Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(009)-239/2025 18.02.2026 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Səbail Rayon Məhkəməsinin hakimi Rəna Nazim qızı Qafarovanın sədrliyi, Məhkəmə iclas katibi Pərvin Kamandar oğlu Paşazadənin katibliyi, İddiaçı, Cavabdeh X12 nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 qarşı ("xxxx" MMC və "xxxx" MMC müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) “maddi ziyanın ödənilməsi və mənzildə yaşamağa mane olan halların aradan qaldırılması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ Təsviri hissə: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 qarşı “maddi ziyanın ödənilməsi və mənzildə yaşamağa mane olan halların aradan qaldırılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər tərəfindən İddiaçı əmlakına dəyən ziyana görə ümumilikdə 12000 (on iki min) manat məbləğində maddi zərərin əvəzinin və iddia ərizəsinin verilməsinə görə 126 manat dövlət rüsumunun cavabdehlər Cavabdeh1, X21, Cavabdeh2 müştərək qaydada tutularaq iddiaçıya ödənilməsi, həmçinin cavabdehlərin üzərinə mənzillərin sanitar qovşağından divarın daxilində keçən kanalizasiya xəttinin təmir edilməsi öhdəliyinin qoyulması və mənzillərin hostel kimi (qeyriyaşayış sahəsi kimi) istifadəsinin cavabdehlərə qadağan edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehlər tərəfindən İddiaçı əmlakına dəyən ziyana görə ümumilikdə 20000 (iyirmi min) manat məbləğində maddi zərərin əvəzinin və iddia ərizəsinin verilməsinə görə 150 manat dövlət rüsumunun cavabdehlər Cavabdeh1, X21, Cavabdeh2 müştərək qaydada tutularaq iddiaçıya ödənilməsi, həmçinin cavabdehlərin üzərinə mənzillərin sanitar qovşağından divarın daxilində keçən kanalizasiya xəttinin təmir edilməsi öhdəliyinin qoyulması və mənzillərin hostel kimi (qeyri-yaşayış sahəsi kimi) istifadəsinin cavabdehlərə qadağan edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehlər tərəfindən İddiaçı əmlakına dəyən ziyana görə ümumilikdə 15000 (on beş min) manat məbləğində maddi zərərin əvəzinin və iddia ərizəsinin verilməsinə görə 126 manat dövlət rüsumunun cavabdehlər Cavabdeh1, X21, Cavabdeh2 müştərək qaydada tutularaq iddiaçıya ödənilməsi, həmçinin cavabdehlərin üzərinə mənzillərin sanitar qovşağından divarın daxilində keçən kanalizasiya xəttinin təmir edilməsi öhdəliyinin qoyulması və mənzillərin hostel kimi (qeyri-yaşayış sahəsi kimi) istifadəsinin cavabdehlərə qadağan edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddianın dəlilləri: hazırda yaşadığı Bakı şəhəri, Səbail rayon, S.Vurğun küçəsində yerləşən, ev 1, 104/105 saylı mənzil onun xüsusi mülkiyyətindədir. (Çıxarışın surəti əlavə olunur) Özüm yaşlı və İl qrup əlil olmaqla şəkər və yüksək təzyiq xəstəsidir. Ürəy çatışmazlığı və beyin işemiyası, bədəndə damarların quruması xəstəlikləri var. Parkinson xəstəliyi ucbatından bütün bədəni əsir. Lakin üst qonşuları 4-cü mərtəbədəki 117 saylı mənzilin sahibi Cavabdeh1, 120 saylı mənzilin sahibi X21, 121 saylı mənzilin sahibi Cavabdeh2 adlı qonşuların məsuliyyətsizliyi və etinasızlığı nəticəsində evində yaşaya bilmir və sağlamlığı təhlükə altındadır, həmçinin onların təqsiri ucbatından evinə və əmlakına dəyən ziyanla bağlı küllü miqdarda maddi zərərə məruz qalmışdır. Belə ki, həmin mənzillərdən sanitar qovşağında divarın daxilindən keçən kanalizasiya xəttinin sıradan çıxması nəticəsində mütəmadi olaraq evinə çirkab sular axıdılır və otağın tavanının böyük hissəsi nəm vəziyyətdədir, hətta divarda böyük çatlar əmələ gəlmişdir. Mövcud halı təsdiq etmək üçün fotoşəkilləri ərizəmə əlavə edirəm. Üstəlik davamlı axan və dözülməz qoxu verən çirkab suları nəticəsində mənzilinin soyuducusu, stolüstü kompyüter, geyindiyim bütün paltarlar, yorğan-döşək, ona və ailəsinə aid şəkillər, müqəddəs qədimi Qurani-Kərim kitabı axıdılan çirkab suların nəticəsində yararsız hala düşmüşdür. Mənzildəki iyrənc qoxudan heç evdə dayanmaq olmur. Qeyd edim ki, həmin 117,120, 121 saylı mənzillər hazırda icarəyə verilmiş və Hostel kimi fəaliyyət göstərir. Qeyd etdiyi maddi zərərlə bağlı həmin hosteldən gələn gecə yarısı yüksək səslər də onun kimi xəstə və yaşlı insanın sağlamlığına mənfi təsir göstərir. O, öz şəxsi mülkiyyətində sağlam və rahat yaşamaq hüququmdan da istifadə edə bilmir. Dəfələrlə evinə axıdılan çirkab suların və gələn səslərin ucbatından əsəbdən infarkt və insult keçirtmə təhlükəsi altında qalmış, qonşuların və qohumların köməkliyi ilə sağ qalmışdır. Müraciəti əsasında Səbail Rayon Mənzil- Kommunal Təsərrüfatı Birliyi 5 saylı MKİS-nin mütəxəssisləri tərəfindən mənzilinə baxış keçirilmiş və sadaladığım hallar xx.xx.2018-ci il, xx.xx.2023-cü il, xx.xx.2024-cü il və xx.xx.2024-cü il tarixli Aktlarla təsdiq olunmuşdur. Həmin Aktlarda üst mənzillərin sahiblərinin ərizədə qeyd olunan Cavabdeh1, X21, Cavabdeh2 olduğu göstərilmiş və təsdiq olunmuşdur. Qeyd edim ki, sonuncu dəfə xx.xx.2024-cü il tarixli müraciəti əsasında 5 saylı MKİS tərəfindən Səbail rayonu 39-cu Polis Bölməsinin sahə müvəkkili ilə birlikdə mənzilimə baxış keçirilmiş və tərtib edilən xx.xx.2024-cü il tarixli Akt Səbail rayonu 39- cu Polis Bölməsinin mayorunun imzası ilə də təsdiq olunmuşdur. Mövcud vəziyyətlə və dəyən maddi zərərlə bağlı ev sahiblərinə dəfələrlə müraciət etsə də, heç bir fayda vermir. O, evinə usta çağıraraq müəyyən etmişdir ki, evində yararsız hala düşmüş tavan və divarların təmiri, həmçinin məhv olmuş əşya və avadanlıqları almaq üçün ümumilikdə 12000 (on iki min) manat pul lazımdır. Odur ki, Bakı şəhəri, Səbail rayon, S.Vurğun küçəsi, 1 nömrəli evdə cavabdehlər 117 saylı mənzilin sahibi Cavabdeh1, 120 saylı mənzilin sahibi X21, 121 saylı mənzilin sahibi Cavabdeh2 mənim əmlakıma dəyən 12000 (on iki min) manat məbləğində maddi zərəri müştərək qaydada ödəməli və həmin kanalizasiya xəttini təmir etməlidirlər, həmçinin mənzillərin hostel kimi (qeyri-yaşayış sahəsi kimi) istifadəsi cavabdehlərə qadağan edilməlidir. Məhkəmə iclasında iştirak etmiş İddiaçı iddia tələbini müdafiə edərək iddia ərizəsinin məzmununa uyğun izahat verdi və iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak etmiş cavabdeh X12 nümayəndəsi və vəkili Vəkil bildirdi ki, mənzillərə baxış keçirilməsini xahiş edir. Ustaları var, həmin trubaları təmir edərlər. Amma iddiaçı onlara icazə vermir. İcazə versə ustalarıyla həmin mənzilə baxış keçirib trubaları təmir edərlər. İddianın təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş X22 bildirdi ki, evlərin üçünü o, 1989cu ildə almışdır. Bir müddət sonra həm onların, həm də iddiaçının mənzilini ingilislərə kirayəyə vermişlər. İngilislər gedəndən sonra o, mənzillərini kirayəyə vermiş, iddiaçının mənzilini istəməmişlər. Bir gün ona bildiriblər ki, iddiaçının mənzilində yanğın baş verib. Yanğın söndürən məhəlləyə girə bilmədi. Üç dəfə iddiaçının mənzilini təmir etmək istəmişlər, üç dəfə də imtina etmişdir. Su keçən yerdə motor suyu yuxarı vurur. Həmin motorun olduğu yerin açarları iddiaçıdadır. Məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş cavabdehlər Cavabdeh1 və Cavabdeh2 və üçüncü şəxslər "xxxx" MMC və "xxxx" MMC məhkəmə iclasında iştirak etməmiş və bunun səbəbləri barədə məhkəməyə rəsmi məlumat verməmişdir. Məhkəmə MPM-in 185.5-ci maddəsinə əsasən mülki işə cavabdehlərin və üçüncü şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdırıb, tərəflərin izahatını dinləyib belə hesab edir ki, iddia tələbi qismən təmin olunmalıdır. Belə ki, iş materiallarında olan 5 saylı MKİS tərəfindən tərtib edilmiş Aktından görünür ki, biz aşağıda imza edənlər 5 saylı MKİS-nin mühəndisi xx.xx.2018 Rüstəm Əliyev,sahə bələdçiləri Çingiz Quliyev,Azər Osmanov, çilingəri Seyidhüseyn Bədəlov akt tərtib edirik ondan ötəri ki,Səməd Vurğun küçəsi 1 saylı evin 4-cü mərtəbəsində yerləşən X16 məxsus 121 nömrəli mənzilin sanitar qovşağından həmin binanın 3-cü mərtəbəsində yerləşən İddiaçı Məqsud qızına məxsus 104/105 nömrəli mənzilə su axıntısı olmuş və nəticədə İddiaçı Məqsud qızına məxsus mənzilin tavanının bir hissəsi çökmüş, qəzalı vəziyyət yaranmışdır. Mənzildəki əşyalara ziyan dəymişdir. Həmçinin 2-ci mərtəbədə yerləşən X4 məxsus 61/64/65 nömrəli mənzildə aparılan təmir işləri zamanı X8 məxsus 104/105 nömrəli mənzilin mətbəxində və sanitar qovşağında bəzi hissələrdə kafellərdə çatlar əmələ gəlmiş, bir neçəsi qopmuşdur. Buna görə akt tərtib edib imzalarımızla təsdiq edirik. İş materiallarında olan 5 saylı MKİS tərəfindən tərtib edilmiş Aktından görünür ki, biz aşağıda imza edənlər Səbail rayonu 5 saylı MənzilKommunal İstismar Sahəsinin mühəndisi X18, sahə bələdçiləri X19, X13 akt tərtib edirik ondan ötəri ki, Səməd Vurğun küçəsi 1 saylı evin 104/105 saylı mənzildə yaşayan İddiaçı Məshud qızının xx.xx.2023-cü il tarixdə ərizə ilə MKİS-nə müraciət edərək bildirmişdir ki, onun yaşadığı mənzilinin üst 3cü mərtəbəsində yerləşən 117 saylı mənzildən (mənzil sahibi Cavabdeh1), 120 saylı mənzildən (mənzil sahibi X21), 121 saylı mənzildən (mənzil sahibi Cavabdeh2) güclü su axıntısı baş verib. Tərəfimizdən yerində baxış keçirilən zaman məlum olmuşdur ki, 104/105 saylı mənzilin üst mərtəbəsində yerləşən 117 saylı, 120 saylı və 121 saylı mənzillərdən sanitar qovşağında divarın daxilində keçən su borusunun sıradan çıxması nəticəsində, 104/105 saylı mənzilə çirkab su axıntısı baş vermişdir. Əməkdaşlarımız tərəfindən 117 saylı, 120 sayli və 121 saylı mənzillərin suyu kəsilərək, su axıntısının qarşısı alınmışdır. Su axması nəticəsində 104/105 saylı mənzilin 1 (bir) otağın tavanının böyük hissəsinin nəm vəziyyətdə olması və tavanda çatlar əmələ gəlməsi müşahidə etdik. Bundan başqa mənzilin soyuducusu, stolüstü kompyuteri, geyindiyi bütün paltarları, yorğan - döşəyi, şəkilləri, qədimi Qurani-Kərim kitabı çirkab suyun nəticənidə yararsız vəziyyətə düşmüşdür. Bu hadisə ilə əlaqədar, 104/105 saylı mənzilin 1 (bir) otağına xeyli maddi zərər dəymişdir. Ona görə də akt tərtib olunub və imzalarımızla təsdiq edirik. İş materiallarında olan 5 saylı MKİS tərəfindən tərtib edilmiş Aktından görünür ki, biz aşağıda imza edənlər Səbail rayonu 5 saylı Mənzil - Kommunal İstismar Sahəsinin mühəndisi X18, sahə bələdçiləri X9, X13 akt tərtib edirik ondan ötəri ki, Səməd Vurğun küçəsi 1 saylt evin 104/105 saylı mənzildə yaşayan İddiaçı xx.xx.2024-cü il tarixdə ərizə ilə MKİS-nə müraciət edərək bildirmişdir ki, onun yaşadığı mənzilinin üst 3-cü mərtəbəsində yerləşən 117 saylı mənzildən (mənzil sahibi Cavabdeh1), 120 saylı mənzildən (mənzil sahibi X21), 121 saylı mənzildən (mənzil sahibi Cavabdeh2) çirkab suların axıntısı baş verib. Tərəfimizdən yerində baxış keçirilən zaman məlum olmuşdur ki, 104/105 saylı mənzilin üst mərtəbəsində yerləşən 117 saylı 120 saylı və 121 saylı mənzillərdən sanitar qovşağında divarın daxilində keçən kanalizasiya xəttinin sıradan çıxması nəticəsində, tavanda, hal – hazırda nəmişlik davam edir. Mütamadi çirkab suyun axıdılması, mənzilə və mənzildə olan əşyalara ciddi ziyan dəymişdir. Səməd Vurğun küçəsi 1 saylı evin 104/105 saylı mənzildə çirkab suyun axıdılması ilə əlaqədar, xx.xx.2018-ci ildə, xx.xx.2023-cü ildə aktlar tərtib odilmişdir Ona görə də akt tərtib olunub və imzalarımızla təsdiq edirik. İş materiallarında olan 5 saylı MKİS tərəfindən tərtib edilmiş Aktından görünür ki, biz aşağıda imza edənlər Səbail rayonu 39-cu Polis Bölməsinin polis mayoru X5, 5 saylı Mənzil - Kommunal İstismar Sahəsinin mühəndisi X18, sahə bələdçiləri X9 akt tərtib edirik ondan ötəri ki, Səməd Vurğun küçəsi 1 saylı evin 104/105 saylı mənzildə yaşayan İddiaçı xx.xx.2024-cü il tarixdə yenidən ərizə ilə MKİS-ne müraciət edərək bildirmişdir ki, onun yaşadığı mənzilinin üst 3-cü mərtəbəsində yerləşən hostel kimi fəaliyyət göstərən mənzildən xx.xx.2024-cü il tarixində çirkab suyun axıntısı davam etdiyini bildirmişdir. Tərəfimizdən təkrar mənzilinizə baxış keçirildi. Baxış zamanı əvvəlki aktlarda qeyd etdiyimiz kimi, 104/105 saylı mənzildə çirkab suyun axıntısı davam etdiyini aşkar etdik. Çirkab suyun olması, onun rəngindən bəllidir. 104/105 saylı mənzilin otaqların tavanın nəm vəziyyətdə olması və çatlar əmələ gəlməsi müşahidə etdik. Bundan başqa mənzilin məişət avadınlaqları, geyindiyi bütün paltarları, yatdığı yorğan - döşəyi, ailəsinə aid şəkilləri, müqəddəs qədimi Qurani-Kərim kitabı çirkab suyun nəticənidə yararsız vəziyyətə düşmüşdür. Mənzilə çirkab suyun nəticəsində dəymiş ziyanı, fotoşəkildə aydın görmək olar. Daha sonra 117 saylı mənzildə (mənzil sahibi Cavabdeh1), 120 saylı mənzildə ( mənzil sahibi X21 ), 121 saylı mənzildə (mənzil sahibi Cavabdeh2) hostel kimi fəaliyyət göstərdiyi mənzillərə baxış keçirildi. Təmir işləri ilə bağlı giriş qapısı açıq olsa da, hosteldə heç kəs olmayıb və sahə müvəkkili tərəfindən telefon vasitəsi ilə məzilin icarədarına, çırkab suyun axıntısının qarşısını alınmasını tapşırıb. Mənzilin icarədarı həmin problemi aradan qaldırılacağını bildirdi. Ona görə də akt tərtib olunub və imzalarımızla təsdiq edirik. - Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən verilmiş RX seriyalı, ******* nömrəli Çıxarışın surətindən görünür ki, ünvan 1 ünvanında yerləşən 104, 105 nömrəli mənzil tam mülkiyyət hüququ əsasında İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2013-cü il tarixində qeydiyyata alınmışdır. - 15 noyabr 2023-cü il tarixli icarə müqaviləsindən görünür ki, Cavabdeh3 tərəfindən ünvan 1 ünvanında yerləşən 120 nömrəli mənzil "xxxx" MMC-yə xx.xx.2029-cu ilədək icarəyə verilmişdir. - 15 may 2025-ci il tarixli icarə müqaviləsindən görünür ki, Cavabdeh3 tərəfindən ünvan 1 ünvanında yerləşən 120 nömrəli mənzil "xxxx" MMC-yə xx.xx.2027-ci ilədək icarəyə verilmişdir. - Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında ƏMDK DƏDKR PHŞ-nin 1 saylı Bakı Ərazi İdarəsinin 28 fevral 2025-ci il tarixli məktubundan görünür ki, ünvan 1, 117 saylı mənzil ilkin olaraq xx.xx.1994-cü il tarixdə X6 adına qeydiyyatdan keçmişdir; Bakı şəhəri 1 saylı dövlət notariat kontoru tərəfindən təsdiq edilmiş xx.xx.1994-cü il tarixli 3M- 713 reyestr nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən X7 adına qeydiyyatdan keçmişdir və hazırda mülkiyyətindədir. ünvan 1, 120 saylı mənzil ilkin olaraq xx.xx.1994-cü il tarixdə X1 adına qeydiyyatdan keçmişdir. Bakı şəhəri 26 saylı dövlət notariat kontoru tərəfindən təsdiq edilmiş xx.xx.1995-ci il tarixli 3M-195-4 reyestr nömrəli dəyişmə müqaviləsinə əsasən xx.xx.1995-ci il tarixdə X10 adına qeydiyyatdan keçmişdir. Bakı şəhəri 41. saylı dövlət notariat kontoru tərəfindən təsdiq edilmiş xx.xx.1998-ci il tarixli3M-A/812 reyestr nömrəli alqı-satqı müqaviləsinə əsasən xx.xx.1998-ci il tarixdə Cavabdeh3 adına qeydiyyatdan keçmişdir və hazırda mülkiyyətindədir. ünvan 1, 121 saylı mənzil ilkin olaraq xx.xx.1992-ci il tarixdə ilkin olaraq X2 adına qeydiyyatdan keçmişdir. Bakı şəhəri 9 saylı dövlət notariat kontoru tərəfindən təsdiq edilmiş xx.xx.1992-ci il tarixli 3- 4/3/4-2222 reyestr nömrəli alqı-satqı müqaviləsinə əsas əsasn xx.xx.1993-cü il tarixdə X14 adına qeydiyyatdan keçmişdir və hazırda mülkiyyətindədir. - Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin 01 avqust 2025-ci il tarixli 3-16-16/2-10/606/2025 nömrəli ekspert rəyindən görünür ki, Bakı şəhəri, Bakı şəhəri, Səbail rayonu, Səməd Vurğun küçəsində yerləşən 1 saylı evin 104/105 saylı mənzilinin yuxarıda göstərilən tikililərinin konstruktiv elementlərinin (divar, tavan, döşəmə və s.) üzərində müxtəlif həcmdə qüsurların mövcudluğunu və həmin qüsürların su sızmaya aid olduğu müəyyən edilmişdir. Mənzillərin planlı yerləşməsini nəzərə alaraq 104/105 saylı mənzilə, həmin mənzilin üst mərtəbəsində yerləşən 117, 120 və 121 saylı mənzillərdən ibarət hosteldən suyun axıdılması müəyyən edilir. Görüləcək təmir işlərində istifadə olunacaq tikinti materiallarının həcminə dair cədvəl tərtib olunmuşdur və rəyin tədqiqat hissəsində göstərilmişdir. - “X17” MMC-nin 27 noyabr 2025-ci il tarixli ekspert rəyindən görünür ki, mənzilə dəymiş ümumi maddi ziyanın məbləği 14180 manat müəyyən edilmişdir. Əsaslandırıcı hissə: Məhkəmə tərəfindən işin müəyyən edilmiş hallarından görünür ki, İddiaçı ünvan 1 ünvanında yerləşən 104, 105 nömrəli mənzilin mülkiyyətçisidir, cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 isə iddiaçının üst mərtəbədə yerləşən 117, 120 və 121 saylı mənzillərin mülkiyyətçisi olmaqla qonşusudur. Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 mülkiyyətində olan 117, 120 və 121 saylı mənzilindən su sızması nəticəsində İddiaçı 104, 105 saylı mənzilinə ziyan vurulması iddiası ilə məhkəməyə müraciət edilmişdir. ünvan 2 ünvanda yerləşən yaşayış evinin 104, 105 saylı mənzilə cavabdehlərə məxsus üst mərtəbədə yerləşən 117, 120 və 121 saylı mənzillərdən suyun sızması halının baş verməsi qənaətinə gələrək hesab edir ki, vurulmuş zərərin əvəzi olaraq cavabdehlər iddiaçı qızının xeyrinə ekspert rəyi ilə müəyyən edilmiş 14180 (on dörd min yüz səksən) manat məbləğində pul vəsaiti tutulmalıdır. Məhkəmə iddia tələbi ilə bağlı qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. (MM-nin 21.2ci maddəsi). Məhkəmə qeyd edir ki, Mülki Məcəllənin 21-ci maddəsi ümumi norma kimi çıxış edərək zərərin əvəzinin ödənilməsi ilə əlaqədar tələbin şərtlərini deyil, yalnız hüquqi nəticələrini tənzimləyir. Bu mənada, zərərin əvəzinin ödənilməsi ilə bağlı hər bir konkret iddia tələblərinin əsası digər hüquq sahələrindən (məsələn, müqavilə hüququ, delikt hüququ və s.) irəli gəlir. Hazırkı mübahisəyə münasibətdə isə zərərin əvəzinin ödənilməsi üçün iddia tələbinin əsası delikt hüququndan yaranır. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrənin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli qərarında göstərilmişdir ki, “hər bir hüquq pozuntusu sosial mənada ictimai münasibətlərə mənfi təsir göstərdiyindən zərər (ziyan) törədir. Bu baxımdan zərər sosial və hüquqi aspektlərə malikdir. Zərər yetirmə şəxsin və yaxud təşkilatın subyektiv hüququnu pozur. Bununla yanaşı mülki hüquqda zərər ona görə sosial məna kəsb edir ki, subyektiv hüququn pozulması müəyyən edilmiş və qanunla qorunan obyektiv hüquqların pozulması ilə müşayiət olunur. Zərər forma və məzmunundan asılı olaraq əmlak və qeyri-əmlak xarakterli olur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinin müddəaları yalnız real zərərin, habelə əldən çıxmış faydanın ödənilməsini nəzərdə tutur”. Mülki Məcəllənin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1097.1-ci maddəsinə görə, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Həmin Məcəllənin 1115-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. Mülki qanunvericiliyin yuxarıda sadalanmış müddəalarının mənasından göründüyü kimi mülki hüquq pozuntusuna (deliktə) görə məsuliyyətin yaranması dispozisiya şərti kimi üç əsas ünsürün məcmu halda mövcudluğundan asılıdır: zərərin mövcud olması, zərərin qanunsuz hərəkət və yaxud hərəkətsizlik nəticəsində vurulması, zərərlə qanunsuz hərəkət və yaxud hərəkətsizlik arasında səbəbli əlaqənin mövcudluğu və zərər vuran şəxsin təqsirliliyi. Ona görə də, deliktə əsaslanan zərərin əvəzinin ödənilməsi ilə bağlı iddia tələbləri məhz qeyd edilən dispozisiya şərtləri baxımından yoxlanılmalı və iddia tələbinin qanuni əsasının qeyd edilən dispozisiya şərtlərinin mövcudluğu halında irəli sürülən tələb təmin olunmalıdır. Bu əsaslar müəyyən olunmadan cavabdehin üzərinə zərərin ödənilməsi öhdəliyi qoyula bilməz. Qanunun mənasına görə, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə birbaşa ziyan və ya zərər vurulmasına səbəb olan təqsirli, hüquqazidd əməldir. Bunun nəticəsində yaranmış öhdəlikdə delikt törətmiş zərərvuran və zərərçəkmiş şəxs iştirak edir. Mülki hüquq pozuntusunun yaranmasında nəzərdə tutulan hüquqazidd əməl dedikdə, mülki qanunvericiliyin normalarını pozan hərəkət və ya hərəkətsizlik anlaşılır. Eləcə də delikt törətmiş şəxsin əməli təqsirli olmalıdır. Təqsirli əməl şəxsin qəsdi və ya ehtiyatsızlığı nəticəsində yaranır. Məhkəmə hesab edir ki, yuxarıda göstərilən əlamətləri özündə ehtiva edən mülki hüquq pozuntusu (delikt) törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır və qanunvericiliyin tələbindən də aydın olduğu kimi mülki hüquq pozuntusu törətmiş şəxs hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə vurduğu zərərərin əvəzini tam həcmdə ödəməlidir. Məhkəmə hesab edir ki, iddiaçının ona vurulmuş maddi zərərlə bağlı irəli sürdüyü halların məhz cavabdehin təqsirli hərəkətləri (hərəkətsizliyi) nəticəsində baş verdiyi qənaətinə gəlmək mümkündür və iddiaçının maddi ziyanın ödənilməsi tələbi üzrə irəli sürdüyü hallar müvafiq tələbin qanuni əsasının dispozitiv şərtləri ilə uzlaşmaqdadır. Məhkəmə iclasında araşdırılmış sübutlarla təsdiq edilmişdir ki, ünvan 1 ünvanında yerləşən cavabdehlərə məxsus 117, 120 və 121 saylı mənzilindən həmin ünvan üzrə iddiaçıya məxsus 104, 105 saylı mənzilə su sızması nəticəsində iddiaçının mənzilinə maddi ziyan vurulmuşdur. Belə ki, mübahisənin mahiyyəti üzrə düzgün həll olunması məqsədilə iş üzrə təyin edilmiş məhkəmə ekspertizası tədqiqatının nəticəsi üzrə qəbul olunmuş Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin 01 avqust 2025-ci il tarixli 3-16-16/2-10/606/2025 nömrəli ekspert rəyindən görünür ki, Bakı şəhəri, Bakı şəhəri, Səbail rayonu, Səməd Vurğun küçəsində yerləşən 1 saylı evin 104/105 saylı mənzilinin yuxarıda göstərilən tikililərinin konstruktiv elementlərinin (divar, tavan, döşəmə və s.) üzərində müxtəlif həcmdə qüsurların mövcudluğunu və həmin qüsürların su sızmaya aid olduğu müəyyən edilmişdir. Mənzillərin planlı yerləşməsini nəzərə alaraq 104/105 saylı mənzilə, həmin mənzilin üst mərtəbəsində yerləşən 117, 120 və 121 saylı mənzillərdən ibarət hosteldən suyun axıdılması müəyyən edilir. Görüləcək təmir işlərində istifadə olunacaq tikinti materiallarının həcminə dair cədvəl tərtib olunmuşdur və rəyin tədqiqat hissəsində göstərilmişdir. “X17” MMC-nin 27 noyabr 2025-ci il tarixli ekspert rəyindən görünür ki, mənzilə dəymiş ümumi maddi ziyanın məbləği 14180 manat müəyyən edilmişdir. Məhkəmə qeyd edir ki, Azərbaycan Republikası Mülki Prosessual Məcəlləsinin 101.3-cü maddəsinə əsasən ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. Həmin Məcəllənin 103.1-ci maddəsinə əsasən ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. Məhkəmə qeyd edilən ekspert və mütəxəssis rəylərini sübut növü kimi qəbul edir və onunla razılaşır. Belə ki, ekspert rəyi ilə razılaşmamaq üçün heç bir əsas yoxdur. Cavabdeh tərəf və şahid izahat və ifadələrində iddiaçının evinin hazırki vəziyyətini mənzildə yanğın baş verməsi ilə əlaqələndirsə də, bu halları təsdiq edən sübut növü məhkəməyə təqdim edilməmişdir. İddiaçı tərəf isə yanğının uzun illər əvvəl olduğunu, bundan sonra dəfələrlə qonşu tərəfindən evinə su axıdıldığını, iş materiallarında bununla bağlı aktlar olduğunu bildirmişdir. Beləliklə, məhkəmə təqdim edilmiş sübutları, o cümlədən ekspert və mütəxəssis rəylərini, tərəflərin izahatlarını, şahid ifadəsini və iş materiallarında olan digər sübutları müqayisəli şəkildə tədqiq edərək, iddiaçıya məxsus olan ünvan 2 ünvanda yerləşən yaşayış evinin 104, 105 saylı mənzilə cavabdehlərə məxsus üst mərtəbədə yerləşən 117, 120 və 121 saylı mənzillərdən suyun sızması halının baş verməsi qənaətinə gələrək hesab edir ki, vurulmuş zərərin əvəzi olaraq cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 İddiaçı xeyrinə ekspert rəyi ilə müəyyən edilmiş 14180 (on dörd min yüz səksən) manat məbləğində pul vəsaiti tutulmalıdır. Məhkəmə həmçinin hesab edir ki, cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 üzərinə onlara məxsus Bakı şəhəri, Səbail rayonu, Səməd Vurğun küçəsində yerləşən 1 saylı evin 117, 120 və 121 saylı mənzillərin sanitar qovşağından divarın daxilində keçən kanalizasiya xəttinin (su axan hissələrdə) təmir edilməsi öhdəliyi qoyulmalıdır. Qeyd edilən mənzillər cavabdehlərin mülkiyyətində olduğundan və onların mənzilə istədikləri kimi sahiblik, istifadə və sərəncam vermək hüquqları olduğundan məhkəmə iddianın mənzillərin hostel kimi (qeyri-yaşayış sahəsi kimi) istifadəsinin cavabdehlərə qadağan edilməsi hissəsinin təmin edilməsini qanuni və əsaslı hesab etmir. Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə iş üzrə toplanmış və tədqiq olunmuş sübutlara obyektiv, qərəzsiz və məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməli, maddi zərərin əvəzi olaraq 14180 (on dörd min yüz səksən) manat məbləğində pul vəsaiti və ödənilmiş dövlət rüsumu 126 (bir yüz iyirmi altı) manat cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 tutularaq İddiaçı ödənilməli, cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 üzərinə onlara məxsus Bakı şəhəri, Səbail rayonu, Səməd Vurğun küçəsində yerləşən 1 saylı evin 117, 120 və 121 saylı mənzillərin sanitar qovşağından divarın daxilində keçən kanalizasiya xəttinin (su axan hissələrdə) təmir edilməsi öhdəliyi qoyulmalı, iddia qalan hissədə rədd edilməli, Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən aparılmış məhkəmə ekspertiza tədqiqatının dəyəri olan 50 (əlli) manat cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 müştərək qaydada tutularaq Məhkəmə Ekspertiza Mərkəzinin hesabına (hesab: Az.MEM VÖEN**********; AZ34CTRE********************, X3, KOD210005; VÖEN**********; Müxbir hesAz41NABZ013601**********03944; S.W.İ.F.T. Bik: CTREAZ 22) köçürülməli, “X17” MMC tərəfindən aparılmış məhkəmə ekspertiza tədqiqatının dəyəri olan 450 (dörd yüz əlli) manat cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 tutularaq “X17” MMC-nin hesabına köçürülməli, dövlət rüsumu kəsri olan 9 (doqquz) manat İddiaçı tutularaq dövlət büdcəsinə köçürülməlidir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası MPM-in 14.2, 77.1, 88 və 217.4-cü maddələrinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Nəticə: Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Maddi zərərin əvəzi olaraq 14180 (on dörd min yüz səksən) manat məbləğində pul vəsaiti və ödənilmiş dövlət rüsumu 126 (bir yüz iyirmi altı) manat cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 tutularaq İddiaçı ödənilsin. Cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 üzərinə onlara məxsus Bakı şəhəri, Səbail rayonu, Səməd Vurğun küçəsində yerləşən 1 saylı evin 117, 120 və 121 saylı mənzillərin sanitar qovşağından divarın daxilində keçən kanalizasiya xəttinin (su axan hissələrdə) təmir edilməsi öhdəliyi qoyulsun. İddia qalan hissədə rədd edilsin. Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən aparılmış məhkəmə ekspertiza tədqiqatının dəyəri olan 50 (əlli) manat cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 müştərək qaydada tutularaq Məhkəmə Ekspertiza Mərkəzinin hesabına (hesab: Az.MEM VÖEN**********; AZ34CTRE********************, X3, KOD210005; VÖEN**********; Müxbir hesAz41NABZ013601**********03944; S.W.İ.F.T. Bik: CTREAZ 22) köçürülsün. “X17” MMC tərəfindən aparılmış məhkəmə ekspertiza tədqiqatının dəyəri olan 450 (dörd yüz əlli) manat cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 tutularaq “X17” MMC-nin hesabına (VÖEN**********; AZ43AİİB400800K**********102, Kapital Bank ASC, Mərkəzi filialı, 200026, VÖEN**********; Az37NABZ013501**********1944; S.W.İ.F.T. AİİBAZ2XXXX) köçürülsün. Dövlət rüsumu kəsri olan 9 (doqquz) manat İddiaçı tutularaq dövlət büdcəsinə köçürülsün. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə (elektron kabinet vasitəsilə MPM-nin 2 saylı əlavəsinə uyğun) Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Rəna Qafarova
Məhkəmə qərarları › İş №2(009)-239/2025
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №2(009)-239/2025
18.02.2026 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver