Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(009)-2402/2024 13.12.2024 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim: Abdullayev Şahin Zülfüqar oğlunun sədrliyi, Ağayeva Narqələm Bayram qızının katibliyi, Cavabdeh iştirakı ilə İddiaçı Cavabdeh qarşı vurulmuş maddi ziyanın ödənilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə Səbail rayon məhkəməsi binasında açıq məhkəmə iclasında baxaraq… MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı vurulmuş maddi ziyanın ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək göstərmişdir ki, Cavabdeh Bakı şəhəri Səbail rayon Məhkəməsinin 1(009)-192/2023 saylı, xx.xx.2023-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək, AR CM-nin 69.3-cü maddəsinə əsasən qəti olaraq 01 il 01 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Hökmün icrası İddiaçınə həvalə edilmişdir. xx.xx.2023-cü il tarixdə İddiaçı böyük icra məmuru Ruhiyyə Məmmədova tərəfindən məhkumun iştirakı ilə müvafiq protokol tərtib edilmiş və onun üzərinə cəza çəkdiyi müddət ərzində elektron nəzarət vasitəsinin istifadəsinə qaydaları izah edilərək tətbiq edilmişdir. Elə həmin gün müvafiq aktla “Attenti” markalı 35639240 nömrəli elektron nəzarət vasitələri məhkum hazırkı iş üzrə Cavabdeh Siyasək oğluna quraşdırılaraq təhvil verilmişdir. Bu nəzarət avadanlıqlarının istifadə qaydaları cavabdehə izah edilmiş və bu avadanlıqlara görə üzərində gəzdirdiyi və istifadə etdiyi müddətdə maddi məsuliyyət daşıması barədə xəbərdarlıq edilmişdir. Məhkum Cavabdeh təyin edilmiş azadlığın məhdudlaşdırılması cəza müddəti xx.xx.2024-cü il tarixdə başa çatdığı üçün həmin tarixdə idarənin qeydiyyatından çıxarılmışdır. Məhkəmə Cavabdeh təhvil alınmış elektron nəzarət dəstinin vəziyyəti haqqında texniki rəyin baxış nəticəsində müəyyən olunmuşdur ki, qolbaq ilə əlaqə saxlayan antena pinləri qoparılıb, istifadə qaydalarına düzgün riayət edilmədiyinə görə avadanlıq nasaz vəziyyətə salınmışdır, təmiri mümkün deyil, istifadəyə tam yararsızdır. Mübahisənin başqa həlli mövcud olmadığından hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışlar. Göstərilənləri nəzərə alaraq iddiaçı Cavabdeh ona təhvil verilmiş avadanlığın 2.277,40 manat dəyərində vəsaitin alınıb Bakı Şəhər Maliyyə İdarəsinin müvafiq hesabına (müxbir hesab: AZ66CTRE********************; səviyyə kodu: 1; təsnifat kodu: 142330; valyuta: azn, VÖEN: **********) köçürülməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş iş üzrə iddiaçının nümayəndəsi məhkəmə iclasına gəlməmiş, lakin məhkəməyə ünvanlanmış məktubda iddia tələbinin tam təmin edilərək işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında izahatı alınmış Cavabdeh iddia tələbini qəbul edərək öz izahatında göstərmişdir ki, ona təhvil verilən aparat əlindən düşüb zədə alıb. Dəyən ziyanı tam ödəyə bilmir. Onun ziyanı tam ödəmək imkanı yoxdur. Lakin ziyanı hissə-hissə ödəyə bilər. Məhkəmədən qanuni qərar qəbul edilməsini xahiş edir. İş materiallarını araşdırıb, cavabdehin izahatını dinləyib, toplanmış sübutlara hüquqi qiymət verərək məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməlidir. İş üzrə "xxxx" QSC tərəfindən Ədliyyə Nazirliyinin Probasiya Xidmətinin rəisinə ünvanlanmış xx.xx.2021-ci il tarixli, ED-M No 96-21 saylı məktubun surətindən görünür ki, Probasiya xidmətinin qeydiyyatında olan “Attenti” markalı elektron nəzarət vasitələri tətbiq edilmiş məhkumlar tərəfindən onlara verilmiş həmin elektron avadanlıqların itirilməsi və yararsız hala salınması hallarında həmin vasitələrin dəyəri nəzarət subyektindən tutulmalıdır: 1. Sadə elektron qolbaq -1 ədəd (sadə elektron qolbaq – x1, mobil nəzarət qurğusu – x1, elektrik adapteri – x1, proqram lisenziyası – x1) – 1930 manat, 2. ƏDV – 347,40 manat, cəmi 2277,40 manat. İş üzrə Səbail rayon Məhkəməsinin 1(009)-192/2023 saylı, xx.xx.2023-cü il tarixli hökmün surətindən görünür ki, Cavabdeh Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib 01 il 02 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilməsi, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Cavabdeh ibtidai istintaq dövründə xx.xx.2024-cü il tarixdən xx.xx.2023-cü il tarixədək, yəni 02 gün həbsdə saxlanıldığı müddətinin 01 günü 02 gün azadlığın məhdudlaşdırılmasına bərabər tutularaq, 04 gün təyin olunmuş cəzadan çıxılmaqla, onun üzərində qəti olaraq 01 il 01 ay 26 gün müddətə azadlığın məhdudlaşdırılması cəzasının saxlanılması, Cavabdeh üzərinə hər gün saat 23.00-dan növbəti gün saat 07.00-dək yaşayış yeri ünvan 1 ünvanını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhəri, Sumqayıt şəhəri və Abşeron rayonunun ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrinin qoyulması, cəzaçəkmə müddətinin əvvəli Cavabdeh cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanması, cəzanın icrasının İddiaçınə həvalə edilməsi, Cavabdeh barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılması, Cavabdeh məcburi müalicənin təyin edilməsi və onun ərazi narkoloji dispanserdə qeydiyyata alınması, Bakı şəhər Səbail rayon Polis İdarəsində saxlanılan iş üzrə maddi sübut kimi tanınmış, keçirilmiş ekspertiza tədqiqatından sonra qalıq çəkisi 0,133 qr. olan narkotik vasitə - heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməsi, cinayət işi üzrə keçirilmiş məhkəmə ekspertizasının xərci – 114 manatın Cavabdeh tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməsi, Bakı şəhəri 12 saylı Vəkil Bürosunun vəkili X2 tərəfindən təqsirləndirilən şəxs Cavabdeh hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə dövlət büdcəsindən 120 manat Bakı şəhəri 12 saylı Vəkil Bürosunun hesabına keçirilməsi hökm edilmişdir. İş üzrə Cavabdeh tərəfindən Səbail rayon Probasiya İdarəsinin böyük icra məmuru Ruhiyyə Məmmədovanın adına yazılmış xx.xx.2023-cü il tarixli izahatın surətindən görünür ki, Səbail rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 il 01 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması növündə cəzaya məhkum olunmuşdur. Ona bildirilmişdir ki, məhkəmə hökmü ilə üzərinə yaşayış yerini saat 23.30-dan – 07.00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı, Sumqayıt və Abşeron rayonunun ərazi hüdudlarını tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzaya nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmuşdur. Ona icra məmurunun çağırışlarına vaxtı-vaxtında gəlməli olduğu izah edilmişdir. Bildirir ki, o, törətdiyi əməldən peşmandır. Cəzaçəkmədən və elektron nəzarət vasitəsini gəzdirməkdən imtina etmir. Probasiya məmuru tərəfindən ona bildirilmişdir ki, barəsində şikayət daxil olsa, ictimai qaydanı kobud şəkildə pozsa, həbs olunsa və ya il ərzində probasiya məmuru tərəfindən barəsində 3 dəfə tənbeh tədbiri qismində töhmət verilsə, cəzasının dəyişdirilməsi üçün məhkəməyə təqdimat veriləcək. Ona hökmlə müəyyən olunmuş halları pozduqda Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 51-7-ci maddəsi ilə məsuliyyət daşıyacağı izah edilmişdir. İş üzrə İddiaçı böyük icra məmuru X1 tərəfindən Cavabdeh iştirakı ilə tərtib olunmuş azadlığın məhdudlaşdırılması növündə cəzaya məhkum olunmuş şəxslə fərdi söhbətin aparılması barədə xx.xx.2023-cü il tarixli protokolun surətindən görünür ki, icra məmuru Səbail rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 il 01 ay 26 gün müddətə azadlığın məhdudlaşdırılması növündə cəzaya məhkum edilmiş məhkum Cavabdeh ilə xx.xx.2023-cü il tarixdə İddiaçındə söhbət aparmışdır. Söhbət zamanı məhkuma məhkəmə hökmünün icrası ilə bağlı hüquqları qanunla və məhkəmənin hökmü ilə onun üzərinə qoyulmuş vəzifələri izah edilmiş və yol verilə biləcək pozuntulara görə qanunvericilikdə nəzərdə tutulmuş tədbirlər nəzərinə çatdırılmışdır. İş üzrə İddiaçı böyük icra məmuru Ruhiyyə Məmmədova tərəfindən Cavabdeh iştirakı ilə tərtib edilmiş azadlığın məhdudlaşdırılması növündə cəzaya məhkum edilmiş şəxsə elektron nəzarət vasitələrinin tətbiq olunması, təhvil verilməsi və ona cəzanın icrası ilə bağlı hüquq və vəzifələrinin izah edilməsi barədə xx.xx.2023-cü il tarixli protokolun surətindən görünür ki, Səbail rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmünə əsasən Ahərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 il 01 ay 26 gün müddətə azadlığın məhdudlaşdırılması növündə cəzaya məhkum edilmiş məhkum Cavabdeh “Attenti” markalı 356- 39240 nömrəli elektron nəzarət vasitəsi və 0**-CE-***09 nömrəli elektron qolbağ və onun enerji toplayıcısı və kabro təhvil verilmiş, ona qulluq edilməsi barədə məlumatlar və cəzanın icrası qaydaları üzərinə qoyulmuş ətraflı izah edilmişdir. Məhkuma məhkəmə hökmünün (qərarının) tələbləri, cəzanın icrası qaydaları, həmin qaydaların pozulmasının hüquqi nəticələri, o cümlədən üzərində elektron nəzarət vasitəsi daşımalı olduğunu, həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət qaydaları, hər hansı müdaxilənin və ya cihazın üzərindən çıxarılmasının yol verilməzliyi, habelə həmin vasitəni zədələdikdə və ya digər üsulla yararsız vəziyyətə saldıqda dəyərinin ondan tutulacağı izah edilmiş və ona yaddaş kitabçası verilmişdir. İş üzrə İddiaçı böyük icra məmuru X1 tərəfindən Cavabdeh iştirakı ilə tərtib olunmuş azadlığın məhdudlaşdırılması növündə cəzaya məhkum olunmuş şəxslə fərdi söhbətin aparılması barədə xx.xx.2023-cü il tarixli protokolun surətindən görünür ki, icra məmuru Səbail rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 il 01 ay 26 gün müddətə azadlığın məhdudlaşdırılması növündə cəzaya məhkum edilmiş məhkum Cavabdeh ilə xx.xx.2023-cü il tarixdə İddiaçındə söhbət aparmışdır. Söhbət zamanı məhkuma məhkəmə hökmünün icrası ilə bağlı hüquqları qanunla və məhkəmənin hökmü ilə onun üzərinə qoyulmuş vəzifələri izah edilmiş və yol verilə biləcək pozuntulara görə qanunvericilikdə nəzərdə tutulmuş tədbirlər nəzərinə çatdırılmışdır. İş üzrə İddiaçı tərəfindən Səbail rayon Məhkəməsinin hakimi Ülviyyə Şükürovaya, surəti: Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinə, surəti: Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Səbail rayon idarəsin, surəti: Cavabdeh ünvanlanmış xx.xx.2024-cü il tarixli məktubun surətindən görünür ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək, AR CM-nin 69.3-cü maddəsinə əsasən qəti olaraq 01 il 01 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması növündə cəzaya məhkum edilmiş xx.xx.1990-cı ildə Bakı şəhərində anadan olmuş, Bakı şəhəri Səbail rayonu, Əlibəyov qardaşları küçəsi, ev 54, mənzil 9-da qeydiyyatda olan və yaşayan Cavabdeh barəsində Səbail rayon Məhkəməsinin 1(009)-192/2023 saylı, xx.xx.2023-cü il tarixli hökmü və onun icrası barədə xx.xx.2023-cü il tarixli göstərişi xx.xx.2023-cü il tarixdə icraata qəbul edilmişdir. Məhkəmə hökmünə əsasən məhkum Cavabdeh təyin edilmiş azadlığın məhdudlaşdırılması cəza müddəti xx.xx.2024-cü il tarixdə başa çatdığı üçün həmin tarixə idarənin qeydiyyatından çıxarılmışdır. İş üzrə "xxxx" QSC-nin mühəndisi Ülvi Məmmədov tərəfindən verilmiş elektron nəzarət vasitəsinin vəziyyəti haqqında ED 000574 nömrəli, xx.xx.2023-cü il tarixli texniki rəyin surətindən görünür ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Probasiya Xidməti Elektron Monitoring İdarəsinin sifarişinə əsasən İddiaçı (icra məmuru Ruhiyyə Məmmədova) tərəfindən Cavabdeh tətbiq edilmiş “Attenti V6” markalı, 35639240 seriya nömrəsi elektron nəzarət vasitəsinə texniki baxış keçirilmiş, baxış zamanı qolbağ ilə əlaqə saxlayan antena pinləri qoparılması, istifadə qaydalarına düzgün riayət edilmədiyinə görə avadanlığın nasaz vəziyyətə salınması, təmiri mümkün olmaması, istifadəyə tam yararsız olması müəyyən edilmişdir. İş üzrə Cavabdeh tərəfindən Səbail rayon Probasiya İdarəsinin böyük icra məmuru Ruhiyyə Məmmədovanın adına yazılmış xx.xx.2024-cü il tarixli izahatın surətindən görünür ki, Səbail rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmünə əsasən o, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 il 01 ay 26 gün azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunmuşdur. Ona saz vəziyyətdə verilmiş elektron nəzarət vasitəsi əlindən düşərək yararsız vəziyyətə düşmüşdur. Dəymiş ziyanı ödəyəcəkdir. İş üzrə İddiaçı tərəfindən Cavabdeh ünvanlanmış xx.xx.2024-cü il tarixli bildirişin surətindən görünür ki, Cavabdeh Səbail rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 il 01 ay 26 gün müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunmuşdur. Cavabdeh cəzanın icra olunması üçün “Atenti” markalı, 356-39240 seriyalı mobil qurğu və elektron qolbağ təhvil verilmişdir və mobil qurğu zədələndikdə itirildikdə dəymiş ziyan, yəni 2.278 manat ondan tutulacağı bildirilmişdir. Cavabdeh “Atenti” markalı 356-39240 seriyalı mobil qurğu təhvil götürülərkən yararsız vəziyyətdə olduğu müəyyən olunmuşdur. Yuxarıda qeyd olunanlara əsasən Cavabdeh dəymiş ziyanın, yəni 2.278 manatın ödənilməsini tələb olunmuşdur. Əks təqdirdə dəymiş ziyanın ödənilməsi üçün məhkəməyə müraciət olunacaqdır. İş üzrə İddiaçı böyük icra məmuru X1 tərəfindən Cavabdeh iştirakı ilə tərtib olunmuş azadlığın məhdudlaşdırılması növündə cəzaya məhkum olunmuş şəxsə elektron nəzarət vasitələrinin təhvil alınması barədə xx.xx.2024-cü il tarixli protokolun surətindən görünür ki, məhkum Cavabdeh Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə əsasən təqsirli bilinərək Səbail rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmünə əsasən 01 il 01 ay 26 gün müddətə azadlığın məhdudlaşdırılması növündə cəzaya məhkum edilmişdir. Məhkum Cavabdeh “Attenti” markalı356- 39240 seriyalı mobil qurğu CE16609 elektron qolbağ və kavrosu təhvil götürülmüşdür. Məhkumdan elektron nəzarət vasitəsi təhvil götürülərkən mobil qurğu ikiyə bölünmüş və yararsız vəziyyətdə idi. Mobil qurğu işləmirdi. Məhkəmə verilmiş iddia tələbi ilə bağlı aşağıdakıları qeyd edir. Məhkəmə iclasında müəyyən edilmişdir ki, Bakı şəhəri Səbail rayon Məhkəməsinin 1(009)- 192/2023 saylı, xx.xx.2023-cü il tarixli hökmünə əsasən Cavabdeh Azərbaycan Respublikası CMnin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 il 01 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Hökmün icra edilməsi haqqında hakimin xx.xx.2023-cü il tarixli göstərişi xx.xx.2023-cü il tarixdə İddiaçı icraatına daxil olmuşdur. Məhkəmə iclasında həmçinin müəyyən edilmişdir ki, icra məmuru R.Məmmədova məhkum Cavabdeh iştirakı ilə protokol tərtib edərək məhkəmə hökmünün tələbləri, cəzanın icrası qaydaları, həmin qaydaların pozulmasının hüquqi nəticələri, o cümlədən üzərində elektron nəzarət vasitəsi daşımalı olduğunu, həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət qaydaları, hər hansı müdaxilənin və ya cihazın üzərindən çıxarılmasının yol verilməzliyi, habelə həmin vasitəni zədələdikdə və ya digər üsulla yararsız vəziyyətə saldıqda dəyərinin ondan tutulacağı məhkuma izah edilmiş, həmin tarixdə məhkuma yeni elektron nəzarət vasitəsi tətbiq edilmiş, ona 1 ədəd “Attenti” markalı, 356-39240 nömrəli elektron nəzarət vasitəsi, 01 ədəd 0**-CE-***09 nömrəli elektron qolbağ, onun enerji toplayıcısı və kabro təhvil verilmişdir. Həmin nəzarət avadanlıqlarının istifadə qaydaları Cavabdeh izah edilmiş və həmin avadanlıqlara görə üzərinə gəzdirdiyi və istifadə etdiyi müddətdə maddi məsuliyyət daşıması barədə xəbərdarlıq edilmişdir. Məhkəmə iclasında eyni zamanda müəyyən edilmişdir ki, xx.xx.2024-cü il tarixdə cəza müddətinin bitməsi ilə əlaqədar Cavabdeh elektron nəzarət vasitəsi təhvil götürülərkən mobil nəzarət qurğusu ikiyə bölünmüş ana ekranı yanmış yararsız vəziyyətdə olması müəyyən edilmişdir. Cavabdeh mobil qurğusunun ehtiyatsızlıqdan yarasız hala düşməsini etiraf etmişdir. İddiaçı tərəfindən irəli sürülmüş tələbdən görünür ki, Cavabdeh elektron nəzarət vasitəsini üzərində gəzdirdiyi və istifadə etdiyi müddətdə maddi məsuliyyət daşıması barədə xəbərdarlıq edilməsinə baxmayaraq cavabdeh 2227,40 manat dəyəri olan elektron nəzarət vasitəsini – mobil qurğunu yararsız vəziyyətə salmaqla maddi ziyan vurmuşdur. Bu səbəbdən iddiaçı həmin ziyanın tutulmasını xahiş etmişdir. Azərbaycan Respublikası Cəzalarını İcrası Məcəlləsinin 15-2.5-ci maddəsinə əsasən elektron nəzarət vasitəsi tətbiq edilmiş şəxs həmin vasitəni zədələdikdə və ya digər üsulla yararsız vəziyyətə saldıqda, onun dəyəri həmin şəxsdən tutulur. “Məhkum edilmiş və ya barəsində qətimkan tədbiri seçilmiş şəxslərə tətbiq edilən elektron nəzarət vasitələrinin siyahısının və onların tətbiqi qaydalarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2018-ci il tarixli Qərarının 7.5-ci bəndinə əsasən tətbiq olunan elektron nəzarət vasitəsi yararsız hala düşdükdə və ya fəaliyyətində nasazlıqlar müşahidə olunduqda, o yenisi ilə əvəz edilə bilər. Bunun üçün icra məmuru (probasiya üzrə) və ya polis orqanının müvafiq vəzifəli şəxsi nasaz avadanlığa onu çıxarmadan baxış keçirməli və onun bilərəkdən korlanmaması aşkar olunduqda, dəyişdirilməsi barədə qərar verməlidir. Belə halda, icra məmuru (probasiya üzrə) və ya polis orqanının müvafiq vəzifəli şəxsi bu Qaydaların 7.4-cü bəndində göstərilən tədbirləri yerinə yetirir. Nəzarət subyekti elektron nəzarət vasitəsini zədələdikdə və ya digər üsullarla yararsız vəziyyətə saldıqda, həmin vasitənin dəyəri ondan tutulur. Azərbaycan Respublikası Mülki Məcəllənin 21.1-ci maddəsinə əsasən hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinin müddəaları yalnız real zərərin, habelə əldən çıxmış faydanın ödənilməsini nəzərdə tutur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096-ci maddəsinə (Mülki Hüquq pozuntuları (deliktlər) anlayışı) əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli hüquqa zidd (mülki qanunvericiliyinin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Göstərilən Məcəllənin 1097-ci maddəsinə (mülki hüquq pozuntuları üçün məsüliyyətin əsasları) əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işguzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam ödənilməlidir. Qeyd edilən Məcəllənin 1115-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. Məhkəmə qeyd edir ki, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə birbaşa ziyan və ya zərər vurulmasına səbəb olan təqsirli, hüquqazidd əməldir. Mülki hüquq pozuntusunun yaranmasında nəzərdə tutulan hüquqazidd əməl dedikdə mülki qanunvericiliyin normalarını pozan hərəkət və ya hərəkətsizlik anlaşılır. Eləcə də delikt törətmiş şəxsin əməli təqsirli olmalıdır. Təqsirli əməl şəxsin qəsdi və ya ehtiyatsızlığı nəticəsində yaranır. Bu səbəbdən də mülki hüquqi məsuliyyətin əsasında şəxsin qəsdən və ya ehtiyatsızlıqdan edilmiş hərəkətləri dayanır. Kobud ehtiyatsızlıqda şəxs öz hərəkətinin və ya hərəkətsizliyinin zərərli nəticələr baş verə biləcəyi aşkar göründüyü halda etinasızlıq göstərərə onların qarşısını almır, adi ehtiyatsızlıqda isə baş verə biləcək zərərli nəticələr aşkar görünmür, onların aşkarlanması üçün xüsusi diqqət və qayğı tələb olunur. Yuxarıda göstərilən əlamətləri özündə ehtiva edən mülki hüquq pozuntusu (delikt) törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Delikt törətmiş şəxsin mülki hüquqi məsuliyyətinin yaranması üçün bir sıra əsasların mövcudluğu tələb olunur. Ümumiyyətlə, zərərin əvəzinin ödənilməsi üçün, bir qayda olaraq, mülki hüquq pozuntusunun (deliktin) mövcud olması tələb olunur. Yalnız zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş ziyanı tələb edə bilər. Ziyanın isə tələb edilməsi üçün ilk növbədə zərərvuran qismində göstərilən şəxsin hərəkətlərində zərərçəkmiş şəxsə qarşı yönəlmiş hüquqi zidd hərəkətləri sübut olunmalı və vurulmuş ziyanın məhz həmin hərəkətlər nəticəsində əmələ gəlməsi təsdiq olunmalıdır. Beləliklə, mülki hüquq pozuntusunun tərkibini mülki-hüquqi məsuliyyətin aşağıdakı ümumi şərtləri təşkil edir:
1. Törədilmiş əməlin (hərəkətin və ya hərəkətsizliyin) hüquqazidd olması; hüquqazidd əməl dedikdə şəxsin qanunla birbaşa qadağan edilmiş və ya qanunun imperativ normalarını pozan hərəkət və ya hərəkətsizliyi anlaşılır.
2. Törədilmiş əməl (hərəkət və ya hərəkətsizlik) nəticəsində başqa şəxsə birbaşa ziyan və ya zərər yetirilməsi. Bu halda şəxsin maddi və ya mənəvi itkilərə məruz qalması anlaşılır. Maddi zərər əmlak itkilərinə səbəb olur.
3. Zərərvuranın hüquqazidd hərəkəti ilə baş vermiş zərərli nəticələr arasında səbəbli əlaqənin olması. Belə ki baş vermiş zərərli nəticə məhz məsuliyyətə cəlb edilməli şəxsin hərəkəti nəticəsində baş verdikdə onun məsuliyyəti yarana bilər. Səbəbli əlaqə zərərli nəticənin konkret əməldən yaranmasını ehtiva edir.
4. Hüququpozan şəxsin təqsirinin olması. Göründüyü kimi qanunvericiliyin tələbinə əsasən ziyanın vurulması və mülki hüquq pozuntusunun yaranması üçün dörd şərtin olması vacibdir. Eyni zamanda zərərvuranın hüquqazidd hərəkəti ilə baş vermiş zərərli nəticələr arasında səbəbli əlaqə olmalıdır. Yalnız yuxarıda göstərilən dörd şərtin hamısını özündə ehtiva edən mülki qanunvericiliyin normalarını pozmuş əməl (hərəkət və ya hərəkətsizlik) mülki hüquqi məsuliyyətin yaranmasına səbəb ola bilən mülki hüquq pozuntusu sayılır. İş üzrə "xxxx" QSC tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli məktubundan görünür ki, 1 ədəd “Attenti” markalı elektron nəzarət qurğusu komplektinin (1 ədəd sadə elektron qolbaq, 1 ədəd mobil nəzarət qurğusu, 1 ədəd mobil qurğunun elektrik adapteri, proqram lisenziyası) dəyəri 2277,40 manat təşkil etmişdir. İddiaçı tərəfindən irəli sürülmüş tələbdən görünür ki, o, cavabdehdən 2227,40 manat məbləğində dəymiş ziyanın tutulmasını xahiş edir. AR MPM-nin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Məhkəmə qanunun yuxarıda göstərilən tələblərini əsas tutaraq qeyd edir ki, cavabdehin mobil nəzarət qurğusunu yararsız hala salması nəticəsində ziyan dəyməsi təsdiq olunduğundan, cavabdeh həmin ziyanla bağlı mülki məsuliyyət daşıyır və bu səbəbdən vurulmuş ziyanın əvəzi kimi ondan iddia tələbi həddində 2227,40 manat məbləğində pulun tutulması barədə iddia tələbi tam əsaslıdır və təmin edilməlidir. Məhkəmə hesab edir ki, iddiaçı hazırki tələblə məhkəməyə müraciət etmək üçün dövlət rüsumundan azad olunduğundan, iddia tələbi isə təmin olunduğundan, cavabdehdən dövlət nəfinə dövlət rüsumunun əvəzi kimi 42,27 manat məbləğində pul tutulmalıdır. AR MPM-nin 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Göstərilənlərə əsasən və AR MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə…
QƏT ETDİ:
İddia təmin edilsin. Cavabdeh vurulmuş maddi ziyanın əvəzi kimi mobil nəzarət qurğunun dəyəri 2.227,40 (iki min iki yüz iyirmi yeddi manat, qırx qəpik) manat məbləğində pul vəsaiti tutularaq Bakı şəhər Maliyyə İdarəsinin hesabına (müxbir hesab: AZ66CTRE********************; səviyyə kodu: 1; təsnifat kodu: 142330; valyuta: azn, VÖEN: **********) köçürülsun. Cavabdeh dövlət nəfinə dövlət rüsumunun əvəzi kimi 42,27 (qırx iki manat, iyirmi yeddi qəpik) manat məbləğində pul tutulsun. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətinə Bakı Şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qeyd: apellyasiya şikayəti elektron sistem vasitəsi ilə verilmədikdə AR MPM-nin 363.1.5ci maddəsinə əsasən geri qaytarılacaqdır.
Hakim: Şahin Abdullayev