsini mümkün hesab edir. Azərbaycan Respublikası MPM-nin 191.1-ci maddəsinə əsasən, iddiaçının iddiadan imtina etməsi, iddia tələbinin dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi, mübahisənin mediasiya vasitəsilə həllinə dair tərəflərin razılığı və ya tərəflərin barışıq sazişi şərtləri məhkəmə iclasının protokoluna yazılır və protokolu müvafiq surətdə iddiaçı, cavabdeh və ya hər iki tərəf imzalayır. İddiadan imtina etmə, iddianın dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi, mübahisənin mediasiya vasitəsilə həllinə dair tərəflərin razılığı və ya tərəflərin barışıq sazişi, bu hərəkətlərin nəticəsi aydın surətdə şərh olunan, məhkəməyə göndərilən yazılı ərizələrdə də ifadə oluna bilər. İddiaçı iddiadan imtina etdikdə və bu məhkəmə tərəfindən təsdiq edildikdə və ya tərəflər barışıq sazişini təsdiq etdikdə bu barədə məhkəmə qərardad çıxarır, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Tərəflərin məhkəmə tərəfindən təsdiq edilən barışıq sazişinin şərtləri qərardadda göstərilməlidir. (MPM 191.2) Həmin Məcəllənin 261.0.5 maddəsinə əsasən tərəflər barışıq sazişi bağlamışlarsa və bu saziş məhkəmə tərəfindən təsdiq edilmişsə hakim iş uzrə icraata xitam verir. Həmin Məcəllənin 262.1-ci maddəsinə əsasən, iş üzrə icraata xitam verilməsi barədə məhkəmə qərardad çıxarır. İşin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə müraciət edilməsinə yol verilmir. (MPM-262.4) Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 262.4-cü maddəsinin məzmunu tərəflərə izah edilmişdir. Yuxarda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 191.2, 261, 262, 263-264, 266-268-ci maddələrini rəhbər tutaraq məhkəmə
QƏRARA ALDİ:
I. İddiaçı BOKT QSC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il tarixli aşağıdakı məzmunda olan Barışıq Sazişi təsdiq edilsin: İddiaçı Qapalı Səhmdar Cəmiyyəti Bank olmayan Kredit Təşkilatı (bundan sonra - İddiaçı QSC) İdarə Heyəti sədrinin müavini X1 şəxsində və digər tərəfdən Cavabdeh (birlikdə bundan sonra - “Tərəflər”) bu Barışıq Sazişini Azərbaycan Respublikasının Mülki Məcəlləsinə, Azərbaycan Respublikası Mülki- Prosessual Məcəlləsinə və qüvvədə olan digər qanunlara və normativ hüquqi aktlara uyğun olaraq aşağıdakı şərtlərlə bağladılar:
1. Preambula 1.1. “Azərbaycan Beynəlxalq Bankı" Açıq Səhmdar Cəmiyyətinin dövlətə məxsus səhmlərinin özəlləşdirilməyə hazırlanması ilə bağlı sağlamlaşdırılma tədbirləri haqqında” Azərbaycan Respublikası Prezidentinin 15 iyul 2015-ci il tarixli 570 N-li Fərmanının (bundan sonra - Fərman) və Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 10 fevral 2017-ci il tarixli 101s saylı Sərəncamının (bundan sonra - Sərəncam) icrası ilə əlaqədar olaraq, "xxxx" ASC ilə İddiaçı QSC arasında tərtib edilmiş xx.xx.2017-ci il tarixli S-FK-190 saylı akta əsasən Cavabdeh "xxxx" ASC-yə olan və müqavilə öhdəliklərindən irəli gələn cəmi 5.785.300,01 ABŞ dolları (əsas borc 5.050.000,00 ABŞ dolları; faiz borcu 735.300,01 ABŞ dolları) məbləğində problemli borcları üzrə tələb hüququ da İddiaçı QSC-yə keçmişdir. Həmin borc Cavabdeh (borcalan) ilə "xxxx" ASC (borcverən) arasında bağlanmış 04 mart 2015-ci il tarixli 7663 nömrəli, 06 mart 2015-ci il tarixli 7666 nömrəli, 06 mart 2015-ci il tarixli 7667 nömrəli, 06 mart 2015-ci il tarixli 7668 nömrəli və 06 mart 2015ci il tarixli 7669 nömrəli kredit müqavilələrinə (bundan sonra - kredit müqavilələri) əsasən yaranmışdır. 1.2. Bu Sazişin 1.1-ci bəndində göstərilən borc Azərbaycan manatı ekvivalentində cəmi 9.835.010,02 manat (əsas borc 8.585.000.00 manat: faiz borcu 1.250.010,02 manat) təşkil etmişdir. 1.3. Cavabdeh bu Sazişin 1.1-ci bəndində göstərilən borcunu müqavilələrdə göstərilən müddətdə və qaydada ödəmədiyinə görə İddiaçı QSC tərəfindən ona qarşı iddia ərizəsi ilə Səbail rayon Məhkəməsinə (bundan sonra məhkəmə) müraciət edilərək, Cavabdeh cəmi 9.835.010,02 manat (əsas borc 8.585.000,00 manat; faiz borcu 1.250.010,02 manat) məbləğində kredit borcunun İddiaçı QSC-nin xeyrinə tutulması barədə müvafiq qətnamə qəbul edilməsi xahiş edilmişdir. İş hazırda həmin məhkəmənin icraatındadır. 1.4. Borc üzrə tələb hüququ "xxxx" ASC-dən İddiaçı QSC-yə ötürüldükdən bu Sazişin imzalanması tarixinə kimi borcdan heç bir ödəniş edilməmiş və hazırki tarixə Cavabdeh İddiaçı QSC qarşısında borcunun qalığı Azərbaycan manatı ekvivalentində cəmi 9.835.010,02 manat (əsas borc 8.585.000,00 manat, faiz borcu 1.250.010,02 manat) təşkil edir.
2. Sazişin Predmeti 2.1. Tərəflər məhkəmənin icraatında olan İddiaçı QSC-nin Cavabdeh qarşı kredit üzrə borcun tutulması tələbinə dair sözügedən mübahisəni birdəfəlik və qəti həll etmək məqsədilə barışıq sazişi bağlayırlar. 2.2. Tərəflər Cavabdeh İddiaçı QSC-yə manat ekvivalentində cəmi 9.835.010,02 manat (əsas borc 8.585.000,00 manat; faiz borcu 1.250.010,02 manat) məbləğində kredit borcunun olduğunu qəbul və etiraf edirlər. 2.3. Tərəflər Şəki rayonu Daşüz bələdiyyəsinin 23 noyabr 2022-ci il tarixli 34 nömrəli məktubunu nəzərə alaraq razılaşırlar ki, bu Sazişin 2.2-ci bəndində göstərilən borcun müqabilində "xxxx" MMC-nin 22 oktyabr 2019-cu il tarixli UNİ/O 01- 067/19 nömrəli “Mütəxəssis rəyi”nə əsasən 9.900.000,00 manat dəyərində qiymətləndirilmiş və 15 oktyabr 2019-cu il tarixində daşınmaz əmlakın dövlət reyestrində 3 nömrəli reyestr kitabının 51 nömrəli vərəqində ********** qeydiyyat nömrəsi ilə qeydiyyata alınmış Çıxarışa əsasən Cavabdeh icarə hüququ əsasında istifadəsində olan Şəki rayonu, Daşüz bələdiyyəsinin ərazisində yerləşən 500 ha torpaq sahəsi üzərində icarə hüququnun İddiaçı QSC-nin adına keçirilməsinə və bununla bağlı Şəki rayonu Daşüz bələdiyyəsi tərəfindən müvafiq aktın (qərarın) qəbul edilməsinə və icarəyə verilməsi ilə bağlı müqavilənin bağlanmasına etiraz etməyəcəklər. 2.4. Cavabdeh bu Sazişin 2.3-cü bəndində göstərilən torpaq sahəsinin "xxxx" MMC-nin xx.xx.2019-cu il tarixli UNİ/O 01-067/19 nömrəli “Mütəxəssis rəyi”nə əsasən qiymətləndirilmiş cəmi 9.900.000,00 manat dəyəri ilə onun İddiaçı QSC-yə olan və bu Sazişin 2.2-ci bəndində göstərilən cəmi 9.835.010,02 manat məbləğində borcu arasında yaranan 64.989,98 manat fərqlə bağlı tələbdən imtina edir.
3. Saziş üzrə öhdəliklərin icrası 3.1. Bu sazişi təsdiq edən məhkəmə qərardadı Sazişin 2.3-cü bəndində göstərilən torpaq sahəsi üzərində Cavabdeh icarə hüququnun İddiaçı QSC-nin adına keçirilməsi üçün Şəki rayonu Daşüz bələdiyyəsi tərəfindən müvafiq aktın (qərarın) qəbul edilməsi üçün əsasdır. 3.2. Cavabdeh bu Sazişi təsdiq edən məhkəmə qərardadı qanuni qüvvəyə mindikdən sonra Sazişlə üzərinə düşən öhdəlikləri vaxtında və dəqiq icra etməyi öhdəsinə götürür. 3.3. Tərəflər razılaşır ki, bu Sazişi təsdiq edən məhkəmə qərardadı icra olunduqdan sonra Cavabdeh İddiaçı QSC qarşısında mövcud olan bu Sazişin 2.2-ci bəndində göstərilən borc öhdəliklərinə xitam verilir, tərəflərin bir-birinə qarşı həmin borc üzrə heç bir iddiaları qalmır və tərəflər eyni iddia tələbi ilə məhkəməyə müraciət edə bilməzlər. 3.4. İddiaçı QSC bu Sazişi təsdiq edən məhkəmə qərardadı qanuni qüvvəyə mindikdən sonra həmin qərardadın Sazişdə göstərilən şərtlərlə icra olunması üçün Şəki rayonu Daşüz bələdiyyəsinə göndərilməsini məhkəmədən xahiş etmək hüququna malikdir.
4. Digər müddəalar 4.1. Tərəflər bu Sazişin müddəaları ilə tanış olduqlarını təsdiq edirlər. 4.2. Bu Saziş və burada istinad edilən bütün sənədlər tərəflərin tam razılığını özündə əks etdirir. 4.3. Bu Sazişin şərtləri məhkəmə tərəfindən təsdiq edildikdə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 52.3, 52.4 və 261.0.5-ci maddəsinin tələblərinə görə eyni zamanda iş üzrə icraata xitam veriləcəkdir. 4.4. Bu Sazişin müddəalarının pozulmasına görə yaranacaq mübahisələr məhkəmə qaydasında həll ediləcək. 4.5. Tərəflər təsdiq edir ki, hazırkı Sazişin şərtlərinin yerinə yetiriləcəyi təqdirdə Sazişin predmeti üzrə bir-birlərinə qarşı heç bir iddiaları qalmır. 4.6. Bu Saziş 3 (üç) nüsxədə tərtib edilir və məhkəmə tərəfindən təsdiq olunduqdan sonra onlardan hər biri müvafiq olaraq tərəflərdə və məhkəmədə saxlanılır.
İİ. İddiaçı BOKT QSC-nin Cavabdeh qarşı "borc" tələbinə dair 2(009)-2349/2022 saylı mülki işin icraatına xitam verilsin.
İİİ. Tərəflərə izah olunsun ki, Azərbaycan Respublikası MPM-in 262.4-cü maddəsinə əsasən işin icraatına xitam verildikdə, eyni tərəflər arasında eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətinə Bakı şəhəri Səbail Rayon Məhkəməsinə şikayət verilə bilər.
Sədrlik edən: Rəna Qafarova