Məhkəmə qərarları › İş №2(009)-2378/2021

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərardad — İş №2(009)-2378/2021

01.09.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(009)-2378/2021 01.09.2021 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Səbail Rayon Məhkəməsinin hakimi X1, İddiaçı – cavabdeh Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinə qarşı “cərimənin ləğv edilməsi” tələbinə dair iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək MÜƏYYƏN ETDİ: İddiaçı – cavabdeh Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinə qarşı “cərimənin ləğv edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin ******* saylı, 30.11.2020ci il tarixli qərarına əsasən təyin olunmuş 2000 (iki min) manat inzibati tənbeh və 240 (iki yüz qırx) manat təbiətə dəymiş maddi ziyanın ləğv edilməsi və Bakı şəhər Xətai rayon İcra şöbəsinin 29.04.2021-ci il tarixli İcra sənədinin dayandırılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Aşağıda göstərilənlərə əsasən hesab edir ki, ərizə iddianın yolverilməzliyinə görə qəbul edilməməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 151.1-ci maddəsinə əsasən, iddia ərizəsinin bu Məcəllənin tələblərinə riayət edilməklə verilməsi yoxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 153.2 və 153.2.1-ci maddələrinə əsasən, ərizəyə məhkəmə qaydasında baxılmalı deyildirsə, hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 153.3-cü maddəsinə əsasən, hakim ərizəni qəbul etməkdən imtina barədə əsaslandırılmış qərardad çıxarır. Qeyd edir ki, “iş məhkəmədə baxılmalı deyildirsə” müddəası özündə, mülki işin məhkəmədə deyil, qanunun tələbinə görə başqa orqanda (yaxud məhkəmədən öncə başqa orqanda) baxılmalı olmasını, eləcə də iş məhkəməyə aid olsa da, mülki işlər üzrə icraat qaydasında deyil, başqa məhkəmə icraatı qaydasında (cinayət, inzibati, inzibati xətalara dair işlər üzrə icraat və ya icra icraatı) baxılmalı olmasını ehtiva edir. Görüdüyü kimi, İddiaçı – cavabdeh Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinə qarşı “cərimənin ləğv edilməsi” ilə bağlı məhkəməyə müraciət etmişdir. Qeyd edir ki, “cərimənin ləğv edilməsi” ilə bağlı mübahisəyə (şikayətə) baxılması qaydası Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin müddəaları ilə tənzimləndiyinə görə, hazırkı mübahisəyə inzibati xətalar haqqında işlərə baxılması qaydasında baxılmalıdır. Belə olan halda, iddiaçının “cərimənin ləğv edilməsi” tələbinə dair iddiasına mülki işlər üzrə icraat qaydasında baxılmalı olmadığından, tələbin yolverilməzliyinə görə iddia ərizəsinin qəbul edilməsindən imtina edilməlidir. Belə hesab edir ki, İddiaçı – cavabdeh Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinə qarşı “cərimənin ləğv edilməsi” tələbinə dair iddia ərizəsinin qəbulundan iddianın yolverilməzliyinə görə imtina edilməli, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər İddiaçı qaytarılmalı və ona inzibati xəta haqqında qərardan inzibati xətalara dair işlər üzrə icraat qaydasında baxılması üçün məhkəməyə şikayət vermək hüquqlarının olduğu izah edilməlidir. Həmçinin, iddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin ******* saylı, 30.11.2020-ci il tarixli qərarına əsasən təyin olunmuş 2000 (iki min) manat inzibati tənbeh və 240 (iki yüz qırx) manat təbiətə dəymiş maddi ziyanın ləğv edilməsi ilə yanaşı Bakı şəhər Xətai rayon İcra şöbəsinin 29.04.2021-ci il tarixli icra sənədinin dayandırılmasını da xahiş etmişdir. Qeyd edir ki, iddiaçı “inzibati cərimənin ləğv edilməsi” ilə bağlı məhkəməyə müraciət etdikdə icra icraatının dayandırılması “İcra haqqında” Azərbaycan Respublikası Qanunu ilə tənzimlənir. Əlavə olaraq bununla bağlı iddia tələbi ilə (iddia icraatı qaydasında) məhkəməyə müraciət edilməsi qanunvericilikdə nəzərdə tutulmamışdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 232, 261-264, 267-268ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: İddiaçı – cavabdeh Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinə qarşı “cərimənin ləğv edilməsi” tələbinə dair iddia ərizəsinin qəbulundan iddianın yolverilməzliyinə görə imtina edilsin. İddia ərizəsi və ona əlavə edilmiş sənədlər İddiaçı qaytarılsın. İddiaçıya izah edilsin ki, inzibati xəta haqqında qərardan inzibati xətalara dair işlər üzrə icraat qaydasında baxılması üçün məhkəməyə şikayət vermək hüququ vardır. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Bakı şəhəri Səbail Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Rəna Qafarova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar