Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(009)-239/2020 10.11.2020 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Şükürova Ülviyyə Sahib qızının sədrliyi, Məmmədov Azər Rasim oğlunun katibliyi, İddiaçı Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Bakı ərazı şöbəsinin nümayəndəsi X1 iştirakları ilə, X4 Dövlət Komitəsi (hazırda Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti) Cavabdeh qarşı “müqavilənin ləğv edilməsi və müqavilə üzrə alınmış əmlakın qaytarılması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X4 Dövlət Komitəsi (hazırda İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti) Cavabdeh qarşı “müqavilənin ləğv edilməsi və müqavilə üzrə əmlakın qaytarılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Əmlak Məsələləri Dövlət Komitəsi ilə Cavabdeh arasında bağlanılmış, Bakı şəhəri, Nizami rayonu, Nəsimi küçəsi, 28 ünvanında yerləşən, “Samirə” kiçik dövlət müəssisəsinin və onun 968,7 m2 olan torpaq sahəsinin alqı-satqısına dair xx.xx.2017-ci il tarixli, 3527 nömrəli müqavilənin ləğv edilməsi, həmin qeyri-yaşayış sahəsinin boşaldılaraq Əmlak Məsələləri Dövlət Komitəsinə təhvil verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması və müqavilə üzrə cavabdeh tərəfdən 140 000 (yüz qırx min) manat məbləğində vəsaitin satıcıya vurulmuş zərərin əvəzi kimi qəbul edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, “Dövlət əmlakının özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikasının xx.xx.2000-ci il tarixli Qanununa, Azərbaycan Respublikasının Prezidentinin xx.xx.2000-ci il tarixli tarixli, 383 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında dövlət əmlakının özəlləşdirilməsinin İİ Dövlət proqramına uyğun olaraq Bakı şəhəri, Nizami rayonu, Nəsimi küçəsi, 28 ünvanında yerləşən, “Samirə” kiçik dövlət müəssisəsinin və onun 968,7 m2 olan torpaq sahəsinin alqısatqısına dair xx.xx.2017-ci il tarixli, 3527 nömrəli müqaviləsinə əsasən 250 000 (iki yüz əlli min) manata Cavabdeh satılmışdır. Cavabdeh ona satılmış qeyri-yaşayış sahəsinin müqavilə üzrə müəyyən edilmiş satış qiymətindən 140 000 manat ödəmiş, digər hissəsinin yəni 110 000 manatın ödənilməsini həyata keçirməmişdir. Alıcı bununla da alqı-satqı müqaviləsinin şərtlərini, həmçinin bir sıra mülki hüquq normalarını pozmuşdur. Belə ki, müqaviləsinin 2.2.2-ci bəndinə əsasən alıcı müqavilə imzaladığı andan 30 gün ərzində əmlakın tam dəyərini, yəni 250 000 manatı satıcının Azərbaycan Respublikasının Mərkəzi Bankındakı tranzit hesabına köçürməyi öhdəsinə götürmüşdür. Alıcı həm müqaviləyə, həm də mülki hüquq normalarına əsasən satın aldığı əmlkaın dəyərini müqavilə ilə müəyyənləşdirilmiş müddətdə (30 gün ərzində) ödəməyə borclu olsa da, bu vəzifəni icra etməmiş, bununla da müqavilə şərtlərini və Mülki Məcəllənin yuxarıda qeyd edilən normalarını pozmuşdur. Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən məhkəmədə iddia qaldırılmazdan öncə cavabdehə xx.xx.2019-cu il tarixli, **********92 nömrəli məktub göndərilərək müqavilənin icrası tələb edilsə də, cavabdeh müqavilə üzrə dövlət büdcəsinə yaranmış borcun tam ödənilməsini təmin etməmişdir. Alqı satqı müqaviləsinin 2.1.1-ci maddəsinə əsasən əmlakın dəyəri tam ödənildikdən sonra satıcı müqavilənin bir nüsxəsini əmlak üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması üçün Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə göndərir. Alıcı əmlakın dəyərini tam ödəmədiyindən hüquqları daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmamış, qeyri-yaşayış sahəsi dövlət mülkiyyətində qalmışdır və cavabdehin həmin əmlak üzərində faktiki sahiblik etməsi qanunsuzdur. Məhkəmə tərəfindən alqı-satqı müqaviləsinin ləğv edilməsi ilə yanaşı, həmçinin müqavilənin predmeti olmuş əmlakın satıcıya qaytarılması vəzifəsi də alıcının üzərinə qoyulmalıdır. Alıcı müqavilə şərtlərini icra etməməklə əmlakın mülkiyyətçisinə maddi ziyan vurmuşdur. Alıcı müqavilədə nəzərdə tutulmuş əmlakın dəyərini tam ödəməmiş, bununla satıcını dövlət əmlakının satışından dövlət büdcəsinə daxil olmalı olan gəlirdən qismən məhrum etmişdir. Qeyd edilənlərə əsasən cavabdeh tərəfindən müqavilə üzrə ödənilmiş 140 000 manat məbləğində vəsait satıcıya vurulmuş zərərin əvəzi kimi nəzərə alınmalı və alıcıya qaytarılmalıdır. Məhkəmə iclasında iddiaçının nümayəndəsi X2 iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin olunmasını xahiş etdi. Cavabdeh məhkəmə baxışı iclasının vaxtı və yeri barədə rəsmi məlumat verilməsinə baxmayaraq o, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Odur ki, məhkəmə MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə işdə iştirak edən şəxsin izahatını dinləyib, iş materiallarını araşdırıb, toplanmış və məhkəmə iclasında araşdırılmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan Əmlak Məsələləri Dövlət Komitəsi (hazırda İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti) ilə Cavabdeh arasında bağlanmış xx xxxx 2017-ci il tarixli, 3527 nömrəli alqı-satqı müqaviləsinin müvafiq qaydada təsdiq olunmuş surətindən görünür ki, satıcı Əmlak Məsələləri Dövlət Komitəsi Bakı şəhəri, Nizami rayonu, Nəsimi küçəsi, 28 ünvanında yerləşən, “Samirə” kiçik dövlət müəssisəsini alıcı Cavabdeh satmışdır. Satış qiyməti 250000 manat müəyyən olunmuşdur. Alıcı alınmış müəssisəsinin dəyərini müqavilə bağlandığı andan 30 gün müddətinə və yaxud xx xxxxxxxx 2017-ci il tarixədək ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan Əmlak Məsələləri Dövlət Komitəsi (hazırda İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti) tərəfindən Cavabdeh göndərilmiş xx xxxx 2019-cu il tarixli bildirişin surətindən görünür ki, alıcı Cavabdeh xx xxxx 2017-ci il tarixli müqavilə üzrə satış qiyməti olan 250 000 manatdan 130 000 manatını ödədiyi, qalan məbləği ödəmədiyi və 10 gün müddətində həmin məbləğ ödənilməzsə müqavilənin ləğv olunacağı barədə xəbərdar edilmişdir. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin fəaliyyətinin təmin edilməsi və “Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi haqqında Əsasnamə”nin təsdiqi və “Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin fəaliyyətinin təmin edilməsi və “Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyinin fəaliyyətinin təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 28 dekabr tarixli 504 nömrəli Fərmanında dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 20 fevral tarixli 111 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 30 dekabr tarixli 911 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin xx xxx 2020-ci il tarixli fərmanının 4.1-ci bəndində qeyd olunmuşdur ki, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və X3 Dövlət Xidməti, müvafiq olaraq, Azərbaycan Respublikası Vergilər Nazirliyinin, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin və Azərbaycan Respublikası Antiinhisar və X3 Dövlət Agentliyinin hüquqi varisləridir, onların bütün hüquq və öhdəlikləri, habelə əmlakı aidiyyəti üzrə yuxarıda adları çəkilən dövlət xidmətlərinə keçir. İş materiallarında olan xx xxxxxx 2020-ci il tarixli qəbzin surətindən görünür ki, Cavabdeh tərəfindən İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin hesabına 9000 manat ödəniş edilmişdir. İş materiallarında olan xx xxxxxxxx 2020-ci il tarixli qəbzin surətindən görünür ki, Cavabdeh tərəfindən İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin hesabına 7000 manat ödəniş edilmişdir. Məhkəmə iclasında müəyyən olunmuşdur ki, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti ilə Cavabdeh arasında bağlanmış xx xxxx 2017-ci il tarixli, 3527 nömrəli müəssisənin (obyektin) alqı-satqı müqaviləsinə əsasən, satıcı İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Bakı şəhəri, Nizami rayonu, Nəsimi küçəsi, 28 ünvanında yerləşən “Samirə” kiçik dövlət müəssisəsini alıcı Cavabdeh satmışdır. Satış qiyməti 250 000 manat müəyyən olunmuşdur. Alıcı alınmış müəssisəsinin dəyərini müqavilə bağlandığı andan 30 gün müddətinə və yaxud xx xxxxxxxx 2017-ci il tarixədək ödəməyi öhdəsinə götürmüşdür. Lakin alıcı müqavilə üzrə götürdüyü öhdəliyi vaxtında və lazımınca icra etməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 646.1-ci maddəsinə əsasən daşınmaz əşyaların alğı-satqısı müqaviləsinə görə satıcı torpaq sahəsini, evi, binanı, qurğunu, mənzili və ya digər daşınmaz əşyanı alıcının mülkiyyətinə verməyi öhdəsinə götürür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 646.2-ci maddəsinə əsasən əgər bu Məcəllənin bu paraqrafının aşağıdakı müddəalarından ayrı qayda irəli gəlmirsə, daşınmaz əşyaların alğı-satqısına əşyaların alğı-satqısı haqqında ümumi müddəalar müvafiq surətdə tətbiq edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıc isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 421.2-ci maddəsinə əsasən, tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 423.1-ci maddəsinə əsasən müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi haqqında razılaşma, əgər bu Məcəllədən, müqavilədən və ya işgüzar adətlərdən ayrı qayda irəli gəlmirsə, müqavilə ilə eyni formada bağlanır. Müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi tələbini tərəf məhkəməyə yalnız müqaviləni dəyişdirmək və ya ləğv etmək təklifindən digər tərəfin imtinasını aldıqda və ya təklifdə göstərilmiş müddətdə, müddət göstərilmədikdə isə otuz gün müddətində ondan cavab almadıqda irəli sürə bilər. Məhkəmə iddia tələbini “Əmlak Məsələləri Dövlət Komitəsi (hazırda İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti) ilə Cavabdeh arasında bağlanılmış, Bakı şəhəri, Nizami rayonu, Nəsimi küçəsi, 28 ünvanında yerləşən, “Samirə” kiçik dövlət müəssisəsinin və onun 968,7 m2 olan torpaq sahəsinin alqı-satqısına dair xx.xx.2017-ci il tarixli, 3527 nömrəli müqavilənin ləğv edilməsi və həmin qeyri-yaşayış sahəsinin boşaldılaraq Əmlak Məsələləri Dövlət Komitəsinə təhvil verilməsi hissəsində əsaslı sayır. Belə ki, tərəflər arasında bağlanmış xx xxxx 2017-ci il tarixli alqı-satqı müqaviləsi ilə qeyriyaşayış sahəsinin Cavabdeh satılması və satış qiymətinin 250000 manat müəyyən olunması işin mübahisəsiz halıdır. Məhkəmə iclası zamanı müəyyən olunmuşdur ki, cavabdeh sözügedən müqavilə üzrə öhdəliklərini tam icra etməmiş, və beləliklə müqavilə şərtlərini əhəmiyyətli dərəcədə pozmuşdur. Belə olan halda məhkəmə Mülki Məcəllənin yuxarıda qeyd olunan maddi normalarının tələblərindən çıxış edərək hesab edir ki, xx xxxx 2017-ci il tarixli müqavilənin ləğv edilməsi üçün əsaslar yaranmışdır. Məhkəmə iddia tələbinin “müqavilə üzrə cavabdeh tərəfindən ödənilmiş 140 000 (yüz qırx min) manat məbləğində vəsaitin satıcıya vurulmuş zərərin əvəzi kimi qəbul edilməsi” hissəsini əsaslı saymır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449.1-ci maddəsinə əsasən özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər. Məhkəmə hesab edir ki, “müqavilə üzrə cavabdeh tərəfindən ödənilmiş 140 000 (yüz qırx min) manat məbləğində vəsaitin satıcıya vurulmuş zərərin əvəzi kimi qəbul edilməsi” hissəsində əsassız olduğundan iddia həmin hissədə təmin edilməməldir. Belə ki, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449-cu maddəsinin bəzi müddəalarının şərh olunmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun x xxxx 2009-cu il tarixli Qərarında qeyd olunmuşdur ki, “..həmin normanın mənasına görə, borclu şəxs yalnız aşağıdakı dörd hərəkəti etməklə özgənin pul vəsaitindən faydalanır: qanunsuz saxlama; qaytarmaqdan boyun qaçırma; ödənilməsini digər şəkildə gecikdirmə; başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etmə və ya toplama....Faydalanmanın anlayışı mülki qanunvericilikdə verilməsə də, faydalanmanın hərfi mənasının öz tələbatı üçün istifadə olduğunu nəzərə alaraq, MM-in bu terminlə ayrılmaz əlaqədə olan «istifadə hüququna» həsr olunmuş 152.3-cü maddəsi buna müəyyən aydınlıq gətirir. Həmin maddəyə əsasən istifadə hüququ — əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə və başqa formalarda ola bilər. Bu baxımdan, MM-in «öhdəliklərin icra edilməməsinə görə məsuliyyəti» nəzərdə tutan 449-cu maddəsindəki xüsusi normada «faydalanma» və «(qanunsuz) istifadə» sözləri eyni məzmun daşımaqla, bu dörd hərəkət (hərəkətsizlik) nəticəsində müəyyən gəlir, artım, bəhər və s. əldə edilməsi mənasını nəzərdə tutur”. Məhkəmə hesab edir ki, cavabdeh müqavilə üzrə üzərinə götürdüyü öhdəliyi - pul vəsaitini vaxtında qaytarmamış olsa da, həmin pul vəsaitindən faydalanaraq müəyyən gəlir, artım, bəhər və s. əldə etmiş olması barədə məhkəməyə iddiaçı tərəfindən heç bir sübut təqdim edilməmişdir. Beləliklə, məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, Əmlak Məsələləri Dövlət Komitəsi (hazırda İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti) ilə Cavabdeh arasında bağlanılmış, Bakı şəhəri, Nizami rayonu, Nəsimi küçəsi, 28 ünvanında yerləşən, “Samirə” kiçik dövlət müəssisəsinin və onun 968,7 m2 olan torpaq sahəsinin alqısatqısına dair xx.xx.2017-ci il tarixli, 3527 nömrəli müqavilə ləğv edilməli və həmin qeyri yaşayış sahəsi boşaldılaraq İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə təhvil verilməlidir. İddia qalan hissə təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə qeyd edir ki, iddiaçının ödəməkdən azad olunduğu dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Əmlak Məsələləri Dövlət Komitəsi (hazırda İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti) ilə Cavabdeh arasında bağlanılmış müəssisənin alğı-satqısına dair xx.xx.2017-ci il tarixli, 3527 nömrəli müqavilə ləğv edilsin Bakı şəhəri, Nizami rayonu, Nəsimi küçəsi, 28 ünvanında yerləşən, “Samirə” kiçik dövlət müəssisəsi və onun 968,7 m2 olan torpaq sahəsi boşaldılaraq İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə təhvil verilsin. İddia qalan hissədə təmin edilməsin. İddiaçının ödəməkdən azad olunduğu 30 (otuz) manat dövlət rüsumu Cavabdeh alınaraq dövlət büdcəsinə köçürülsün. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Ülviyyə Şükürova
Məhkəmə qərarları › İş №2(009)-239/2020
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №2(009)-239/2020
10.11.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver